Azərbaycan respublikasi təhsil nazirliyi naxçivan müƏllimlər nistitutu



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə3/29
tarix30.10.2018
ölçüsü0,67 Mb.
#76758
1   2   3   4   5   6   7   8   9   ...   29

 

 

doğru», «Məlumat», «Yeni məcmuə» və s.) məqalələri onun 



bu sahədə  əsas məqsədini göstərən nümunələrdir. O, 

Azərbaycan həyatı üçün yeni olan dil, əlifba, qadın haqları 

məsələsi, bütün dünya türklərinin  ədəbi dili, yaşamı, mühiti, 

assimilyasiyası  və s. problemləri ilə bağlı aktual, bütün za-

manlar üçün qiymətli olan fikirlər irəli sürmüşdür.  

Bundan başqa, o, dünyanın müxtəlif bölgələrində 

keçirilən rəsmi toplantılarda türklər və onların dili ilə bağlı 

problemləri dünya əhalisinə çatdırmış və onların həlli yolunda 

əsil vətəndaşlıq fəaliyyəti göstərmişdir. 

«Mən milliyyətpərvər bir insanam, türkəm» deyən  Əli 

bəy Hüseynzadə  mənsub olduğu millətin dilinə çox böyük 

həssaslıqla yanaşırdı. Fəaliyyətinin  əvvəlindən axırına qədər 

türklər və onların dili məsələsi onun üçün ən önəmli problem 

olmuşdur. Türk xalqlarının dilinə təcavüz, türk dilləri arasında 

ayrılıqların yaranıb inkişaf etməsi və bunun gündən-günə 

artması səbəbiylə türklərin bir-birini anlamaması, ona görə də 

bir-birini yetərincə tanımaması  məsələləri böyük filosofu 

dərindən düşündürən problemlər idi. XX yüzilin əvvəlində bu 

məsələlər Azərbaycan ziyalılarının fikrini məşğul edir və 

onlar həmin problemlərdən xilas olmaq yollarını axtarırdılar. 

«Öz ehtiyaclarını» danışmağa ixtiyarı qalmayan türklərin  ən 

böyük faciəsini və  ən böyük gələcəyini dildə görən 

ziyalılardan biri və birincilərindən olan Əli bəy, bu baxımdan, 

baş rola sahib idi. Türklərin dil «faciələri» müqabilində  Əli 

bəy bir işıqlı yol, gerçəyə çevriləcək, gələcəyə aparacaq bir 

nicat görür, güvənc yeri olan bir faktla qürur duyurdu. Bu, 

türk dilinin çox mühüm və spesifik bir əlaməti-özünü qoruma 

qabiliyyəti idi və  Əli bəy bu dəyəri çox  yüksək 

qiymətləndirir, bu xüsusiyyəti türk dilinin əbədiliyini, 

yaşamını müəyyənləşdirən bir cəhət hesab edirdi. 

Ümumiyyətlə, türkçülər millət üçün üç əsas göstəricini yüksək 

tütürdular: dil, din və  əxlaq. «Millət nə irqə, nə qövmə, nə 

coğrafiyaya, nə siyasətə, nə  də iradəyə bağlı bir topluluq 

 

9




 

 

deyildir. Millət dil, din, əxlaq və bütün gözəl sənətlər-estetika 



baxımından ortaq olan, yəni eyni tərbiyəni görmüş fərdlərdən 

ibarət bir zümrədir» (20, 32). 

Əli bəy dili, üslubu və dilçilik görüşləri ilə Azərbaycan 

ədəbi dilinin mürəkkəb bir mərhələsi, ağır bir yaxın keçmişini 

əks etdirir. «Azərbaycan xalqının  şərəfli keçmişi təkcə tarix 

kitablarına yazılmayıb, o həm də dilin «yaddaşına» səpələnib 

qalmışdır» (14, 3). Bu mənada,  Əli bəyin başçılıq etdiyi 

«Füyuzat» jurnalı  həmin yaddaşın maraqlı  və mübahisəli bir 

nümunəsidir.  Əli bəy jurnalın səhifələrində türk dillərinin 

quruluşu, keçmişi, bu günü, gələcəyi, xarakterik 

xüsusiyyətləri, dünya mədəniyyətində yeri, etnogenezi və s. 

məsələləri işıqlandırmışdır. «Ə. Hüseynzadə Azərbaycanda 

etnogenez  məsələlərinə girişən ilk azərbaycanlı alimdir» (5, 

6).    


Əli bəy türk xalqlarının dilini ümumi türk dilinin şivələri 

hesab edirdi. Bu fikrinə görə, onu öz doğma dilinə ögey 

münasibət göstərməkdə təqsirləndirənlər olmuşdur. Lakin bu, 

Əli bəyin türk xalqlarını bir millət halında birləşdirmək ideya-

larından irəli gəlirdi.  Əli bəyin Azərbaycanda «Həyat» və 

«Füyuzat»da fəaliyyəti, Türkiyədə «Türk yurdu» jurnalında, 

«Türk ocağı» dərnəyində, «Xalqa doğru», «Məlumat», «Yeni 

məcmuə» kimi mətbuat orqanlarında iştirakı, «Turan» 

heyətinin tərkibində  Qərbi Avropa ölkələrində  çıxışları, 

Budapeştdə alman dilində 

nəşr olunan «Rusiya 

müsəlmanlarının tələbləri» kitabında Rusiyanın tərkibindəki 

altı müsəlman ölkəsinin müstəqilliyini iddia etməsi, Berlində 

«Türk qövmləri konqresi»ndə irəli sürdüyü fikirlər və s. 

türklər və onların dili ilə bağlı problemlərin həllinə 

yönəlmişdi. Millətinin dil problemləri onun türkçülük 

ideyalarının  əsas səbəblərindən biri idi. «Ictimai fikir 

tariximizdə türkçülüyün bir ideya cərəyanı kimi meydana 

çıxmasına səbəb, hər  şeydən  əvvəl, Azərbaycanın o zamankı 

ictimai, siyasi şəraiti idi. Vətəni parçalanan, işğal edilən, milli 

 

10



 

 

varlığı tapdanan, dini, dili təhlükə altında qalan vəziyyəti idi» 



(10, 41). 

Əli bəy Hüseynzadənin dilçilik elmi sahəsindəki 

fəaliyyətində üç əsas məqsəd diqqəti cəlb edir:  

1. Eyni ölkənin müxtəlif bölgələrindəki türk şivələri 

arasındakı fərqlərin aradan qaldırılması;  

2. Istanbul türkcəsinin Azərbaycanda yayılması,; 

3. Türk millətinə məxsus olan ayrı-ayrı türk xalqlarının 

dilləri arasındakı  fərqlərin aradan qaldırılması  və  nəticədə 

vahid ümumtürk dilinin yaradılması. 

Birinci məsələni  Əli bəy Hüseynzadə  hələ «Həyat» 

qəzetində ciddi şəkildə qoymuşdur. Müxtəlif bölgələrdən 

qəzetə göndərilən yazıların hamısı türk dilində idi, lakin biri 

Bakı  ləhcəsində, biri Qarabağ  ləhcəsində, digəri Qazan 

ləhcəsində  və s. yazıldığından onların arasındakı ayrılıqlar 

dərhal üzə  çıxır, bu fakt türk dilinin gələcəyi üçün təhlükə 

hesab edilir və bu təhlükənin vaxtında dəf edilməsinin yolları 

göstərilirdi. 

Birinci məsələ dil sahəsində ilk böyük problem kimi 

qarşıda dururdu. Azərbaycanda Qarabağ, Gəncə, Şirvan və s. 

şivələri, Osmanlı, Iran sərhədinə yaxın olanların, Rusiyada 

yaşayan türklərin öz şivələri mövcud idi. Bu şivələrin bir 

araya gəlməməsi vahid dilin inkişafına mane olurdu: «Bakı 

şivəsi iləmi yazaq? Yazarsaq qorxuram ki, qeyri türklər 

içində, türkcəyi yaxşı bilən türklər içində rüsvay oluruz!..»  

Dilimizin təmizlik və tərəqqisi üçün çıxış yolu axtaran Əli bəy 

ayrı-ayrı şivələrin hər birinin nöqsanlı olduğunu göstərirdi. Bu 

şivələr içində leksik baxımdan kasıb olanları da var idi: «Bəzi 

şivələrdə  əfkari-aliyə  və hikəmiyyəyi ifadəyə, məsaili-

siyasiyyə, ya ictimaiyyəyi, mətalibi-iqtisadiyyəyi bəyana artıq 

söz qalmamışdır» (24, 71). 

Yerli  şivələr içərisindəki qüsurlu cəhətlərdən biri də 

dilin morfoloji və sintaktik qayda-qanunlarının unudulması, 

ədəbi dilin normalarının pozulması idi: «O biriləri türkcə sərfi 

 

11




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə