Azərbaycan respublikasi təhsil nazirliyi naxçivan müƏllimlər nistitutu



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə7/29
tarix30.10.2018
ölçüsü0,67 Mb.
#76758
1   2   3   4   5   6   7   8   9   10   ...   29

 

 

müdafiə etməsi ümumtürk dilinin əsasında duracaq bir 



ləhcəyə yüksək münasibətdən başqa bir şey deyildir. 

Əli bəy rus və Osmanlı məktəblərində dillərə münasibət 

haqqında yazırdı: «... Osmanlı Rüşdiyələrində oxunan ərəbi və 

farsi və  qətə rus və Avropa gimnazlarında oxudulan latın və 

yunancanın yerini tutmuyor. Gimnaziyalarda, yəni rus 

edadiyələrində axırıncı sinfə  qədər latın və yunanca ən 

əhəmiyyətli dərs olub, məqsəd də, əsasən lisanların özündən, 

qəvaidindən ziyadə  əlsinəyi-qədiməyi məzkurənin  ədəbiyyatı 

ikən Osmanlı edadiyələrinin proqramından farsiyyat və 

ərəbiyyatın adları belə külliyyən silinmişdir. Rüşdiyələrdə 

oxunan farsi və ərəbiyə gəlincə, bunları tədrisdən məqsəd də 

ancaq farsi və ərəbi kibi lisanlara ziyadəsiylə iftixarı bulunan 

türki-cədidi-Osmaninin təhsilinə köməkdir. Yoxsa nə 

rüşdiyyələrdəki müddəti təhsiliyə və nə də bu məktəbdə təhsil 

edən  şagirdanın sinni ədəbiyyatı  ərəbiyə  və farsiyyəyi idrakı 

müsaid deyildir» (40, 55). 

Əli bəy bütün türk xalqlarının dilinə, ümumiyyətlə, 

bütün dil məsələlərinə həssaslıq və diqqətlə yanaşdığı kimi, öz 

dil və üslubuna da sənətkarlıqla nəzarət edirdi. Onun dilində 

elə ifadələrlə ratlaşırıq ki, bəlkə  də onlar Əli bəyə kimi bu 

qədər kamilliklə  işlənməmişdir. Xüsusilə  də o, əsərlərinə ad 

seçərkən çox diqqətli olmuşdur. O, təhsil illərini  əks etdirən 

əsərlərindən birinə «Nümunə  məktəbi» adı vermişdir. Prof. 

Y.Seyidovun ifadəsi ilə qiymətləndirsək, ad əsərin taleyini 

həll edən amillərdəndir və ondan çox şey asılıdır. Lakin Əli 

bəy həmin  əsərdə  təhsilinin yalnız bir hissəsinə aid olan 

müəssisə  və  fənlərdən bəhs etdiyindən və  həmin dövrü 

«nümunə» hesab etmədiyindən, məzmunla ad arasında 

ziddiyyət yaranmaması üçün əsil məqsədi olan nümunə 

məktəbini sonra keçəcəyini və bu yazdıqlarının «olsa-olsa bir 

əzmi-qəvi», «bir səbri-səbat məktəbi» ola biləcəyini göstərir.  

Əli bəyin iş ömürlüyündəki faktlardan aydın olur ki, o, 

bütün rəsmi və təntənəli toplantılarda türk xalqlarının dili ilə 

 

21




 

 

bağlı mövzulara toxunmuş və ya müxtəlif mövzulara aid olan 



məruzələrdə mütləq bu məsələni də işıqlandırmışdır. Berlində 

Türk qövmləri konqresindəki çıxışında türklər haqqında 

«onlar çox geniş torpaqlarda bəzi ləhcə  fərqləri ilə eyni dili 

qonuşmaqdadırlar», «Quran əmirlərinə görə, ruh və  bədən 

təmizliyinə  rəayət etdikləri üçün eyni təbəqədə bulunan 

ruslardan üstündürlər», «Vilna və Smolenskdə oturanların sayı 

getdikcə azalmaqdadır. Bunun səbəbi camaatın uzun zamandır 

türk birliyindən ayrılmış və ruslar tərəfindən asimilə edilməgə 

başlanmış olmasıdır» qeydləridir. O «yüzə gülücü metod» 

ifadəsi ilə rusların türkləri sıxışdırmaq üsulunu səciyyələn-

dirmişdir.  

Türklərin  əzm və dillərini yaşatması Əli bəyin qürur və 

güvənc yeridir: «Ancaq yüz yıllardır sürən bu basqılara 

rağmən türklər dayanmaqda, hətta iləriləməkdədir. Dillərini, 

dinlərini, camelərini, kültürlərini mühafizə etdikləri kibi, XIX 

yüz yılın ikinci yarısında mühüm intellektual hərəkat 

göstərmişlərdir. Bu hərəkat mədrəsədən çıxmış olmaqla 

bərabər, Batı fikirlərini çabuq bənimsəmişdir və orta sinif 

tərəfindən tutulmuşdur». «Orta sinif» dedikdə, Əli bəy ticarət 

və  sənaye ilə  məşğul olan və eyni zamanda torpaq və bina 

sahibi olan türkləri nəzərdə tuturdu. Əli bəy Rusiyada yaşayan 

türklərə  məktəblərdə ana dili dərslərinin bəsit öyrədilməsini 

də qeyd etmişdir. O, Ismayıl Qaspıralı ilə  hərəkatın 

canlanmasını, «Tərcüman» qəzetində  təhsil reformalarının 

ortaya qoyulmasını, «üsuli-cədid» sisteminin yaranması, 

formalaşması  və yayılması ilə  tərəqqiçi hərəkatın formulu 

olmasını alqışlayaraq hamının diqqətini ciddi bir məsələyə 

yönəldirdi: «Ismayıl bəy «bütün məktəblərdə ögrətim dili 

olaraq ana dili qullanmalı, mödern pedaqoji metodları  tətbiq 

etməli» deyirdi» (40, 59). Əli bəy keçmiş dövrlərdə türklərin 

dili bütün saflığı ilə qoruduğunu fəxarətlə qeyd edirdi. Lakin 

bütün bunların qarşılığında rus siyasətinin türk dillərinə 

basqısı da göstərilirdi: «Ruslar kəndi kültürlərini yayarkən 

 

22




 

 

milli kültürləri yox etmə qayəsini güdüyorlardı. Bu 



sınırlamalar və senzorlar bəzən çox saldırıcı şəkillər almışdır. 

Quran oxunmasına da hücum edilmiş, bəzi ayətlərin okullarda 

oxudulması yasaq edilmişdi. Türk qövmləri oyandıqca 

rusların bu tərzdə basqıları artdı. Dini olmayan konularda 

türkcə və ərəbcə ögrətim yasaq edildi. Bu qanuna görə hesab, 

tarix, coğrafiya və s.-nin rusca  oxudulması  gərəkiyordu. Bir 

sürə sonra eyni yasaq mədrəsələrə də yayıldı. Ən sonra, başqa 

bir qanun ana dili ögrətimini yalnız ilk okullara həsr 

ediyordu» (40, 60).    

Türkçülüyün böyük ideoloqu, bütün türk dünyasında ilk 

dəfə «Türkləşmək, Islamlaşmaq və Müasirləşmək» ideyasının, 

Azərbaycanda «Füyuzat» ədəbi məktəbinin  əsasını qoyan, 

vətənində çox iş görsə  də, az və ya yanlış tanıdılan 

ensiklopedik sima – Əli bəy Hüseynzadə 1926-cı ildə I 

Türkoloji qurultayın iştirakçısı olmuşdur. Qurultaya aid  tam 

bir dəftər yazan Əli bəyin həmin sənədləri Türkiyədə Hilmi 

Ziyanın kitabxanasında saxlanılır.                                                                   

I Türkoloji qurultay (26 fevral – 6 mart 1926-cı il) türk 

xalqlarının dil və mədəniyyət tarixinə mühüm bir hadisə kimi 

daixl olmuşdur. Qurultayda müxtəlif ölkələrin və türk 

yurdunun türkoloqları iştirak etmiş  və türk dilinə aid bir sıra 

problemlərin təhlili 

əsasında onların həlli yolları 

göstərilmişdir. 

O, özünün yazdığına görə, 16 fevral 1926-cı ildə 

Istanbuldan hərəkət edərək Fuad Köprülü, Etnoqrafiya 

muzeyinin müdiri Mesaros, Leninqrad (Sankt Peterburq) 

professorlarından Bartold, Strasburqdan gələn professor 

Menzel ilə  bərabər qurultayda iştirak məqsədi ilə  vətəni 

Azərbaycanın paytaxtı Bakıya gəlmişdir.  Əli bəy  əvvəldən 

axıra qədər qurultayın işində  iştirakçı olmuş  və qurultay 

təəssüratlarını qeyd etmişdir. Prof. Ali Haydar Bayat «Ali bey 

Hüseyinzade» adlı kitabında (40) Əli bəyin gündəlik şəklində 

yazdığı qeydləri çap etdirmişdir (s.63-69). Həmin yazıda I 

 

23



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə