Azərbaycan respublikasi təhsil nazirliyi naxçivan müƏllimlər nistitutu



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə8/29
tarix30.10.2018
ölçüsü0,67 Mb.
#76758
1   ...   4   5   6   7   8   9   10   11   ...   29

 

 

Türkoloji qurultayın ilk iclası haqqında qısa, 27 fevral 1926-cı 



il (şənbə), 28 fevral 1926-cı il (bazar), 5 mart 1926-cı il  

(cümə), 6 mart  1926-cı il (şənbə) tarixli yığıncaqları haqqında 

bir qədər  ətraflı  məlumat verilmiş, 8-9-10-11 mart 1926-cı il 

tarixlərində özəl gəzintilər və  məktəblərlə tanışlıqdan, 11 

martda klubda özünün, Fuad Köprülünün və Mustafa Quli-

yevin nitqlərindən bəhs etmişdir. Əli bəyin qurultayla bağlı ilk 

nitqi 28 fevral 1926-cı il tarixdə olmuşdur. Həmin gün Pupe 

Altay dillərinin müqayisəli elmi, Genkov türk dilləri ilə moğol 

və başqa qonşu dillər arasındakı fərq, Zifeld eston dili ilə türk 

dilləri arasındakı münasibət, Şereye Samoyloviçin elmi əsəri

Xalid  Şəid ümumi ədəbi dil, Həsən Musayev uyğur 

mədəniyyəti, Acaryan türk dilinin erməni dilinə təsiri (türkcə), 

Malov türk əlifbaları, Maqsudov dildə  xəlqiləşmə, Səməd 

Ağamalıoğlu «osmanlı» və «türk» sözləri, prof. Yakovlev 

Qafqaz xalqlarında müxtəlif  əlifbalardan istifadə tarixi, 

Alparos, prof.Zirkov ərəb hərfləri, Turyakov (qazax), Ömər 

Əliyev (qaraçay), Berqayev və Rahimi latın  əlifbası, 

Qorxmazov və Alimcan Şərəf ümumtürk dili, Mustafa 

Quliyev və Fuad Köprülü Mustafa Kamalın maarifçilik 

tədbirləri haqqında nitq söyləmişdir. Bundan başqa, qurultayın 

həmin iclasında Bəkir Çobanzadə Vilhelm Tomsenin 

Kopenhagendən göndərdiyi təbrik teleqramını, Zifeld Iran 

təmsilçilərinin təbrikini oxumuş, daha başqa teleqramların, o 

cümlədən, Marrın teleqramının mətni qurultay iştirakçılarına 

çatdırılmışdır. S. Ağamalıoğlu Mustafa Kamal Paşanın 

şərəfinə badə qaldır-mış, Sarabski musiqi ilə «Mustafa Kamal 

Paşa» mahnısını  oxumuş, Samoyloviç türk dilində  çıxış 

etmişdir.  

Əli bəyin qurultay qeydlərindən məlum olur ki, 28 

fevralda gərgin bir iş günü yaşanmış, çoxsaylı  məruzələr 

dinlənilmişdir. «Bütün fikri, hissi, xəyalı ilə türklüyə bağlı 

olan filosof təbiətli» (Ə.Mirəhmədov) Əli bəyin özü isə həcm 

baxımından kiçik olsa da, məna və dəyər cəhətdən son dərəcə 

 

24




 

 

böyük olan, xalqına «siyasi vəsiyyət» (O.Bayramlı) kimi 



səslənən «Qərbin iki dastanında türk» adlı heyrətamiz bir nitq 

söyləmişdir. Onun qurultaya aid gündəliyində bu haqda son 

dərəcə  təvazökarcasına yazılmış bircə cümlə var: «O sırada 

ben de nutkumu verdim» (39, 67). Başqa heç nə. Halbuki 

onun nitqi həm bədii, həm elmi, həm siyasi, həm də dil –üslub 

baxımından bənzərsiz bir məruzə olmuşdur. Həmin nitq hələ o 

zaman -1926-cı ildə «Kommunist» mətbəəsində kitabça 

şəklində çap edilmişdir. «Qərbin iki dastanında türk» -Əli 

bəyin şərtilik və rəmzlə, tarixi –siyasi simvolika ilə «alt qat»la 

və «ikinci plan»la ən zəngin, mürəkkəb əsəridir. Odur ki, həm 

də haqqında ən az danışılan və ... qəribədir ki, ən az söyülən  

(traktatı başa düşməkdən çox uzaq olan vulqar marksçı 

sosioloqlar da onun heç adını  çəkməməyi daha üstün hesab 

eləmişlər) əsəridir» (28, XIX). Bu möhtəşəm çıxış bir də XX 

yüzilin sonunda – 1998-ci ildə prof. Ə.Mirəhmədovun 

redaktorluğu, prof. Y.Qarayevin ön sözü, fil.elm.nam. 

O.Bayramlının müqəddimə  və  tərtibatı ilə Bakıda «Ağrıdağ» 

nəşriyyatında çap edilmişdir. 

Əli bəyin qurultay gündəliyində onun diqqətini çəkən 

mühüm məsələlər öz əksini tapmışdır. 27 fevral 1926-cı il 

tarixli qurultay yığıncağında Yaxın və Orta Şərq xalqlarının 

tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı və dilinə aid 400-

dən çox əsərin, o cümlədən «Türküstan monqol istilası 

dövründə» (1898-1900, iki cilddə), «Avropa və Rusiyada 

Şərqin öyrənilməsi tarixi» (1911), «Uluqbəy və onun dövrü» 

(1918), «Islam» (1918), «Türküstan tarixi» (1922), 

«Müsəlman aləmi» (1922), «Iran. Tarixi  icmal» (1926) kimi 

dünyanın bir çox dillərinə çevrilmiş  əsərlərin müəllifi, 

«Kitabi-Dədə Qorqud» dastanlarının rus dilinə  tərcüməçisi 

akad. Bartoldun «türkmən» sözü ilə bağlı etimoloji görüşləri

ərəb-fars qaynaqlarına dayanaraq Teymur tarixi haqqındakı 

mülahizələri haqqında onun gündəliyində qeydlər vardır. O, 

xüsusilə  də, türkcə söylənən məruzələrin dilinə diqqət etmiş 

 

25




 

 

və Rudenkonun, Xalid Səidin, Həsən Musayevin, Bektorenin 



nitqləri haqqında fikirlər irəli sürmüşdür: «Rudenkonun 

referatı Türkçe yeni halk lehçesine ait olduğu için mütalaa 

daha kolay oluyor», «Özbek Halit Sait fasih Türkçe nutkunu 

verdi», «Özbek Halit Sait, açık ve çok iyi anlaşılır türkçe ile 

ortak bir edebi dil sorusunu ele aldı» və s. Əli bəy Həsən 

Musayevin uyğurlar haqqında dediyi «Dilləri sadə qalmışdır» 

sözlərini və  Ş.Bektorenin aydın danışığını xüsusilə qeyd 

etmişdir: «Kırımlı  şair  Şevki Bektöre pek açık, arı Türkçe 

konuşuyor».  

Əli bəy Hüseynzadə dilinin mürəkkəbliyinə, 

«qəlizliyinə» görə  həmişə  tənqid edilmiş, onun dilinə forma 

baxımından yanalışmış, məzmun gözəlliyi, nadir üslubu

intellektual səviyyəsi nəzərə alınmamışdır. Halbuki Əli bəy 

həmişə dildə sadələşmənin, xəlqiliyin tərəfdarı olmuşdur. 

Bunu onun qurultay gündəliyindən də bilmək mümkündür. O, 

qurultayda ruhunu oxşayan və xüsusi əhəmiyyətli məsələləri 

qeyd etmişdir. Onun qeydiyyatında dildə xalqa doğru getmə 

fikrini müdafiə edən Maqsudovun da adı vardır. 

Əli bəy Hüseynzadə  Səməd Ağamalıoğlu haqqında 

qurultayın rəyasət heyətinin sədri olaraq giriş nitqindən başqa, 

«Osmanlı» tabiri yerine Anadolu Türkü denmesini ileri 

sürüyor» cümləsini qeyd etmişdir. Türkiyədə ilk dəfə «Orxon 

kitabələri»ni və V.Hüqonun «Səfillər» romanını türk dilinə 

çevirən, padşaha dua ilə başlamayan ilk kitabı yazan, 

məqalələrində baş hərfi ilk dəfə işlədən Şəmsəddin Sami bəy 

(1850-1904) «Osmanlı» sözünü atıb  əvəzində «türk» sözünü 

işlətməyi təklif etmişdir. Azərbaycanda isə bu fikir Səmədağa 

Ağamalıoğluna (1867-1930) məxsusdur.  

Əli bəy Hüseynzadə gündəliyində  əlifba məsələsinə  də 

toxunmuşdur. Məlumdur ki, o, ərəb  əlifbasından imtina 

etməyin  əleyhinə olmuşdur. Bunu latın  əlifbasına mənfi 

münasibət kimi qiymətləndirmək olmaz. Sadəcə olaraq o, 

əlifbanın «günün, məqamın illətinə» qurban edilməsinin acı 

 

26




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə