Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ


Mövzu:19. Məktəbəqədər tərbiyə müəssələrində oyunlar və onların təşkili



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/44
tarix29.11.2023
ölçüsü5,01 Kb.
#143397
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   44
PEDAQOGIKA-2

Mövzu:19. Məktəbəqədər tərbiyə müəssələrində oyunlar və onların təşkili. 
PLAN:
1. M
əktəbəqədər yaşlı uşaqların həyatında oyunun əhəmiyyəti 
2. Uşaq oyunlarının növləri 
3. Uşaq bağçasında oyun uşaqların tərbiyə vasitəsi kimi 
4. Yaradıcı süjetli-rollu oyunlar 
5. Qaydalı mütəhərrik oyunlar 
6. Didaktik oyunlar 
7. Oyuncaq v
ə onun növləri 
1. M
əktəbəqədər yaşlı uşaqların həyatında oyun müstəsna əhəmiyyətə malikdir. Onlar oyun 
prosesind
ə həyatı dərk etməyi öyrənirlər. Uşaq oynayarkən materialın rəngini, formasını, 
xass
ələrini, məkan münasibətlərini, kəmiyyətini öyrənir, bitkilər, heyvanlar haqqında müəyyən 
t
əsəvvür əldə edirlər. Xüsusən məktəbəqədər dövrdə oyun uşağı daha çox cəlb edir, onun əsas 
m
əşğuliyyəti olur.
Oyun zamanı uşaqlarda yaşlıların bir çox keyfiyyətlərinə maraq yaranır, onlara bənzər 
h
ərəkət edir, danışır, qavrayır və düşünürlər. Oyun prosesində onların təsəvvürləri, hafizəsi fəal 
olur, hissl
əri və iradi keyfiyyətləri sürətlə inkişaf edir. Yaxşı oyun uşaqlarda əqli və fiziki qüvvəni 
s
əfərbər edir. Məqsədə müstəqil surətdə nail olma, qarşıya çıxan çətinlikləri aradan qaldırmaq 
uşaq oyununun başlıca məqsədini təşkil edir.
Oyun m
əktəbəqədər dövrdə tərbiyənin başlıca vasitəsidir. Birinci növbədə bu, uşaqların əqli 
t
ərbiyəsini inkişaf etdirir. Oyun zamanı uşaqlarda ətraf aləm haqqında təsəvvür və anlayışlar 
inkişaf edir, təkmilləşir, dürüstləşir və bunların əsasında əqli qabiliyyət formalaşır. Uşaqlar 
ist
ədikləri əşyalarla yaxından tanış olurlar. 
Oyun uşaqların nitqinə də güclü təsir göstərir. Oyunun sözlə müşaiyət olunması, 
h
ərəkətlərin sözlə ifadə edilməsi, obrazların yaradılması uşaqların lüğət tərkibinin 
z
ənginləşməsinə kömək edir. Xüsusilə kollektiv oyun zamanı söz ünsiyyət vasitəsi olur. 
Oyun uşaqlarda psixi proseslərin, fərdi-psixoloji xüsusiyyətlərin, xüsusilə iradə və xarakterin, 
kollektivçilik hissinin inkişafına və formalaşmasına güclü təsir göstərir. Uşaqların estetik, 
əməksevərlik tərbiyəsində, fiziki inkişafında, xarakterin özülünün qoyulmasında oyun 
əvəzedilməz vasitə rolunu oynayır. Oyun prosesi uşaqlarda hiqiqi və dolğun hisslər yaradır. 
Oyun 
əksər hallarda uşaqlara sevinc, fərəh hissi gətirir. Oyunda sevinc və fərəh hissi olmasa o, 


öz əhəmiyyətini itirər.Əksər oyunlar kollektiv xarakter daşıdığından belə oyunların keçirilməsi 
uşaqlarda həmrəylik, yoldaşları ilə hesablaşmaq, çətin anlarda bir-birinə kömək etmək, ədalətli 
olmaq kimi çox mühüm əxlaqi keyfiyyətlərin yaranmasına kömək edir. Bütün bu keyfiyyətlərin 
m
əktəbəqədər yaşlı uşaqlara aşılanmasında tərbiyəçinin pedaqoji və metodiki hazırlığı mühüm 
əhəmiyyətə malikdir.
2. Uşaq oyunları öz növlərinə, rəngarəngliyinə, məzmununa, təşkilinə, xarakterinə və s. 
görə fərqləndirilir. Pedaqoqlar məktəbəqədər yaş dövrü üçün oyunları iki böyük qrupa bölürlər: 
yaradıcı və qaydalı oyunlar.
Yaradıcı oyunlar uşaqların özləri tərəfindən düşünülb düzəldilir və həyata keçirilir. Uşaqlar 
h
əyatda gördükləri cisim və hadisələr haqqında təsəvvürlərini, düşüncələrini uyğun oyuna 
g
ətirirlər. Belə oyunlarda uşaqların yaradıcı təxəyyülü mühüm rol oynayır. Oyunun mövzusunun 
seçilməsi və qaydaların müəyyən edilməsində az da olsa, uşaq yaradıcılığı özünü göstərir. 
Uşaq gördüklərini eyni ilə oyunda əks etdirmir. Bu, onların təqlidi, fantaziyaları ilə birləşir. Oyunu 
özləri istədiyi kimi keçirən uşaqlar rollarda çıxış etməyə daha çox üstünlük verirlər. Uşaqlar 
o
ynadığı rola öz münasibətini göstərir. Bu zaman onlar fikir və hisslərini ifadə edirlər.
Qaydalı oyunlar uşaq həyatına yaşlılar tərəfindən gətirilir. Oyunun məzmununun və 
qaydaların mürəkkəbliyindən asılı olaraq belə oyunlar müxtəlif yaş dövrü üçün qruplaşdırılır. 
Qaydalı oyunların yüksək təlim-tərbiyəvi əhəmiyyəti vardır. Bu oyunlar uşaqların hərəkətlərini 
inkişaf etdirir, onların təbiətlə, ətraf hadisələrlə yaxınlığını təmin edir. Qaydalı oyunlar da öz 
növbəsində mütəhərrik və didaktik olmaqla iki yerə bölünür.
Mütəhərrik oyunlarda hərəkilik mühüm yer tutur: topu atmaq-tutmaq, yüyürüb yoldaşa 
çatmaq,qatarın,avtomaşının hərəkətini təsvir etmək, sürücü kimi çıxış etmək və s.
Didaktik oyunlarda is
ə oynayanın qarşısında əqli vəzifə qoyulur. Heyvan şəkillərini cinsinə və 
növünə görə qruplaşdırmaq, deyilmiş tapmacanı tapmaq və s. Didaktik oyunlar uşaqların zehni 
t
ərbiyəsində mühüm rol oynayır. Lakin bu iki oyun növünü – mütəhərrik və didaktik oyunları 
ancaq fiziki v
ə əqli tərbiyə vasitəsi kimi hesab etmək olmaz. Mütəhərrik oyunlarda da nitq və 
düşüncə inkişaf etdirilir, didaktik oyunlarda hərəkətlər, intizam, iradə və xarakter tərbiyəsi 
mühüm yer tutur. Deməli, hər iki oyunda ümumi cəhətlər olduğu kimi, fərqli əlamətlər də vardır. 
H
ər iki oyunda qarşıya aydın məqsəd qoyulur ki, bu da oyunun məzmunundan irəli gəlir.Başlıca 
f
ərq burasındadır ki, yaradıcı oyunlar uşaqlar tərəfindən, qaydalı oyunlar isə böyüklər tərfindən 
yaradılır.
3. Oyun uşaq fəaliyyətinin çox vacib və ciddi vasitələrindən biri olmaqla onun hərtərəfli 
inkişafına və didaktik məqsədlərə xidmət edir. Buna görə oyun uşaq bağçasında əvəzedilməz 
t
ərbiyə vasitəsidir. Uşaqların bağçada həyata keçirdikləri didaktik oyun təlimi müstəqil metod 


kimi qiym
ətləndirilir. Uşaq oynaya-oynaya riyazi əməliyyatla məşğul olur, ətraf mühiti, sadə 
maşın oyuncaqlarının işləmə prinsipini öyrənir. Oyunun dramlaşdırılması mühüm əhəmiyyət 
k
əsb edir. Dramlaşdırma bu və ya digər bədii əsərin məzmununu öyrənməyə, hadisənin daxilinə 
girm
əyə kömək edir. Belə halda oyun öyrədici, təlimləşdirici xarakter daşıyır.
Uşaq həyatını əhatə edən oyunlar müxtəlif forma və məzmunda təkrar olunur. Oyun səhər 
yem
əyindən əvvəl və sonra gəzintidə, məşğələdən sonra, axşamüstü evə gedənə kimi davam 
etdirilir. S
əhər çox hərəkət tələb edən oyunların keçirilməsi məsləhət görülmür. Belə oyun fərdi 
v
ə ya çox da böyük olmayan qrupla keçirilə bilər. Belə oyunun məzmununa didaktik oyuncaqlar, 
stolüstü çap olunmuş və süjetli-rollu oyunları daxil etmək məqsədəmüvafiqdir.
G
əzinti zamanı hərəki oyunların təşkilinə geniş yer vermək və bu zaman təbiət 
materiallarından istifadə etmək faydalı sayılır. Bu zaman çox da material tələb etməyən tikinti-
quraşdırma, konstruktiv oyunlar da keçirmək olar.
Axşam vaxtı məzmunlu və geniş səviyyəli oyunlar keçirmək, yaradıcı, hərəki və didaktik oyun 
növlərinə geniş yer vermək olar. Oyun üçün müəyyən edilmiş vaxt rejimi uşaqların müstəqil 
oyun f
əaliyyətinin təşkilində, ondan uşaq həyatının təşkili və tərbiyə vasitəsi kimi istifadə 
etm
əkdə mühüm əhəmiyyət kəb edir.
Oyun 
əməklə də əlaqədardır. Uşaqların əl əməyi bilavasitə oyunla bağlıdır. Uşaqlar öz bilik və 
düşüncələri əsasında nəinki hazır oyuncaq götürüb oynayırlar, onlar tədricən karton, kağız, 
ağac və s. təbii materiallardan oyuncaq düzəltmək bacarığına yiyələnirlər.Uşaqların iştirak 
etdikl
əri oyunların əksəriyyəti ( “Siçan-pişik”, “Evcik-evcik” “Bənövşə” və s.) onların hərtərəfli 
inkişafına kömək edir.
Uşaqlar üçün oyun o vaxt maraqlı və cəzbedici olur ki, o, pedaqoji cəhətdən düzgün təşkil 
olunsun, m
əzmunu zəngin və rəngarəng olsun.
4. Yaradıcı oyun anlayışı süjetli-rollu, dramlaşdırılmış oyunu və tikinti-quraşdırıcı 
(konstruktor) oyunu 
əhatə edir. Süjetli-rollu oyunlar məktəbəqədər yaşlı uşaqlarla yaşlıların əlbir 
f
əaliyyəti nəticəsində təşkil olunur. Bu oyunlar uşaqlarda müstəqillik, fəallıq yaratmaq və 
yaradıcılıqlarını formalaşdırmaq baxımından çox faydalıdır.
Süjetli-rollu oyunda təqlid güclü olur. Təqlid üzərində qurulan bu oyun uşaqları ətrafdakı 
h
əqiqətləri yaxşı öyrənməyə sövq edir. Süjetli-rollu oyunlarda təsəvvürlər də fəal iştirak edir. 
Oyunun süjeti müxtəlif həyati əlaqələrdən, motivlərdən yaranır. Uşaqlar çox vaxt yaşlıların 
rolunda çıxış etməyə can atırlar. Rolunu oynadığı yaşlıyaaid müəyyən əşya götürür və oyuna 
başlayır. Sürücü kimi oyuncaq avtomaşın götürür, tibb bacısı kimi termometri ələ alır. Uşaqlar 
ana, müəllim, təyyarəçi, həkim rollarında oynamağı çox sevirlər. Onlar oyunlarında ətrafda 
gördükləriniolduğu kimi əks etdirməyə çalışırlar. Yuxarı qrup uşaqları bağçada tərbiyəçinin, tibb 


bacısının, həkimin, aşpazın rolunu böyük “ustalıqla” yaradırlar. Rolda onların danışıq tərzi 
olduğu kimi əks etdirilir.
Süjetli oyun əqli tərbiyənin mühüm vasitəsi kimi özünü göstərir və belə oyunlar kollektiv 
xarakter daşıyır. Uşaq ətrafda baş verən hadisələri oyunda əks etdirərkən onun məzmununu 
daha yaxşı dərk edir, mühakimə yürütmək kimi qabiliyyətə sahib olur. Bu və ya digər fikri, təklifi 
müzakirə edir və nəticədə birgə qərara gəlirlər.
Kiçik məktəbəqədər yaşlı uşaqlara nisbətən böyük qrup uşaqlarında oyunun məzmunu get-
ged
ə zənginləşir. Böyük qrup uşaqları balacalar kimi rolun təyinindən deyil, mövzunun 
seçilməsindən başlayırlar. “Nə oynayacağıq?”, “Gəlin əsgər-əsgər oynayaq” – deyə müstəqil 
olaraq oyun seçirlər.
Oyun zamanı qurma və əmək işlərinə geniş yer verilməlidir. Tərbiyəçi qabaqca uşaqlara 
qurma v
ərdişləri aşılayır. Uşaqlar kuklalar üçün ev tikmək, maşını təmir etmək, təkərləri yerinə 
qoymaq v
ə s. vərdişlərə yiyələnirlər. Tikinti-quraşdırma işlərinə aid uşaqların oyunları yaşlar 
üzrə sadədən mürəkkəbə doğru çətinləşdirilir. Tərbiyəçi uşaqlara rolları bölməkdə, rollar 
arasında əlaqə yaratmaqda kömək edir. Bu zaman uşaqlarda dialoqlu nitq, qarşılıqlı münasibət, 
hafiz
ə daha yaxşı inkişaf edir.
5. Qa
ydalı mütəhərrik oyunlar hər xalqa mənsub olan milli koloritli oyunlardır. Onlar əsrlər 
boyu xalq t
ərəfindən və bəzən də uşaqların özü tərəfindən yaradılır. Nəsildən-nəslə keçən belə 
oyunlar 
əsasən folklordan qidalanır.
Qaydalı mütəhərrik oyunlar hazır məzmuna malik olur və ciddi ardıcıllıqla oynanılır. Bu 
oyunlarda uşaqların qarşısına müəyyən hərəkətlər – topu tutmaq, yoldaşa çatmaq, ritmik 
h
ərəkəti təkrar etmək və s. vəzifə qoyulur. Mütəhərrik oyunların adı da elə buradan irəli gəlir. 
Oyunlar fiziki, 
əqli və mənəvi tərbiyədə yüksək əhəmiyyət kəsb edir. Bu oyunlarda düşüncə və 
h
ərəkət üzvi surətdə bir-birilə bağlanır. Oyunlarda hərəkət və münasibət müəyyən qaydalarla 
t
ənzim olunur.
Mütəhərrik oyunlar məzmunca 2 qrupa bölünür: süjetli oyunlar və idman oyunlarına yaxın 
olan süjetli oyunlar. Süjetli oyunlar uşaqlara yaxın və maraqlıdır. Bu oyunların məzmunu 
müxtəlif olur: bəzilərində həyatdan götürülmüş hadisələr və adamlar (əsgərlər, təyyarəçilər, 
d
ənizçilər) göstərilir, digərlərində isə nağıllardan götürülmüş epizodlar oynanılır. Hər bir uşaq 
oyunun m
əzmununu və rolunu bilməlidir. Bəzi oyunlarda uşaq maneələri aradan qaldırmalı olur. 
M
əsələn, meşədə ayıya yaxınlaşan uşaqlar onunla oynamaq istəyir, ayı onları tutur (“Ayı 
haqqında nağıl”) . Süjetli oyunlar çeviklik, sürət, düşüncəlik və bacarıq tələb edən tapşırığın 
yerin
ə yetirilməsi üzərində qurulur. Məs., “Qaçdı-tutdu”, “Gizlənpaç” və s.


Süjetli oyunlarda musiqi uşaqlara obrazı düzgün dərk etməkdə, bu obraza müvafiq hərəkət 
etm
əkdə kömək edir. Süjetli oyunlarda musiqi həmçinin uşaqların hərəkətlərini istiqamətləndirir, 
t
əşkil edir, siqnal vəzifəsini daşıyır. Mütəhərrik oyunlar uşağı öz davranışlarını idarə etməyə, 
h
ərəkətlərini nəzərdə tutulmuş məqsədə tabe etməyə, həyəcan və arzusunu gizlətməyə 
alışdırır.
Orta qrupda mütəhərrik oyunların məzmunu daha mürəkkəb olur. Növbəyə riayət etmək, 
h
ərəkətlərini başqalarının hərəkətləri ilə uyğunlaşdırmaq və s. belə oyunların məzmununu təşkil 
edir. Böyük qrupda mütəhərrik oyun qaydaları uşaqların nisbətən dərin şüurluluğuna, 
müstəqilliyinə, məsuliyyətinə əsaslanır. Tərbiyəçi keçirilən hər bir oyunun məzmununu, süjetin 
mahiyy
ətini uşaqlara başa düşəcəkləri tərzdə çatdırmalıdır. 
6. Didaktik oyunlar yüksək tərbiyəvi və öyrədici xüsusiyyətlərə malik olur. Didaktik oyun 
uşaqların zehnini inkişaf etdirən üsullardan biridir. Didaktik oyunun baçlıca xüsusiyyəti 
qaydadar. Qaydanın həyata keçirilməsi oyunun məzmununun həyata keçirilməsidir. Didaktik 
oyunun 
əhəmiyyəti aşağıdakılardan ibarətdir: 
1.Didaktik oyunlarda 
ətrafdakılar haqqında təsəvvürlər dəqiqləşdirilir, möhkəmləndirilir və 
genişləndirilir. Uşaq əşyaların rəngi haqqında təsəvvürə yiyələnir. Oyun zamanı eyni rəngdə 
olan 
əşyaları bir yerə toplamaq və rənglərin fərqli xüsusiyyətlərini tapmaq lazımdır. Bu zaman 
onların rəng haqqında təsəvvürləri genişlənir. 
2. H
ər bir didaktik oyunda təfəkkür, nitq inkişaf edir və əqli fəaliyyət formalaşır. Didaktik oyun 
uşaqdan fikri mərkəzləşdirməyi, öz diqqətini, qavrayışını, hafizəsini işə salmağı, müqayisə 
aparmağı, müəyyən əqli nəticəyə gəlməyi, fikir yürütməyi, biliyini sözlə ifadə etməyi tələb edir.
3. Didaktik oyunlar 
əxlaq tərbiyəsi vasitəsidir. Bu oyun uşaqlarda dözümlülük, intizam, 
qaydalara ciddi riay
ət etmək, düzlük, doğruçuluq, Vətənə dərin məhəbbət, Yoldaşlıq, 
s
əmimiyyət və s. kimi əxlaqi keyfiyyətlər formalaşdırır. 
T
ərbiyəçi didaktik oyun zamanı uşaqların əqli və əxlaqi cəhətdən formalaşması üçün faydalı 
t
əmrinlər verməli, oyunda didaktikliyi əyləncəliklə birləşdirməlidir.
Xarakterin
ə görə didaktik oyunlar üç qrupa bölünür: 1) oyuncaqlarla oyun; 2) stolüstü çap 
oyunları; 3) şifahi oyunlar. Birinci növ oyunlar uşaqların oynadığı əşyaların qavranılması ilə 
bilavasit
ə əlaqədardır.
Stolüstü oyunlar əyanilik prinsipinə əsaslanır. Bu oyunların məzmunu müxtəlif olur: Bəzi 
lotolar v
ə cüt şəkillər uşaqları ayrı-ayrı əşyalarla, onların keyfiyyət və xüsusiyyətləri ilə tanış edir. 
M
əs., “İlin fəsilləri” oyunu uşaqları fəsillərin xarakteri ilə tanış edir. 
Şifahi oyunlar isə daha mürəkkəb olur. Belə oyunlar əsasən böyük qruplarda keçirilir. Bu 
oyunlar diqq
ətlə dinləməyi, verilən suallara sürətlə cavab tapmağı, fikirlərini aydın ifadə etməyi 


t
ələb edir. Ən çox yayılmış şifahi oyun tapmacalardır. Didaktik oyunların vəzifələri uşaqlarda 
oyun zamanı oxşarlığı və fərqi müəyyənləşdirmək, müqayisə etmək, seçmək, əşyaları bir və bir 
neçə əlamətinə görə müəyyənləşdirmək, şüurlu sürətdə yadda saxlamaq və yada salmaq 
bacarığını formalaşdırmaqdır.
7. Oyuncaqlar uşaqların tərbiyəsində mühüm rol oynayır. O, uşağın əlində oyuncaq, 
t
ərbiyəçi üçün isə mühüm tərbiyə vasitələrindən biridir. Uşaq oyuncaqla müxtəlif təcrübələr əldə 
ed
ə bilir. Məsələn, o, maşını döşəmə üzərində sürür, müxtəlif əşyalarla yükləyir. Qucağında 
g
əlincik uyumuş bir qız özünü əsl “ana” hesab edir. Uşaq oyuncaq vasitəsilə əşyaların xassələri 
il
ə yaxından tanış olur. Hər bir oyuncaq real həyatdakı əşyaları, insan və heyvanları əks etdirir. 
Oyuncaqların köməyi ilə valideynlər və tərbiyəçilər uşaqların görüş dairəsini genişləndirir, 
onların təfəkkür və təxəyyülünü inkişaf etdirirlər. Oyuncaqlar vasitəsilə tərbiyəçilər uşaqlarda 
texnikaya maraq yaradır, yaradıcılığa həvəs oyadır. Obrazlı və didaktik əhəmiyyət kəsb edən 
oyuncaqlar is
ə uşaqların nitqini inkişaf etdirir, lüğət fondunu zənginləşdirir.
Müxtəlif materiallardan düzəldilən oyuncaqlar tərbiyəvi əhəmiyyətinə görə müxtəlif növlər 
üzrə ( mütəhərrikli. sensor, quraşdırma) fərqlənirlər. Müasir pedaqoji ədəbiyyatda oyuncaqlar 
istifad
ə müxtəliliyinə görə təsnif olunur: a) süjetli-obrazlı oyuncaqlar adamları, heyvanları, 
müxtəlif əşyaları əks etdirir; b) oyun üçün tikinti materialı, idman və müxtəlif hərəkətlər üçün 
oyuncaqlar; c) dekorativ kölgə və kukla teatrı üçün personajlar, dramlaşdırma üçün kostyumlar, 
yolka oyu
ncaqları; ç) əyləncə üçün oyuncaqlar; d) musiqi səsləndirən oyuncaqlar; e) kompüter 
oyuncaqları.
Oyuncaqlardan q
ədim tarixə malik olan gəlincik tərbiyə prosesində xüsusi əhəmiyyət kəsb 
edir. G
əlincik insan obrazıdır. Gəlincik vasitəsilə uşaq insanların həyat və əmək tərzinə daxil 
olur, m
əişət münasibətlərini öyrənir. Tikinti materiallarına aid əşyalar quraşdırma oyununda 
özünəməxsus əhəmiyət kəsb edir. Bütün bu oyuncaqlar uşaqların təsəvvürlərini genişləndirir, 
t
əxəyyülünü inkişaf etdirir.Yumşaq materialdan düzəldilmiş heyvan oyuncaqları heyvanlara 
maraq v
ə məhəbbət yaratmaq üçün çox faydalıdır.
Didaktik oyuncaqlar uşaqları rəng, forma, böyüklük və s. anlayışlarla tanış edir. Didaktik 
oyuncaqların növləri bunlardır: 1) hissələri ayrılan oyuncaqlar; 2) qurma üçün oyuncaqlar; 3) 
stolüstü çap oyunları üçün oyuncaqlar.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə