Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ


MÖVZU 14. Məktəbəqədər yaşlı uşaqların əmək tərbiyəsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/44
tarix29.11.2023
ölçüsü5,01 Kb.
#143397
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   44
PEDAQOGIKA-2

MÖVZU 14. Məktəbəqədər yaşlı uşaqların əmək tərbiyəsi. 
PLAN:
1. Əmək tərbiyəsinin əhəmiyyəti 
2. Uşaq bağçasında əmək tərbiyəsinin məqsədi 
3. M
əktəbəqədər yaşlı uşaqların əməyinin planlaşdırlması 
4. Uşaqların əməyinin nəticəsi və qiymətləndirilməsi 
5. Uşaqların tərbiyəsində əməklə oyunların qarşılıqlı əlaqəsi 
6. Uşaqların yaşlıların əməyi ilə tanış edilməsi 
1. Əmək insan həyatının əsasını təşkil edir. Ləyaqət və xoşbəxtliyin bünövrəsi əməklə 
qurulur. Uşaqlar hələ məktəbəqədər yaşdan öz güclərinə müvafiq əmək işlərinə cəlb olunurlar. 
Getdikc
ə onların əmək fəaliyyətinin hüdud dairəsi genişləndirilərək mürəkkəbləşdirilir. Əmək 
uşaqlarda zəhmətsevərliklə yanaşı, dözümlülük, cəsarətlilik, qayğıkeşlik, vətənpərvərlik kimi 
əxlaqi keyfiyyətlər formalşdırır.
M
əktəbəqədər yaşlı uşaqların əmək tərbiyəsi düzgün qurulmalıdır. Bu onlarda fiziki işgörmə 
qabiliyy
ətinin tədricən formalaşmasına səbəb olur. Beləliklə, onlar fiziki iş prosesində əşyaların 
xass
ələri, qulluq etdikləri bitki, heyvan və quşlar haqqında geniş bilgilər alırlar. Əməksevərliyin 
inkişafına məktəbəqədər yaş dövründən başlamaq lazımdır. Əgər bu yaşdan uşaqlarla 
əməksevərliyin inkişafı istiqamətində iş aparılmazsa, onlarda tənbəllik və ya əməyə laqeyd 
münasibət yarana bilər.
M
əktəbəqədər yaşlı uşaqların əməyi özünəməxsus xüsusiyyətlərə malikdir. Onların əməyi 
çox vaxt oyunla əlaqədar olur. Bu, özünü müxtəlif formada göstərir. Bəzən oyun yaşlıların 
əməyini əks etdirir, bəzən də əmək elementləri oyunda əks olunur. Məsələn, “Vaqon 
n
əzarətçisi” oyununda uşaqlar nəzarətçi rolunda sərnişinlərə mədəni xidmət edir. “Aşpaz” 
oyununda aşpaz “dadlı xörək” bişirməyə çalışır. Kiçik qrup uşaqları sanki, konkret əmək qüvvəsi 
s
ərf etmir, sadəcə oyun keçirirlər. Böyük qrup uşaqları isə oyun prosesində fiziki iş görmək 
z
ərurətini hiss edirlər. Əmək prosesində bəzən uşaqlar qarşıya məqsəd qoyur, əvvəldən işi 
planlaşdırır, öz fəaliyyətini ona müvafiq qurur və müəyyən nəticə əldə edənə kimi işləyirlər. 
Böyük qrup uşaqları bəzən öz əməklərinin ictimai mahiyyətini də dərk edirlər. Onlar həvəslə 
m
əişət və təsərrüfat işlərinə qoşulurlar. Tərbiyəçinin təklifi ilə Böyük qrup uşağı kiçik dostu üçün 


oyuncaq hazırlayır. Uşaqlar hazırladıqları oyuncaqları öz kiçik dostlarına hədiyyə verirlər. 
Başlıcası isə budur ki, uşaqlar öz əməkləri ilə başqalarına xeyir verməkdən həzz alırlar.
Uşaqlar gündəlik əmək fəaliyyətlərində həyati əhəmiyyət kəsb edən bir çox bacarıq və 
v
ərdişlərə yiyələnirlər, müstəqil işləmək bacarığına sahib olurlar. Əmək prosesində uşaqlar 
onları əhatə edən əşyaları öyrənir, bitkilərin böyüməsini, inkişafını müşahidə edirlər. Onlar 
heyvanlara qulluq edir, onların həyat tərzi ilə tanış olurlar.
2. M
əktəbəqədər pedaqogika uşaq əməyi qarşısında müəyyən məqsədlər qoyur: yaşlıların 
əməyi iləuşaqları tanış etmək, uşaqlarda onların əməyinə hörmət aşılamaq, əməyə maraq 
formalaşdırmaq, əməyin ictimai mahiyyət daşıdığını öyrətmək.
Yaş yarımlıq - iki yaşlı uşağın paltarını, ayaqqabısını geyinib soyunması, başını daraması 
primitiv olsa da, onun 
əhəmiyyəti olduqca böyükdür. Bu hərəkətləri yerinə yetirməklə uşaq 
qarşısına qoyulmuş əmək məqsədinə nail olur. Üç - dörd yaşında isə o, daha mürəkkəb məişət 
işlərinə qoşulur. Nə isə etmək cəhdi uşaq xarakterində fəallıq, müstəqillik, fiziki qüvvə və ağıl 
g
ərginliyinin inkişafına müsbət təsir göstərir.
Uşaqların qarşısına qoyulan əməyin məqsədi onların yaşı ilə əlaqədar olamlıdır. 2-3 yaşlı 
uşağın fəaliyyəti üçün qarşısına məqsəd qoyulduqda, onların yaş xüsusiyyəti mütləq nəzərə 
alınmalıdır. Çünki onlar bir işi görə bilmədikdə, bəzən onu yerinə yetirməkdən imtina edirlər. 
T
ərbiyəçi çalışmalıdır ki, yalnız çətinlik çəkdikə uşağa köməklik göstərib istiqamət versin. 
F
əaliyyət zamanı işləyə bilməyən uşaqları da işə qoşmaq, onlarda faydalı bacarıq və vərdişlər 
yaratmaq yüksək tərbiyəvi əhəmiyyət kəsb edir. Eyni işi bir neçə gün gördükdə qrup və 
yarımqrupda olan uşaqların iş növünü dəyişmək də çox əhəmiyyətlidir. Məsələn, əgər bu gün 
oyun otağını səliqəyə salırsa, çalışmaq lazımdır ki, sabah onlar dibçəkdəki güllərin 
sulanmasında iştirak etsin. Yaxud Novruz bayramı üçün qrup otağını səliqəyə salarkən tərbiyəçi 
uşaqlara deyir ki, bayramqabağı qrup otağının bəzəkləri gözəl olmalıdır. Uşaqlar tərbiyəçinin 
tapşırığını həvəslə yerinə yetirir, hər işi səliqəli və vaxtında görməyə çalışırlar. Kiçik qrupdan 
başlayaraq, uşaqlar məqsədə nail olmaqdan dərin həzz alır və gördükləri işin nəticəsini sevinclə 
t
ərbiyəçiyə göstərirlər. Məktəbəqədər orta və böyük qrupun uşaqları qarşıya müstəqil məqsəd 
qoymağı (məsələn, tikinti materialarını yığışdırmağı, gəlinciyin paltarını yumağı və s.) 
t
ərbiyəçidən öyrənirlər. Bu yaş dövründə də uşaqlar həmişə hər iş üçün qarşıya məqsəd 
qoymaq v
ərdişinə malik olmurlar. Onlar ən çox adət və vərdiş qazandıqları əmək sayəsində 
qarşıya məqsəd qoya bilirlər. Məs., “Gəzintiyə nə vaxt gedəcəksiniz?” – sualına uşaqlar belə 
cavab verirl
ər: “Oyuncaqları yığışdırıb, otağı səliqəyə salıb gəzintiyə gedəcəyik”. Uşaqlar 
dedikl
ərinə əməl edib bu işləri gördükdən sonra gəzintiyə hazırlaşırlar. 


3. M
əktəbəqədər yaşlı uşaqların əmək fəaliyyətinin təşkili işin planlaşdırılmasından və 
düzgün başa düşülməsindən çox asılıdır. Uşaq nəyin necə və nə üçün icra olunması arasındakı 
əlaqəni görməlidir. Tərbiyəçi uşaq əməyini planlaşdırarkən mövcud olan çətinliklərin uşağın 
h
əyat təcrübəsinə müvafiq olmasını nəzərə almalı və onların aradan qaldırılması yolarını 
görməlidir.
Əməyi planlaşdırma görüləcək işin ardıcıl icrası ilə bağlı olur. Nəyi əvvəl, nəyi sonra, nə üçün 
başqa cür deyil, belə işləmək kimi vəzifələr əsasən işi sistemlə qurmağı tələb edir. Məsələn, əl-
üzü yumaq üçün əvvəlcə paltarın qollarını çırmalamaq, sonra əlləri və nəhayət üzü yumaq 
ardıcıllığını uşaqlar aydın başa düşəndə, işi daha səmərəli icra edirlər. Beləliklə, işin ardıcıllığını 
t
ərbiyəçi müəyyən edir, uşaqlar isə fəaliyyət prosesində bu ardıcıllığa riayət edirlər.
Orta v
ə böyük qruplarda otaq bitkilərinə qulluq etmək işin sistemli və planlı aparılmasına 
nümunə göstərilə bilər. Bitkilər elə yerləşdiriliməlidir ki, onları silmək və sulamaq rahat olsun. 
Bunun üçün güllər əvvəlcə pəncərənin qabağından stolun üstünə keçirilir, onların yarpaqları, 
altlıqları silinir, pəncərənin qabağı təmizlənir və bütün bunlardan sonra bitkilər öz yerlərinə 
qoyulur. İşin belə planlı yerinə yetirilməsi uşaqlarda sərbəstlik, səliqəlilik və məqsəd aydınlığı 
yaradır.
Böyük qrupun uşaqları çox vaxt verilən işin planını özləri hazırlayırlar. Tətbiyəçinin əsas 
m
əqsədi uşağa bacarmadığı işi öyrətməkədn ibarət olmalıdır. Əlbəttə, uşağa öz fəaliyyətini 
planlaşdırmaq üçün ona nümunə vermək, əvvəlki planlaşdırmadan istifadə etmək, öz fəaliyyəti 
haqqında onu əvvəlcədən fikirləşməyə alışdırmaq lazımdır. Belə iş prosesində uşağa əvvəldən 
suallar da veril
ə bilər: “Nədən başlamaq lazımdır? Əvvəlcə hansı alətlə işləyəcəksən? Sənə nə 
q
ədər material lazım olacaq?” və s.
Böyük qrup uşaqları əməyin məqsədini aydın bildikdə sərbəst və müstəqil işə qoşulurlar. 
B
əzən də uşaqlar iş prosesində əməyin məqsədini müəyyən edir və qarşıya qoyulmuş vəzifəni 
müəyyənləşdirirlər.Uşaqların əmək fəaliyyəti nə qədər məqsədyönlü və aydın olarsa, onun 
yerin
ə yetirilməsi bir o qədər maraqlı və səliqəli olar.
4. Əmək prosesində müəyyən nəticə əldə edilməlidir. Nəticə işin səmərəli gedişi ilə əlaqədar 
olur. İş keyfiyyətlə, sistemlə icra edilibsə, nəticə də yaxşı olur. Əməkdə nəticə fəaliyyətin 
m
əcburi komponentidir. Əməyin nəticəsi əvvəlki bacarıq və vərdişlərin qazanılması, keçirilən 
t
ədbirlərin pedaqoji cəhətdən düzgün təşkili, uşağın marağı, səyi, iş qabiliyyəti, səriştəsi və s. 
f
ərdi fərqlərdən də çox asılıdır. Uşaqlar tərəfindən əldə edilmiş nəticə müqayisə edildikdə və bu 
yolla h
ər kəsin işi qiymətləndirildikdə, onlar öz əmək fəaliyyətinin üstün və qüsurlu cəhətlərini 
görür və gələcək əmək prosesində bunları nəzərə alırlar. İşin sonunda çıxarılan nəticə uşaq 
al
əminə güclü təsir göstərir. 


Əməyinnəticəsini düzgün qiymətləndirmək, qazanılan nailiyyətləri bir-biri ilə müqayisə etmək 
yüksək tərbiyəvi əhəmiyyət kəsb edir. Bunun təsiri ilə uşaqlarda getdikcə bir-birinin əməyini 
qiym
ətləndirmək bacarığı əmələ gəlir.
3-
4 yaşlı uşaqlar tərbiyəçi tərəfindən əməklərinə verilən qiymətdən sevinir və tədricən öz 
əməyinin nəticəsini başqasının əməyi ilə müqayisə etmək bacarığına yiyələnirlər. Belə 
müqayisə uşağı işi yenidən daha yaxşı icra etməyə sövq edir.
5-
6 yaşlı uşaqları isə fəaliyyətin praktik cəhəti daha çox maraqlandırır. Uşaqlarda əmək 
n
əticələrinə nail olmaq cəhdinin inkişafında bu fəaliyyətin motivi xüsusi əhəmiyyət kəsb edir. Bu 
zaman 
əmək prosesi öz-özlüyündə uşaqlara sevinc gətirir.
Əmək prosesində işin müvəffəqiyyətlə başa çatdırılmasına nail olmaq uşaq üçün vacib 
şərtdir. Bu, tərbiyəçinin uşağın əmək fəaliyyətindəki müsbət cəhətləri vaxtında görməsi və onları 
qiym
ətləndirməsindən çox asılıdır. İşi bəyənmə, tərifləmə uşağı daha yaxşı işləməyə ruhlandırır. 
İş müstəqil icra edildikdə uşaqda öz əmək qabiliyyətinə inamını artırır. Bütün əmək işləri 
prosesind
ə tədricilik tələbinə riayət etmək lazımdır 
5. Uşaqlar əmək işlərinə çox vaxt böyüklərin əmək işlərinin təqlidi formasında qoşulurlar. 
Ananın qab yuması, atanın bostandakı bitkilərə qulluq etməsi, traktor sürməsi və s. uşağın 
oyununda öz ifadəsini tapır. Lakin əmək və oyun öz xarakteri, məzmunu, fəaliyyət prosesi və 
motivin
ə görə bir-birindən fərqlənir. 
Əmək prosesi realdır, çünki uşaq real əşyalarla iş görür. Oyunda isə uşaqlar yaşlıların əmək 
işlərini təqlid edirlər. Əmək alətləri uşaqlar tərəfindən oyuncaqla əvəz edilir. Oyun heç bir zahiri 
n
əticə verməsə də, uşaqlara sevinc gətirir, ləzzət verir. Belə oyunlar, adətən, uşaqların özü 
t
ərəfindən təşkil edirlir. Əmək prosesində isə işin nəticəsi ön plana keçir, hamı işin nəticəsi ilə 
maraqlanır. Uşaqlarda ünsiyyət güclənir, fikir vahidliyi yaranır, böyüklərin təcrübəsindən istifadə 
olunur v
ə belə təcrübə nümunə xarakteri daşıyır. Bütün bunlar əməkdə son nəticənin 
müvəffəqiyyətlə əldə olunmasına yaxından kömək edir.
Kiçik məktəbəqədər yaşlı uşaqların əməyi özünəxidmət üzərində qurulur. Bu fəaliyyətin 
inkişafı prosesində uşaqlar özünəxidmət vərdişlərinə maraqla yiyələnir, müstəqil iş görməyə 
başlayırlar. Məktəbəqədər orta yaşda uşaqların əməyinin məzmunu onun fəaliyyətinə gətirib 
çıxarır. Bu yaşda uşaqların oyununda əmək prosesləri episodik xarakter daşıyır. Bu, onların 
şəxsi təşəbbüsü ilə yaranır və tərbiyəçi tərəfindən tənzimlənir. Lakin uşaqların əməyinin həmişə 
oyunvari h
əyata keçirilməsi səmərəli deyil. Tərbiyəçi uşaq əməyinin növü və xarakterindən asılı 
olaraq görüləcək işin məzmunu, istifadə olunacaq alətlərin mahiyyəti və onların istifadə 
qaydaları haqqında uşaqlara metodiki istiqamət verməlidir. Məsələn, qayçı ilə kağızdan əriştə 
k
əsib-düzəltmə bacarığı aşılamaq oyunun əmək xarakteri daşıması üçün faydalıdır. Bir neçə 


d
əfə təkrar olunan bu hərəkət öz nəticəsini verir, yəni uşaqlar qayçını tutmaq, açıb-bağlama, 
k
əsmə vərdişlərinə yiyələnirlər. Uşaqlar alətlərlə işləmək vərdişlərinə yiyələndikcə və 
materialdan praktik sur
ətdə istifadə etməyi öyrəndikcə oyun hərəkətləri müşahidə edilir, oyun və 
əməyin qarşılıqlı münasibəti yaranır.
Bağçada uşaqlar keçirdikləri oyun zamanı müəyyən nəticə əldə etmədikdə işdən soyuyur və 
oyunu davam etdirm
ək istəmirlər. Bu ondan irəli gəlir ki, uşaqlar ətraf aləm, mühit haqqında 
z
əngin biliklərə malik deyillər. Bu məqsədlə uşaqları ətraf mühitlə yaxından tanış etməli, onları 
yaşlıların iş şəraiti, birgə çalışmaları, fəaliyyət göstərmələri və hər kəsin öz vəzifəsini başa 
düşüb həvəslə yerinə yetirmələri ilə tanış etmək lazımdır. Bundan sonra onlar öz gözləri ilə 
gördükləri səhnəni oyun zamanı əyani şəkildə göstərməyə çalışırlar.
6. M
əktəbəqədər yaşlı uşaqları yaşlıların əməyi ilə əsasən beş mühüm yolla tanış etmək 
olar: I. Uşaqlara yaşlıların əməyini tərənnüm edən ədəbi-bədii parçalar, şerlər, hekayələr və 
nağıllar oxumaqla; II. Əxlaqi söhbətlər vasitəsilə; III. Yaşlıların əməyinə həsr olunmuş şəkillərə, 
s
ənədli filmlərə, televiziya verilişlərinə tamaşa etməklə;
IV. Yaşlıalrın əmək fəaliyyətini müşahidə etməklə; V. Yaşlılarla uşaqların birgə əmək 
f
əaliyyətini təşkil etməklə.
Əməyin insana göstərdiyi faydalı təsir xalqımızın əsrlər boyu yaratdığı şifahi xalq ədəbiyyatı 
nümunələrində tərənnüm olunmuşdur. Tərbiyəçi yaşlı nəslin müxtəlif əmək sahələrini tərənnüm 
ed
ən bədii əsərləri oxuyur və məzmununu nəql edir. Bu qəbildən olan əsərlər əsasında əxlaqi 
söhbətlər keçirməlidir. Bunun üçün tərbiyəçidən xüsusi hazırlıq və pedaqoji səriştə tələb olunur. 
T
ərbiyəçi nəzərdə tutduğu əmək növünə uyğun bədii əsəri əvvəldən müəyyənləşdirməli və 
h
əmin əsərin məzmununu uşaqlara hansı formada izah edəcəyini fikirləşməlidir. Məsələn, 
uşaqları taxılın əkilməsi, biçilməsi və kombaynla yığılması, eləcə də, çörəyin hazırlanmasında 
yaşlıların əməyi ilə tanış etmək məqsədilə tərbiyəçi “Elin sərvəti” bədii parçasından istifadə edir. 
Bu hekay
ənin nəqli zamanı uşaqlar taxılın necə əkilməsi, becərilməsi və yığılması ilə tanış olur, 
müasir kənd təsərrüfatı maşınları və onların əhəmiyyəti haqqında məlumat əldə edirlər.
M
əktəbəqədər yaşlı uşaqları yaşlıların əməyi ilə tanış etməkdə filmlərin də rolu böyükdür. 
T
ərbiyəçi baxış üçün hazırladığı film haqqında uşaqlara əvvəlcə məlumat verir, sonra film 
nümayiş etdirilir, baxışdan sonra filmin təhlili olur. Tərbiyəçi filmdə təsvir olunan əmək sahələri 
haqqında uşaqların fikrini öyrənir.
Yaşlı nəslin əməyini müşahidə etmək uşaqlarda yaşlıların əməyinə müsbət münasibət 
yaranmasına kömək edir, onları yaşlıların əməyinə daha da yaxınlaşdırır. Uşaqlar mətbəxə, 
anbara, tibb kabinetin
ə və s. cəlb edilməklə onların əvvəliki təsəvvürləri daha da genişləndirilir.


Yaşlılarla uşaqların birgə əməyini təşkil edərkən ümumpedaqoji prinsiplərə və gigiyenik 
t
ələblərə əməl edilməlidir. Uşaqlarla yaşlıların birgə fəaliyyəti məişət əməyi, təbiətdə əmək, oyun 
v
ə əl əməyi üzrə məşğələlərdə həyata keçirilir.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə