Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ


Mövzu:21. Uşaq bağcasında tərbiyə işinin təşkili və məktəbəqədər tərbiyə müəssəsinə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/44
tarix29.11.2023
ölçüsü5,01 Kb.
#143397
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   44
PEDAQOGIKA-2

Mövzu:21. Uşaq bağcasında tərbiyə işinin təşkili və məktəbəqədər tərbiyə müəssəsinə 
r
əhbərlik.
PLAN: 
1. M
əktəbəqədər tərbiyə müəssisələrinin təşkli qaydaları 
2. M
əktəbəqədər müəssisənin maliyyələşdirilməsi 
3. M
əktəbəqədər tərbiyə müəssisəsinə uşaqların qəbulu və pedaqoji kollektivin
t
ərkibi 
4. Uşaq bağçası tərbiyəçisinin pedaqoji ustalığı 
5. M
əktəbəqədər tərbiyə müəssisəsi üçün kadr hazırlığı 
1. M
əktəbəqədər tərbiyə müəssisələrinin əsasnaməsinə müvafiq olaraq dövlət orqanları, 
müəssisə, idarə və təşkilatlar, mülkiyyət formasından asılı olmayaraq yerli, xarici birliklər və 
t
əşkilatlar, ayrı-ayrı vətəndaşlar tərbiyə ocağı aça bilərlər.
M
əktəbəqədər tərbiyə ocağının açılması haqqında qaydalar “Məktəbəqədər tərbiyə 
müəssisəsinə aid əsasnamə”də, Təhsil və Səhiyyə Nazirliklərinin təlimatı, məktub və 
q
ərarlarında öz əksini tapmışdır. “Məktəbəqədər tərbiyə müəssisəsinə aid əsasnamə”də qeyd 
olunur ki, m
əktəbəqədər tərbiyə müəssiəsi xüsusi tikilmiş və ya müvafiq şəraiti olan binalar 
olduqda 
açılır. Binada uşaq kontingenti, müxtəlif yaşlı uşaqların xüsusi rejim əsasında yaşayıb 
t
ərbiyə alması, sanitar-gigiyena qaydalarına uyğunluğu nəzərə alınır.
Binanın tikintisi qurtardıqdan sonra dövlət komissiyası qəbul edir. Yeni müəssisəyə rayon, 
şəhər təhsil şöbəsi tərəfindən nömrə və ya ad verilir. Müdir işlərin yerinə yetirilmə vəziyyətini 
yoxlayır, qrupların, xüsusən kiçik qrupların otaqlarda yerləşdirilməsini nəzərdən keçirir.
M
əktəbəqədər tərbiyə müəssisəsinin istismara verilməsi ilə əlaqədar onun təchizi və 
f
əaliyyəti üçün büdcədən pul vəsaiti ayrılır. Bundan sonra müdir zəruri avadanlıq və əyani 
v
əsaitlərin alınması üçün siyahı tərtib edir. Avadanlıq, xüsusən mebel gigiyenik və pedaqoji 
t
ələblərə uyğun olmaqla uşaqların normal inkişafını təmin etməlidir.
M
əktəbəqədər müəssisənin iş rejimi bağçanın pedaqoji və rayon təhsil şuralarında qəbul 
edildikd
ən sonra müvafiq təhsil idarəsi və ya müəssisənin tabe olduğu idarə, təşkilat və 
müəssisə tərəfindən təsdiq edilir.
M
əktəbəqədər müəssisə və ya onun ayrı-ayrı qrupları həftədə 5,6,7günlük, bir və ya iki 
istirah
ər günü, eləcə də dəyişkən qrafik ilə işçilərə istirahət günü verməklə işləyə bilər.
H
ər bir məktəbəqədər tərbiyə müəssisəsinə torpaq sahəsi verilir ki, uşaqlar hər fəsildə açıq 
v
ə təmiz havada ola bilsinlər. Bina, torpaq sahəsi və avadanlıq uşaqların normal təlim-tərbiyəsi, 
istirah
əti və yaşamasını təmin etməlidir. 


2. Respublikamızda məktəbəqədər tərbiyə müəssisələrinin əksəriyyəti dövlətin ixtiyarındadır. 
Lakin özəl xarakterli uşaq bağçaları da mövcuddur. Dövlətin ixtiyarında olan məktəbəqədər 
t
ərbiyə müəssisəsi dövlət büdcəsi hesabına maliyyələşdirilir. Məktəbəqədər tərbiyə müəssisəsi 
üçün dövlət büdcəsindən müvafiq miqdarda vəsait ayrılır. Maliyyə vəsaitinin xərclənməsində 
valideynl
ər də fəal iştirak edə bilirlər. Valideynlərin bağçaya ödədikləri pul ata-ananın əmək 
haqqından asılı olur. Çoxuşaqlı ailələr, imkansız ailələr, Qarabağ müharibəsi əlilləri dövlət 
t
ərəfindən müəyyən güzəştlərə malik olurlar. Dövlət valideynlərin ailə və iş şəraititndən asılı 
olaraq uşaqların gün ərzində, bəzən də şənbə və bazar günləri bağçada qalması üçün şərait 
yaradır. 
M
əktəbəqədər tərbiyə müəssisəsinin ehtiyacları dövlət maliyyə planında öz ifadəsini tapır ki, 
bu smeta adlanır. Smeta əsasında bağça il ərzində pulla təmin olunur. Smeta xüsusi formada 
doldurulur v
ə respublika Maliyyə Nazirliyi tərəfindən təsdiq olunur. Smetanın yerinə yetirilməsinə 
rayon t
əhsil şöbəsi şöbəsi və ya bağçanın himayəsində olduğu təşkilat nəzarət edir. Yay-
sağlamlıq tədbirləri üçün vəsait büdcəyə daxil edilmir. Bunun üçün dövlət ayrıca smeta tərtib 
edir. Smetada h
ər uşağa il ərzində xərclənən pul ayrıca göstərilir. Onun həcmi uşaqların 
sayından, bağçanın tipindən və vəziyyətindən asılı olur. Onda bağçanın körpələr evi və uşaq 
bağçası olması, qrupların sayı, uşaqların tam miqdarda toplanması, müəssisənin uzun müddət 
işləməsi nəzərə alınır. Bunlarla yanaşı, binanın həcmi, iş vaxtı, istilik xərci, su ilə təchizat da 
smetada n
əzərə alınır. Smetaya işin məzmunundan asılı olaraq bağçanın bütün xərcləri, o 
cümlədən, əmək haqqı, sosial sığorta, dəftərxana və təsərrüfat xərcləri, uşaqların qidalanması, 
ezamiyy
ə, xidmət xərcləri, avadanlıq, binanın əsaslı təmiri, əlavə tikinti və s. təchizat xərcləri 
daxil edilir. 
Bağçanın müdiri smetada ayrılmış pulun düzgün və vaxtında xərclənməsinə ciddi 
n
əzarət edir və məsuliyyət daşıyır.
M
əktəbəqədər tərbiyə müəssisəsinin smetasında göstərilmiş vəsaitin düzgün xərclənməsi 
üçün həm rayon və şəhər maliyyə şöbələri, həm də Maliyyə Nazirliyi tərəfindən müntəzəm 
sur
ətdə yoxlanılır.
3. Bağçaya uşaq qəbulu valideynlər və ya onları əvəz edən şəxslərin arzusu və iştirakı ilə 
aparılır. Bağçaya uşaq qəbulu müdir tərəfindən müvafiq qayda və tələblər əsasında həyata 
keçirilir. Valideynin və ya onu əvəz edən şəxsin ərizəsi əsas kimi qəbul edilir. Müdir bağçaya 
q
əbul edilən uşaqların sayı, qrupların sayı, ictimai vəziyyəti haqqında rayon təhsil şöbəsinə 
m
əlumat verir. Məktəbəqədər tərbiyə müəssisəsində hər bir uşağın tərbiyəsinə ciddi qayğı ilə 
yanaşılır.
Bağçada pedaqoji kollektivə müdir rəhbərlik edir. Tərbiyəçilər bağçada pedaqoji prosesin 
h
əyata keçirilməsində aparıcı rol oynayırlar. Məktəbəqədər müəssisədə qruplar çox olduqda 


müdirə kömək üçün baş tərbiyəçi təyin olunur. Onun məktəbəqədər ixtisası üzrə ali təhsili, azı iki 
il p
edaqoji stajı olmalıdır. Baş tərbiyəçi tərbiyəçilərin fəaliyyətini istiqamətləndirir və onların 
t
əkmilləşməsinə rəhbərlik edir. Müdir işgüzar, yaradıcı və məsuliyyət hiss edən işçi kollektivi 
formalaşdırmalıdır. Pedaqoji kollektiv biliyini elmi və metodiki cəhətdən dərinləşdirməklə tərbiyə 
işinin məzmununu təkmilləşdirməli, işin səmərəliliyini gündən-günə yüksəltməlidir. Bağçanın işçi 
kollektivin
ə dayə-xadimə, paltaryuyan, gözətçi, bağban və s. daxildir. Hər bir işçi fəaliyyətə 
başlayarkən bağçanın daxili qaydaları və əmək intizamına verilən tələblərlə tanış olmalıdırlar.
“Məktəbəqədər tərbiyə müəssisəsləri haqqında əsasnamə”yə görə uşaq bağçasında 
müəyyən işlər sənədləşdirlməlidir. Bağçanın əsasnaməsi, binanın pasportu və əmr kitabı rayon 
t
əhsil şöbəsi tərəfindən təsdiq olunur. Əmr kitabının bütün səhifələri nömrələnir, tikilir, səhifələrin 
ümumi sayı göstərilir, möhür və imza ilə təsdiq olunur.
Uşaqlara məxsus uçot kitabında uşaqların və valideynlərin ev ünvanı, bağçaya daxil olması və 
bağçadan çıxması haqqında məlumat qeyd olunur. Xüsusi forma ilə hər gün uşaqların bağçaya 
davamiyy
əti yoxlanılır. Bütün bunlarla yanaş, bağçada işçilərin və uşaqların şəxsi işləri, tibb 
kartoçkası, işçilərin davamiyyət qrafiki, onların iş vaxtını göstərən cədvəl, ayrı-ayrı vətəndaşların 
n
əzərinə çatdırma və təkliflər kitabı saxlanılır. Pedaqoji şuranın protokollar kitabı, habelə sanitar 
jurnalı, avadanlıq və ərzaq alınmasına aid kitab, müəssisənin iş və perspektiv planı və s. 
saxlanılan əsas sənədlərdir.
4. M
əktəbəqədər tərbiyə müəssisəsinin tərbiyəçisi uşaqların tərbiyəsini həyata keçirməklə 
onları təlim fəaliyyətinə hazırlayır. Tərbiyəçi ideya-siyasi cəhətdən zəngin, respublikamızın daxili 
v
ə xarici siyasətini dərindən bilən, pedaqoji ustalığa malik olan yüksək ixtisaslı mütəxəssis 
olmalıdır.
T
ərbiyəçinin pedaqoji ustalığı çoxsahəlidir. Tərbiyəçinin fəaliyyəti onun pedaqoji hazırlığı 
üzərində qurulur. O, biliyini daim artırır, təcrübəsini zənginləşdirir, uşaqlara məhəbbət və qayğı 
il
ə yanaşır. Tərbiyə vermək bacarığına əzmlə yiyələnmiş tərbiyəçi yüksək mədəniyyətə malik 
olmalı, psixologiya və peşə metodikasını hərtərəfli bilməli, yüksək nüfuza və pedaqoji etikaya 
yiy
ələnməlidir. O, mədəni davranmalı, nəcib hərəkətlərə, rəvan nitqə, məlahətli səsə malik 
olmalı, bədii parçaları ifadəli oxumağı, rəqs etməyi və rəsm çəkməyi bilməlidir.
T
ərbiyəçinin sənətkarlığı tədricən formalaşır. Ali və orta pedaqoji məktəbdə təhsil alarkən o, 
n
əzəri biliyi təcrübədə tətbiq etmək imkanına malik olur.O, peşəsindən ilham alır və bu keyfiyyət 
onu ixtisasa d
ərindən yiyələnməyə sövq edir. Qabaqcıl tərbiyəçi bir sıra elmi, siyasi və pedaqoji 
t
ədbirlərin keçirilməsində öz təşkilatçılıq qabiliyyətini nümayiş etdirir. Yüksək siyasi və nəzəri 
hazırlığı ilə o, pedaqoji prosesə dialektik yanaşmağı bacarır, onun mahiyyətini dərindən başa 


düşür, qabaqcıl təcrübəyə yiyələnir, psixologiya və pedaqogika, xüsusən məktəbəqədər 
pedaqogika sah
əsində aparılan yeni elmi tədqiqatlardan xəbərdar olur.
Yüksək ixtisaslı tərbiyəçi qabaqcıl təcrübəyə yiyələnməyi, pedaqoji yığıncaqlarda məruzə 
etm
əyi bacarmalı, mətbuatda məqalələrlə tez-tez çıxış etməli, özünün biliyi, elmi-pedaqoji 
qabiliyy
ətini daim zənginləşdirməlidir. Ailə ilə müntəzəm əlaqə saxlamaqla tərbiyəçi həm də 
valideynl
əri yeni pedaqoji biliklərlə məlumatlandırmalıdır.
Yaxşı tərbiyəçi öz qabaqcıl təcrübəsini dərin təhlil etməyi bacarır, onu düzgün qiymətləndirir. 
Əgər uşaqları düzgün tərbiyə edə bilirsə, proqram həcmində onlara müəyyən bilik və bacarıq 
v
ərdişləri aşılayırsa, bu, tərbiyəçinin pedaqoji biliyinin və məharətinin nəticəsi kimi 
qiym
ətləndirilir.
5. “Məktəbəqədər tərbiyə müəssisələri haqqında əsasnamə”də qeyd olunur ki, 
m
əktəbəqədər tərbiyə müəssisəsində işləyən tərbiyəçinin xüsusi ixtisas təhsili olmalıdır. Bu 
mütəxəssislər dövlət və özəl statuslu məktəbəqədər pedaqoji texnikumlarda, kolleclərdə, ali 
pedaqoji kollecl
ərdə, pedaqoji institut və universitetlərin bakalavr və magistraturalarında 
hazırlanır. Uzun illərdir ki, respublikamızda N.Tusi adına Pedaqoji Universitetin məktəbəqədər 
pedaqoji fakult
əsi fəaliyyət göstərir. 30 ildən yuxarı fəaliyyətdə olan bu fakultə 20 min nəfərə 
yaxın ali təhsilli tərbiyəçi hazırlayıbdır. Eyni sözləri Bakı,Gəncə, Naxçıvan dövlət pedaqoji 
universitetl
ərində fəaliyyət göstərən məktəbəqədər pedaqoji fakultələr haqqında da demək olar.
M
əktəbəqədər tərbiyəçi ixtisası üzrə mütəxəssislər respublikamızda ali və orta pedaqoji 
t
əhsil müəssisələrində əyani və qiyabi yolla hazırlanır.
Kadr hazırlığında nəzəri və praktik cəhətdən ixtisasa yiyələnmə prosesi Təhsil Nazirliyi 
t
ərəfindən təsdiq olunmuş tədris planına əsasən həyata keçirilir. Məktəbəqədər tərbiyə üzrə ali 
t
əhsil almış gənclər magistratura təhsillərini davam etdirmək hüququna malikdirlər 
6. M
əktəbəqədər tərbiyə müəssisəsinin müdiri təşkilatçı və yaxşı rəhbər olmaqla yüksək 
ixtisaslı mütəxəssis olmalıdır. Müdir bağçada bütün tərbiyə və təlim işlərinə, təsərrüfat və 
maliyy
ə məsələlərinə görə məsuliyyət daşıyır.
Müdir öz fəaliyyətində Azərbaycan Respublikasının təhsil sistemi, xüsusilə məktəbəqədər 
t
ərbiyə sistemi qarşısında qoyulan tələbləri aydın dərl etməli və onları yaradıcılıqla həyata 
keçirməyə qabil olmalıdır. Məktəbəqədər təbiyə müəssisəsinin rəhbəri yüksək şüurluluq və 
siyasi hazırlığa malik olmalı, prinsipial, tabeliyində olan işçilərə yüksək məsuliyyət hissi ilə 
yanaşmalıdır. Müdir o vaxt həqiqi rəhbər ola bilər ki, bütüb işçiləri bacarıq və ixtisas baxımından 
düzgün yerləşdirsin, pedaqoji kollektivə rəhbərliyi elmi-metodiki istiqamətdə həyata keçirsin, 
kollektivd
ə pedaqoji prosesin gedişi vahidlik prinsipi əsasında tənzim olunsun. 


M
əktəbəqədər tərbiyə müəssisəsinin əsasnaməsinə görə müdir bütün dövlət, kooperativ, 
ictimai t
əşkilatlarda, idarə və müəssisələrdə rəhbərlik etdiyi müəssisəni təmsil edir. O, vəzifə 
s
əlahiyyəti daxilində əmr və sərəncamlar verir, bütün işçilərdən vəzifə borcunun icrasını tələb 
edir, lazım gələrsə, inzibati qaydada cəzalandırır. Müdir proqramın yerinə yetirilməsinə, valideyn 
komit
əsi işinin istiqamətləndirilməsinə, uşaqların onların sağlamlığının qorunmasına məsuliyyət 
daşıyır. Müdir ictimai təşkilatlarla birgə işçilərin attestasiyasını keçirir, onlara metodiki köməklik 
göstərir, təlim prosesinin səviyyəsini yüksəltmək üçün operativ tədbirlər görür, müvafiq 
əsasnaməyə uyğun olaraq şura yaradır. Şura üzvləri ümumi iclas tərəfindən seçilir.
Müdir bir rəhbər kimi öz ideya-siyasi hazırlığını, professional ustalığını daim yüksəltməli, 
pedaqoji bilikl
ərə, tərbiyə və təlimin elmi-pedaqoji metodikasına dərindən yiyələnməli, biliyini 
t
əcrübədə tətbiq etməyi bacarmalıdır. Müdir fəaliyyətində istinad etdiyi proqramları, normativ və 
metodik s
ənədləri yaxşı bilməlidir. O, pedaqji prosesin mahiyyətinə daxil olmağı bacarmalı, 
nailiyy
ətləri və çatışmamazlıqları görməli, nöqsanların aradan qaldırılması üçün vaxtında və 
s
əmərəli yollar seçməyi bacarmalıdır. Müdir əməkdaşların iş vaxtından düzgün istifadə 
etm
ələrinə nəzarət etməlidir. Müdir son dərəcə təsərrüfatçı olmalı, xalq əmlakına böyük 
m
əsuliyyət hissi ilə yanaşmalıdır.
2. Bağça müdirinin işinin məzmunu qarşıya qoyulmuş məqsəddən irəli gəlməklə aşağıdakı 
bölmələri əhatə edir: idarə-təsərrüfatçılıq, təşkilati-pedaqoji fəaliyyət, metodik və tərbiyəvi işlərə 
r
əhbərlik, valideynlərlə iş. Bütün bölmələr bir-biri ilə qarşılıqlı əlaqədə olmaqla bağçanın bütün 
f
əaliyyətinin normal gedişini təmin edir.
İdarəçiliyə, təsərrüfatçılığa, təşkilati-pedaqoji işlərə rəhbərlik, bağçanın maddi-texniki 
bazasının möhkəmlənməsinə, uşaqlar üçün zəruri şəraitin yaradılmasına, onların tərbiyə və 
t
əliminin təşkilinə, kifayət qədər növbənöv yeməklərlə qidalanmasına, gün rejiminin düzgün 
qurulmasına yönəlməlidir. Müdir binanın təchizi, səliqəyə salınması, lazımi avadanlıqla təmin 
olunması, təmir işlərinin aparılması, pedaqoji vəsaitlər və oyuncaqların alınmasını təmin 
etm
əlidir. O, məktəbəqədər müəssisənin maliyyə-təsərrüfat işlərinə, kadrların seçilib 
yerl
əşdirilməsinə, yay sağlamlıq düşərgəsinin təşkilinə, uşaq bayramlarının keçirilməsinə, 
binanın sanitar-gigiyenik vəziyyətinin təşkilinə müntəzəm olaraq rəhbərlik edir. Tərbiyəçilərin 
yerl
əşdirilməsində mütləq onların təhsili, uşaqlarla iş təcrübəsi, şəxsi keyfiyyətləri nəzərə 
alınmalıdır.
Xidm
ət işçilərinə aşağıdakılar daxildir: təsərrüfat işləri üzrə müdir, mühasib, aşpaz, dayə-
xadim
ə, paltarsaxlayan, paltaryuyan, elektrik montyoru, çilingər, dülgər, bağban, gözətçi və s. 
T
əsərrüfat işləri üzrə müdir bütün texniki işçilərin fəaliyyətinə rəhbərlik edir və bağçanın 
avadanlığının qorunmasını, saxlanmasını, onlardan səliqə ilə istifadə edilməsini nəzarətdə 


saxlayır. Xidmət işçilərinin köməyi ilə bağçada səliqə-səhman yaradılır, qidalanma, uşaqlara 
xidm
ət kifayət qədər təmin olunur.
Bağça müdirinin fəaliyyətinin mühüm sahələrindən birini metodik işlər təşkil edir. Bura 
pedaqoji şura, məşğələlərə açıq baxış, gəzinti, oyun, pedaqoji kabinetin, qruplarla aparılan 
işlərin frontal və tematik qaydada təşkili, tərbiyə işləri üzrə planın yerinə yetirilməsi vəziyyətinin 
yoxlanması, fərdi və kollektiv məsləhət və s. daxil edilir.
3. M
əktəbəqədər tərbiyə müəssisəsində pedaqoji şura müntəzəm fəaliyyət göstərən kollegial 
metodik-t
əşkilati orqandır. Şura tərbiyəçilərin peşə ustalığının artırılmasında müstəsna rol 
oynayır. Pedaqoji şura bağçada tərbiyə və təlimin səviyyəsini yüksəltməyə dair dövlət 
q
ərarlarının fəaliyyətdə tətbiq edilməsini təmin edir. Şura həm də valideyn komitəsinin 
f
əaliyyətini, işçilərin qabaqcıl təcrübəsini müəyyən edir, qabaqcıl tərbiyəçilərin yaradıcılıq 
f
əaliyyətini maddi və mənəvi cəhətdən mükafatlandırılması və s. məsələləri hərətərəfli müzakirə 
edir v
ə nəticələrin icrası haqqında qərar çıxarır.
Şura məktəbəqədər tərbiyə müəssisəsində pedaqoji prosesin əsas istiqamətini müəyyən edir, 
t
ərbiyə və yəlim proqramını təsdiq edir, metodik işləri müzakirə edir, kadrların yenidən 
hazırlanması və ixtisasının artırılması məsələlərini müntəzəm olaraq tənzimləyir. Pedaqoji 
şuranın işi müdir tərəfindən tərtib olunmuş və şurada təsdiq olunmuş illik plan əsasında tənzim 
olunur. Burada müəssisənin aktual məsələləri, pedaqoji-metodiki, maddi-texniki problemlər 
müzakirə edilir və həmçinin onların perspektiv istiqaməti müəyyən edilir. Pedaqoji şurada 
müzakirə olunan məsələlərə elmi-metodiki yanaşma tərzi, qəbul olunmuş qərarların vaxtında və 
düzgün icrasını təmin etmək, konkret məsələlərə nail olmaq kollektivin pedaqoji səriştəsindən 
çox asılıdır.
Pedaqoji şuranın tərkibi aşağıdakı qaydada seçilir: müdir, baş tərbiyəçi, tərbiyəçilər, musiqi 
r
əhbəri, həkim, valideyn komitəsinin sədri. Şuranın bütün üzvləri həlledici səsə malik olur. 
Şuranın tərkibinə daxil olanların sayı azı kollektivin 2/3 hissəsini təşkil etməlidir. Şuranın sədri 
bağçanın müdiri seçilir. Şuranın iclası ayda bir dəfədən az olmayaraq keçirilir. Pedaqoji şuranın 
katibi 1 il müddətinə seçilir. 
Pedaqoji kabin
ə isə tərbiyəçilərə metodik köməklik göstərmək üçün təşkil olunur. Kabinetdə 
z
əruri siyasi, pedaqoji, metodiki, uşaq ədəbiyyatı, əyani vəsaitlər toplanır, mühüm sənədlərdən 
nümunələr ( illik temarik plan, hesabatlar və s.) qoyulur. Tərbiyəçilərin qabaqcıl təcrübəsinə aid 
s
ənədlər, tərbiyə işlərinə aid hesabatlar, uşaq oyunlarına aid qeydlər, valideyn yığıncaqlarına 
aid protokollar, açıq məşğələlərin müzakirə protokolları, və s. pedaqoji kabinənin sənədləri 
arasında mühüm yer tutur. Kabinə müdiri müvafiq qruplar üzrə tərbiyə və təlim işlərinin 


planlaşdırılmasına kömək edir, qabaqcıl təcrübəni yaymaq məqsədilə tərbiyəçilərin 
m
əşğələlərində olur, müsbət cəhətləri qeyd edir, nöqsanları aradan qaldırmaqda köməklik 
göstərir. 
4. Uşaq bağçalarında tərbiyəçilərin ideya-siyasi, pedaqoji və metodiki ustalığının artırılması 
işinə müdir bilavasitə özü rəhbərlik edir. Müəssisə daxilində ixtisasartırma işləri müntəzəm 
aparılmalı, elmi seminarlar, metodik təhlillər, qabaqcıl təcrübənin müzakirəsi və s. tədbirlər 
h
əyata keçirilməlidir. Belə tədbirlərdə tərbiyəçilər Azərbaycan Respublikasının daxili və xarici 
siyas
ətini dərindən öyrənir, təhsilə aid, xüsusən, məktəbəqədər tərbiyəyə aid qərar və 
göstərişləri hərətəfli mənimsəyirlər. Bağçada tərbiyəçilər, habelə texniki işçilər üçün 
respublikamızın beynəlxalq aləmdə yeri, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri ilə 
keçirilən görüşlər, ölkə daxilində baş verən iqtisadi-siyasi dəyişikliklərin təhlilinə aid mühazirələr 
t
əşkil 
olunur. 
Bütün 
bunlarla 
yanaşı, 
tərbiyəçilər 
beyn
əlxalq 
miqyasda 
uşaq 
hüquqlarınınmüdafiəsi, uşaq xəstəliklərinin qarşısının alınması, uşaqlara qarşı humanist 
münasibətlərin ictimai münasibətlər kimi formalaşdırılması və s. tədbirlərdən geniş istifadə 
olunur.
Pedaqoji ixt
isasın artırılması üçün pedaqoji və metodiki şurada, direktoryanı müşavirədə, 
metodkabin
ədə, yeni nəşr olunmuş ədəbiyyatlardan nümunələr, jurnal və qəzet məqalələri 
öyrənilir, təhlil edilir. Tərbiyəçilər metodiki kabinənin təşkil etdiyi siyasi, elmi, pedaqoji, metodiki 
v
ə s. tədbirlərdə fəal iştirak etməlidir. Mövcud qərara görə hər bir tərbiyəçi hər 5 ildən bir 
ixtisasartırma kursuna göndərilməlidir.
T
ərbiyəçilərdə özünütəhsil yaradıcı olmalı, ixtisas üzrə yeniliklər dərindən öyrənilməli, təhlil 
olunm
alı və təcrübədə tətbiq olunmalıdır. Bütün öyrənilənlər uşaqların tərbiyəsinin inkişaf 
s
əviyyəsində, tərbiyəçinin uşaqlar, valideynlər arasında nüfuzunun yüksəldilməsində öz ifadəsini 
tapmalıdır.
M
əktəbəqədər tərbiyə müəssisəsi ailə ilə sıx əlaqədə uşaqların tərbiyəsini təşkil edib həyata 
keçirməlidir. Valideynlərlə işə bağça müdiri rəhbərlik edir. O, hər bir ailənin sosial tərkibini, 
valideynl
ərin peşəsini və iş yerini, məişət şəraitini yaxşı bilməlidir. Bağça müdirinin bilavasitə 
r
əhbərliyi ilə valideyn komitəsi fəaliyyət göstərir. Müdir işgüzar, məzmunlu, yaradıcı şəkildə 
ail
ələr ilə əlaqəni təşkil etməli, möhkəmləndirməlidir.
5. M
əktəbəqədər tərbiyə işləri üzrə inspektorun işi çoxsahəli və mürəkkəbdir. Uşaq bağçası 
inspektoru öz fəaliyyətini təhsil haqqında qanuna və dövlət qərarlarına, “Məktəbəqədər təlim-
t
ərbiyə müəssisələri haqqında əsasnamə”yə uyğun qurur, Təhsil Nazirliyinin təlimatlarından, 


metodik s
ənədlərdən faydalanır. İnspektor rayon (şəhər) məktəbəqədər tərbiyə müəssisələrində 
pedaqoji prosesin metodoloji 
əsaslarla həyata keçirilməsini tənzimləyən dövlət nəzarətçisidir.
İnspektor möhkəm ideya-siyasi əqidəyə, humanist mənəviyyata, zəngin pedaqoji təcrübəyə 
v
ə yüksək nəzəri biliyə malik olmalıdır. Məktəbəqədər tərbiyə müəssisələrinin inspektoru yüksək 
pedaqoji s
əriştəsi ilə problemlərin elmi-metodoloji əsaslarla həll olunmasına məsuliyyət daşıyan 
ilk r
əsmi dövlət nümayəndəsidir. O, məktəbəqədər tərbiyə müəssisələrində tərbiyə və təlim 
şərtlərinin yüksək səviyyədə təşkil olunmasına və həyata keçirilməsinə cavabdehdir.
İnspektor öhdəsində olan regionda məktəbəqədər tərbiyə müəssisələrinin işçiləri ilə 
müntəzəm metodiki işlər aparır və kadrların təkmilləşməsinə kömək edir. Xüsusən gənc 
kadrların yetişdirilməsi və tərbiyə olunmasına qayğı ilə yanaşmalıdır.
M
əktəbəqədər tərbiyə müəssisələrinin inspektoru tərbiyə, təlim, metodiki, idarəetmə-
t
əsərrüfat işlərinin vəziyyətini müntəzəm olaraq hərətərəfli öyrənməli, müvafiq nöqsanları 
vaxtında aşkar etməli, onların yaranma səbəblərini araşdırmalı və aradan qaldırılması üçün 
s
əmərəli tədbirlər həyata keçirməlidir.
Bağçanın perspektiv və illik iş planının tərtibində məktəbəqədər tərbiyəyə aid dövlət qərar və 
göstərişləri , Təhsil Nazirliyinin təlimati məktubları və s. sənədlərin məzmunu nəzərə alınır. 
Bağçanın iş planında bir sıra bölmələr öz əksini tapır: 1. Giriş hissəsi;
2. Əsas təşkilati işlər; 3. İdeya-siyasi səviyyəni yüksəltmək; 4. Pedaqoji və metodiki işlər; 5. 
İxtisasartırma; 6. Valideynlərlə iş; 7. İdarə və təsərrüfat işləi; 8. Tibbi tədbirlər;
9. İstehsalat və kütləvi işlər; 10. Uşaqların sağlamlığı və fiziki tərbiyəsinə aid tədbirlər.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə