Azərbaycan respublikasi təhsil nazirliyi naxçivan müƏllimlər nistitutu



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə27/29
tarix30.10.2018
ölçüsü0,67 Mb.
#76758
1   ...   21   22   23   24   25   26   27   28   29

 

 

surətlə  hərcü-mərc ediləcəyini ümid etməzdik» deyə, təhlil 



edərək nəzmdəki vəznin itməsi, sözlərin yerinə düşməməsi, 

türk dilinin morfoloji qayda-qanunlarının pozulması,  ədəbi 

dilin normalarına  əməl edilməməsi və s. məsələlərin zəif  

tərcümədən irəli gəlməsini sübut edir! «Mənzumə elmi-əruzə 

müxalif olduğu kibi, qafiyələr də dürüst degildir. Hərgiz 

«dairəsindən», «şərdən», «gündən», «atalardan», «atasından», 

«görürəm» bir-birinə qafiyə ola bilməz. «Dən» qafiyə degil, 

vəli ancaq şerin nəqəratıdır» (24, 134). Tərcümə 

məsələlərində  Əli bəyin mövqeyi və prinsipi belədir: 

tərcüməçi müəllif səviyyəsində olmalıdır,  əks təqdirdə 

tərcümə naqis olar; «Hafiz Şirazi kimi bir düha şairin divanını 

tərcümə edənin heç olmaz isə Hacı Seyid Əzim  Şirvani 

«Seyyid» təxəllüs və Molla Pənah Qarabağı «Vaqif» təxəllüs 

kimi təbi-şairanəsi gərək ola. Şekspir kimi faciənəvisi tərcümə 

edən Şiller kimi böyük bir faciənəvis olub, «Maqbet» kimi bir 

əsəri mahiranə bir surətdə  tərcümə eləsin». Deməli, tərcümə 

üçün yalnız dil bilmək kifayət deyildir, həm də sənətkar olmaq 

lazımdır. «Tərcüməçinin ən əsas xidməti, həm də ən vacib, ən 

gərəkli yaradıcılıq xidməti ondan ibarət olmalıdır ki, o, başqa 

xalqın dilində mövcud olan, lakin mütərcimin dilində bu 

vaxtadək işlənməmiş ifadə vasitələrini dilə  gətirsin. Onları 

ümumxalqın fəal dilinə salsın, yaxud da dildə belə ifadə 

vasitələri aşkar etsin. Çünki ədəbi dili yaradıcılıq, bədii 

yaradıcılıq, müntəzəm olaraq yeni ifadə vasitələrinin kəşfi 

inkişaf etdirir» (4, 27). Əli bəyin fikrincə, nəzm sahəsində 

uzun illər «kəsbi-kəmal» etməyincə, o lisanül-qeyb mənanın 

ruhuna  əziyyət verməyə  cəsarət etməsinlər» (Lisanül-qeyb» 

qeyb dili bilən, qeybdən xəbər verən deməkdir. Bu, 

Ə.Caminin Hafiz Şiraziyə verdiyi addır). Məlumdur ki, 

Hafizin əsərləri Fet Şenşin (Ftomi) (1820-1892) tərəfindən rus 

dilinə, Bodenştedt tərəfindən alman dilinə, divanı avstriyalı 

şərqşünas alim Şvannau Vinsent (Razensvayq) (1791-1865) 

tərəfindən yenə  də alman dilinə çevrilmişdir.  Əli bəy həmin 

 

84




 

 

tərcümələrin məziyyətini tərcüməçilərin həm Hafizi gözəl 



anlamasında, həm də öz dillərini mükəmməl bilməsində 

görürdü. O, Hafizin tərcüməçiləri içərisində Volfqanq Hötenin 

– «dahiyeyi üzma»nın (çox böyük dahinin) adını xüsusilə 

qeyd edir və onu tərcümədə faciənəvis Şillerlə müqayisə edir. 

Əli bəy V.Hötenin alman dilində yazdığı «Hafiznamə» adlı 

divanından bir rübaini tərcümə edir. Bu mükəmməl tərcümə 

(Əli bəyin bütün tərcümələri mükəmməldir. Bu, onun yüksək 

ideyaları kimi uzun müddət inkar edilsə  də) çox böyük 

ideyaya malikdir. O, əslində, məqalə müəllifinin tərcüməçiyə 

tövsiyəsidir: «Kəlamı bəy və damad və mənanı ərus-gəlin fərz 

etsək, bunların toyunu, izdivacını ancaq o adam dərk edə bilər 

ki, Hafizi-Şirazinin qədr-qiymətini bilmiş ola!..». Əsər kəskin 

bir müraciətlə sona çatır: «Ey cənab M.Ə.R-zadə, siz bu toyun 

şəşəəsini (dəbdəbəsini –S.H.) türkcədə göstərə bildinizmi?!... 

Xeyr, sizin tərcüməniz Hafiz üçün toy olmadı, matəm 

oldu!..». 

Tərcümə  tənqidinə  həsr edilmiş «Intiqad» məqaləsinə 

qədər  Əli bəy mət-buatda «Ə.H.», «Ə.Hüseynzadə», «Ə.H.-

zadə», «Ə.», «Ə.Həyati» imzaları ilə  çı-xış etsə  də, həmin 

əsəri «Əbdül-hafiz» imzası ilə yazmışdır (23, № 129). 

«Bir  əsəri Avropa dillərindən tərcümə  əsnasında sözü 

mənayi-həqiqi və mü-əyyən iləmi tərcümə etməli, yoxsa 

xalqımızın  asan anlaması üçün mənayi-əsliyi təhrifmi 

etməli?» Bu sual Əli bəy Hüseynzadənin hələ 1905-ci ildə 

«Həyat» qəzetinin yeddinci nömrəsində «Ə.H.» imzası ilə çap 

edilmiş «Qəzetəmizin dili haqqında bir neçə söz» adlı 

məqaləsində qoyulmuşdur. Tərcümədə  mənanın saxlanması 

Əli bəyin prinsiplərindən biri idi. Bunu onun öz tərcümələri 

ilə bağlı fikirlərindən də bilmək olur: «Keçənlərdə bir 

məqalədə rusca «Mir zaklöçit» sözünü «sülh əqd etmək» 

surətilə tərcümə eyləmək istəyirdim. Rüfəqamdan birisi buna 

etiraz edib dedi ki, böylə tərcümə etsən, kimsə anlamaz. «Sülh 

etmək» yazmalıdır. Lakin «sülh etməklə» «əqdi-sülh etmək» 

 

85




 

 

birmidir? «Sülh etmək» sadəcə barışmaq deməkdir. «Əqdi-



sülh» isə qanun və nizam dairəsində, şahidlər hüzurunda əldə 

kağızlar,  əhdnamələr, tərəfeyn tərəfindən imzalanmış 

şərtnamələr olduğu halda barışmaq deməkdir. Əgər dilimizdə 

«sülh bağlamaq» demək mümkün olsaydı,  əlbəttə, böylə 

tərcümə edərdim. Fəqət «sülh bağlamaq» təbiri çox qərib 

görüldüyündən də sözü haqqı ilə  tərcümə üçün naçar «əqdi-

sülh» ibarəsindən ayrılmadım. Biz mənayı pozamayız» (23, № 

7). 


Əli bəy tərcümə işində diqqətə xüsusi fikir verir, əsərin 

mənasının düzgün çatdırılmasında xüsusi çalışqanlıq tələb edir 

və  hətta tarixi saxtalaşdıran  əsərlərin tərcümə olunub 

yayılmasına ciddi şəkildə etiraz edirdi. 1905-ci ildə Qahirədə 

nəşr edilən «Ictihad» qəzetində italyan şairi Alfyerinin (1749-

1803) «Hökmdar və  ədəbiyyat» adlı  əsərinin tərcüməsi 

haqqında Cardi adlı müəllif tərəfindən yazılmış  məqalə bu 

baxımdan onun diqqətini çəkmiş  və oradakı Isgəndəriyyə 

kitabxanasının yandırılması haqqında  əsassız fikir böyük 

etiraza səbəb olmuşdur. Belə ki, məqalədə kitabxananın VII 

əsrdə Həzrət Ömərin əmrilə ərəb sərkərdəsi Ibn As tərəfindən 

Misirin fəth edildiyi zaman yandırılması göstərilir və bu 

məlumat «Ictihad» qəzetinin «vaveyl» deməsinə  səbəb olur. 

Əli bəy qətiyyətlə bildirir ki, həmin mövzuda daha ciddi və 

həqiqi mənbələr var və  məlumatı  təkzib etmək olmaz. 

Doğrudan da, urdu alimi Şibli Nemani (1857-1914), Fransa 

şərqşünası və din tarixçisi Renan Ernest  (1923-1892) Isgən-

dəriyyə kitabxanasının yandırılması haqqında  Şərq və  Qərb 

qaynaqlarına əsaslanaraq düzgün məlumatlar vermişlər. Kitab-

xananın bir qisminin Yuli Sezar dövründə məhv olması, digər 

hissəsinin isə Konstantinopol imperatoru yunan bütpərəst 

ədəbiyyatına mənfi münasibətdə olan xristian Feodosi 

tərəfindən yandırtdırıldığı haqqında qaynaqlar var. Bundan 

başqa, Renan kitabxananın avropalıların müsəlmanlarla 

apardığı  səlib müharibələri dövründə (1096- 1270) 

 

86




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə