Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/44
tarix29.11.2023
ölçüsü5,01 Kb.
#143397
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   44
PEDAQOGIKA-2

b
əli, xeyr, hə, yox
kimi sözlərdən istifadənin məqamlarını 
öyrətmək çox vacibdir. Tərbiyəçi müntəzəm olaraq bağçada uşaqların nitq mədəniyyətinin və 
ümumi mədəni səviyyəsinin yüksəldilməsi üçün səy göstərməlidir. 
5. N
əcib əxlaqa malik olan insan öz həmcinslərinə diqqətli, həssas olduğu kimi, torpağa, 
suya, ağaclara, quşlara, bir sözlə doğma təbiətə də eyni dərəcədə diqqətli və həssas olurlar. 
M
əktəbəqədər yaş dövründən uşaqları təbiətə məftunluq, onun gözəlliyini qoruyub saxlamaq, 
ətraf mühiti mühafizə etmək ruhunda tərbiyə etmək gərəkdir. Məktəbəqədər yaşlı uşaqların 
t
əbiətsevər, hər bir bitkinin, yaşıl yarpağın qədir-qiymətini bilmələri və torpağın qayğısını 
çəkmək ruhunda tərbiyə edilmələri müasir dövrün ən vacib tələblərindəndir. Təcrübəli 
t
ərbiyəçilər uşaqları təbiətə məhəbbət ruhunda tərbiyə etməkdə bədii ədəbiyyatın imkanlarından 
m
əharətlə istifadə edirlər. Uşaq bağçasında bu imkanları həyata keçirmək üçün yollar və 


vasit
ələr çoxdur. Məsələn, uşaqlarla “Biz təbiəti sevənlərik”, “Gülləri və çiçəkləri qoruyaq” və s. 
kimi mövzular əsasında əxlaqi söhbətlər keçirmək; 
- T
əbiətə rəhmli münasibət məsələlərinə həsr olunmuş kiçik həcmli bədii əsərlərin oxunuşunu 
t
əşkil etmək; 
- T
əbiətsevərlik ruhunda təşkil olunmuş tədbirlərdə uşaqların iştirakını təmin etmək;
T
əbiətdən, onun canlı aləmindən daha çox yazan yazıçı və şairlərlə uşaqların görüşünü təşkil 
etm
ək. 
Qabaqcıl tərbiyəçilər uşaqlarda təbiətə qayğıkeşlik, həssaslıq, rəhmlilik kimi əxlaqi 
keyfiyy
ətləri formalaşdırmaq məqsədilə müxtəlif bədii əsərləri uşaqlara oxuyarkən , onlara 
t
əbiətdə bitki və heyvan növləri haqqında maraqlı məlumatlar verirlər. “Uşaq və buz”, 
“Cücələrim”, “Xoruz”, “Yaz günləri”, “Qaranquş”, “Uşaq və dovşan” və s. kimi şerlərdə 
t
əbiətsevərlik ruhunda uşaqlara təsir etmək imkanları güclüdür. Təbiətsevərlik tərbiyəsi 
t
ərbiyəçidən daim düşünülmüş iş, uşaqlara fəal yanaşma qabiliyyəti, onların bilik, bacarıq və yaş 
xüsusiyyətlərini, fəallığını, habelə təbiətə rəftarını nəzərə almağı tələb edir.



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə