Azərbaycan respublikasi təhsil nazirliyi naxçivan müƏllimlər nistitutu



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə10/29
tarix30.10.2018
ölçüsü0,67 Mb.
#76758
1   ...   6   7   8   9   10   11   12   13   ...   29

 

 

antropoloq, etnoqraf, dəyəri ölçüyəgəlməz bir dilçi alim kimi 



görürük. «Yazı, esasında, milliyetçiliğin iyi bir ifadesidir» 

(45, 270). Əsər türkçülük, müasirlik və islam mədəniyyətini 

elmi  şəkildə irəli sürməsi ilə mühüm bir addım kimi 

qiymətlidir. Sağlam məntiqlə elmin faktları vəhdətində ərsəyə 

gələn bu əsəri müxtəlif aspektlərdən (dilçilik, tarix, fəlsəfə, 

məntiq, coğrafiya, etnoqrafiya) təhlilə cəlb etmək mümkündür 

və  əsərdə  dərin elmi araşdırmalardan  əldə edilən nəticələr 

buna imkan verir. Əsər mövzu ilə bağlı dolaşıq fikirlərə son 

qoyur və türklərin tanınması üçün mükəmməl məlumatlar 

verir, elmi həqiqətlər işığında türklüklə bağlı məsələlərə ciddi 

münasibətlər meydana çıxır. «Türklər kimdir və kimlərdən 

ibarətdir?» məqaləsi məna və  məntiqcə, elmi sanbal 

baxımından dərin olduğu kimi həcmcə  də böyük əsərdir. 

Əsərin  əvvəlində  Əli bəy özünə xas olan təmkin və 

mədəniyyətlə onun yazılmasının səbəb və məqsədini izah edir. 

Bunlar konkret paraqraflarla verilməsə  də,  əsəri yazmaqda 

müəllifin aşağıdakı  məsələləri aydınlaşdırmaq məqsədində 

olduğu dərhal diqqəti çəkir: 1)«Türkcə» və «islamiyyə» 

sözlərini elmi şəkildə araşdırmaq: «Çünki «Türkcə» və 

«islamiyyə» ibarələri hər nə  qədər surəti-zahirdə qayət aydın 

və aşikar sözlərə bənzəyirlərsə də, həqiqət halda öylə deyildir. 

Bu kəlmələr asan, sadə, munis görünürlər və hər kəs öylə zənn 

edir ki, bunlar izahata, şərh və təfsirə möhtac deyildir. Böylə 

zənn edənlər,  əlbəttə, səhv edirlər»(137,210).  Əli bəy bu iki 

kəlmənin mənalarını açmağı, həmin mövzudakı  səhv və 

xətaları aradan qaldırmağı  mətbuatın  əsas vəzifələrindən biri 

hesab edir. 2) Rəqiblərin, müxtəlif nəşriyyatların türklər 

haqqında qərəzli yazılarını  təkzib etmək: «Lisanımızı, 

qövmiyyətimizi, tariximizi, tariximizə ziynət verən 

böyüklərimizi, qəhrəmanlarımızı, dinimizi məzmum sifətlərlə 

ləkədar etmək istəyən qərəzkaranə  nəşriyyata, rəqiblərimizə, 

çox kərrə də biz özümüz aldanıb inanırız. Bunların nə niyyət 

və məqsədlə yazılmış və yazılmaqda olduğunu bilməyiriz».  

 

30




 

 

3) Türklərin kim olduğunu və kimlərdən ibarət olduğunu 



araşdırmaq:  «Türklüklə iftixar etdikləri halda türkün kim və 

kimlərdən ibarət bulunduğunu bilməyən nə  qədər türk 

mühərrirlərimiz vardır!..» 

4) Türklərə milli nəzərlə yanaşmağı formalaşdırmaq: 

«Şübhəsiz, öz qövmünü əhya edən, öz məmləkətini abad edən, 

öz millətini təriqi-tərəqqiyə sövq ilə anı  mədəniyyətin bala 

mərtəbələrinə çıxardıb şərəf qazandıran böyük cahangirlərə öz 

qövm və milləti nəzərilə deyil, başqa və  rəqib millətlərin 

nəzərilə baxarsaq, böylə cahangirlər haqqında,  əlbəttə, yaxşı 

söz deyəməyiz». Bu mənada,  Əli bəy araşdırma üçün ilk 

növbədə; a) türklərin kim olduğunu; b) hardan inkişaf etdiyini; 

c) neçə şöbəyə ayrıldığını; d) harada sakin olduğunu; e) hansı 

adlar altında yaşadıqlarını göstərməyin zərurliyini məsələnin 

həlli üçün bir prinsip kimi irəli sürür və xatırladır ki, «məsələ 

qayət mühümdür». Əli  bəy bu məsələnin bir neçə  əsr 

əvvəldən həll edilməli olduğunu göstərir: «mazidə ehmal 

olunmuş bu məsələyi gələcəyə, uzaq gələcəyə, tərk etməyib 

heç olmazsa indi ələ almalıdır». Tarixdə elə məsələlər var ki, 

onlar yalanlardan qoruna bilmir, saxta fikirlərlə  həqiqətləri 

boğulur. Mənafelərin xidmətində dayananlar, siyasi məslək 

qulluğunda duranlar «qayırma» fikirlərlə  məsələləri elə 

qəlizləşdirirlər ki, onları bir günə, beş günə aydınlaşdırmaq 

olmur və ya bir nəfər, beş nəfər həll edə bilmir.  

Əli bəyin bəhs etdiyi məsələ də bu qəbildəndir. Əli bəy 

təmkinli, ideyalı üslubu ilə  məsələnin hədsiz  əhəmiyyətini 

vurğulayır. Özü də söhbət millətdən gedirsə, deməli, 

məsələnin mühümlüyü «bala» (yüksək) mərtəbədə dayanır. 

Ona görə də Əli bəy «həyəcan təbili» çalır: «Ancaq böylə bir 

məsələni həqqilə  tənvir edə bilmək bir, ya iki fərdin işi 

deyildir. Bəlkə onu mütaliə üçün beynəlislam xüsusi 

darülfünunlar, məclislər, cəmiyyətlər mövcud olmalı». 

Əsərdə terminologiya, etnoqrafiya, dil tarixi, dil 

coğrafiyası  məsələləri son dərəcə  dəqiqlik və diqqətlə  təhlil 

 

31




 

 

edilmişdir. O, xüsusilə  də etnoqrafiya elminə görə, müəyyən 



qövmə  məxsus olan «moğol» termini üzərində dayanır.  Əli 

bəy türklərin mədəniyyət tarixində çox böyük rola malik olan 

bir hissəsinə bu adın verilməsini elmdə səhv bir addım hesab 

edir. O hətta Əmir Teymurla Çingiz xanın qanını daşıyan, bu 

iki böyük türk oğlunun nəvəsi Babur şahın –hind 

imperatorluğunun  əsasını qoyan böyük siyasət adamının 

yaratdığı hind-türk dövlətinə «böyük moğollar hökuməti» 

deyilməsini düzgün hesab etmir. Teymurun Bərlas adlı 

sülaləyə  mənsubluğuna, Keş  şəhərində  türk dilində «gözəl» 

mənası verən «kürəkan» adlı ailədə anadan olmasına işarə və 

onun nəvəsi Mirzə Baburun –Babur şahın (1483-1530) bütün 

yaşantısını  əks etdirən «Baburnamə»  əsərinə istinad edərək 

onun Monqolustan torpağında deyil, Səmərqəndin cənub 

tərəfində doğulduğunu bildirib bu barədə tarix elminə 

dəqiqləşdirmə  gətirir: «Bu əsərin bir çox yerlərində 

müşarileyh moğolca bilmədiyini etirafla bərabər, əcdadı kimi 

özünün dəxi türk olduğunu və  hətta türklüklə iftixar etdiyini 

bəyan ediyor. Hindistandakı sülaləsinə «böyük moğollar» 

ləqəbi bir yanlışlıq  əsəri olub, bu yanlışlıq avropalılara bəzi 

Iran müvərrixlərindən sirayət etmiş idi. Bu gün Avropa 

müstəşirqinin haman kaffəsi xətalarını anlayıb təshihi-maddə 

etmiş olduqları halda, biz nədən əski zəhabımızda səbat edib 

qalırız?» (24, 215). 

«Türklər kimdir və kimlərdən ibarətdir?»  əsərindəki 

terminlərin izahında «türk» və «tatar» sözləri üzərində  təhlil 

və araşdırmalar daha maraqlıdır. Əli bəy, xüsusilə də, «tatar» 

termini ilə bağlı konkret fikirlər irəli sürür, bu haqdakı 

mülahizələri ümumiləşdirib onlara münasibət göstərir və 

bütün türkoloqların bu sözün tamamilə aradan götürülməsinə 

tərəfdar olduğunu qeyd edir. O, qeyri-elmi olan bu terminin 

bir neçə  mənada işləndiyini və bunların hamısının yanlış 

olduğunu inandırıcı faktlarla aydınlaşdırır. 

 

32



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə