Azərbaycan respublikasi təhsil nazirliyi naxçivan müƏllimlər nistitutu



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə1/29
tarix30.10.2018
ölçüsü0,67 Mb.
#76758
  1   2   3   4   5   6   7   8   9   ...   29


AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI 

NAXÇIVAN  MÜƏLLIMLƏR  NISTITUTU 

 

 

 



HƏSƏNOVA SƏDAQƏT 

 

 



 

 

 



 

 

 



 

 

ƏLI BƏY HÜSEYNZADƏNIN  



DILÇILIK GÖRÜŞLƏRI  

 

 



 

 

 

 

 



 

                  

 

 

Bakı — 2006  



 

 



 

 

Monoqrafiya Naxçıvan Müəllimlər Institutunun Elmi 



Şurasının 24 yanvar 2006-cı il tarixli iclasının qərarına 

əsasən çap olunur (pr.№5)  

 

 



 

 

Rəyçilər:       fil.elm.dok.Ə.A.Quliyev  



 

 

 



 

dosent A.K.Imanlı  

 

 



 

 

 



 

 

 



 

 

Monoqrafiyada türk dünyasının böyük oğlu, dilçi, 



publisist, rəssam, həkim,  şair, musiqiçi, ideoloq-ensiklopedist 

sima olan Əli bəy Hüseynzadənin dilçilik görüşləri araşdırılır. 

Onun türk xalqlarının ədəbi dilinə, mətbuat üslubuna, imla və 

tərcümə 

məsələlərinə, alınma sözlərə münasibəti 

aydınlaşdırılır. 

 Monoqrafiyadan 

dilçi 

bilginlər, filoloji yöndə çalışan 

mütəxəssis və tələbələr istifadə edə birlərlər. 

 

 

 



 

 

2



 


 

 

G I R I Ş 



 

 XX 


yüzilin 

əvvəlində Azərbaycan ziyalıları iki mətbuat 

ətrafında birləşmişdilər: 1. «Molla Nəsrəddin» jurnalı; 2. «Füyu-

zat» jurnalı. Lakin təəssüf ki, bu iki mətbuat orqanı və onların 

redaktorları arasında süni ayrılıq yaradılmış  və «Molla 

Nəsrəddin»lə «Füyuzat» əkscəbhəli jurnallar kimi səciyyələn-

dirilmişdir.  Əslində, onların hər ikisi özünün məqbul hesab 

etdiyi yolla xalqa xidmət etmişdir. «Füyuzat»ın redaktoru Əli 

bəy Hüseynzadənin dilçilik görüşlərinin tədqiqata cəlb edilməsi 

həm onun özü haqqında, həm də «Füyuzat» jurnalı haqqında de-

yilmiş bir sıra fikirlərə aydınlıq gətirməkdə və bütün türk dün-

yasında tanınan, dünyanın çox saylı ensiklopediyalarına düşən 

böyük bir şəsiyyətin öz vətənində düzgün tanınmasında 

faydalıdır.  

 

Əli bəy Hüseynzadənin dilçilik görüşləri indiyədək 



sistemli  şəkildə  tədqiqata cəlb edilməmişdir. Bunun nəticəsidir 

ki, onun dili, dil məsələlərinə münasibəti haqqında söylənmiş 

yalan fikirlər həqiqət kimi qəbul edilmiş, nəticədə Azərbay-

canda milli özünüdərk prosesinin, türkçülük ovqatının yüksəl-

məsində böyük rolu olan, «Türkləşmək, Islamlaşmaq, Müasir-

ləşmək» ideyasının, «Füyuzat» ədəbi məktəbinin banisi, çox-

cəhətli fəaliyyəti ilə Azərbaycan mədəniyyəti tarixində önəmli 

yer tutan Əli bəy kimi dəyərli soydaşımız öz xalqına düzgün 

tanıdılmamışdır. 

 Azərbaycan Respublikası ikinci dəfə öz müstəqilliyini, 

tarixi azadlığını qazandıqdan sonra qarşıda duran problemlərdən 

biri də elmdəki «sovet» buzunu qırmaqdan ibarət olmuşdur. 

Artıq Sovet psixologiyası ilə deyilmiş fikirlərə yeni prizmadan 

yanaşılır və son zamanlara qədər qaranlıqda qalan, xəyanət kimi 

qələmə verilən həqiqətlər üzə  çıxır. Bu mənada,  Əli bəy 

Hüseynzadənin dilçilik görüşlərinin tədqiq olunması  zəruridir. 

XX  yüzilin əvvəlində ədəbi dilimizin çox maraqlı və mürəkkəb 

 

3




 

 

bir mərhələsinin təhlili baxımından da bu iş aktural hesab 



olunur. 

 

Tədqiqat həmin mövzuda ilk linqvistik araşdırma 



olduğundan, sözsüz ki, nöqsansız deyildir. Bu nöqsanların 

aradan qaldırılmasında müəllifə öz məsləhət və münasibətləri ilə 

kömək edəcək oxuculara əvvəlcədən ehtiramımızı bildiririk.  

 

 



4


 

 

I FƏSIL 



ƏLI BƏY HÜSEYNZADƏNIN TÜRK 

XALQLARININ ƏDƏBI DILI HAQQINDA 

GÖRÜŞLƏRI 

 

XX yüzilin əvvəlində  mətbuat meydanına yeni bir 



nəfəslə, milli oyanış ideyaları ilə, Azərbaycanın özünüdərk 

aktı  və faktı kimi daxil olan «Füyuzat» jurnalı (1906-1907) 

xalqımızın mədəni inkişafında dövrün tarixi rolunu ifadə 

etmişdir. Cəmi 32 nömrəsi çap edilən bu dərgi cild-cild 

kitablara bərabər iş görmüş, dili, üslub keyfiyyətləri ilə ədəbi 

dil tariximizdə mütərəqqi rol oynamışdır. Jurnalın dilinin 

tədqiqi son dövr Azərbaycan dilçiliyində aktual bir problem 

kimi diqqəti cəlb edir.  

Romantiklərin, xüsusilə  də jurnalın redaktoru Əli bəy 

Hüseynzadənin dilçilik görüşləri, dil məsələlərinə münasibəti 

ilə tanış olmadan jurnalın dili haqqında hərtərəfli fikir 

yürütmək mümkün deyil. Daha doğrusu, «Füyuzat» jurnalının 

dil xüsusiyyətləri, həmin sahə ilə bağlı siyasəti,  ədəbi dillə 

bağlılıq dərəcəsi və s. məsələlərin dəqiq və düzgün 

qiymətləndirilməsi üçün Əli bəyin dilçilik görüşlərinin 

öyrənilməsi faydalıdır. «Alibey Hüseynzadənin siyasi-fəlsəfi 

fikirlərini anlamak, üsulları tahririni (yazı üslubunu) tedkik 

etmək için en kiymetdar vasika Füyuzat kolleksiyonudur» (39, 

41).  

Bütün türk dünyasına ittihad və  mədəniyyət dilinin, 



yüksək ideyaların daşıyıcısı kimi daxil olan «Füyuzat» jurnalı 

1 noyabr 1906-cı ildə ilk məqaləsi «Həyat» və meyli-Füyu-

zat»la fəaliyyətə başlamış  və 1 noyabr 1907-ci il tarixdə 

«Pərdə eniyor» adlı son məqaləsi ilə oxucularına «əlvida!» 

demiş, sonuncu nömrənin üz qabığının arxasında verilmiş belə 

bir elanla mətbuat aləmini tərk etmişdir: «Bəzi əsbaba məbnu 

«Füyuzat» müvəqqəti olaraq bu gündən etibarən tətil 

 

5




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə