Azərbaycan respublikasi təhsil nazirliyi naxçivan müƏllimlər nistitutu



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə12/29
tarix30.10.2018
ölçüsü0,67 Mb.
#76758
1   ...   8   9   10   11   12   13   14   15   ...   29

 

 

olduğunu  şübhə edilməyəcək dərəcədə sübut edən  Əli bəy 



«türk» sözünü də dərin bir elmi şəkildə incələyir.  

«Əgər türk dillərinə kifayət qədər diqqət yetirilsəydi, o 

vaxt dilçilik və tarixin bir çox əfsanələri öz yerini həqiqətə 

verərdi» (34, 185).Alman şərqşünasları  ərəb, fars və Avropa 

dillərinin təsirinə  məruz qalmış  və guya buna görə  də 

türklükdən bir dərəcə uzaqlaşan qərb-osmanlı türklərini digər 

türklərdən ayırmaq üçün elmdə başqa bir termin icad etməyə 

səy göstərmişlər. «Türk tayfalarının (və  təbii ki, onların 

dillərinin) adlandırılmasında, bir növ, hərc-mərclik vardır. 

Məsələn, «oğuz», «türkmən», «türk» sözləri ilk orta əsrlərdə 

və orta əsrlərdə bir çox hallarda eyni mənalarda, eyni 

məqamlarda işlənir» (21, 20). Əli bəy, bu mənada,  «türk» və 

ya «turok» sözünün səhv olduğunu əsaslandıraraq göstərir ki: 

«Türkiyədə beynülam ruslara «Moskov» deyildiyi kibi, rus 

əhalisi beynində də osmanlılara «türk» ləfzindən qələt olaraq 

«turok», ya «türk» deyilir». Onlara «türk» adı verilməsini 

alman alimləri təklif etmişdilər. «Turuk» diri deməkdir. 

«Turu» yaşamaq deməkdir. «Tır» iti, «tirik» silah deməkdir. 

Şumer dilində «tır» həyat deməkdir» (34,195). Dr. Cavad 

Heyət «türk» kəlməsinin «törəmək»dən yaranıb «qüvvət» 

mənası verdiyini göstərir. Sümer Faruk «turuk» (Türk) 

sözünün yaradılmış, doğmuş, törəmiş  mənasını qeyd edir: 

«Türük» (Türk) Budun: Gök Türk devletini kuran, kağanların 

mensup bulundukları ve dayandıkları budundur. Kağanların 

bu budundan çıkdıklarını göstermek için, bazan bu ad ile 

vasıflandırılır: Türük Yanu Kağan, Türk Bilge Kağan. Türk 

adının türü (yahut törü) fiilinden –k eki ile yapılmış bir isim 

olduğu görülüyor. Kuvvetli  anlamındaki türk sözüne gelince 

bu Gök Türkler‘den çok sonra, X-XIII yüzyıllara ait Uygur 

metinlerinde geçmektedir. Yani kuvvetli ve kudretli  

anlamındakı türk ‘e Türk  adının ortaya çıxışından çok sonra, 

geç bir zamanda ve tek bir Türk kavmine ait bazı metinlerde 

rast gelinmiştir, fakat ne kitabelerde, ne de Divanu lugati ‘t-

 

36




 

 

Türk‘de ve ne de diğer eserlerde olmadığı gibi, şimdiki Türk 

lehçelerinde de görülemiyor. Fazla olarak Türk kelimesinin 

Uyğurlar arasında kuvvetli ve kudretli anlamında 

kullanılması,  Gök Türkler‘in   şerefli hatıralarından, büyük 

ünlerinden gelmiş olabilir» (44, 22).  

Qədim türk dilinin «türk», xalq adının «tür» felindən 

yaranması haqqındakı ilk fikirlər türkologiya elmində gerçəyi 

ifadə edən mülahizə kimi dəyərləndirilmişdir. Osmanlı 

türklərini digər türklərdən ayrıanlara cavab olaraq Əli bəy 

qeyd edir ki: «bu gün türk əqvamının cümləsi osmanlılar kimi 

ərəb, fars və sairənin təsirati-irqiyyə  və lisaiyyəsinə  məruz 

olmuş bulunuyorlar. Məruz olmayanlar isə yox kimidir, olsa 

da yakutlar kimi bütpərəstlikdə qalan, ya xristianlıq qəbul 

edən kiçik şöbələrdən ibarətdir». Məlumdur ki, türk dillərinin 

şərqi hun qolunun uyğur qrupuna aid olan yakutların 

əksəriyyəti XIII yüzilin I yarısında xristianlaşdırılmışdır. Hərf, 

lüğət və qrammatika baxımdan aralarındakı oxşarlığı  əsas 

tutaraq alimlərin «Altay» və ya «Ural-Altay» dilləri 

adlandırdıqları dillərin kökündə lisani-əsliyi-turani» olsa da, 

Əli bəy bu dillərin  əslinin mahiyyətə görə  hələ layiqincə 

anlaşılmamasını göstərir. Bu dillərin altı  şöbəyə (fin-uqor 

dilləri, samoyed ləhcələri, türk ləhcələri, moğol ləhcələri

mancuriya-dili, yapon dili) ayrılması və onların turani olması 

haqqında alimlərin hamısı həmrəy olsa da, yapon dilinin turan 

əsilli olduğunu iddia edən Venqler olmuşdur. Q.Venqlerin 

(1863-1913) araşdırmalarında yaponların dili qədim söz 

kökləri baxımından Altay dillərinə yaxın bir dil kimi təqdim 

edilir. 

Əli bəy bu məsələ ilə bağlı alimin 1900-cü ildə 

Budapeştdə çap olunan əsərinə istinad etmişdir. O, turan 

qrupuna (macar, tunquz-mancur, monqol və fin-uqor qrupuna 

daxil olan tayfalardan ibarət topluq turan qrupu hesab olunur) 

şumer və akkadi adlı qədim dilləri də daxil edir. Əslində çox 

qədim olan (e.ə.III minillik) şumer və akkad dilləri yalnız 

 

37




 

 

1857-ci ildən tam şəkildə oxunmağa başlanmışdır. Ilk yazı 



sistemi hesab olunan mixi yazı növünün yaradıcısı kimi 

tanınan  şumerlərin dilini və dövlətini sıxışdırıb meydandan 

çıxaran akkadların da dili şumer dilinə və yazısına əsaslanırdı. 

Əli bəy bütün Turan dillərini (türk, monqol, buryat, kalmık, 

tunquz, mancur, even, koreya və yapon dilləri) bir-birinə 

yaxınlaşdırıb onları ümuiləşdirən beş əsas əlamət göstərir: 

1. Söz kökünün şəkilçi qəbul etdikdə dəyişməməsi. «Bu 

isə bir lisanın asanlığı, sadəliyi, müsbətliyi nöqteyi-

nəzərindən, əlbəttə, böyük bir məziyyətdir». 

2. Sözlərin qrammatik dəyişməsi və yeni söz düzəlməsi 

zamanı  şəkilçilərin kökdən sonra gəlməsi. Söz kökündən 

əvvələ keçən şəkilçilərə turan dillərindən yalnız macar dilində 

rast gəlmək olur ki, o da Əli bəyin fikrincə, nadir 

hadisələrdən-dir.  

3. Kök və şəkilçilərin ahəng qanununa tabe olması. 

4.  Ədat və  əvəzliklər artırılması vasitəsilə felin 

təsriflənən formalarının yaranması keyfiyyəti. Bu, «dəxi bir 

çox turan lisanlarının övsafı-müştərəkəsindən məduddur». 

5. Turan dillərini vahid şəkildə birləşdirən sintaktik 

qaydalar.  Əli bəy bu əlaməti turan dilləri üçün ümumi bir 

keyfiyyət kimi qiymətləndirmişdir. 

Əli bəy Hüseynzadə türk dillərinin tədqiqində iki əsas 

yol göstərmişdir: 1.Türk ləhcə  və  şivələrindən hansının daha 

çox türkcə olduğunu aydınlaşdırmaq. 2.Çağdaş türklərdən hər 

birinin xalis türkcədən uzaqlaşıb –uzaqlaşmadığını  və  əgər 

uzaqlaşıbsa, bunun nə dərəcədə olduğunu müəyyənləşdirmək. 

Bu isə  ən qədim və xalis türklərin kim olduğunun kəşfi ilə 

mümkündür. Bu kəşf isə dilçilik, tarix və coğrafiya elmi ilə 

əldə oluna bilər. Həmin məsələdə türk ləhcələrinə digər Turan 

dillərinin də  təsiri unudulmamalıdır: «Heç şübhə yoxdur ki, 

lisani-əsliyi-türk müxtəlif səbəblər təhtində  təhəvvülata 

uğramaqdan və başqa dillərin təsiratına məruz bulunmaqdan 

bir an xali qalmamışdır».  Əli bəy bunun əsas səbəbi olaraq 

 

38




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə