Azərbaycan respublikasi təhsil nazirliyi naxçivan müƏllimlər nistitutu



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə11/29
tarix30.10.2018
ölçüsü0,67 Mb.
#76758
1   ...   7   8   9   10   11   12   13   14   ...   29

 

 

Bəzi tarixçi və  şərqşünaslar «türk» və «tatar» sözlərini 



eynimənalı və bir-birinin sinonimi hesab edirlər. Əli bəy fikrin 

yanlışlığını  qəti  şəkildə bildirir və fransız müəlliflərinin 

moğol, tunquz, mançu, tibetli, türk və başqa xalqları eyni 

budaqdan hesab edərək hamısını «tatar» adlandırmasını da 

düzgün hesab etmir. «Biz üçüncü firqə üləma isə bunun 

tamamilə  əksi bir xətaya düçar olaraq türk ləfzini ümumi və 

şümullu  əxz etdiklərindən tatarları türk irqinin bir fəri, bir 

şöbəsi kimi qəbul etmişlərdir. Bunlar haqqında deyə biləriz ki, 

əgər tatardan muradları başqaları tərəfindən səhvən tatar namı 

verilən türklər isə, o halda etiraz ediləcək nöqtə ancaq bizzat 

ləfzi-tatar olur. Yox, əgər  məqsədləri  ən  əsil moğol olan 

tatarlar isə, o halda bittəb bu da böyük bir yanlışlıq  ədd 

edilmək iqtiza edər. Çünki əvvəlcə  ərz etdiyim vəchlə tarix 

göstərir ki, nə tatar deyilən moğollar Tyan-şan dağlarından 

bəri tərəfə hicrət etmişlər və  nə  də Rusiya və Sibiriya 

səhralarındakı türklər tatardır. Biləks bunlar türklərin  ən 

ziyadə türk olanlarıdır» (24, 216). Əli bəy tanınmış türk 

leksikoqrafı Şəmsəddin Sami bəyin –«Qamusi-türki» əsəri ilə 

türkçülüyün möhtəşəm abidəsini yaradan böyük alimin də 

«tatar» termini ilə yanlış mülahizə yürütdüyünü göstərir. 

Halbuki  Şəmsəddin Sami bəy (1850-1904) çox yüksək 

türkçülük fikirlərinə yiyələnmiş, iyirmi ilə yazdığı «Qamus-

ül-əlam» ensiklopedik əsəri ilə elmə böyük dəyər və 

keyfiyyətlər gətirmişdir. Türk mədəniyyəti tarixində Sami bəy 

Şinasidən sonra elm və texnikaya aid qəzet çıxaran, ilk dəfə  

«osmanlı» sözünü «türk» sözü ilə  əvəzləməyi təklif edən, 

«Orxon» kitabələrini türk dilinə çevirən  şöhrətli bir sima 

olaraq türk tarixinin mükəmməl bilicisi idi. Çox savadlı və Əli 

bəyə çox yaxın olmasına baxmayaraq (Əli bəy onun qızı ilə 

evlənmişdi) Sami bəyin yaradıcılığına tənqidi münasibət onun 

üçün çox real və təbii idi. Çünki Əli bəyin fikrincə, tənqid nə 

qərəzli, nə  də mühafizəkar olmalıdır, düzgün fikirləri 

deməkdən çəkinməməlidir: «Sami bəy öylə zənn etmişdir ki, 

 

33




 

 

tatar  ən  əsil türk əqvamından kiçik bir qövm olub, bunların 



namına nisbətən ümumi moğollara «tatar» deyilmişdir».  Əli 

bəy əsərdə «tatar» sözünün mənşəyini mancuriyalıların dilində 

«oxatan» mənası verən «ta-ta» kəlməsinə bağlayan 

fərziyyələrə qarşı da kəskin  şəkildə etiraz edir. O, IX yüzilə 

aid olan Çin tarix kitablarında «ta-ta» və «ta-zə» sözlərinə 

işarə edib bildirir ki: «Ərəblərin irq və cins tanımayaraq ərəb 

olmayan bilcümlə əqvam və üməmə əcəm ilhaq etdikləri kibi, 

çinlilər də Amur nəhri kənarlarında sakin və türklərə heç bir 

müşabihət və münasibəti olmayan, fəqət çinlilərin qeyri 

bulunan bir çox əqvama «ta-ta», yaxud «ta-zə» namı 

verirlərdi». Əli bəy bunun səbəbini səbirlə, izahedici dillə açır: 

«Bəzi çinli şivələrində hecaların axırına bir də «r» hərfi ilhaq 

olunduğundan bu kəlmə «tar-tar» və «ta-tar» surətində  dəxi 

tələffüz olunuyordu. Iştə nəhri-Əsfər səvahilinin tatar deyilən 

bu moğolları çinlilərlə bir müharibənin nəticəsi olaraq Qobi 

səhrasından keçib Tyan-şan dağlarının  ətəklərinə  qədər 

gəlmişlər, fəqət oradan daha irəli heç bir zaman 

keçəməmişlərdir». Türklərin  tatar adlandırılması kimi səhvin 

mənbəyi «islav»lar olmuşlar. Belə ki, onlar Çingiz xanın 

türklərdən ibarət  əsgərlərini deyil, onların sərkərdələrini 

nəzərə almışdılar. «Halbuki fəth olunan ərazinin  əhaliyi-

turaniyyəsi zatən minəlqədim türk, bu əraziyi fəth edən 

əsgərlər türk, bunları təqib edən mühacirlər türk, Çingizin özü 

türk, türkün bir qisminə, bir şivəsinə, bir dövr tarixinə namını 

verən oğlu Cığatay, yaxud özbək türklərinə nam verən digər 

oğlu Cuci kimi həp türk oğlu türk idilər. Çingiz ümuri –

dövləti üçün moğolların deyil, uyğurların, yəni qədim 

türklərin xətt və lisanlarını  qəbul etmiş olduğu da cümləcə 

məlum bir keyfiyyətdir»(137,217). 

Ə.Hüseynzadənin dilçilik görüşlərində maraqlı 

faktlardan biri bundan ibarətdir ki, o, dilçiliyin konkret bir 

məsələsindən bəhs edərkən yeri gəldikcə başqa problemə 

toxunaraq  əvvəlki ilə bağlayıb diqqəti  əsas məsələyə  çəkir. 

 

34




 

 

«Türklər kimdir və kimlərdən ibarətdir?» əsərində terminlərin 



etnoqrafik baxımdan təhlilində türk xalqlarının danışdığı 

dildən bəhs edilir. Türkologiya elmindən məlumdur ki, Çingiz 

xanın ikinci oğlu Cığatayın hakim olduğu  ərazilərdə (Sır-

Dərya və Amu-Dərya çaylarına qədər Orta Asiya vilayətləri) 

XV yüzildən qıpçaq, oğuz, xarəzm, uyğur tayfalarının 

danışdığı türk dili «Cığatay dili» adlanır və o vaxtdan 

başlayaraq Xarəzm türkcəsi əvəzinə həmin termin işlədilir. Bir 

sıra türk xalqlarının ümumi dili hesab edilən Cığatay türkcəsi 

qarışıq bir dil idi. O, bir çox şivədən və ərəb-fars sözlərindən 

ibarət  olmuşdur. 

Əli bəy fikirlərini əsaslandırmaq üçün uyğur dilindən də 

bəhs edir və Çingiz xanın dövründə moğolların yox, məhz 

uyğurların xətt və dilinin işləndiyini göstərir. Monqol 

dövlətində türklərin  ədəbi dili uyğur dili hesab edilirdi. 

Çingizin təkbaşına təməlini qoyduğu imperatorluğun dövlət 

məmurları uyğurlar idi. Əli bəy bu qədim dillərin türklərə 

məxsus olduğunu və türklərin ümumi dili olduğunu bir daha 

xatırlatmaqla məsələyə aydınlıq gətirmişdir. O, səhv olaraq 

«tatar» adlandırılan türklərin üç şöbəsindən bəhs edir: 1. 

Qıpçaq türklərinin nəslindən olan və Sibirin geniş səhralarında 

müxtəlif adlarla yaşayan türk qəbilə və tayfaları. 

2. Dilləri qıpçaq şivələrinə əsaslanan, mənşəcə bulqar və 

qıpçaqlardan olan qazanlılar və krımlılardan ibarət Rusiya 

türkləri adlandırılan Azərbaycan türkləri və Iranın  şimal-

qərbində yaşayan türklər və şimalında yaşayan noğay, bulqar 

və  ləzgilərə qarışan qumuq və kabarda xalqlarından ibarət 

Qafqaz türkləri. 

Əli bəy «türk» sözünün etimologiyasını, türk dilinin 

əsasını «Türklər kimdir və kimlərdən ibarətdir» məqaləsinin 

maraqlı bir hissəsində –«Gələlim «turok» ləfzinə» adlı 

bölmədə elmi təhlilə  cəlb edir. Ən mötəbər alimlərin tarixi 

səhvinin nəticəsi olan «tatar»  adını daşıyan xalqların türk 

 

35



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə