Azərbaycan respublikasi təhsil nazirliyi naxçivan müƏllimlər nistitutu



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə13/29
tarix30.10.2018
ölçüsü0,67 Mb.
#76758
1   ...   9   10   11   12   13   14   15   16   ...   29

 

 

iqlim şəraitini, coğrafi vəziyyəti, eyni və müxtəlif məkanlarda 



yaşayan türklərin qəbul etdikləri növbənöv din və məzhəbləri 

və bu vasitələrlə  qəbul edilən xətt və dilləri, millət və 

qövmləri bir-birinə qarışdıran tarixi hadisələri qeyd edərək 

dildə  təsir məsələsinin normal olduğunu  əsaslandırmışdır. 

Doğrudan da, hazırda dünyadakı altı minə yaxın dil içərisində 

təsirə uğramayan bir dil də göstərmək olmaz. 

Türk dillərinin əvvəlki vəziyyətindən fərqlənməsində Əli 

bəy din və  məzhəbləri  əsas  səbəblərdən biri hesab etmişdir. 

Belə ki, o, türklərin  ən qədim dini olan şamanın (Orxon-

Yenisey yazılarına  əsasən), («Şaman məzhəbinə bu gün dəxi 

bəzi Çin və moğol  əqvamı  və Sibiriya cəhətlərində bir neçə 

türk əşair və qəbaili tabedir») – təbiətə pərəstişdən ibarət olan 

bu dinin sonralar «qaba bir bütpərəstlik» səviyyəsinə 

enməsindən danışaraq onun «şaman kahinlərinin  şarlatanlığı 

sayəsində» davam etdiyini göstərir. O, türk xalqları içərisində 

ilk olaraq tərəqqi edən «tu-ku-ye» adlı  oğuz türklərinin, 

onlardan sonra tarix səhnəsinə  çıxan uyğurların bütpərəstliyə 

uzun müddət sitayiş etməyib, başqa müxtəlif dinlərlə 

mədəniləşməyə başladığını qeyd edir. Əli bəyin təhlilləri onun 

dilçilik elmi qədər ilahiyyat elminə də bələd olduğundan xəbər 

verir. O, türklərin şamanizm, buddizm, lamalıq (budda dininin 

bir şöbəsi), panteizm və bəzi dinlərin tərkib hissəsindən ibarət 

olan metampsixoz, xristianlıq, islam məzhəblərində 

olduqlarını tutarlı faktlar göstərməklə izah edir. Islam dini 

yarandıqdan sonra başqa məzhəblərin türklər arasında 

zəifləməsi türklərin bu dinlə  mədəniyyət tərəqqisinə can 

atmaları ilə bağlıdır. «Türklər arasında müxtəlif din və 

məzhəblər yekdigərini təqib etdikcə bunlarla bərabər təhrirati-

diniyyə  və  rəsmiyyədə müstəməl xətlərin,  əlifbaların  əşkalı 

dəxi təbəddüd ediliyordu». Əli bəy türklərin yazısından bəhs 

edərkən onların özü tərəfindən ixtira olunan run xəttini, uyğur, 

ərəb əlifbalarını göstərir və diqqəti çox mühüm bir məsələyə 

çəkir: «Dini-islam ilə  xətt və lisani-ərəbi türklərin lisani-

 

39




 

 

ədəbiyyat, əxlaq və adətlərində xeyli əzim bir təbəddül vücuda 



gətirmiş olduğu halda, türklər yenə milliyyət və 

qövmiyyətlərini, lisan və  ədəbiyyatlarını ancaq dini-islam 

dairəsində mühafizə edə bilmişlərdir». Türk  tarixində iki 

məsələni  Əli bəy çox mühüm hesab edir: 1.Türklərin 

bütövlükdə islam dinini qəbul etməyə meyl göstərmələri. 2. 

Islam dini ilə etiqadlı, ərəb elmilə bilikli, ərəb mədəniyyəti ilə 

mədəni olduqları halda, «türklərin əsla ərələşməyib, yenə türk 

oğlu türk qalmaları».  Ə.Hüseynzadə bu məsələlərin səbəbini 

də aydınlaşdırır. Islam dininin məziyyət və xüsusiyyəti, sadə 

və aydın olması, isbat və dəlil baxımından zənginliyi, türklərin 

təbiəti, ləyaqət və  əxlaqı, mənəviyyatı bu səbəblərdəndir. 

Təbii coğrafi şərait və iqlimə görə geniş çöl və səhralara malik 

olan Türküstanla Ərəbistan arasında oxşarlıq olduğu, «dəvəni, 

atı, süvariliyi, mərdanəliyi, igidliyi, seyri-səfəri, köçəbəliyi, 

füshətabad vətəni, hürriyyət və muxtariyyəti sevən türk ilə 

ərəb arasında dəxi bir münasibət, bir qərabət mövcud olduğu 

inkar olunamaz». «Türk xalqlarının, o cümlədən, azərbaycan-

lıların dil kökünü aydınlaşdırmağa mane olan faktlardan biri 

köçərilikdir. Daha doğrusu, ümumiyyətlə, köçərilik anlayışı 

(məsələn, qaraçılarda olan kimi) və türklərdə köçərilik 

məsələsi aydınlaşmayıb. Əslində, türk xalqlarından danışarkən 

«köçərilik» və «köçmək» sözləri fərqləndirilməlidir. Yəni 

türklərdə köç olub. Bu, təsərrüfat və iqlimlə bağlı hadisədir. 

Türk xalqları  həm  əkin-biçinlə, həm  heyvandarlıqla məşğul 

olublar. Heyvandarlıq kənd təsərrüfatının tərkib hissəsi 

olduğundan o, oturaqlıq anlayışına qarşı durmur. Köç kənd 

təsərrüfatını qorumağın əlamətidir; türk xalqları elə iqlimlərdə 

yaşayıblar ki (bu, Orta Asiya arealına da, Qafqaz arealına da 

aiddir), yayın istisindən heyvanı qorumaq üçün yaylağa, qışın 

soyuğundan qorumaq üçün qışlağa köçmək vacib olub (Orta 

Asiyada və Azərbaycanda Qışlaq, Manqışlaq və s. kimi 

onlarla toponimi xatırlayın). Təsərrüfatın mühüm tərkib 

 

40



 

 

hissəsi olan heyvanı qorumaq niyə köçərilik sayılsın?» (21, 



26).  

Əli bəy həm  ərəblərin, həm də türklərin islam dininə 

olan etiqadı və tarixləri arasında da oxşarlığa nümunə olaraq 

türklərin run xətti dövründəki bütpərəstliyi ilə  ərəblərin 

cahiliyyət zamanındakı bütpərəstliyi arasında da bənzərlik 

görürdü. Türklər bəzi başqa xalqlar kimi islam dinində 

dəyişiklik etmək fikrinə düşməyib düz yolla irəlilədilər, islam 

dinini olduğu kimi qəbul etməklə yanaşı, onu qorumağa da 

qeyrət etdilər və  ərəblər bütün Şimali Afrika, Suriya və 

Mesopotomiya xalqlarını  və Dağıstan xalqlarının bəzisini 

ərəbləşdirdiyi halda, türklərdə bu prosesə nail ola bilmədilər. 

Bunun səbəbi Əli bəy Hüseynzadəyə qədər türklərin kiçik bir 

toplum olmayıb  ərəblər kimi müstəqil və böyük millət 

olmaları və türklərin mərkəzi olan Orta Asiya və Türküstanın 

Ərəbistandan məsafəcə uzaqlığı kimi göstərilirsə, o, bu səbəbi 

daha mühüm bir cəhətlə bağlayırdı.  Bu mühüm cəhət türk 

dilinin «əssəneyi-Turaniyyədən» olması ilə  ərəb dilindən 

fərqlənməsi keyfiyyətidir. Əli bəy bütün yaradıcılığı boyunca 

dil və din məsələlərinə xüsusi həssaslıqla yanaşmış, lakin 

islam dinini son dərəcə yüksək tutsa da, dilin roluna daha bö-

yük üstünlük vermişdir. Hətta, o, ərəblərin  millətləri 

ərəbləşdirməsi prosesində  ərəb dilinin islam dinindən daha 

çox iş gördüyünü düşünürdü.  Əli bəyə görə, islam dini 

moğollar içində yaransaydı, bəlkə  də onlar türkləri 

moğollaşdıra bilərdilər. O, bunun səbəbini moğol və türk 

dilləri arasında biri digərini təmsil edəcək dərəcədə yaxınlığın 

olmasında görürdü.  

Əli bəy fikirlərində o qədər dəqiqdir ki, o hər hansı bir 

elmi mülahizəni irəli sürəndə onun müəllifliyi məsələsinə  də 

diqqət yetirir. O, türk dilinin başlıca olaraq qaydalara 

əsaslandığını qeyd edir və dərhal göstərir ki, həmin fikir türk 

yazıçı və maarifçisi Əhməd Midhət əfəndiyə məxsusdur. Türk 

dilinin lüğətə  əhəmiyyət verməyib hər dildən bəyəndiyi sözü 

 

41




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə