Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ


Mövzu 18. Məktəbəqədər tərbiyə müəssələrində kecirilən milli bayramların, şənliklərin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/44
tarix29.11.2023
ölçüsü5,01 Kb.
#143397
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   44
PEDAQOGIKA-2

Mövzu 18. Məktəbəqədər tərbiyə müəssələrində kecirilən milli bayramların, şənliklərin
v
ə tədbirlərin təşkili. 
 
PLAN:
1. Uşaq bağçasında bayram şənliklərinin əhəmiyyəti
2. Uşaq bağçasında ictimai-siyasi bayramlar 
3. Uşaq bağçasında məişət bayramları 
4. Bayram şənliklərinin keçirilməsinin pedaqoji şərtləri
1. Bayram şənlikləri uşaqlarda məşğulluq, sevinc, fərəh və iftixar hissi yaratmaq məqsədilə 
h
əyata keçirilən təntənəli tədbirlərdir. Belə tədbirlər uşaqlarda ictimai fəallıq hissi yaradır. 
Uşaqlar bayram tədbirlərində iştirak etdikcə, onların şüuru, dünyagörüşü sürətlə inkişaf edərək 
müvafiq bilik, bacarıq və vərdişlərlə zənginləşir. Tarixi günlərin bayram edilməsi uşaqların yaş 
v
ə anlaq səviyyəsinə uyğun olmalı, onlarda həmin hadisələr və milli adət-ənənələr haqqında 
müvafiq anlayışlar yaratmalıdır. Belə tədbirlərə hazırlaşarkən folklordan götürülmüş bayatılar, 
n
əğmə və şən mahnılar milli-mənəvi dəyərlərimizə, Vətənə sonsuz məhəbbət hissi yaradır. 
Uşaqlar bədii mətnlər, mahnılar, hikmətli sözlər vasitəsilə öz doğma respublikası haqqında yeni-
yeni m
əlumatlar alır, xalqımızın yüksək dəyanətliliyi, mərdliyi, əməksevərliyi, qonaqpərvərliyi və 
dig
ər mənəvi keyfiyyətləri ilə fəxr edirlər. Bu məqsədlə də uşaq bağçalarında qeyd edilən 
bayram şənlikləri və tədbirlər məktəbəqədər yaşlı uşaqların mənəvi tərbiyəsində xüsusi 
əhəmiyyət kəsb edir.
M
əktəbəqədər tərbiyə müəssisələrində keçirilən tədbirlər xalqımızın əsrlər boyu yaratdığı 
folklor nümunələrindən geniş istifadə olunur. Qədim zamanlardan başlamış el şənlikləri, 
m
ərasimlər, onların yerli-yataqlı icrası xalqımız üçün həmişə əziz və müqəddəs olmuşdur. 
Adqoydu, toy, yaş və digər müqəddəs tarixi günlər həmişə böyük təntənə ilə qeyd olunmuşdur. 
Keçirilən hər bir şənlik, hər bir tarixi hadisə öz məzmunu ilə uşaqları böyük amal uğrunda tərbiyə 
edir. Başqalarının səadəti naminə, Vətənin, xalqın və ümumən bəşəriyyət naminə çalışmağın 
içində insanın özü, onun mənafeyi durur.
Uşaq bağçasında keçirilən bayram tədbirlərini məzmununa görə üç qrupa bölmək olar: 
1. 
İctimai-siyasi bayramlar
2. 
M
əişət bayramları; 


3. 
Mövsümi bayramlar. 
2. İctimai-siyasi bayramlar dövlət tərəfindən təntənəli səviyyədə həyata keçirilən 
şənliklərdir. Belə bayramlara 8 Mart Beynəlxalq qadınlar günü, 9 May faşizm üzərində qələbə 
günü, 15 May Milli qurtuluş günü, 28 May Respublika günü, 18 oktyabr Dövlət Müstəqilliyi günü, 
31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü, Beynəlxalq uşaqlar günü aiddir. Bütün bu 
bayram şənliklərini qeyd etməklə uşaqlar bu tarixi hadisələrin mahiyyəti ilə yaxından tanış olur 
v
ə onların məzmununa aid şerlər, mahnılar öyrənir, şən rəqslər, əyləncəli proqramlar 
hazırlayırlar.
İctimai-siyasi bayram şənlikləri ilə yanaşı uşaq bağçalarında siyasi xarakterli tədbirlərin, tarixi 
hadis
ələrin xüsusi qeyd olunması yüksək əhəmiyyət kəsb edir.
M
əsələn, 31 Mart milli soyqırım günü, 20 yanvar faciəsi və Xocalı soyqırımı günlərinin qeyd 
olunması tariximizin qanlı səhifələri haqqında uşaqlara yaşlarına müvafiq məlumatlar verir, 
onları düşmənə nifrət ruhunda tərbiyə edir. Hər il 20 yanvar faciəsini matəm kimi qeyd etmək, 
şəhidlərimizin əziz xatirəsini yad etmək uşaqlarda düşmənə nifrət hissi aşılayır. Uşaqlarda 
Xocalı soyqırımı haqqında geniş anlayış yaratmaq məqsədilə bu barədə onlara ətraflı məlumat 
verm
ək lazımdır. Şəhidlərimizin xatirəsini əziz tutmaqla uşaqları mərdlik, mübarizlik, 
q
əhrəmanlıq ruhunda tərbiyə etmək zəruridir. Çünki indi müstəqil Azərbaycan Respublikasının 
h
əyati gerçəkliyi uşaqlarda yüksək mənəvi dəyərlərin, o cümlədən, bilik, həmrəylik, qeyrətlilik, 
V
ətənə, xalqa, döğma torpağa bağlılıq, Milli Orduya məhəbbət, düşmənə nifrət və s. 
keyfiyy
ətlərin daha yüksək səviyyədə tərbiyə olunmasını tələb edir. Xüsusən xalqımızın milli 
istiqlaliyy
ət uğrunda apardığı mübarizə, erməni faşizminin alçaq cinayətkarlığı məktəbəqədər 
dövrdən uşaqlara aydın başa salınmalıdır. Milli qəhrəmanlara, şəhid oğul və qızlarımızın döyüş 
şücaətinə, Dağlıq Qarabağa, Şuşaya, dair yazılmış əsərlərdən uşaq bağçalarında keçirilən 
t
ədbirlərdə yerli-yerində istifadə edilməlidir.
Uşaq bağçasında çalışan tərbiyəçilər tarixi tədbirlər hazırlayan zaman tarixi və ictimai 
hadis
ələrdən, bu və ya digər qəhrəmanın müxtəlif həyat səhnələrindən, ayrı-ayrı 
s
əciyyələrindən, adət və məişət qaydalarından, hər birinin yaşamış olduğu iztirab və sevinc 
zamanlarından canlı və təravətli söhbətlər etməlidir. Belə olduqda hər bir söhbət 
pedaqojil
əşərək öz vəzifəsini daha yaxşı yerinə yetirmiş olur.
3. M
əişət bayramlarını ictimai-siyasi bayramlardan fərqli olaraq birinci növbədə hər ailədə milli 
ənənə kimi yüksək səviyyədə qeyd edirlər. Belə bayramlara “Novruz” bayramı, “Qurban” 
bayramı, “Ramazan” bayramı və s. aiddir. Bu bayramların hər birinin özünəməxsus qeydetmə 


xüsusiyyətləri var. Uşaq bağçalarında qeyd olunan hər bir bayram şənliyinin məqsədi birinci 
növbədə uşaqlarda sevinc, fərəh, iftixar və s. nikbin hissləri formalaşdırmaq və bu bayramlar 
haqqında onlarda müvafiq bilik, anlayış yaratmaqla milli adət-ənənələri yaşatmaq ruhunda 
t
ərbiyə etməkdir. Bu məqsədlə uşaq bağçalarında qeyd olunan hər bir bayram şənliyi məzmun 
etibaril
ə maraqlı və dolğun olmalıdır.
M
əktəbəqədər yaşlı uşaqlara yüksək sevinc və fərəh gətirən bayramlardan biri “Yeni il” 
bayramıdır. Uşaqlar al-əlvan oyuncaqlarla bəzədilmiş yolkanı və Şaxta babanı çox sevirlər. 
Yolka ağacı ətrafında dövrə vurub oynamağı və mahnı oxumağı uşaqlar çox xoşlayırlar. Bu 
m
əqsədlə uşaqlara tapşırılan hər bir mahnını, şeri onlar böyük həvəslə öyrənməyə çalışırlar. 
Ona görə də tərbiyəçi uşaqların bu istəyindən səmərəli istifadə edərək, onlara çoxlu mahnı və 
şerlər öyrətməlidir. “Yeni il” bayramına hazırlıq ərəfəsində uşaqlara M.Seyidzadənin “Yolkamız”, 
“Qış baba”, Ə.Cəmilin “Şaxta baba xoş gəlib”, M.Dilbazinin “Yolka bayramı” və s. şerlərini 
öyrətmək çox faydalıdır.
Milli m
əişətimizdə ən geniş qeyd olunan bayram “Novruz” bayramıdır. “Novruz” bayramı çox 
q
ədim tarixə malikdir, çünki bu bayramı bizim ulu babalarımız öz adət-ənənələri üzrə çox 
t
əntənə ilə qeyd etmişlər. Qabaqcıl uşaq bağçalarında “Novruz” bayramı daha maraqlı keçirilir. 
Bayrama iki h
əftə qalmış, yəni su çərşənbəsi günündən başlayaraq bayrama xüsusi hazırlıq 
işləri görülür. Uşaqlara “Novruz” bayramı haqqında maraqlı söhbətlər edir, mahnılar, şerlər 
öyrədir, ssenari əsasında müxtəlif bayram tamaşaları hazırlayırlar. Tamaşa zamanı mahnı 
oxuya-
oxuya “Səməni xonçası”, “Sünbül xonçası, gəzdirir, “Kosa-kosa”, “Qodu-qodu” oyunları 
göstərir, Bahar qız haqqında şerlər oxuyur, şən rəqslər edirlər.
Mövsümi şənliklər isə ilin fəsilləri ilə bağlıdır. Misal üçün, baharın gəlişi, yay istirahət 
düşərgəsinin açılması, qışın gəlişi ilə bağlı keçirilən şənliklər uşaqlar üçün çox faydalıdır.
4. Uşaq bağçalarında keçirilən hər bir tədbir, hər bir bayram şənliyi uşaqları təbiətlə, adət-
ənənələrimizlə, tariximizlə yaxından tanış edir, onların dünyagörüşünü formalaşdırır, yüksək 
milli-m
ənəvi dəyərlərlə tərbiyə olunmasına güclü təsir göstərir.
Yüksək tərbiyəvi əhəmiyyət kəsb edən bayram şənliklərinə məqsədyönlü hazırlaşmaqda və 
s
əmərəli həyata keçirilməsində mühüm pedaqoji şərtlərə əməl olunması çox vacibdir: 
1. 
Bayram şənliklərinin məzmunu ideyalılıq baxımından dolğun olmalı və bədii 
c
əhətdən təsirliliyi düzgün müəyyən olunmalıdır; 
2. 
Bayram şənlikləri uşaqlarda marağın artmasına və şüurlu fəaliyyətin inkişafına 
xidm
ət etməlidir; 
3. 
Bayram şənlikləri incəsənətin müxtəlif sahələri üzrə uşaqlarda müvafiq bilik, 
bacar
ıq və vərdişlərinin formalaşmasına xidmət etməlidir; 


4. 
Bayram şənlikləri uşaqlarda milli-mənəvi dəyərlərin formalaşmasına zəmin 
yaratmalıdır; 
5. 
Bayram şənliklərinin məzmun və məqəsdi uşaqların anlaq səviyyəsinə uyğun 
olmalı və tam aydın olmalıdır. 



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə