Azərbaycan respublikasi təhsil nazirliyi naxçivan müƏllimlər nistitutu



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə25/29
tarix30.10.2018
ölçüsü0,67 Mb.
#76758
1   ...   21   22   23   24   25   26   27   28   29

 

 

layihəsini hazırlayan Ziya Paşanın (1825-1880) iki 



misrasından ibarət epiqrafla başlayır: 

Çıxdıqca lisan təbiətindən

Əlbəttə, düşər fəsahətindən (40, 343). 

«Məktəbxana» adlı  həmin məqalə  Əli bəyin dil və dil 

məsələlərinə münasibəti haqqında  ən düzgün məlumat verən 

əsərdir.  Əli bəyin dilinin çətinliyindən danışanlar, bəlkə  də, 

həmin məqaləni oxusaydılar, onu başa düşər və əgər başa düşə 

bilmək bacarığından məhrum olsaydılar, ən azı onu tənqid və 

təhqir etməyə fakt və bəhanə tapa bilməzdilər. Çünki Əli bəy 

həmin dövrün ədəbi dil normalarından kənara çıxmamışdır. 

Onun dil xüsusiyyətləri dövrlə bağlıdır: «1905-ci ildə 

Mancuriya məğlubiyyətinin bir nəticəsi olaraq Rusiyada 

məşrutiyyət elan olundu və artıq mətbuat da bir az hürriyyət 

qazandığından, imperatorluğun bəzi şəhərlərində türkcə qəzet 

və məcmuələr çıxmağa başladı. Dil və ləhcə etibarilə bunların 

çoxunda Osmanlı türkcəsini təqlidə böyük bir həvəs vardı: 

mühərrirlər,  ərəbi və farsı  vəsf və ya izafə  tərkibləri 

qullanmaqla Istanbul mühərrirlərindən geri qalmaq 

istəmiyorlardı!». Əli bəy türkçülüyə, Türkiyəyə bağlı olsa da, 

dili ağırlaşdırmağın  əleyhinə olmuş, milli ifadələr  əvəzinə, 

ərəb-fars tərkiblərinin işlədilməsini qəbul etməmişdir: 

«Peterburqda (Leninqradda) çıxan «Ülfət» qəzeti kəlam 

hürriyyətindən bəhs ediyordu və bu məfhumu ifadə üçün nasıl 

bir tərkib qullanıyordu bilirmisiniz?! «Söz hürriyyəti» 

deyəcək yerdə «hürriyyəti-söz» diyordu!.. Eyni zamanda 

Bakıda çıxan türkcə  qəzetələrdə  bəzi mühərrirlərin eyni 

məfhum üçün qullandıqları  təbir daha az səqim degildi: 

«Azadlığı-kəlam» !.. (Kəlam azadlığı» yerinə). 

XX yüzilin əvvəlində Azərbaycan ədəbi dilinə ciddi təsir 

edən amillərdən biri də Müsəlman Xeyriyyə  Cəmiyyətinin 

(1907) köhnə üsullu məktəblər  əvəzinə yeni dini məktəblər 

açmaq məqsədi idi. Bu məqsədlə Bakıda Səadət məktəbi 

(1908), Gəncədə  Mədrəseyi-ruhaniyyə, Nuxada Darüş-şəfəq, 

 

78




 

 

Göyçayda Iqbal, Ağdaşda Darül-ürfan məktəbləri açılmışdır. 



Həmin məktəblərdə  şəriət, türk, ərəb və fars dilləri öyrədilsə 

də, dünyəvi fənlər də tədris edilirdi. Sözü gedən məktəblərdə 

Istanbul türkcəsi oxudulurdu. Bakıda Səadət məktəbinin 

qapısı üzərindəki lövhədə yazılan «məktəbxana» sözü bəzi 

ziyalıların etirazına səbəb olmuşdur.  Əli bəy həmin lövhəni 

«səqim (düzgün olmayan, saxta –S.H.) tərkibli lövhə» 

adlandırmışdır. Lövhənin qapıdan qaldırılması mühüm bir 

məsələ kimi, «gurultulu» münaqişələrə  səbəb olmuşdur. O 

zaman Türkiyədən Bakıya dəvət edilmiş  şair və müəllim 

Əhməd Kamal bəy lövhəni tənqid edərək demişdir ki, «cahil 

yuvası olduğu qapısındakı lövhədən anlaşılan böylə bir yerə 

çocuq göndərmək günahdır»!..  

«Məktəbxanə» qeyrətini güdənlər Əhməd Kamalı təhdid 

edərək cavabən dedilər ki; Burası bir arı yuvasıdır, 

qurcalamağa gəlməz!.. 

Istanbullu mühərrir Bakı qoçularının bu təhdidindən heç 

də qorxmadı, baxınız nə yazdı: «Bən də məxsus qurcalıyorum; 

anlamaq istiyorum ki, içəridəkilər bal arısımı, yoxsa eşşək 

arısımıdır!..» (40, 344). Belə ciddi münaqişələrə, hətta təhqir 

səviyyəli toqquşmalara səbəb olan yerinə düşməyən adicə bir 

şəkilçidir. «Xana» şəkilçisi fars dilində leksik vahid olaraq 

müstəqil məna ifadə edir. Azərbaycan dilində  də bu morfem 

uzun zaman müstəqil söz kimi işlənmiş, yalnız isim yox, sifət 

kimi də müəyyən funksiya daşımışdır. Məşhur bir xalq 

mahnısında onun bu mənası qorunub saxlanılmışdır: 

Evləri var xana-xana... 

Lakin Azərbaycan dilində bu morfem, əsasən,  şəkilçi 

funksiyasını yerinə yetirmişdir. «Əlbəttə, burada həmin 

morfemin-sözün asemantikləşməsindən danışmaq olmaz. Hər 

şeydən  əvvəl, ona görə ki, başqa dildən alınmışdır və geniş 

dairədə ümumişlək sözlər cərgəsinə daxil ola bilməmişdir, 

digər tərəfdən isə semantik köklər kimi hər hansı eyni 

məzmunlu sözün əsasında durmur, əksinə, hər hansı bir sözə 

 

79




 

 

artırılaraq, ondan yeni məzmunlu substantiv sözlər  əmələ 



gətirir» (26, 61). «Xana» məkan mənası bildirən leksik 

şəkilçidir və onun «məktəb» sözünə qoşulması üslubiyyat və 

qrammatika baxımından qüsurludur. Çünki «məktəb» özü 

məkan bildirən isimdir və iki eyni mənalı morfemin (onlardan 

biri kök, digəri  şəkilçi olsa belə) yanaşı  gəlməsi forma və 

mənanı  qəlizləşdirir.  Əli bəyin məqaləsində «məktəbxana» 

sözünə qarşı  çıxanlar, yəqin ki, bunu nəzərə almışdılar.  Əsər 

Əli bəyin dilin qrammatik qayda-qanunlarına ciddi riayət 

tərəfdarı olduğunu göstərir.        

Əli bəy Hüseynzadənin yaradıcılıq materialları onun 

tərcümə  məsələlərinə  də xüsusi diqqət etdiyini göstərir. 

Dünyada tərcümə  işinin tarixi çox qədimdir. Hələ  qədim 

Yunanıstanda tərcümə məsələləri ilə bağlı maraqlı məlumatlar 

var və Makedoniyalı Isgəndərin (e.ə.356-323)  Əhəməni 

hökmdarı III Dara ilə müharibələr zamanı Atəşpərəstliyin dini 

kitabı «Avesta»nı yandırmazdan  əvvəl onun elmi, hüquqi, 

tibbi hissələrini yunan dilinə çevirtdirməsi haqqında fikirlər 

mövcuddur. Tərcümə  ədəbi-mədəni və dil əlaqələrinin 

inkişafına  əhəmiyyətli də-rəcədə müsbət təsir göstərən 

fəaliyyət növüdür. Tərcümə mədəniyyətlərin inteqrasiyasında, 

milli, mənəvi sərvətimizin dünya mədəniyyəti dəyərləri ilə 

zənginləşməsində önəmli vasitələrdəndir. «Dövlətlər arasında 

intensiv  əlaqənin  əsas açarı  tərcüməçilik, tərcümə  sənətinin 

vacibliyidir. Tərcümə nəinki dövlətlər arasında əlaqə  vasitəsi-

dir, o, həm də böyük dostluq körpüsüdür. Dövlətlər və mil-

lətlərarası bütün əlaqələr, qarşılıqlı zənginləşmə bu körpünün 

üstündən keçir. Ona görə də, bu körpünün dayaqları, sütunları 

nə  qədər möhkəm olarsa, mədəni, mənəvi  əlaqələr, qarlışıqlı 

zənginləşmə də bir o qədər sürətlə inkişaf edər» (4, 3-4).  

Orijinaldan tərcümə xüsusi qabiliyyət və  gərgin 

yaradıcılıq axtarışı  tələb edir. Bu məqsədlə  tərcüməçi 

orijinalın dilini praktik baxımdan öz ana dili səviyyəsində 

öyrənməlidir. Tərcümə zamanı iki dilin (ana dilinin və 

 

80




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə