Azərbaycan respublikasinin ümumtəHSİl məKTƏBLƏRİ ÜÇÜn biologiya fəNNİ kurikulumu



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə26/27
tarix23.01.2018
ölçüsü0,74 Mb.
#21918
1   ...   19   20   21   22   23   24   25   26   27

 

67 


təqdimatlar hazırlayır. 

 

İnsan və onun sağlamlığı 

3.1.1. İnsanın fərdi və tarixi inkişafına dair 

müqayisələr aparır, təqdimatlar edir. 

 

İnsanın fərdi və tarixi inkişafı. 



Embrionların oxşarlığı təkamülü əks etdirir. 

Fərdi inkişafın mərhələləri 

Filogenez, ontogenez. Müxtəlif orqanizmlərlə 

onların müqayisəsi 

3.1.2. Psixi proseslər və orada baş verən 

dəyişiklikləri müqayisəli şərh edir və referatlar 

hazırlayır. 

Psixi proseslərin mexanizmi. Onların sinir 

sistemi ilə əlaqəsi  

Yaddaş, yuxu, emosiyalar, şərtsiz və şərti 

reflekslər, davranış 

3.2.1. İnsan orqanizmində baş verən 

xəstəliklərin hüceyrə səviyyəsində olduğunu 

əsaslandırır, məruzə və təqdimat hazırlayır. 

hüceyrə səviyyəsində baş verən xəstəliklər. 

Onların xarakterik xüsusiyyətləri. Xəstəliklərin 

qarşısının alınması 

Şəkərli diabet, xərçəng, interferon 

3.2.2. Sağlam ailənin qurulmasında sağlam 

həyat tərzinin rolunu dəyərləndirir, məruzə və 

təqdimatlar hazırlayır. 

Sağlam həyat tərzi sağlam ailənin təməli kimi.  

 

Reproduksiya, gender, stres, düzgün qidalanma 



Canlılar və ətraf mühit 

4.1.1. Təbii seçməni yaşamaq uğrunda 

mübarizənin nəticəsi kimi əsaslandırır, məruzə 

və referatlar hazırlayır. 

Təbii seçmə təkamülün əsas hərəkətverici 

qüvvəsi kimi. 

Təbii seçmənin istiqamətlənmiş xarakteri 

Hərəkətverici, sabitləşdirici və dizruptiv seçmə 

4.2.1. Ekoloji problemlərin qlobal xarakterini 

dəyərləndirir, məruzə və təqdimatlar hazırlayır. 

 

Qlobal xarakterli ekoloji problemlər. Dünyada 



içməli su, təmiz hava, təmiz qida  problemlərinin 

həlli yolları 

Neosfer, eroziya, radiasiya, ekoloji mədəniyyət 

4.2.2. Regional və qlobal ekoloji problemləri 

əlaqələndirir, referat və təqdimatlar hazırlayır. 

 

Regional ekoloji problemlər. Azərbaycanda baş 



verən ekoloji problemlərlə qlobal problemlərin 

əlaqəsi. Azərbaycanda ekoloji problemlərin həlli 

yolları. Təbii yanacaqdan istifadə. Günəş 

enerjisindən istifadə.Yaşıllıqların artırılması. 

Meşələrin qırılmasının qarşısının alınması. 

Ozon təbəqəsini dağıdan vasitələr. 

Xəzərin ekoloji problemləri, Modifikasiya, 

transformasiya 




 

68 


 

TEZAURUS 

 

Təlimin  məzmunu-  şəxsiyyətin  formalaşmasına  yönəlmiş 

bacarıqlar  şəklində  ifadə  edilən  təlim  nəticələrinin  (təlim 

standartlarının) məcmusudur.  



Təlim  nəticəsi-  müəyyən  bir  mərhələdə  mənimsənilməsi 

nəzərdə 


tutlan 

və 


əvvəlcədən  müəyyənləşdirilmiş  təlim 

nailiyyətlərinin konkret bir səviyyəsidir. 



Məzmun  xətti-  fənn  üzrə  ümumi  təlim  nəticələrinin 

reallaşmasını  təmin  etmək  üçün  müəyyən  olunan  məzmununun 

zəruri hissəsidir.  

Məzmun standartı- dövlətin təhsil alanların bilik və bacarıq 

səviyyəsinə qoyulmuş dövlət tələbdir.  



Qiymətləndirmə 

standartı-təhsil 

alanların 

nailiyyət 

səviyyəsinə qoyulan dövlət tələbidir.  



Təlim  strategiyası-  təhsil  prosesində  istifadə  olunan  forma, 

metod, üsul və vasitələrin məcmusudur.  



Kurikulum- təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi 

ilə bağlı bütün məsələləri  özündə əks etdirən konseptual sənəddir. 



Dərslik-dövlət  təhsil  standartları  əsasında  hazırlanmış 

kurrikulumlara  uyğun  olan,  şagirdlərdə  müstəqil  tədqiqatçılıq  və 

yaradıcılıq vərdişlərinin aşılanmasına, demakratik dünyagörüşünün 

formalaşmasına  imkan  yaradan,  onları  düşünməyə  sövq  edən, 

məntiqi təfəkürü inkişaf etdirən, tətbiqi xarakter daşıyan, inteqrativ 

xüsusiyyətə malik əsas dərs vəsaitidir.  



İnteqrasiya-müəyyən  təhsil  sistemi  çərcivəsində  şagirdlərin 

təfəkküründə  dünyanın  bütöv  və  bölünməz  obrazını  formalaş-

dırmaq,  onları  inkişaf  və  özünüinkişafa  istiqamətləndirmək 

məqsədilə  təlimin  bütün  məzmun  komponentləri  arasında  struktur 

əlaqələri  qurmağı  və  onları  sistemləşdirməyi  tələb  edən  didaktik 

prinsipdir.  Dünyanın  təhsil  təcrübəsində  şaquli  və  üfüqi  olmaqla 

onun iki növündən istifadə edilir.  

Milli  kurikulum-  ölkə  miqyasında  təhsilin  hər  bir 

pilləsindəki  fəaliyyətlərin  həyata  keçirilməsinə  imkan  yaradan  və 

onları istiqamətləndirən konseptual sənəddir.  

Fənn  kurikulumu-  fənn  üzrə  fəaliyyətləri  istiqamətləndirən 

konseptual sənəddir. 



Pedaqoji  innovasiya-  təhsil  müəssisələrində,  pedaqoji 

nəzəriyyələrdə,  müəllim  və  şagirdlərin  fəaliyyətlərində,  təlim-

tərbiyənin məzmununda, forma, üsul və vasitələrində, idarəetmədə, 

məqsəd  və  nəticələrdə,  ümumən,  pedaqoji  sistemdə  baş  verən 

yeniliklərdir.  Onlar  müəyyən  dövr  ərzində  sabit  qalaraq  ənənəvi 

qaydada  davam  etdirilir,  həmin  dövrün  səciyyəvi  pedaqoji 

hadisəsinə cevrilir.  



 

69 


Nəticəyönümlülük-  yeni  kurrikulumların  hazırlanmasında 

nəzərə  alınmış  əsas  prinsiplərindən  biridir.  Bu  pirinsipin  tələbinə 

görə  müəyyən  olunmuş  bacarıqlardan  ibarət  zəruri  məzmun 

nəticələr formasında verilir. 



Taksonomiya-yanan 

sözdür 


(taxus-qayda 

ilə 


yerləşmə+qanun  deməkdir),  təlim  məqsədlərinin  şəbəkəli  və  ya 

sistemli  təsnifatıdır.  Elmi  termin  kimi  ilk  dəfə  botanika  və 

zoologiyada  əmələ  gəlmiş,  heyvanların  və  bitgi  orqanizmilərinin 

qruplara  görə  bölgüsü  anlamında  işlənmişdir.  30-cu  illərdə 

psixologiyada istifadə olunmağa başlanmışdır.  

Şəxsiyyətyönümlülük  –  Milli  Kurrikulumun  hazırlanması 

zamanı nəzərə alınmış didaktik prinsiplərdən biridir. Onun tələbinə 

görə,  kurrikulumların  tərkibində    olan  təlim  standartları, 

strategiyaları 

və 

qiymətləndirmə 



mexanizmləri 

şagird 


şəxsiyyətində  idraki,  hissi  və  psixomotor  bacarıqlar  əsasında 

yaranan  keyfiyyətlərin  formalaşmasına  yönəlir.  Çox  vaxt  bu 

keyfiyyətlər kompetensiyalar (səriştələr, qabiliyyətlər), dəyərlər və 

ya  mədəniyyətlər  terminləri  ilə  ifadə  edilir.  Şəxsiyyətyönümlü 

təhsilin  keyfiyyət  göstəricisi  sadəcə  bilik  və  ya  bacarıqlar  deyil, 

milli  səviyyədə  müəyyən  olunmuş  ümumi  nəticələrə  uyğun 

səviyyənin 

(kompetensiya, 

keyfiyyət 

və 


ya 

mədəniyyət 

göstəricilərinə uyğun səviyyənin) əldə edilməsidir.  

Təhsildə  qiymətləndirmə  sistemi-  beynəlxalq  milli  və 

məktəb səviyyələrində aparılan qiymətləndirməni əhatə edir. Orada 

zəruri  məzmunun  (qiymətləndirmə  standartlarının),  vasitələrin 

(test,  sual  və  s.),  formaların,  üsulların  müəyyənləşdirlməsini  və 

onların reallaşdırılmasına aid prosedurları özündə birləşdirir.  

Fəal (interaktiv) təlim- şagirdlərin idrak fəallığına əsaslanır, 

təhsil  prosesinin  digər  iştirakçıları  ilə  əməkdaşlıq  şəraitinin 

yaradılmasını tələb edir.  

İdrak  fəaliyyəti-  idrak  prosesində  həyata  keçirilən 

fəaliyyətdir.  Psixoloqların  fikrincə,  idrak  fəaliyyətində  bilmək, 

anlamaq,  tətbiq  etmək,  sintez  etmək  və  dəyərləndirmək  əsas 

mərhələlər  hesab  olunur.  Müasir  təhsil  konsepsiyasına  görə, 

şagirdin  təlim  fəaliyyətinin  psixopedaqoji  əsasını  məhz  həmin 

parametrlər  təşkil  edir.  Ona  görə  də  “hafizə  məktəbi”ndən  fərqli 

olaraq  “təfəkkür  məktəbi”ndə  təlim  stanadartları  hazırlanarkən 

onlar əsas götürülür.   



Reproduktiv  sağlamlıq  -  fiziki,  mənəvi  və  sosial  rifah 

vəziyyətidir.  Bu  təkcə  reproduktiv  sistemlə  onun  funksiyası  və 

problemləri  ilə  bağlı  xəstəliklərin  olmaması  demək  deyildir. 

Reproduktuv  sağlamlıq  nəsil  artımı  qabiliyyətinin  olması  və  azad 

seçim  deməkdir.  Bu  sağlamlığın  təməli  yeniyetmə  dövründə 

yaranır və bütün həyat boyu qorunub-saxlanılır. 



Regional ekoloji problemlər –Hər bir region üçün xarakterik 

olan ekoloji problemlər. 




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə