Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ


Mövzu: 16. Məktəbəqədər yaşlı uşaqların estetik tərbiyəsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/44
tarix29.11.2023
ölçüsü5,01 Kb.
#143397
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   44
PEDAQOGIKA-2

 


Mövzu: 16. Məktəbəqədər yaşlı uşaqların estetik tərbiyəsi. 
PLAN:
1. Estetik t
ərbiyənin mahiyyəti 
2. Estetik t
ərbiyənin prinsipləri 
3. Estetik t
ərbiyədə qarşıya qoyulan tələblər 
4. Uşaqların estetik inkişafının imkanları 
5. Estetik t
ərbiyənin məzmunu və metodları 
6. Uşaq bağçasında estetik tərbiyənin vasitələri və təşkili 
 
1. Estetikanın mahiyyəti estetik tərbiyə, estetik inkişaf, estetik şüur, estetik ideal və s. 
m
əfhumlarla bağlıdır. Estetika – aisthesis yunan sözü olub hiss vasitəsilə dərk etmək deməkdir. 
Estetik t
ərbiyə uşaqda bədii hisslərin, zövqün, bədii mühakimələrin, təbiətdəki gözəlliklərə 
münasibətin təşəkkül tapıb möhkəmlənməsi prosesidir.
Şəxsiyyətin estetika anlayışı mahiyyət etibarı ilə bir neçə komponentə ayrılır. Buraya estetik 
şüur, estetik tələbat, estetik münasibət və estetik fəaliyyət daxildir. İnkişafda olan uşağın 
şüurunun estetik baxımdan düzgün formalaşdırılması həyatda həlledici rol oynayır. Yalnız 
estetik şüur formalaşandan sonra şəxsiyyətin estetik anlayışının bütün komponentləri dolğun 
şəkildə təzahür edir. Estetik tələb birinci növbədə şəxsiyyətin motivi, estetik marağı, estetik 
idealı, zövqü və estetik hissidir. Estetik münasibətə isə dinləmə, faydalanma, qiymətvermə və 
qoruma aiddir. Estetik f
əaliyyət estetik vərdişlərin, müvafiq istetadın qabiliyyətlə həyata tətbiq 
edilm
əsidir. 
Estetik t
ərbiyə uşağı fəal həyat tərzinə hazırlayır, əməyə, ətraf mühitə, adamlara xüsusi zövqlə 
münasibət bəsləmək qabiliyyəti formalaşdırır. Estetik tərbiyə uşağı həyatda gözəl olan hər şeyin 
duyulmasına və bu gözəlliyə yüksək məhəbbət və ehtiram bəsləməyə, eyni zamanda hər cür 
eyb
əcərliyə nifrət etməyə hazırlayır.


Estetik t
ərbiyə həm incəsənət əsərlərində, həm də fikir və davranışda olan gözəllikləri 
qavramaq, d
ərk etmək, sevib qiymətləndirmək və bədii yaradıcılıq qabiliyyətinin tərbiyə 
edilm
əsini nəzərdə tutur.
Estetik t
ərbiyə məktəbəqədər dövrdən başlayaraq uşaqlarda estetik hisslər yaratmalı və 
t
ədricən həmin hissləri inkişaf etdirməlidir. Uşaqlar yaşadıqları evin mənzillərində, həyətdə, 
bağçada, uşaq bağçasında, küçədə təbiətin füsunkar gözəlliyini, rəsm əsərlərini, memarlıq 
abid
ələrini görür, musiqi dinləyirlər. Bu onalrın həssaslığını artırır, bədii hisslərini inkişaf etdirir. 
Bağçada tərbiyəçi, evdə valideynlər uşaqların bu gözəllikləri qavramasına köməklik göstərməli 
v
ə bununla əlaqədar onların estetik hisslərini inkişaf etdirilməsində yardımçı olmalıdırlar. 
M
əktəbəqədər yaşlı uşaqlar müşahidə etdikləri gözəlliklər haqqında mühakimə yürütməyi və 
n
əyin pis, nəyin yaxşı olduğunu söyləməyi bacarmalıdırlar. Onlar yalnız baxmaq, eşitmək deyil, 
h
əm də görmək və duymaq qabiliyyətinə malik olmalıdırlar. Məktəbəqədər yaşlı uşaqlar tədricən 
müşahidə etdiyi gözəl şeylər haqqında “gözəldir”, “yaxşıdır”, çirkin şeylər haqqında “pisdir”, 
“xoşum gəlmir” kimi məfhumları işlətmək qabiliyyətinə yiyələnməlidirlər. Uşaqlar musiqi, rəsm 
əsəri, şer parçalarını da qiymətləndirməyi bacarırlar. Onlar yaş və anlaq səviyyəsinə uyğun 
r
əsm əsəri haqqında özlərinə məxsus mühakimələr yürüdürlər. Xoşlarına gələn musiqinin 
s
ədaları altında rəqs etməyi, zövqlərini oxşayan şer söyləməyu xoşlayırlar.
Estetik t
ərbiyə tərbiyənin digər tərkib hissələri ilə sıx əlaqədədir. Estetik tərbiyə birinci 
növbədə əqli tərbiyə ilə bağlıdır. Uşaq görüb eşitdiklərinə dair münasibəti əqlin mühakiməsinə 
verir. Əqli nəticə onun estetik baxış və görünüşünün səviyyəsini nümayiş etdirir. Estetik zövq 
n
əinki uşağın sevincini artırır, həm də onu mədəniləşdirir, tərbiyə edir.
Estetik t
ərbiyə eyni zamanda məktəbəqədər yaşlı uşaqlarda əxlaqi keyfiyyətlərin 
qazanılması, yaxşını pisdən seçməsi və yaxşı hərəkətlərdən həzz alması üçün geniş imkanlar 
yaradır. Xasiyyəti, rəftarı gözəl olan uşağın zövqü, arzusu, fikri də gözəl olur.
Estetik t
ərbiyə əmək tərbiyəsi ilə də sıx bağlıdır. Əmək fəaliyyəti uşaqları sevindirir, onlar öz 
qüvvə və imkanlarını dərk edir, gücü çatan işləri icra etməyə çalışırlar.
Estetik t
ərbiyə fiziki tərbiyə ilə də vəhdətdədir. Gözəl qamət, yeriş, musiqi sədaları altında 
sırada hərəkət, rəqs, bədii gimnastika uşaqların həm fiziki sağlamlığında, həm də estetik 
t
ərbiyəsində çox əhəmiyyətlidir.
2. Estetik t
ərbiyə aşağıdakı prinsiplər əsasında həyata keçirilməlidir: 
1. Yetişən gənc nəslin estetik tərbiyəsində məqsədyönlülük mühüm prinsiplərdən biridir. Estetik 
t
ərbiyə məqsədi ilə seçilən mətnlər məktəbəqədər yaşlı uşaqların xüsusiyyətlərini diqqətlə 
n
əzərə almaqla seçilməli, onların ideyaca münasib, bədii cəhətdən dəyərli və zəngin olmasına 


xüsusi fikir verilməlidir. Uşaq bağçası tərbiyəçisi öz fəaliyyətində bu prinsipə ciddi əməl etməklə 
qarşıya qoyulmuş məqsədin qayəsini uşaqlara başa salmalıdır.
2. Estetik t
ərbiyə işində uşağın yaş xüsusiyyətləri nəzərə alınmalıdır. Pedaqogika elmi uşaqlar 
üçün incəsənət əsərlərinin (uşaq teatrı, uşaq musiqisi, uşaq ədəbiyyatı və s.) olması, onlardan 
uşaqların yaşına və amlaq səviyyəsinə uyğun olanını seçib istifadə edilməsini məsləhət bilir. 
Eyni zamanda, anlaşılması çətin olmayan, yaşlılara məxsus əsərlərdən istifadə olunması da 
m
əsləhət bilinir.
3. Estetik t
ərbiyə varislik prinsipi əsasında aparılmalıdır. Məktəbəqədər yaşlı uşaqların estetik 
t
ərbiyəsi xalqın zəngin keçmiş irsi, milli-mənəvi dəyərləri və müasir mənəviyyatı ilə sıx əlaqəli 
şəkildə həyata keçirilməlidir. Azərbaycan xalqının bu irsini qorumaq, nəsildən-nəslə ötürmək 
estetik t
ərbiyənin əsas məqsədi və vəzifəsidir. Müasir estetik xəzinə qədim mənəvi irsin varisidir.
4. Estetik t
ərbiyə prosesində sistematlik və ardıcıllığa əməl edilməlidir. Estetik bacarıq və 
v
ərdişləri uşağa yavaş-yavaş, həm də bir-biri ilə əlaqədar olan çoxlu çalışmalar nəticəsində 
aşılamaq lazımdır. Estetik tərbiyə məqsədilə aparılan çalışma və təmrinlər arasındakı təmrinlər 
uzun olmamalıdır.
5. Estetik t
ərbiyə hərtərəfli aparılmalıdır. Estetik tərbiyə işi elə qurulmalıdır ki, uşaq həm 
inc
əsənətin müxtəlif növləri ilə ( ədəbiyyat, rəsm, musiqi və s.) məşğul olsun, həm də geyimdə, 
m
əişətdə, əməkdə, davranış və münasibətdə gözəllik qanunlarına riayət etsin. Qeyd edilən bu 
prinsipl
ər əsasında estetik tərbiyənin vəzifələrini həyata keçirərkən həmişə uşaq şəxsiyyətinin 
ah
əngdar inkişaf etdirilməsi əsas götürülməlidir. 
3. Müasir mərhələdə uşaqların estetik tərbiyəsi qarşısında aşağıda qeyd olunan nəzəri və 
metodoloji t
ələblər qoyulur: 

Uşaqların estetik tərbiyəsində istifadə olunan incəsənət vasitələri ideya-tərbiyəvi cəhətdən 
yüksək bədiiliyə malik olmalıdır; 

uşaq incəsənətinin nəticələri həyat hadisələrinin real obrazını əks etdirməlidir; 

uşaq incəsənət əsərlərinin məzmunu xeyirxah əməllər – nəciblik, qayğıkeşlik, 
mehribançılıq, nəzakətlilik, ədəblilik və s. hisslər oyatmalıdır; 
- inc
əsənət əsəri düşmənə, rəzilliyə qarşı nifrət, qəzəb və mübarizlik hissi yaratmağa qadir 
olmalıdır; 

uşaq incəsənəti gümrah, parlaq, şən olmalı, yüksək əxlaqi keyfiyyətləri ifadə etməlidir. 
4. Estetik keyfiyy
ət uşaqda kiçik yaşdan özünü göstərir, tərbiyə və təlim prosesində tədrisən 
formalaşır. Erkən yaş dövrü ətraf mühitin gözəlliklərini duymağa, estetik cəhətdən qavramağa 
hazırlıq mərhələsidir. Birinci ildə uşaqda sensor-emosional qavrama tədricən inkişaf edir. Bu 


zaman körpə xoşu gələn əşyanı gördükdə ağlamasını dərhal dayandırır, gülümsəyir və həmin 
əşyanı əldə etməyə çalışır. İkinci ildə qavrama təkmilləşir, uşaq ətrafdakıların sadəcə əlamətini 
deyil, h
əm də incəsənətin bəzi növlərini dinləməyə meyl edir. Bəzi sadə musiqi və rəqs 
elementl
ərini təqlid edir. Tədricən nitqə yiyələndikcə gözəl-çirkin, yaxşı-pis, şən-qəmgin 
m
əfhumlarının mahiyyətini dərk edir.
Kiçik məktəbəqədər yaş dövründə uşağın estetik inkişafında müəyyən dəyişiklik yaranır. Bədii 
əsəri dərketmə qabiliyyəti nisbətən yüksəlir, musiqinin ritmini, əşyaların rəngini asanlıqla 
f
ərqləndirir, onlara özünəməxsus münasibət göstərir.
Orta v
ə böyük qrup uşaqlarında qavrayış xeyli inkişaf edir. Bu yaşlı uşaqlar bədii obrazları, 
yaş və anlaq səviyyələrinə müvafiq musiqini, rəsmləri elementar qaydada olsa da, 
qiym
ətləndirmək qabiliyyətinə malik olurlar. Uşaqlar estetik məzmunlu əsərin daxili əlaqəsini 
özlərinə məxsus formada müəyyənləşdirir, müqayisə aparır və bəzi ümumiləşdirmələr edirlər. 
M
əsələn, hekayəni nağıldan, marşı rəqsdən, beşik mahnılarını xalq mahnılarından ayırmağa 
c
əhd edirlər. 
Uşaqlarda tədricən fəal bədii yaradıcılıq qabiliyyəti inkişaf etməyə başlayır. Onlar tamaşa 
etdiyi v
ə dinlədiyi əsərləri estetik zövqlə qiymətləndirməyi bacarır, incə məsələləri sezirlər. 
Onlarda 
ətrafdakı gözəlliklərə maraq artır, bədii əsərlərdəki müsbət surətlərə rəğbət hissi 
yaranır. Beləliklə, məktəbəqədər dövrdə estetik inkişafın özülü qoyulur, tərbiyənin təsiri ilə o 
inkişaf edir və nisbətən təkmilləşir.
Uşaqların estetik tərbiyəsinin vəzifələrini 4 istiqamətdə qruplaşdırmaq olar: 
1) 
estetik qavramanın inkişaf etdirlməsi, estetik emosiyanın, hisslərin, münasibətin və 
marağın formalaşdırlması; 
2) 
elementar estetik şüurun formalaşdırlması ; 
3) 
estetik f
əaliyyətin dərk edilməsi
4) 
estetik v
ə bədii yaradıcı qabiliyyətin inkişafı.
5. Estetik t
ərbiyənin məzmununa estetik bilik, bacarıq, vərdiş, hiss, maraq və zövq daxildir. 
Uşaqların gözəllik haqqında anlayışları ətraf mühiti estetik cəhətdən dərketmə prosesində 
yaranır. Böyüklərin rəhbərliyi altında uşaqlar gözəl və çirkin, yaxşı və pis və s. anlayışlar 
haqqında təsəvvür və biliklərə də yiyələnirlər. İncəsənət əsərləri vasitəsilə uşaqlar şer, nəğmə, 
t
əsviri sənət vasitə 
sil
ə cisim və hadisələri estetik baxımdan qiymətləndirmək qabiliyyətinə yiyələnirlər. 
M
əktəbəqədər yaşlı uşaqlar komik əsərlərə tamaşa edərkən güldüyü, sevindiyi kimi, faciə 
əsərlərindəki kədərli əhvalatlardan da kədərlənməyi bacarırlar.


Uşaq incəsənəti ideya-tərbiyəvi cəhətdən yüksək keyfiyyətli olmalıdır. Bunlar həyat 
hadis
ələrini düzgün, parlaq və obrazlı əks etdirməlidir. Belə incəsənət əsərlərinin məzmunu 
uşaqlarda xeyirxah hisslər, anaya, yoldaşa, qocalara, əlillərə kömək etmək, balacaların qeydinə 
qalmaq v
ə s. əxlaqi anlayışlardan ibarətdir. Uşaq incəsənəti anlaşıqlı olmalıdır. Məzmun və 
formaca mürəkkəb olan incəsənət əsəri uşaq beyninin lüzumsuz gərginliyinə səbəb olur, 
obrazların yanlış başa düşülməsinə gətirib şıxarır, uşaqları yorur. Əsəri təkrarən uşağa düzgün 
anlatmaq v
ə başa salmaq tərbiyəçinin vəzifəsidir.
Estetik t
ərbiyənin metodlarını aşağıdakı qaydada qrurlaşdırmaq olar:
1. 
Ətraf həqiqətləri, incəsənət əsərlərinə emosional münasibət göstərməyi, estetik 
hiss, maraq, t
ələb və münasibətləri formalaşdıran metodlar: bu cisim və hadisələri müşahidə 
etm
əklə, incəsənət əsərlərinə baxmaqla, onları dinləmək yolu ilə müqayisə aparmaq, 
f
ərqləndirmək qabiliyyəti formalaşdırır; 
2. 
Uşaqlarda estetik şüurun elementlərini formlaşdırmaq. Bu müxtəlif söhbətlər, 
ekskursiya v
ə gəzinti zamanı müşahidə aparmaqla olur. Oyun metodu əşyaların formasını, 
r
əngini öyrənmək məqsədilə sensor didaktik oyunlar keçirməklə olur. 
3. 
Uşaqları estetik və bədii sahədə fəaliyyətə təhrik etmək, onlarda bu sahədə bacarıq 
v
ə vərdişlər yaratmaq, incəsənətin növlərindən asılı olaraq musiqi, rəqs, şəkil çəkmək, 
applikasiya v
ə s. sahələrdə təsviri sənətin elementlərini mənimsətmək; 
4. 
Uşaqların müstəqi fəaliyyəti prosesində onların estetikvə bədii qabiliyyətləri inkişaf 
etdirilir. Bu metodların həyata keçirilməsi uşaqların axtarıcı fəaliyyəti, problem situasiya, hər bir 
uşağın fərdi xüsusiyyətlərini nəzərə alaraq ona fərdi yanaşmaqdan ibarətdir. Problem-axtarıcı 
metodda uşağa imkan vermək lazımdır ki, özü qarşıya çıxan problemi həll etsin. Məsələn, 
uşağa estetik xarakterli tapşırıq verilir və onun icrası göstərilmir. Onu uşaq özü müəyyən 
etm
əlidir. (məs., rəqs etdiyin musiqinin adını müəyyən et, dinləriyin nəğmənin məzmunu 
haqqında danış və s.) 
6. Uşaq bağçasının daxili və xarici gözəlliyi estetik tərbiyə üçün mühüm vasitələrdən biridir. 
Biri
nci şərt odur ki, bağçada estetik tərbiyə ilə əlaqədar ayrıca otaq təşkil edilir. Orada musiqi 
al
ətləri, təsviri, bədii oyun vasitələri qoyulur. Bu əyani vəsaitlər uşaqların estetik və bədii 
t
ərbiyəsində mühüm əhəmiyyət kəsb edir.
İkinci şərt estetik və bədii tərbiyə ilə əlaqədar əsərlərin bağçaya toplanmasıdır. Bura 
inc
əsənətə aid əsərlər – şəkillər heykəllər, dekorativ xalq sənəti nümunələri, bədii ədəbiyyat, 
musiqi 
əsərləri və s. daxil edilir. Uşaq kiçik yaşlardan incəsənət əsərləri ilə yaxından tanış 
edilm
əli, əsərlərin dərk edilməsinə sövq edilməlidir.


Ücüncü şərt uşaqların öz aktiv fəaliyyəti ilə bağlıdır. Estetik tərbiyə xarakterli vəsaitlər 
özlüyündə işin bir tərəfidir, amma onlat estetik tərbiyəni tam təmin etmir.
Dördüncü şərt fərdi yanaşma ilə bağlıdır. Fərdi xüsusiyyətləri nəzərə alaraq hər bir uşağın 
estetik t
ərbiyəsini təmin etmək mühüm tələbdir.
Esteik t
ərbiyənin vasitələri tərbiyəçi tərəfindən seçilir və fəaliyyət prosesində tətbiq edilir. 
Bura m
əişət estetikası, təbiət, incəsənət, uşaqların bədii fəaliyyəti, təlim məşğələləri, 
t
ərbiyəçinin davranışı, uşaq tərbiyəsi müəssisələrində estetik tərbiyə üçün şəraitin yaradılması 
daxildir.
M
əişət estetikası uşaqların sağlamlığına, onlarla tərbiyə işi aparılmasına, bədii zövqünün 
t
ərbiyə edilməsinə xidmət edir. Uşaq bağçasında divarların rəngi, mebel, şəkillərin, otaq 
bitkil
ərinin cazibədarlığı və s. bütün bunlar uşaqların estetik tərbiyəsində mühüm əhəmiyyət 
k
əsb edir.
T
əbiət özü estetik tərbiyənin beşiyidir. Tərbiyəçi təbiət gözəlliklərini görmək, duymaq və 
qavramaq qabiliyy
ətini uşaqlarda formalaşdırmaqda böyük ustalıq göstərməlidir. Uşaq 
bağçasında təbiət guşəsi yaradılmalıdır.
Uşaq bağçasında estetik tərbiyə baxımından incəsənət əsərlərindən, musiqidən də geniş 
istifad
ə olunur. Musiqi yalnış musiqi məşğələlərində deyil, məişətdə, uşaqların oyunlarında, 
f
əaliyyətin digər sahələrində səslənməli, uşaq əyləncəsini və istirahətini təmin etməlidir.
Uşaq bağçasında estetik tərbiyənin vasitələrindən biri də bayramların keçirilməsidir. 
Bayramlarda formaların, rənglərin yeniliyi və gözəlliyi, yeni obrazlar diqqəti cəlb edir, uşaqların 
sevincin
ə səbəb olur.
M
əktəbəqədər yaşlı uşaqların estetik tərbiyəsində kukla teatrının da özünəməxsus rolu var. 
Burada dinamik h
ərəkət, bədii söz, musiqi, rəqs və təsviri sənət üzvi surətdə birləşir. Çox vaxt 
uşaqlar özləri belə tamaşalarda oynayırlar ki, bu da onların nitqinə və kiçik yaşdan yaradıcı 
olmasına müsbət təsir göstərir.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə