Azərbaycan respublikasinin su məCƏLLƏSİ


Suların vəzİyyətİnə təsİr edən müəssİsələrİn, qurğuların və dİgər obyektlərİn yerləşdİrİlməsİ, layİhələşdİrİlməsİ, tİkİlməsİ, bərpası və İstİsmarı



Yüklə 300,09 Kb.
səhifə9/9
tarix02.05.2018
ölçüsü300,09 Kb.
#40911
1   2   3   4   5   6   7   8   9

Suların vəzİyyətİnə təsİr edən müəssİsələrİn, qurğuların və dİgər obyektlərİn yerləşdİrİlməsİ, layİhələşdİrİlməsİ, tİkİlməsİ, bərpası və İstİsmarı


Maddə 94. Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin yerləşdirilməsi, layihələşdirilməsi, tikilməsi, bərpası və istismara verilməsi şərtləri

Suların vəziyyətinə təsir edən yeni və yenidən qurulan müəssisələr, qurğular və digər obyektlər yerləşdirilərkən, layihələşdirilərkən, tikilərkən, bərpa edilərkən və istismara verilərkən, habelə yeni texnoloji proseslər tətbiq olunarkən ictimai rəy nəzərə alınmaqla əhalinin içməli su və məişət ehtiyacını ödəmək şərti ilə sulardan səmərəli istifadə edilməsi təmin olunmalıdır. Eyni zamanda, su obyektlərindən götürülən və onlara qaytarılan suyun uçota alınmasını, suların çirklənməkdən, zibillənməkdən və tükənməkdən qorunmasını, suların zərərli təsirinin qarşısının alınmasını, torpaqların su altında qalmasının minimum zəruri həddədək məhdudlaşdırılmasını, torpaqların şoranlaşmadan, subasmadan və ya qurumadan mühafizə olunmasını, habelə əlverişli təbii şəraitin və landşaftların qorunub saxlanmasını təmin edən tədbirlər nəzərdə tutulmalıdır.

Balıqçılıq əhəmiyyətli sututarlarda yeni və yenidən qurulan müəssisələr, qurğular və digər obyektlər yerləşdirilərkən, layihələşdirilərkən, tikilərkən və işə salınarkən yuxarıda göstərilən tədbirlərlə yanaşı, balıqların, digər su heyvanları və bitkilərinin qorunması və artırılması üçün şərait yaradılmasını təmin edən tədbirlər həyata keçirilməlidir.

Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikinti layihəsi su obyektlərindən istirahət və idman üçün istifadə edilmə imkanı nəzərə alınmaqla tərtib edilməlidir.

Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 95. Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin istifadəyə verilməsinin qadağan edilməsi

Suların vəziyyətinə təsir edən yeni tikilmiş və yenidən qurulan müəssisələrin, qurğuların və digər obyektlərin istismara verilməsi aşağıdakı hallarda qadağan edilir:

suların çirklənməsinin və zibillənməsinin, yaxud onların zərərli təsirinin qarşısını alan qurğularla təmin edilmədikdə;

torpaqların subasmasının, bataqlaşmasının, şoranlaşmasının və eroziyasının qarşısını almaq məqsədi ilə layihələrdə nəzərdə tutulmuş tədbirlər görülmədikdə;

layihələrdə nəzərdə tutulmuş suqəbuledicilər və başqa qurğular hazır olmadıqda;

layihələrdə nəzərdə tutulmuş balıqqoruyucu və balıqburaxıcı qurğular tikilmədikdə;

ehtiyatları təsdiq edilməmiş yeraltı suları çıxarmaq üçün nəzərdə tutulan sugötürücü;

sutənzimedici qurğularla təchiz edilməyən və müvafiq hallarda sanitariya mühafizəsi zonaları müəyyən edilməyən su quyuları;

layihələrdə nəzərdə tutulmuş yataq hazırlanma tədbirləri görülənədək dəryaçaların su ilə doldurulması və suların vəziyyətinə təsir edən digər hallarda.
IV bölmə

Su obyektlərİnİn İstİfadəsİ və mühafİzəsİ tədbİrlərİnİn İqtİsadİ tənzİmlənməsİ, mübahİsələrİn həll edİlməsİ və su qanunverİcİlİyİnİn pozulmasına görə məsulİyyət


XVI fəsil

Su obyektlərİnİn İstİfadəsİ və mühafİzəsİ tədbİrlərİnİn İqtİsadİ tənzİmlənməsİ


Maddə 96. Su obyektlərinin istifadəsi və mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsinin prinsipləri

Su obyektlərinin istifadəsi və mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsi aşağıdakı prinsiplərə əsaslanır:

sudan pullu istifadə;

su obyektlərindən istifadə ilə bağlı ödəmələr;

su obyektlərinin istifadəsi və mühafizəsi üzrə tədbirlərin maliyyələşdirilməsi.

Maddə 97. Sudan pullu istifadə

Bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasında sudan pullu istifadə edilir.

Sudan pullu istifadənin məqsədi su təminatına yönəldilmiş dövlət xərclərini ödəmək, su təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərməsini təmin etmək, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunmasına və suların mühafizəsinin yaxşılaşdırılmasına maddi maraq yaratmaq, suyun dəqiq uçotunu aparmaq və su təsərrüfatı sahəsinə investisiya qoyuluşunu stimullaşdırmaqdan ibarətdir.

Sudan pullu istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq müəyyən edilir.

Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan pullu istifadə qaydaları və şərtləri bu Məcəllə, digər müvafiq qanunvericilik aktları, habelə bələdiyyə aktları ilə müəyyən edilir. 16

Maddə 98. Sudan istifadə haqqının müəyyən edilməsi

Sudan istifadə haqqı müəyyən edilərkən istifadə edilən suyun qiyməti əsas götürülür.

Sudan istifadə haqqı onun keyfiyyətindən, istifadəyə görə təyinatından (içməli su, texniki su, suvarma suyu və s.), su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən, suyun götürülmə və nəql edilmə üsullarından və istehsal xərclərinin həcminə təsir edən digər amillərdən asılı olaraq ayrı-ayrı su təsərrüfatı sistemləri üzrə diferensiallaşdırılır.

Yeraltı sulardan istifadə haqqı hesablanarkən onların axtarışına, kəşfiyyatına və ehtiyatlarının müəyyənləşdirilməsinə çəkilən xərclər də qanunvericiliklə nəzərdə tutulmuş qaydada nəzərə alınır.

Sudan istifadəyə görə güzəştlərin tətbiq olunması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Bələdiyyə mülkiyyətində olan su obyektlərində sudan istifadə haqqı bu maddənin birinci hissəsində göstərilən qaydada bələdiyyələr tərəfindən müəyyən edilir.

Xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur.

Maddə 99. Su obyektlərindən istifadə ilə bağlı ödəmə növləri və qaydaları

Su obyektlərindən istifadəyə görə aşağıdakı ödəmə növləri müəyyən edilir:

su obyektlərindən xüsusi məqsədlər üçün su götürülməsinə və tullantı suların su obyektlərinə axıdılmasına;

su obyektlərindən hidroenergetika və nəqliyyat ehtiyacları üçün istifadəyə;

su obyektlərindən faydalı qazıntıların hasil edilməsinə və su obyektlərində geoloji kəşfiyyat və qazma işlərinin aparılmasına, habelə sualtı qurğuların tikintisinə və istismarına;

su obyektlərindən mütəşəkkil idman, istirahət və turizm məqsədləri üçün istifadəyə;

qanunvericilikdə nəzərdə tutulmuş digər məqsədlər üçün istifadəyə.

Su obyektlərindən istifadə ilə bağlı ödəmə növləri və qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.



Maddə 100. Su obyektlərinin istifadəsi və mühafizəsi üzrə tədbirlərin maliyyələşdirilməsi

Dövlət əhəmiyyətli su obyektlərinin istifadəsi və mühafizəsi üzrə tədbirlər müvafiq proqramlar əsasında dövlət büdcəsi hesabına maliyyələşdirilir.

Ayrıca istifadəyə və mülkiyyətə verilmiş su obyektlərinin istifadəsi və mühafizəsi üzrə tədbirlər mülkiyyətçilər və su obyektlərinin istifadəçiləri tərəfindən maliyyələşdirilir.

Suların zərərli təsirinin qarşısının alınması və onun nəticələrinin aradan qaldırılması tədbirləri qanunvericiliklə müəyyən edilmiş qaydada su obyektləri istifadəçilərinin, mülkiyyətçilərin, yerli büdcələrin və dövlət büdcəsinin hesabına həyata keçirilir.

XVII fəsil

Su obyektlərİnİn İstİfadəsİ və mühafİzəsİ sahəsİndə mübahİsələrİn həll edİlməsİ və su qanunverİcİlİyİnİn pozulmasına görə məsulİyyət


Maddə 101. Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində mübahisələrin həll edilməsi

Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində fiziki və hüquqi şəxslər arasındakı mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.



Maddə 102. Əqdlərin etibarsızlığı

Su qanunvericiliyini pozmaqla bağlanmış əqdlər etibarsızdır.



Maddə 103. Azərbaycan Respublikasının su qanunvericiliyinin pozulmasına görə məsuliyyət

Su qanunvericiliyini pozan vəzifəli şəxslər və vətəndaşlar aşağıdakı hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar:

bu Məcəllənin 102-ci maddəsində göstərilən hallarda;

su obyektlərini özbaşına tutduqda və ya sudan özbaşına istifadə etdikdə;

su obyektlərində özbaşına hidrotexniki və digər qurğular tikdikdə;

su obyektlərindən istifadə üzrə icazə ilə müəyyən edilmiş şərtləri pozduqda;17

sudan istifadə limitlərinə əməl etmədikdə;

su istehlakçılarını müəyyən olunmuş müddətlərdə və həcmdə su ilə təmin etmədikdə;

su obyektlərini çirkləndirdikdə, zibilləndirdikdə və tükəndirdikdə;

su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqlarsız müəssisələri, kommunal və digər obyektləri istismar etdikdə;

su ehtiyatlarından israfçılıqla istifadə etdikdə;

sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suları çirkləndirdikdə, torpaqların su eroziyasına və başqa zərərli hallara səbəb olduqda;

hidrotexniki və kommunal su təsərrüfatına aid olan işləri özbaşına gördükdə;

su təsərrüfatı qurğularını və avadanlığını zədələdikdə, onların istismarı qaydalarına riayət etmədikdə;

su təsərrüfatı qurğularının və avadanlıqlarının istismarı qaydalarını pozduqda;

içməli sudan yaşıllıqların suvarılmasında və nəqliyyat vasitələrinin yuyulmasında, habelə təyinatsız istifadə etdikdə;

su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda;

kollektor və drenaj sistemlərini dağıtmaqla torpaqların meliorasiya vəziyyətini pisləşdirdikdə;

sudan istifadəyə görə haqqı və sudan istifadə qaydalarını pozmağa görə cərimələri, habelə su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sular görə ödənişləri vaxtında ödəmədikdə;

lazımi icazə olmadan su çıxarmaq üçün quyular qazdıqda və ya su çıxarmaq üçün quyuların qazılması qaydalarını və texnologiyasını pozduqda; 18

su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə;

su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət etmədikdə;

xüsusi qorunan su obyektlərinin rejimini pozduqda;

su obyektlərinin istifadəsinə və mühafizəsinə nəzarət edən orqanların göstərişlərini yerinə yetirmədikdə;

içməli su mənbələrinin, sutəmizləyici qurğuların, su kəmərlərinin sanitariya mühafizəsi zonalarının tələblərini pozduqda;

içməli suyun keyfiyyəti sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlmədikdə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda.



Maddə 104. Özbaşına tutulmuş su obyektlərinin qaytarılması

Müvafiq icra hakimiyyəti orqanları suların istifadəsinə və mühafizəsinə dair müəyyən edilmiş qaydalar pozulduqda, həmin işləri və bu mənbələrin suyundan istifadə olunmasını dayandırmaq hüququna malikdirlər.

Özbaşına tutulmuş su obyektləri qanunsuz istifadə zamanı çəkilmiş xərclər ödənilmədən aidiyyəti üzrə geri qaytarılır.

Maddə 105. Su qanunvericiliyinin pozulması ilə vurulmuş zərərin ödənilməsi

Fiziki və hüquqi şəxslər su qanunvericiliyini pozmaqla vurduqları zərəri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödəməlidirlər.


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

26 dekabr 1997-ci il tarixli 418-IQ nömrəli " Azərbaycan Respublikasının Su Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 3, maddə 135) ilə təsdiq edilmişdir.

Məcəlləyə əlavə və dəyişikliklər etmiş qanunlar

  1. 22 iyun 1999-cu il tarixli 692-IQD nömrəli "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 8, maddə 476)

  2. 19 aprel 2002-ci il tarixli 306-IIQD nömrəli "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar "Azərbaycan SSR-in inzibati ərazi quruluşu məsələlərinin həlli qaydası haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti Fərmanının qüvvədən düşmüş hesab edilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 237)

  3. 3 dekabr 2002-ci il tarixli 392-IIQD nömrəli "Bələdiyyələrin su təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Su Məcəlləsinə əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-ci il, № 1, maddə 10)

  4. 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında "Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 2, maddə 57)

  5. 10 oktyabr 2006-cı il tarixli 155-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 923)

  6. 17 aprel 2007-ci il tarixli 314-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 436)

  7. 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938)


  8. 25 dekabr 2007-ci il tarixli 524-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 47)






1MƏCƏLLƏYƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
 26 dekabr 1997-ci il tarixli 418-IQ nömrəli " Azərbaycan Respublikasının Su Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 3, maddə 135) ilə təsdiq edilmişdir.

2 19 aprel 2002-ci il tarixli 306-IIQD nömrəli "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar "Azərbaycan SSR-in inzibati ərazi quruluşu məsələlərinin həlli qaydası haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti Fərmanının qüvvədən düşmüş hesab edilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 237) ilə 16-cı maddənin dördüncü abzasında "inzibati ərazi" sözləri "ərazi quruluşu" sözləri ilə əvəz edilmişdir.





3 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 18-ci maddənin səkkizinci abzasında "xüsusi razılıq" sözləri "icazə" sözü ilə əvəz edilmişdir.


4 3 dekabr 2002-ci il tarixli 392-IIQD nömrəli "Bələdiyyələrin su təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Su Məcəlləsinə əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-ci il, № 1, maddə 10) ilə 20-ci maddənin dördüncü abzasında "istifadə yerlərini" sözlərindən sonra "müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdıraraq" sözləri əlavə edilmişdir.


5 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 33-cü maddənin yeddinci hissəsində "xüsusi razılıq" sözləri "icazə" sözü ilə əvəz edilmişdir.


6 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 34-cü maddənin birinci hissəsinin ikinci cümləsində "xüsusi razılıq" sözləri "icazə" sözü ilə əvəz edilsin, "növləri" sözündən sonra "və icazənin verilməsi qaydaları" sözləri əlavə edilmişdir.


7 17 aprel 2007-ci il tarixli 314-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 436) ilə 37-ci maddəsinin 2-ci hissəsində “digər dövlət və bələdiyyə ehtiyacları” sözləri “digər dövlət ehtiyacları və ya ictimai ehtiyaclar” sözləri ilə əvəz edilmişdir.

8 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 38-ci maddənin "xüsusi razılıq" sözləri "icazə" sözü ilə əvəz edilmişdir.


9 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 40-cı maddəsinin birinci hissəsində "xüsusi razılıq" sözləri "icazə" sözü ilə əvəz edilmişdir.


10 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 50-ci maddəsinin birinci hissəsində "xüsusi razılıq" sözləri "icazə" sözü ilə əvəz edilmişdir.


11 10 oktyabr 2006-cı il tarixli 155-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 923) ilə 55-ci maddəsinin birinci hissəsində “kəndli (fermer)” sözləri “ailə kəndli” sözləri ilə əvəz edilmişdir.



12 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 82-ci maddənin dördüncü hissəsində "xüsusi razılıq" sözləri "icazə" sözü ilə əvəz edilmişdir.


13 25 dekabr 2007-ci il tarixli 524-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 47) ilə 84-cü maddəsində yeni məzmunda beşinci abzas əlavə edilmiş və beşinci abzas altıncı abzas hesab edilmişdir.


14 25 dekabr 2007-ci il tarixli 524-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 47) ilə 84-cü maddəsinin birinci hissəsindən altıncı abzas çıxarılmışdır.


15 19 aprel 2002-ci il tarixli 306-IIQD nömrəli "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar "Azərbaycan SSR-in inzibati ərazi quruluşu məsələlərinin həlli qaydası haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti Fərmanının qüvvədən düşmüş hesab edilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 237) ilə 92-ci maddənin üçüncü hissəsində "İnzibati rayonların" sözləri "Ərazi vahidlərinin" sözləri ilə əvəz edilmişdir.


16 3 dekabr 2002-ci il tarixli 392-IIQD nömrəli "Bələdiyyələrin su təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Su Məcəlləsinə əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-ci il, № 1, maddə 10) ilə 97-ci maddəyə yeni dördüncü hissə əlavə edilmişdir.


17 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 103-cü maddənin beşinci abzasında "xüsusi razılıq" sözləri "icazə" sözü ilə əvəz edilmişdir.


18 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında "Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 103-cü maddəsinin on doqquzuncu abzasının əvvəlinə "lazımi icazə olmadan su çıxarmaq üçün quyular qazdıqda və ya" sözləri əlavə edilmişdir.

Yüklə 300,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə