Azərbaycan respublikasi təhsil nazirliyi naxçivan müƏllimlər nistitutu



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə28/29
tarix30.10.2018
ölçüsü0,67 Mb.
#76758
1   ...   21   22   23   24   25   26   27   28   29

 

 

yandırıldığını sübut edir. Əli bəy mətbuatda yalan məlumatlı, 



saxta tarixli əsərlərin yayılmasına qarşı  çıxaraq arzulayır ki: 

«...biəsil və  əsas rəvayətlər rədd olunub həqiqəti göstərən 

asari-cədidəyi-fənniyyə vücuda gətirilmiş olaydı. «Vaveyl» 

deyəcək yerdə «Ictihad»a Şibli Nemani və Renan kimi üləma 

tərəfindən yazılan asarın mütaliəsini tövsiyə edəriz» (23, 13). 

Tərcümə  sənətə, dilə  əsaslanmalı, siyasi oyunlara alət 

edilməməlidir! Bu, Əli bəyin «Rəddi-əracif» (yalan xəbərlərin 

rəddi) əsərinin əsas ideyalarındandır. Ta-rixdə  əsil sənətkarlıq 

nümunələri olan tərcümələrlə yanaşı, bəd niyyətlərin vasi-

təsinə çevrilən tərcümələr də az deyil. Mülayim və ölçülü dil 

ilə həqiqəti «müdafiə eləmək yolunu tutmuş və bundan başqa 

da heç bir niyyət göstərməmiş olduğu halda» «Həyat» 

qəzetinin təcavüzkar və və «şeytankaranə» bir böhtana məruz 

qalması – on ikinci nömrədə  Əbdürrəşid Ibrahimovun «Bizə 

aid» məqaləsinin erməni millətçiləri tərəfindən qərəzli şəkildə 

tərcümə edilib rusdilli mətbuatda nəşr olunması belə 

faktlardandır.  Əli bəy belələrini məzhəb qırğınlarına səbəb 

olmuş  yəhudi Makyavull və  ərəb Yezidə  bənzədir, onların 

həqiqətdənkənar tərcüməsinin məqsədini göstərir: «Bunların 

məqsədləri, niyyətləri, bir tərəfdən zikr olunduğu vəchlə rus 

millətini  şaşırtmaq, rusla müsəlman arasına nifaq salmaq və 

digər tərəfdən də  qəzetəmizi bağlatmaq və bu surətlə  həq və 

həqiqətin, nuri-məarifin müsəlmanlar arasında vasiteyi-intişarı 

olan qəzet kimi bir nemətdən xalqı məhrum etmək və sonra da 

bundan hasil olan bir zülmətin içində istədikləri  müfsidatları 

(fitnələri –S.H.) bilaxövf icra etmək»...  

Əli bəy belə tərcümələrə qarşı nə etmək  lazım gəldiyini 

göstərərək qeyd edir ki, təkcə «Həyat» qəzetində bu cür 

böhtanlara qarşı çıxmaq kifayət deyil, onlara rus dilində cavab 

vermək lazımdır. Onun bu məqsədi, doğrudan da, həyata 

keçmiş  və «Kaspi» qəzetində (187-ci nömrə)  Əli bəyin 

«Pisğmo  v  redaküiö» və publisist –həkim Həsənbəy 

Ağayevin «Perevodı dlə qazetı Baku» məqalələri iftira dolu 

 

87




 

 

erməni tərcüməsinə cavab məqsədilə çap etdirilmişdir. «Bizə 



aid» –adlı  məqaləsindəki fikirlərin təhrif edilməsi, sözlərin 

yanlış tərcüməsini isbat etmək üçün Əhmədbəy Ağayevin isə 

həmin məqaləni yüksək səviyyədə rus dilinə  tərcüməsi 

«Rassvet» qəzetində (Peterburq, 1905-ci il, № 182) nəşr 

olunmuşdur.  

Adi həqiqətlərə ermənilərin fitvası ilə «panislamizm» 

adı verən «Baku» (№125) və «Pətiqorski listok» (Moskva, № 

430) qəzetlərinin yalançı  tərcümələrə meydan verməsi 

«Rəddi-əracif»in  əsas tənqid obyektidir: «Mütərcim 

cənablarının sui-niyyəti olmasa idi, böylə bir tərcüməyə 

gülməkdən qeyri bir cavab verilməzdi!.. Lakin bu bir şey 

degil, bundan da betəri var. Bu, heç olmasa təhrifdir, təqliddir. 

Mütərcim dara düşərsə, cəhalətini, türkcəyə  ədəmi-vüqufunu 

iləri sürər!.. Lakin Moskvada nəşr edilən «Novosti dnə» 

qəzetəsinə nə deyirsiniz ki, əslən və qətən qəzetəmizin heç bir 

ibarəsilə, ya cümləsilə münasibət alamayan qayət çirkin bir 

sözü özündən icad edib bizlərə isnad edərək «yaxşı adımızı 

yaman eyliyor»... Sonra «Pətiqorski listok» cəridəsi də (25 

sentyabr,  № 430) «Novosti dnə»nın ağzından bu yalanı 

qaparaq  Şimali Qafqaziyada, ora müsəlmanlarının üzünü 

qızartacaq surətdə nəşr etməkdən utanmıyor!..» 

Əli bəy Hüseynzadə bu məqaləsi ilə rəzil və alçaq, «rüş-

vətlə yazı yazan» bütün mətbuat orqanlarına münasibət 

bildirmişdir. 

«Mənən və  hərfiyyən» tərcümələri  Əli bəy mükəmməl 

hesab edir, lakin daha çox məna-məzmun məsələsinə önəm 

verir, tərcümə mükəmməl olmayanda onun yayılmasının 

qarşısını almağa çalışırdı. Sözsüz ki, bu mənada, tənqid  əsas 

vasitə idi. O hətta  ən yaxın adamları da tənqiddən kənarda 

qoymurdu. Hətta özünün «meydana gətirdiyi» bir dəyəri  – 

M.Hadini də səhv tərcümə üçün tənqid hədəfi edirdi (23, 116).  

Əli bəyin fikrincə, tərcümə müəllifinin dilə bələd olmağı 

azdır, o həm də  tərcümə etdiyi əsərin mövzusunu dərindən 

 

88




 

 

bilməlidir. M.Hadinin Cəlaləddin Ruminin «Məsnəvi»sini 



«səhih və dürüst» tərcümə edə bilməməsinin  əsas səbəbi də 

budur.  Əli bəy həm M.Hadinin tərcüməsini, həm də öz 

tərcüməsini verərək aralarındakı  fərqi və bununla da 

çatışmayan cəhətləri göstərir. 

M.Hadi: «Bir dirəxt baranın müzavicətilə  və  nəsimi-

ənbər  şəmimi-baharın  əsməsilə  şükuftələndi və meyvəbəxş 

oldu». 

Əli bəy : «Hər bir ağac ki, tək olmayıb yoldaşlı və cüft 



(cüt) olur, xoş bir havada başdan-ayağa qədər çiçəklənir»! 

«Məsnəvi» müəllifi nəbatat elminə mükəmməl  şəkildə 

bələd olduğundan ağac və çiçəklərdəki tozlanma prosesinə 

işarə etmişdir. Lakin tərcümə müəllifi bitkilərin xüsusiy-

yətlərini yetərincə bilmədiyindən beytin mənasını tuta bilmə-

mişdir: «Bir elmdə nöqsan məlumat,  əlbəttə, eyib deyildir. 

Ancaq böylə bir nöqsan səbəbinə... Mövlana Cəlaləddin Rumi 

kibi bir sufiyi-mütəbəhhirin «Məsnəvi»sini səhih və dürüst 

tərcümə edəmiyorlar».  

Əli bəy  Hüseynzadə  tərcümə dilinin çətinliyinə  də 

toxunmuşdur: «Bir də qəzetəmiz namına Kürdəmir fazilindən 

(M.Hadidən. 1902-ci ildən –Şamaxı  zəlzələsindən sonra o, 

Kürdəmirə köçmüşdür- S.H.) təvəqqə ediyoruz ki, məqaləyi-

güzidələrini bir az daha açıq türkcə ilə yazsınlar: «Yazdıqları 

lisan ilə ancaq bundan beş-on sənə sonra qəzetə  çıxarmaq 

mümkündür, çünki ancaq o vaxta qədər cəmaətimiz öz 

türkcəsinə bu gündən ziyadə  aşina ola bilir. Fəqət bu gün 

xəlqimiz o dərəcə hazır deyildir». 

Əslində, tərcümənin məqsədi millətin xeyrinə olan elmi 

əsərləri başqa dillərdən ana dilinə çevrilməklə ölkəyə yeni elm 

sahələri gətirməkdir, yəni xalqı elm, fikir, dünyagörüş 

baxımından irəli aparmaqdır. Tərcümə dili yüksək  olmalıdır.  

Tərcümə müxtəlif xalqlar arasında mədəni  əlaqələrin 

yaranıb inkişaf et-məsinə, onların bir-birini tanımasına, bir-

birindən öyrənməsinə  səbəb olduğundan «elm və  mərifətin» 

 

89




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə