Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ


Mövzu:15. Uşaq bağçasında uşaq əməyinin növləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/44
tarix29.11.2023
ölçüsü5,01 Kb.
#143397
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   44
PEDAQOGIKA-2

Mövzu:15. Uşaq bağçasında uşaq əməyinin növləri. 
 
PLAN: 
1. M
əktəbəqədər yaşlı uşaqların özünəxidmət əməyi 
2. M
əktəbəqədər yaşlı uşaqların təsərrüfat-məişət əməyi 
3. M
əktəbəqədər yaşlı uşaqların təbiətdə əməyi 
4. M
əktəbəqədər yaşlı uşaqların əl əməyi 
5. Özünəxidmət əməyinin həyata keçirilməsi metodikası 
6. Ail
ədə məktəbəqədər yaşlı uşaqların əmək tərbiyəsinin təşkli 
1. M
əktəbəqədər yaşlı uşaqların əmək növləri müxtəlifdir: Özünəxidmət əməyi, təsərrüfat-
m
əişət əməyi, təbiətdə əmək, əl əməyi. Özünəxidmət əməyi kiçik qruplarda daha çox tətbiq 
olunur v
ə uşaqlara çətinliyi aradan qaldırmaq, müstəqillik, səliqəlilik kimi keyfiyyətlər aşılayır. 
Yuyunmaq, geyinm
ək, yatağı yığışdırıb təmiz saxlamaq və s. kimi vərdişlər uşaqların digər 
əmək növlərində müstəqil iştirakı üçün şərait yaradır. Amma bu yaş dövründə uşaqların 
əzələlərinin kifayət qədər inkişaf etməməsi, hərəkətin ardıcıllıqla yerinə yetirilməsi zamanı 
meydana şıxan çətinliklər onlarda işi vaxtında icraetmə həvəsini azaldır. Buna baxmayaraq, 
t
ərbiyəçi uşaqlarda işi müvəffəqiyyətlə görüb başa çatdırma, təmiz və səliqəli iş görmə kmi 
qabiliyy
ətləri yaradıb inkişaf etdirməyə səy göstərməlidir. Bütün bunlar tərbiyəçidən səbrli və 
mehriban olmağı tələb edir. Özünəxidmət əməyini həyata keçirərkən tərbiyəçi kollektiv işlə 
yanaşı, uşaqları fərdi qaydada işlətməli, hər bir uşağı fəaliyyətə ruhlandırmalı, onda öz 
qüvvəsinə inam yaratmalıdır. Başlıcası isə tərbiyəçi çalışmalıdır ki, bu yaş dövründə uşaqlar 
özünəxidmətin əhəmiyyətini aydın dərk etsinlər.
Uşaqlardan biri işdən diqqətini tüz yayındırır, digəri iş zamanı çətinlik çəkən yoldaşına 
kömək göstərməkdən həzz alır, üçüncüsü işi yarımçıq qoyub oyuna meyl edir, dördüncüsü isə 


işi başdansovdu görməyə meyl edir. Uşaqların belə fərdi xüsusiyyətlərini tərbiyəçi nəzərə almalı 
v
ə hər bir uşağa öz fərdi xüsusiyyətinə görə təsir etməlidir. 
M
əktəbəqədər yaşlı uşaqların orta qrupunda özünəxidmət əməyinin məzmunu nisbətən 
inkişaf edir. Bu yaşda uşaqlar müəyyən iş görəndə yaşıdlarına da göz qoyur və onların 
nöqsanlarını nəzərlərinə çatdırırlar.Orta qrupun uşaqları işi nisbətən sərbəst icra edirlər. 5-6 
yaşlı uşaqlarda sərbəstlik və müstəqillik daha da güclənir. Onlar özləri geyinir, soyunur, özünə 
müvafiq işləri sərbəst icra edirlər. Çox vaxt özündən kiçik bacı-qardaşlarına nümunə olur, onlara 
köməklik göstərirlər.
2. Uşaq bağçasında təsərrüfat-məişət əməyi öz məzmununa görə müxtəlifdir. Buraya uşaq 
bağçasının həyətyanı sahəsində, gəzinti və idman meydançasında, soyunma, yuyunma, yataq 
v
ə məşğələ otaqlarında səliqə-səhman yaratmaq işləri daxildir.
Kiçik qrupda uşaqlar yaşlıların məişət əməyi üzrə işini, məsələn, dayənin qab-qacaq 
yumasını, aşpazın yemək hazırlamasını, ananın paltar yuyub-ütüləməsini diqqətlə müşahidə 
edirl
ər. Onlar tədricən belə əməl növlərinə cəlb olunurlar. Məsələn, tərbiyəçinin xahişi ilə 
balacalar oyuncaqları meydançaya çıxarır, stulları stollara yaxınlaşdırır, döşəmədən kağızları 
yığır, çörək qablarını stola düzürlər. Bütün bunlar uşaqlarda məişət əməyi üzrə bacarıqları 
formalaşdırır. Burada tərbiyəçinin nümunə göstərməsi və işi uşaqların yaşına uyğun 
müəyyənləşdirməsi mühüm əhəmiyyət kəsb edir. Kiçik qrup uşaqalrına hərəkəti necə yerinə 
yetirm
əyi təkcə göstərmək və izah etmək azdır. Onlara fəaliyyət zamanı kömək də lazımdır. 
T
ərbiyəçi uşağın qarşısına konkret məqsəd qoymalı (dəsmalı asmaq, dəyəyə kömək etmək, 
h
əyətdən yarpaqları yığmaq və s.) onun əmək fəaliyyətini istiqamətləndirməlidir. Əsas budur ki, 
uşaqlarda başqaları üçün zəhmət çəkmək meyli yaransın.
Orta qrupda t
əsərrüfat-məişət əməyi özünəməxsus əhəmiyyət kəsb edir. Bu yaşlı uşaqlar ilin 
axırına yaxın qayda-qanuna müstəqil riayət edir, otağın, iş yerinin yığışdırılmasında iştirak 
edirl
ər. Böyük qrupda isə uşaqların təsərrüfat-məişət əməyinin məzmunu daha da genişlənir. 
Bel
ə ki, uşaqlar nahar vaxtı üçüncü yeməyi paylayır, nahardan sonra stolun üstünün 
yığışdırılmasında dayəyə kömək edir, məşğələnin sonunda material və vəsaitləri yerinə qoyur, 
işdən sonra stolları silir və s. Uşaqlar dəyə ilə balışların üzünü keçirir, döşəkağılarını salır və bu 
işləri görməklə onlar özlərini böyüklərin əsl köməkçisi hesab edirlər.Tərbiyəçi bu prosesdə 
uşaqlara bir-biri ilə razılığa gəlmək, kömək göstərmək kimi bacarıqları aşılayır.
M
əktəbə hazırlıq qrupu uşaqlarının təsərrüfat-məişət əməyi məzmunca mürəkkəb xarakter 
daşıyır. Məsələn, süfrənin düzəldilməsi, stolun güllərlə bəzədilməsi, ikinci və üçüncü yeməyin 
paylanması kimi proseslər də daxildir. Uşaqlarda tədricən cəld, məharətlə, səliqəli, bacarıqla 
işləmək, əşyalarla düzgün davranmaq kimi keyfiyyətlər formalaşır. Tərbiyəçi iş prosesində 


uşaqlarda yaxşı əhval-ruhiyyə yaratmağa çalışmalı, onlarda öz qüvvələrinə inam 
formalaşdırmalıdır.
3. Uşaqların təbiətdə əməyi onların sağlamlığında, hərəkətlərinin kamilliyində, bacarıq və 
v
ərdişlərin formalaşdırılmasında mühüm rol oynayır. Təbiətdə əmək uşaqların görüş dairəsini 
genişləndirir. Uşaqlar onun vasitəsilə torpağın insan həyatındakı zəruri əhəmiyyətini dərk edib 
ondan istifad
ə etməyin yollarını öyrənirlər. Bitkilərin həyatı ilə tanış olarkən uşaqlar öyrənirlər ki, 
su bitkil
ərin inkişafı üçün əsas şərtdir.
T
əbiətdə əmək uşaqlarda kənd təsərrüfatı işlərinə marağı gücləndirir. Onlar təbiət 
guşəsindəki güllərə, quşlara, balıqlara qulluq etməklə bitki və heyvanların həyatı ilə yaxından 
tanış olurlar. Heyvan və bitkilərə qulluq etməyin özünəməxsus məzmunu və ona rəhbərlik 
metodları vardır. İşin məzmununa aşağıdakılar daxildir: quşların və heyvanların qəfəslərinin 
t
əmizlənməsi, yem və su təknələrinin yuyulması, onların su ilə doldurulması; tərbiyəçinin 
göstərişi ilə müstəqil surətdə quşların və heyvanların yedizdirilməsi; xırda heyvanların 
yedizdirilm
əsi üçün hazırlanmış meyvə köklərini yuyub doğramaq, göyərti hazırlamaq; ev 
he
yvanlarına qulluq prosesində iştirak etmək; bostanda, güllükdə, bağda əkin və səpinə qulluq 
etm
ək və s. Əmək uşaqların imkanlarına, yaş xüsusiyyətlərinə uyğun yerinə yetirilir.
Birinci kiçik qrup uşaqlarının imkanları məhdud olduğundan əmək tərbiyəsi onlara anlaşıqlı 
olan t
əbiət hadisələri əsasında həyata keçirilir. Üç yaşlı uşaqların əməyi yalnız əyani təsirli təlim 
zamanı həyata keçirilir. Həyatının dördüncü ilində uşaqlara izah edilir ki, quşlara qulluq etmək, 
d
ən, ot vermək lazımdır. 
Orta qrup 
uşaqlarında əməyə şüurlu münasibət nisbətən güclü olur. Uşaqlar təbiət 
hadis
ələrini müşahidə edərkən tanış əşyaları səciyyəvi əlamətlərinə görə müqayisə etməyi və 
qruplaşdırmağı öyrənirlər. Məsələn, qar və çovğunda quşların ac olduğunu düşünüb onları 
yeml
əməyə səy edən uşaqlar çox faydalı iş görmüş olurlar.
Böyük qrup uşaqlarının əməyi mürəkkəb xarakter daşıyır. Onların əməyi keyfiyyətə, işi 
vaxtında və müstəqil görməyə görə qiymətləndirilir. Bu keyfiyyətləri nəzərə alıb tərbiyəçi 
uşaqları təbiət guşəsində növbətçiliyə cəlb edir. Tərbiyəçi çalışmalıdır ki, uşaqlar işi səliqəli və 
t
əmiz icra etsin, qoyulmuş məqsəd onların gücünə müvafiq olsun.
4. Uşaq şəxsiyyətinin formalaşmasında əl əməyinin müstəsna əhəmiyyəti vardır. Müxtəlif 
materiallardan uşaqların oyuncaq və əşyalar düzəltməsi məktəbəqədər yaşlı uşaqların, 
xüsusən böyük qrup uşaqlarının əmək tərbiyəsinin mühüm cəhətlərindən biridir. Əl əməyinin 
m
əzmununda quraşdırma əıməliyyatı mühüm yer tutur. Bu əmək zamanı uşaqlar əşyalar 
haqqında təsəvvürlərini genişləndirir, texnika haqqında müəyyən məlumata malik olurlar. Belə iş 
prosesind
ə uşaqlar ən sadə texniki qurğularla tanış olur, oyuncaq alətləri ilə iş vərdişlərini 
m
ənimsəyir, əmək materiallarına, əşya və alətlərə ehtiyatla yanaşmağı öyrənirlər. Uşaqlara 


aydın olur ki, qalın kağızdan kəsmə və yapışdırma yolu ilə müxtəlif əşyalar düzəltməık olar. 
Ağacı isə mişarlamaq, yonmaq, kəsmək, deşmək, mıxlamaq olar.
Əl əməyi məşğələlərində təbii materiallarla iş də mühüm əhəmiyyət kəsb edir. Belə ki, 
uşaqlar yarpaqlar, palıd qozaları, şam, qoz ağaclarının qabıqları ilə aparılan iş zamanı həmin 
t
əbii materialların rəngi, forması, möhkəmliyi ilə də tanış olurlar. Bu zaman uşaq öz işinin 
mövzusu haqqında fikirləşir, əşyaları müqayisə edir, özünəməxsus xəyali surətlər yaradır. Onlar 
hansı materialdan, harada və necə istifadə etməyi öyrənirlər. 
Əl əməyi zamanı uşaqlar müxtəlif materiallardan oyuncaqlar düzəldirlər. Uşaqlara fırfıra 
oyuncağını düzəltmək üçün 4-5 sm uzunluğunda ucu şiş çubuq və qalın kartondan kəsilmiş, 
ortası deşilmiş dairələr verilir. Tərbiyəçi uşaqlara bu iki hissəni necə birləşdirməyi göstərir. 
Uşaqlar öz hazırladıqları fırfıranı stolun üstündə və yaxud döşəmədə fırladaraq məmnuniyyətlə 
oynadırlar. Eləcə də uşaqlar qutulardan, şam, küknar, palıd qozalarından, küləş və qarğıdalı 
saçağından müxtəlif oyuncaqlar düzəldə bilərlər. Uşaqlara əmək tapşırığı verərkən tərbiyəçi 
birinci n
övbədə tapşırığın məzmununu, onun fərdi və ya kollektiv formasını nəzərə almalı, bütün 
formaların həyata keçirilməsində pedaqoji rəhbərliyə geniş yer verməlidir.
5. Özünəxidmət əməyinin təşkili və həyata keçirilməsi ona pedaqoji rəhbərlikdən çoz 
asılıdır.Tərbiyəçi özünəxidməti elə təşkil etməlidir ki, burada bütün uşaqlar iştirak etsin, əmək 
işləri tədricən mürəkkəbləşsin və o, tərbiyə vasitəsinə çevrilsin. 
Özünəxidmətlə əlaqədar vərdişlərin formalaşdırlmasının əsas metodiki yolu hər bir 
elementar h
ərəkətin və onun ardıcıllığının yerinə yetirilməsini göstərməkdən ibarətdir. Tərbiyəşi 
uşağa yatağı səliqə ilə yığışdırmaq üçün nümunə göstərir, eyni zamanda işi səliqəli həyata 
keçirmək üçün sözlə də izah edir. Uşaqlar müşahidə edir, eşidir, bunların əsasında təcrübi iş 
görür. Unutmaq olmaz ki, özünəxidmət vərdişləri birdən-birə yaranmır. Uşaq əl-üz yumaq, 
qurulamaq, geyinm
ək kimi vərdişlərə yiyələnmək üçün bu hərəkətləri necə yerinə yetirməyin 
mahiyy
ətini bilməlidir. Bununla yanaşı, onlar bu işlərdə məşq etməlidirlər. Ancaq bundan sonra 
uşaqlarda müəyyən bacarıq və vərdişlər yaranır. Vərdişlərin formalaşmasında tərbiyəçi 
nümayişlə yanaşı, şifahi izahdan, ümumi xatırlama metodundan istifadə etməlidir. Məsələn, 
“Pencəyinin düymələrini mən deyən kmi bağla”, “Yadınıza salın, yeməkdən qabaq nə etmək 
lazımdır?” və s. Özünəxidmət əməyində ümumi xatırlama metodu uşaqlarda hər hansı işə dair 
müəyyən vərdiş olduqda həyata keçirilir. Məktəbəqədər yaşlı uşaqların özünəxidmətinin 
t
əşkilində pedaqoji kollektiv tərəfindən qoyulan tələblərin vahidliyinin hamıtərəfindən 
gözlənilməsi vacibdir. 
Uşaqları özünəxidmət üzrə tələblərlə tanış etmək məqsədilə məşğələlərdən, ətrafdakı 
yaşlıların, böyük məktəbəqədər yaşlı uşaqların davranışı üzrə gündəlik müşahidələrdən, 


kitablarda veril
ən illüstrasiyalardan, müvafiq bədii əsərlərin oxunmasından, kukla tamaşalarına 
baxışdan istifadə etmək olar. Özündən kiçiyə qayğı göstərmək, yaşlılara hörmət etmək, yaşıdları 
il
ə ünsiyyət saxlamaq qaydalarına əməl etmək üçün məktəbəqədər yaşlı uşaqlar aşağıda qeyd 
olunan davranış qaydalarını bilməlidir: 
1. 
Başqası özünəxidmət işində işin öhdəsindən gələ bilməyib sənə müraciət edirsə, 
ona gücün çatan qədər kömək göstər; 
2. 
Başqalarına qarşı diqqətli ol, kimə kömək göstərmək lazım olduğuna fikir ver; 
3. 
Balacalara, yaşlılara və yaşıdlarına qarşı xeyirxah ol; 
4. 
H
ər şeydə müstəqil olmağa çalış, lakin hiss etsən ki, tək işin öhdəsindən gələ 
bilm
əyəcəksən, başqasının köməyini təşəkkürlə qəbul et. 
6. M
əktəbəqədər yaşlı uşaqalrın tərbiyəsində müntəzəmlik və vahidlik prinsipi həlledici rol 
oynayır. Bu baxımdan məktəbəqədər tərbiyə müəssisələrində aparılan tərbiyə işləri eyni qayda 
il
ə ailədə də davam etdirilməlidir. Əks təqdirdə məktəbəqədər yaşlı uşaqlarda əxlaqi 
keyfiyy
ətlərin formalaşması pozula bilər.
Müşahidələr göstərir ki, bir çox valideynlər uşağa hədsiz məhəbbəti üzündən onu həyatın 
b
ərkindən-boşundan, istisindən-soyuğundan edlə qoruyurlar ki, uşaq müstəqil hərəkət etmək 
imkanından məhrum olur. Uşaq bir iş görmək istədikdə, “Get öz oyununu oyna, sənin nə 
vaxtındır ki, iş görəsən, mənə mane olma”sözlərini eşidirlər. Əlbəttə, böyüklər işi daha yaxşı və 
keyfiyy
ətlə görə bilərlər, lakin bu heç də o demək deyildir ki, uşağa yaşına və gücünə müvafiq iş 
verilm
əsin. Uşağı kiçik yaşdan əməksevərlik ruhunda tərbiyə etmək üçün ona hər gün gücünə 
müvafiq iş tapşırılmalıdır. Gücünə uyğun olmayan iş tapşırıldıqda uşaq müvəffəqiyyətsizliyə 
uğrayır və onda fiziki iş görməyə inamsızlıq yaranır. Lakin bu, heç də o demək deyildir ki, 
h
əmişə uşağa yüngül, çox zəhmət tələb etməyən iş verilməlidir. Valideynlər iş zamanı uşağın 
çətin vəziyyətə düşdüyünü görüb dərhal belə işi onun əlindən almamalıdırlar. Onlar çətinliyin 
n
ədən yarandığını dərk etməli və bununla da uşaqlara müstəqil hərəkət etmək imkanı 
yaratmalıdırlar.
Uşaqlarböyüklərin, xüsusən valideynlərin əmək işlərindən nümunə götürür, onlar kimi 
əməksevər olmağa çalışırlar. Bunun üçün ata və analar uşaqlara öz əmək fəaliyyətlərindən, 
peşələrindən tez-tez maraqlı söhbətlər etməli və nümunələr göstərməlidirlər. Unutmaq olmaz ki, 
uşaqlarda əməksevərlik tərbiyəsini ancaq nəsihətlə, söhbətlə yaratmaq mümkün deyil. Uşaqlara 
ail
ədə kiçik də olsa, daimi iş tapşırmaq çox vacibdir. Onlar bilməlidirlər ki, ailədə mənim gündəlik 
v
əzifəm nədir, bu işi görməklə mən nə kimi fayda verirəm. Uşaq lap kiçik də olsa hər gün bir iş 
görməli, həmin işin icrası üçün məsuliyyət daşıdığını hiss etməlidir.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə