Azərbaycan respublikasi təhsil nazirliyi naxçivan müƏllimlər nistitutu



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə9/29
tarix30.10.2018
ölçüsü0,67 Mb.
#76758
1   ...   5   6   7   8   9   10   11   12   ...   29

 

 

nəticələr verəcəyini düşünür və  tərəqqi yolunda əlifbanı 



maneə hesab etmirdi. Əli bəyə görə, əlifba dəyişdirmək nicat 

yolu deyildir. O, ərəb  əlifbasını bütün müsəlmanları bir-

ləşdirən vasitə kimi yüksək qiymətləndirirdi.  Əlifbanı 

dəyişməklə baş verən maddi və mənəvi ziyanı əvvəldən görən 

Əli bəy onun vacib problem olmadığını düşünürdü (I 

Türkoloji qurultayın keçirildiyi zaman ən önəmli problem 

ümumtürk dili məsələsi idi). «Kazanlı Alparos alfabe üzərində 

mühafazaçı bir görüşle, Arap harflerinin estetik değerinden, 

birer sanat eseri olan cami duvarlarındaki levhalardan söz 

etmişdir.Basımevlerinde kullanılan 250-300 harfi bir derece 

azaltmak mümkündür. Harf değişdirmek zorunlu değildir». 

Ərəb əlifbası ilə bağlı Zirkofun fikirləri də Əli bəyin marağına 

səbəb olmuşdur: «Prof. Zirkof Arap Harflerini birden 

bırakmamak taraflısı olanlardandır. Öncə bu harfler üzerinde 

birçok düzeltmeler yapılmıştır, daha da yapılabilir. Bu 

bakımdan acele etmemeli, bir kaç yıl beklemeli ve çok 

çalışmalı diyor». 

Əli bəy «Ittihad və  tərəqqi» tərəfdarı idi. Onun 

«Türkləşmək, Islamlaşmaq, Müasirləşmək» prinsipinin birinci 

komponenti ilə bağlı  vəzifələrin həyata keçməsi dildən 

başlayırdı. Dil birliyi türk xalqlarının tərəqqisi yolunda ən 

mühüm bir yol idi. I.Qaspıralının redaktorluq etdiyi, Krımda 

nəşr olunan «Tərcüman» qəzeti ilə yayılan «Dildə, fikirdə, 

işdə birlik!» ideyası türklük fikri tarixində mühüm yer tutur. 

Tədqiqatçıların bir qrupu bu ideyanın  Əli bəyə, digər qrupu 

isə Ismayıl bəy Qaspuralıya məxsus olduğunu göstərir. Son 

məlumatlara görə, bu ideya Əli bəyə aid olub «Tərcüman» 

qəzetində işıqlandırılmışdır. «Nadir bir istedad və mənəviyyat 

sahibi» (Ə.Mirəhmədov) olan Əli bəy türklərin bütün 

sahələrdə birləşməsini onların gələcəyi üçün önəmli bir yol 

hesab edirdi: «Xüsusən dildə birlik və bütövlük məsələsini Əli 

bəy mənəvi bütövlüyün bütün digər sahələrdə gerçəkliyi üçün 

zəmin hesab edirdi. Belə bir fikri qəti rədd edirdi ki, guya 

 

27




 

 

qədim, ata türk dili bizim eranın ikinci, yaxud dördüncü 



əsrində formalaşıb. Həm dilimizdə olan abidələrin, həm də 

dilimizin özünün eradan əvvəlki dörd min ili belə yanaşma 

tərzində  tədqiqatdan kənarda qalırdı. Halbuki Əli bəyə görə, 

dildə də, ədəbiyyatda  da son altı min il fasiləsiz, tənəffüssüz 

«türk altı min ili» olub. Eradan dörd min il əvvəldən islama 

qədər vahid türk dil və  mədəniyyət məkanında vahid xalq 

yaşayıb –türklər!... hələ çeşidlərə parçalanmamış ümumtürk 

dili bərqərar olub. «Xəzər –Balkan ellipsi» daxilində fasiləsiz 

hərəkət qapalı dövriyyə  şəklində baş verib və ona görə  də 

vahid bədii məkan pozulmayıb. Indi əsas məsələ həmin vahid 

məkanı kültürdə yenidən bərpa etmək, ortaq türk keçmişindən 

ortaq türk gələcəyinə doğru körpü salmaq, babaların yaratdığı 

milli-etnik «mənlik şüuruna sahiblik şüuru tərbiyə eləməkdir» 

(28, XVIII).  

Bu prosesdə ilk və  əsas yol «dildən başlamalıdır» fikri 

ilə çalışan  Əli bəyin redaktoru olduğu «Həyat» qəzeti və 

«Füyuzat» jurnalı səhifələrində dil birliyi məsələsi ona görə də 

ilk planda idi. Təsadüfi deyildir ki, prof. Y.Qarayev 

«Füyuzat»ın səhifələrini «mənəvi Turan» hesab etmişdir. 

Ümumtürk  ədəbi dilinin yaradıcısı olaraq Əli bəy bu dilin 

əhəmiyyətini bütün türk dünyasına anlatmışdır. Bunun 

nəticəsidir ki, I Türkoloji qurultayda «ortaq ədəbi dil» önəmli 

məsələlərdən biri olmuşdur. O, türk xalqlarının (xüsusilə  də, 

özbək və türkmənlərin) dil, ədəbiyyat, folklor və 

etnoqrafiyasına aid əsərlər müəllifi türkoloq A.N. 

Samoyloviçin (1880-1938) ümumi türk ədəbi dilinin tərəfdarı 

kimi uzun-uzadı  və maraqlı bir məruzə söylədiyini də qeyd 

etmişdir.  Əli bəyin yazdıqlarından təhsilini Sorbonna 

universitetində almış Feyzi Krımlının,  Ş.Bektorenin, Həbib 

Cəbiyevin, Omadovun, B.Çobanzadənin, Fuad Köprülünün və 

b. ortaq ədəbi dil məsələsi haqqında danışdıqları məlum olur.  

 Fuad Köprülü qurultayın 6 mart tarixli iclasında da çıxış 

etmiş və onun məruzəsi radio ilə xalqa çatdırılmışdır. Əli bəy 

 

28




 

 

həmin tarixə aid gündəliyində yenə  də son dərəcə 



təvazökarlıqla «Oğleden sonra benim tebliğim vardır» 

cümləsini yazmışdır.  

Qurultay qeydlərində  Əli bəy özü haqqında yazmamış 

(iki cümlədən başqa), lakin çox həssas bir dinləyici kimi 

qurultay materiallarını  əvvəldən axıra qədər dinləmişdir. 

Qurultayın bütün iclasları onun gündəliyində qeyd 

olunmamış, lakin Əli bəyi bir problem olaraq düşündürən 

məsələlər, xüsusilə  də, ortaq türk dili (ümumtürk dili) 

məsələsi ilə bağlı mülahizələr geniş əks olunmuşdur.  

Hələ XX yüzilin əvvəlində «Həyat» və «Füyuzat» kimi 

mətbuat orqanları ümumtürk dilinin mümkünlüyünü göstər-

miş, lakin ziyalılar arasında fikir birliyinin olmaması, 

məsələnin  əsil mahiyyətinin dərk edilməməsi, Rusiya havalı 

beyinlərin onu qəbul edə bilməməsi və s. səbəblərdən bu 

yüksək ideya praktik şəkildə istənilən səviyyədə uğur qazana 

bilməmişdir. Bu ideyanın qələbəsini göstərən onlarla faktlar 

var, lakin bu, ortaq türk  dili məsələsinin tam və  qəti həlli 

demək deyildir. Ona görə  də  həmin məsələ  təkrar olaraq I 

Türkoloji qurultayda proqram məsələsi kimi qarşıya qoyulmuş 

və onunla bağlı münasibətləri qurultayın fəxri rəyasət 

heyətinin altı  nəfər üzvündən biri- Əli bəy Hüseynzadə öz 

gündəliyində qeyd edərək bir sıra tədqiqatlara mövzu 

vermişdir.  

Artıq həmin məsələyə dünyada yeni münasibət 

formalaşmışdır və demək olar ki, onun həlli labüddür.  

Bütün bu qeyd olunan faktlar, Əli bəyin ömürlüyünə aid 

olan rəsmi yığıncaqlarda yüksək məqsədlərlə  iştirakı, türk 

xalqlarının dili ilə bağlı irəli sürdüyü problemlər və onların 

həllinə çalışmaq prosesindəki  əzmkarlıq fəaliyyəti onun əsil 

türk və türkoloq olduğunu göstərir. 

Əli bəyi «Türklər kimdir və kimlərdən ibarətdir?» adlı 

silsilə yazılarında (132, № 4,9,16,22,35,52,81,82) zövqlü və 

şövqlü bir tarixçi, elmin dərinliklərinə nüfuz edən bir 

 

29




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə