Azərbaycan respublikasi təhsil nazirliyi naxçivan müƏllimlər nistitutu



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə23/29
tarix30.10.2018
ölçüsü0,67 Mb.
#76758
1   ...   19   20   21   22   23   24   25   26   ...   29

 

 

1909-cu ildə fevral ayının 9 və 10-da «Tərəqqi» 



qəzetində  (№31-32)  Əli bəy Hüseynzadənin «Yazımız, 

Dilimiz, «Ikinci il»imiz» adlı  məqaləsi çap olunmuşdur. 

Məqalədə ərəb əlifbasından istifadə edilən bir dövrdə maraqlı 

və aktual bir dil məsələsindən bəhs edilir. Əsər həmin dövrdə 

6 nəfər maarif xadimi – F.Ağazadə, A.Şaiq, S.S.Axundov, 

M.Mahmudbəyov,  Ə.Əfəndiyev və S.Əbdürrəhmanbəyov 

tərəfindən yazılmış «Ikinci il» dərsliyindəki nöqsanları saf-

çürük etmək məqsədi ilə yazılmışdır. Həmin məqalə bir 

müddət davam edən böyük mübahisələrə  səbəb olmuşdur. 

Ə.Hüseynzadə  məqalədə ahəng qanunu, əlifba, dil birliyi, 

imla, alınma söz və s. məsələlərə münasibət bildirmişdir. O, 

sözlərin müxtəlif variantlarda yox, bir cür yazılmasının 

tərəfdarı olmuşdur: «Cəm  ədatı olan «lər» nə üçün «lar» 

şəklində yazılır, «məf

′uli ənə, məf′uli fiə ədatları olan «dən»i 

«dan», «də»ni «da» şəklində yazmaqda nə  məna var? Imla 

hərfləri türkcə kəlmələrin əslindəki səsləri məna, xüsusən, son 

səsləri gözlətmək üçün mühüm bir vəzifə ifa edirlərsə də, sərf 

qaydalarına məxsus ədatları bunlarla yazmaq caiz olmaz. Biz 

özgə dillərə qarşı sərf qaydalarındakı ədatlarımızın sadəliyi və 

birliyi ilə, məntiqə uyğunluq ilə fəxr edirik!»  

Ə.Hüseynzadəyə görə, sözlərin imlası müxtəlif 

olmamalıdır. Əgər bu, ahəng qanununa görə edilirsə, onsuz da 

tələffüzdə  həmin fonetik qanun özünü göstərəcəkdir. 

«Qanuni-ahəngdən ediləcək istifadə yalnız düz yazmaqda 

deyil, bəlkə daha ziyadə düz oxumaqdadır».  Əli bəyə görə, 

əgər sözün kökündəki saitlər incədirsə, ona qoşulan şəkilçinin 

də saiti incə, ya qalındırsa, qalın tələffüz ediləcəkdir. «Ikinci 

il» dərsliyinin müəlliflərinin tənqidi səbəbi məqalənin 

əvvəlində müəllif tərəfindən göstərilir: «Əsil  şayani diqqət 

burasıdır ki, kitabın başında qanuni-ahəngdən bəhs 

bulunurkən kitabın özündə bu qanundan layiqi-vəchlə istifadə 

edilməmişdir».  

 

72




 

 

Əli bəy tərəqqinin maneələrini  əlifbada görənlərin 



imlanı islah etməkdə «Kiril və Mefodinin uydurduğu rus 

əlifbasına» söykəndiklərini və onların digər  əlifbalardan 

xəbərsiz olduqlarını göstərərək  əlifbanın ciddi əngəl 

olmadığını  əsaslandırırdı. O, ingilislərin «əcaib imlalarla» 

Avropa və Amerikada, yaponların heroqliflərlə Asiyada ən 

yüksək mədəniyyət dərəcəsinə qalxdığını nümunə göstərirdi. 

Əli bəy türk dilinin mükəmməl qrammatik qayda-qanunlara 

malik olduğunu və buna görə  də daha asan və tez 

mənimsənildiyini göstərmək üçün faktlara və bu baxımdan, 

dilimizdə möhkəm qaydalardan biri olan müəyyən miqdar 

sayları ilə  işlənən isimlərin kəmiyyət  şəkilçisi qəbul 

etməməsinə söykənir: «Əgər bir cismin ədədi rəqəm ilə 

göstəriləcək isə heç bu «lər»ə ehtiyac qalmaz. Zira rəqəm özü 

«lər» yerinə keçir. «Üç adam» denildiyi halda, «üç adamlar» 

əsla denilməz. Zənnimcə, bu qədər heç zəmanəmizdə icad 

edilən Volapuk və Esperanto dillərində  də bulunmaz!» 

Müəllif bu mənada, bir rusun türkcə öyrənməsini asan, bir 

türkün rusca öyrənməsini çətin hesab edir. Çünki rus dilində  

hər sözün cəmlərini «ayrı-ayrı  bəlləməkdən başqa çarə yox. 

Məsələn, «ata» demək olan «oteç»in  cəmi  «otçı», 

«mama»nın  (ana) cəmi «materi»  və s. olur. Rus dilindəki 

sözlərin qarşısında  ədəd göstəriləndə sözlər «ayrı-ayrı 

qalıblara girər». Bütün bunlarla müəllif dilimizin əsas 

məziyyətini göstərir və  məktəb təlimində imla qaydalarını 

asanlaşdırmaq  əvəzinə, daha da çətinləşdirməyin, «cocuqlara 

lisanın yarısını bir imla ilə, yarısını da digər bir imla ilə» 

öyrətməyin əleyhinə çıxır: «Türkün imlasını islah üçün deyil, 

sərf və nəhvi mükəmməl bilmək bəlkə bütün ətrakın tarixinə, 

ədəbiyyatına, etnoqrafiyasına, fonologiyasına haqqı ilə  aşina 

bulunmaq iqtiza edər».  

Əli bəy Hüseynzadə «Yazımız ,dilimiz, «Ikinci il»imiz» 

seriyasından olan ilk məqaləni (35, № 31, 2-3) dil 

məsələlərində  dəyişiklik etmək istəyənlərə müraciətlə bitirir: 

 

73




 

 

«Əzizlərim,bu konqrelərin, cəmiyyətlərin, cəmiyyəti-



elmiyyələrin, akademiyaların və ya heç olmazsa, ərbabı 

bulunan zəvatın görəcəyi işdir!...» 

Eyni adlı  məqalənin ikincisi (ardı) 10 fevral 1909-cu il 

tarixli «Tərəqqi» qəzetinin 32-ci nömrəsində (s.2-3) çap 

edilmişdir. Ikinci hissədə Əli bəyin təmkinli üslubu bir qədər 

kəskinləşir və o, daha ciddi məsələlərə toxunur. O, imla müş-

külatından azad olmayan bir çox dillərdən fərqli olaraq 

dilimizi bu müşkülatdan azad etmək istəyənlərin qaş qayırdığı 

yerdə göz çıxarmasından bəhs edir. Dildə ittihad tərəfdarı olan 

Əli bəy «Ikinci il» dərsliyində Osmanlı  şivəsilə söylənən 

sözlərin «x» ilə yazılmasını məqbul hesab etmir, çünki həmin 

dildə «x» samiti yazıdan tamamilə atılmış, tələffüzdə isə bir-

iki təqlidi sözdə saxlanmışdır: «Baxalım». Mən də sual edirəm 

ki,  şu «baxalım» nədir və necədir.  Əgər azərbaycanca 

«baxmaq» felindən siqəyi-iltizamiyyənin cəmi mütəkəllimi isə 

məqsud, o «baxax», ya «baxaq» olur! Yox, əgər osmanlıca 

isə, o da «bakalım» olur, «baxalım» olmaz.  

Demək ki, «baxalım» nə azərbaycanca, nə osmanlıca və 

nə də bir türkcədir! Bizim böylə qələtlərimiz çoxdur. Osmanlı 

üsulu ilə ibarəpərdazlığa qalqışırız. Lakin ibarələr 

qafqazcadan, azərbaycancadan çıxar, osmanlıcaya da girməz, 

hər iki tərəfdən də avara qalır». Yazıda təqlid həvəsi və 

köhnəlik təəssübü (məsələn, «çıxubsuz») adətən təmkinli və 

mülayim üslublu Əli bəyin bir qədər qəzəb və ciddilik  qarışıq 

münasibətinə səbəb olur: «Bir də qiraət kitabı qəvaidi-sərfiyyə 

və  nəhviyyəyə müvafiq olmalıdır. Daha doğrusu, qəvaid 

tədrisini təhsil edib sərf və nəhv dərslərini anlamağa müavinət 

etməlidir. Çocuq qəvaiddə oxuduğu şeylərin misallarını qiraət 

kitabında bol-bol görüb alışmalıdır. Yoxsa «Ikinci il» türkcə 

qəvaidi lüzumsuzmu ədd ediyor? Sənələrlə düşünülüb təəyyün 

edən qəvaidimizdən, məsələn, zəmirlərə  məxsus qəvaidimiz-

dən  əlmi çəkəlim? «Ikinci il» ilə  zəmair və  əf

′al bəhsini 

şagirdanə anlatmaq naqabildir. «Gəlmək» felinin maziyi-

 

74



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə