Azərbaycan respublikasinin su məCƏLLƏSİ



Yüklə 300,09 Kb.
səhifə1/9
tarix02.05.2018
ölçüsü300,09 Kb.
#40911
  1   2   3   4   5   6   7   8   9

Azərbaycan Respublİkasının Su Məcəlləsİ
MÜNDƏRİCAT

(Fəslin başlanğıcına getmək üçün müvafiq fəslin adının üzərində sol düyməni basın)



Ümumİ müddəalar

Əsas müddəalar

Su obyektlərİ üzərİndə mülkİyyət formaları

Su obyektlərİnİn İstİfadəsİ və mühafİzəsİ sahəsİndə İdarəetmə

Su obyektlərİnİn İstİfadəsİ və mühafİzəsİ sahəsİndə

İdarəetmənİn təşkİlİ

19 aprel 2002-ci il tarixli 306-IIQD nömrəli "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar "Azərbaycan SSR-in inzibati ərazi quruluşu məsələlərinin həlli qaydası haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti Fərmanının qüvvədən düşmüş hesab edilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 237) ilə 16-cı maddənin dördüncü abzasında "inzibati ərazi" sözləri "ərazi quruluşu" sözləri ilə əvəz edilmişdir.



Su obyektlərİnİn İstİfadəsİ və mühafİzəsİ sahəsİndə dövlət tənzİmlənməsİ

Su obyektlərİnİn İstİfadəsİ və mühafİzəsİ

Su obyektlərİndən İstİfadə

Sudan İstİfadə edənlərİn hüquqları və vəzİfələrİ

Su obyektlərİndən əhalİnİn İçməlİ su, məİşət, müalİcə-kurort, sağlamlaşdırma, İstİrahət və İdman məqsədlərİ üçün İstİfadə

Su obyektlərİndən kənd təsərrüfatı ehtİyacları üçün İstİfadə

Su obyektlərİndən sənaye və hİdroenergetİka məqsədlərİ üçün İstİfadə

Su obyektlərİndən nəqlİyyat ehtİyacları üçün İstİfadə

Su obyektlərİndən balıqçılıq və ovçuluq üçün İstİfadə

Xüsusİ qorunan su obyektlərİndən İstİfadə

Su obyektlərİndən tullantı suların axıdılması, yanğından mühafİzə və dİgər məqsədlər üçün İstİfadə

Su obyektlərİnİn mühafİzəsİ

Suların vəzİyyətİnə təsİr edən müəssİsələrİn, qurğuların və dİgər obyektlərİn yerləşdİrİlməsİ, layİhələşdİrİlməsİ, tİkİlməsİ, bərpası və İstİsmarı

Su obyektlərİnİn İstİfadəsİ və mühafİzəsİ tədbİrlərİnİn İqtİsadİ tənzİmlənməsİ, mübahİsələrİn həll edİlməsİ və su qanunverİcİlİyİnİn pozulmasına görə məsulİyyət

Su obyektlərİnİn İstİfadəsİ və mühafİzəsİ tədbİrlərİnİn İqtİsadİ tənzİmlənməsİ

Su obyektlərİnİn İstİfadəsİ və mühafİzəsİ sahəsİndə mübahİsələrİn həll edİlməsİ və su qanunverİcİlİyİnİn pozulmasına görə məsulİyyət

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

26 dekabr 1997-ci il tarixli 418-IQ nömrəli " Azərbaycan Respublikasının Su Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 3, maddə 135) ilə təsdiq edilmişdir.

Məcəlləyə əlavə və dəyişikliklər etmiş qanunlar

1.22 iyun 1999-cu il tarixli 692-IQD nömrəli "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 8, maddə 476)

2.19 aprel 2002-ci il tarixli 306-IIQD nömrəli "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar "Azərbaycan SSR-in inzibati ərazi quruluşu məsələlərinin həlli qaydası haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti Fərmanının qüvvədən düşmüş hesab edilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 237)

3.3 dekabr 2002-ci il tarixli 392-IIQD nömrəli "Bələdiyyələrin su təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Su Məcəlləsinə əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-ci il, № 1, maddə 10)

4.30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında "Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 2, maddə 57)

5.10 oktyabr 2006-cı il tarixli 155-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 923)

6.17 aprel 2007-ci il tarixli 314-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 436)

7.9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938)

Azərbaycan Respublİkasının Su Məcəlləsİ 1
Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi Azərbaycan xalqının milli sərvətidir, əhalinin həyat və fəaliyyətinin əsası kimi istifadə edilir və qorunur, flora və faunanın mövcudluğunu təmin edir.

Bu Məcəllə Azərbaycan Respublikasında su obyektlərinin istifadəsi və mühafizəsi ilə bağlı hüquq münasibətlərini tənzimləyir.


I bölmə

Ümumİ müddəalar


I fəsil

Əsas müddəalar


Maddə 1. Əsas anlayışlar

Bu Məcəllədə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

su obyekti — relyef formasına uyğun olaraq yerin üstündə və ya yerin təkində suların toplandığı sərhədləri, ölçüləri və xüsusi su rejimi əlamətləri olan təbii formalaşmış landşaft, yaxud geoloji struktur;

su ehtiyatları — su obyektlərində yerləşən, istifadə edilən və ya istifadə oluna bilən yerüstü və yeraltı suların həcmi;

su obyektinin istifadəçisi — su obyektlərindən istifadə hüququ verilmiş fiziki və ya hüquqi şəxs;

su istehlakçısı — öz ehtiyaclarını təmin etmək üçün su obyektlərinin istifadəçisindən su alan fiziki və ya hüquqi şəxs;

su təsərrüfatı obyekti — su ehtiyatlarının istifadəsi, bərpası və mühafizəsi ilə əlaqədar yaradılmış sistemlər və qurğular;

su obyektlərinin çirklənməsi — suların keyfiyyətini pisləşdirən, su obyektlərinin səthinə, dibinə və ətrafına mənfi təsir edən zərərli maddələrin tökülməsi və ya axıdılması;

su obyektlərinin zibillənməsi — su obyektlərindən istifadəni çətinləşdirən əşyaların, bərk maddə hissəciklərinin müxtəlif çeşidli texnogen mənşəli və məişət tullantılarının tökülməsi;

suların zərərli təsiri — su altında qalma, subasma, müəyyən əraziyə və ya obyektə yerüstü və yeraltı suların digər təsiri.



Maddə 2. Azərbaycan Respublikasının su qanunvericiliyi

Azərbaycan Respublikasının su qanunvericiliyi bu Məcəllədən və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.

Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində su obyektlərinin istifadəsi və mühafizəsi ilə əlaqədar müəyyən edilmiş qaydalar bu Məcəllədə nəzərdə tutulmuş qaydalara uyğun gəlmədikdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

Maddə 3. Su obyektlərinin istifadəsi və mühafizəsi ilə bağlı münasibətlərin tənzimlənməsi

Su obyektlərinin və onların su ehtiyatlarının istifadə edilməsi və mühafizəsi ilə bağlı münasibətlər (su münasibətləri) Azərbaycan Respublikasının su qanunvericiliyi ilə tənzimlənir.

Sudan istifadəyə dair münasibətlər bu Məcəllə ilə yanaşı, Azərbaycan Respublikasının mülki qanunvericiliyi, sanitariya-epidemioloji salamatlıq haqqında və digər qanunvericilik aktları ilə tənzimlənir.

İçməli su təchizatı və tullantı sularının axıdılması ilə bağlı münasibətlər bu Məcəllə ilə yanaşı, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Su obyektlərinin istifadəsi və mühafizəsi zamanı meydana çıxan torpaq, meşə, yerin təki, bitki və heyvanat aləmi, atmosfer havası, yeraltı suların kəşfiyyatına və mühafizəsinə dair münasibətlər, habelə əmlak və digər inzibati münasibətlər bu Məcəllə ilə yanaşı, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Maddə 4. Su münasibətlərinin obyektləri

Su münasibətlərinin obyektləri Azərbaycan Respublikasının su fondu (bundan sonra — su fondu adlanacaq) və su fondunun torpaqlarıdır.



Maddə 5. Azərbaycan Respublikasının su fondu

Azərbaycan Respublikasının daxili suları və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (su obyektləri) Azərbaycan Respublikasının su fondunu təşkil edir.

Təbiətdə yerləşməsinə, fiziki-coğrafi, inzibati-ərazi xüsusiyyətlərinə və digər əlamətlərinə görə Azərbaycan Respublikasının su fondu yerüstü, yeraltı, sərhəd su obyektlərindən və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən ibarətdir.

Maddə 6. Yerüstü su obyektləri

Yerüstü su obyektlərinə yerin səthində yerləşən yerüstü su axınları, yerüstü sututarları, buzlaqlar və qar örtükləri daxildir.

Yerüstü su obyektləri onların yerüstü su hissəsindən, yatağından, dibindən və sahilindən ibarətdir.

Yerüstü su obyektləri çoxtəyinatlı əhəmiyyətə malikdir, eyni vaxtda bir və ya bir neçə məqsəd üçün istifadə edilə bilər.



Maddə 7. Yeraltı su obyektləri

Yeraltı su obyektlərinə yerin təkində yerləşən geoloji strukturlarda toplanmış sular daxildir.

Yeraltı su obyektlərinə aşağıdakılar aid edilir:

sulu horizont — yerin təkində geoloji struktur daxilində yerləşən, məsamələrində, çatlarında və boşluqlarında hidravlik əlaqəli sular toplanmış süxurlar təbəqəsi (lay);

yeraltı su hövzəsi — yerin təkində müəyyən geoloji struktur daxilində yerləşən sulu horizontların, sulu çatların məcmusu;

yeraltı su yatağı — sulu horizontun yeraltı suların çıxarılması üçün əlverişli şəraiti olan hissəsi.



Maddə 8. Sərhəd su obyektləri

Dövlətlərarası sərhədi müəyyən edən, sərhədi kəsib keçən, yaxud üzərindən Azərbaycan Respublikasının dövlət sərhədi keçən yerüstü və yeraltı su obyektləri sərhəd su obyektlərinə aid edilir.

Sərhəd su obyektlərindən istifadə və onların mühafizəsi qaydaları bu Məcəllə, dövlət sərhədi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və sazişləri ilə müəyyən edilir.

Maddə 9. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin istifadəsi və mühafizəsi qaydaları bu Məcəllə, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq aktları ilə müəyyən edilir.



Maddə 10. Su fondunun torpaqları

Su fondu torpaqlarına aşağıdakı torpaq sahələri daxildir:

Azərbaycan Respublikasının daxili sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin (su obyektlərinin) altında olan torpaqlar;

su mühafizəsi zonalarının və sahilboyu zolaqların altında olan torpaqlar, adalar və bataqlıqlar;

hidrotexniki qurğuların, meliorasiya və su təsərrüfatı obyektlərinin altında olan torpaqlar.

Maddə 11. Su münasibətlərinin subyektləri

Su münasibətlərinin subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, su obyektlərinin istifadəçiləri və su istehlakçılarıdır.

Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından su münasibətlərində öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları iştirak edirlər.

Bələdiyyələr su münasibətlərində onların statusunu müəyyən edən qanunvericilik aktları ilə verilən səlahiyyətlər daxilində iştirak edirlər.

Su obyektlərinin istifadəçiləri və su istehlakçıları su münasibətlərində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada öz ehtiyaclarını ödəmək və sahibkarlıq fəaliyyəti göstərmək məqsədi ilə iştirak edirlər.

II fəsil


Yüklə 300,09 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə