Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə40/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   36   37   38   39   40   41   42   43   ...   55

 
121
2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil 
sistemində islahatlar üzrə Dövlət Proqramı 
Azərbaycan Respublikası Prezidentinin 
2009-cu il “22” may tarixli 295 nömrəli 
Sərəncamı ilə təsdiq edilmişdir 
  
1. Ümumi əsaslar 
1.1. Giriş 
Bütün  dövrlərdə  cəmiyyətin  tərəqqisi  bilavasitə  təhsilin 
inkişafından  və  onun  əhəmiyyətinin  düzgün  qiymətləndirilməsin-
dən  asılı  olmuşdur.  Cəmiyyətin  tələbatı  təhsilin  inkişafını  sürət-
ləndirmiş,  elmi  və  texnoloji  nailiyyətlər  isə  təhsil  sistemi 
qarşısında  həlli  vacib  olan  daha  mürəkkəb  vəzifələr  qoymuşdur. 
Qloballaşmanın geniş vüsət aldığı hazırkı mərhələdə, informasiya 
cəmiyyətində  sosial-iqtisadi  fəaliyyət  sahələrindəki  rəqabətin 
gücləndiyi,  habelə  təbii  resursların  tədricən  tükəndiyi  bir  vaxtda 
təhsilin  rolu  artmaqdadır.  Birləşmiş  Millətlər  Təşkilatı  XXI  əsri 
“təhsil  əsri”  elan  etmişdir.  Yüksək  intellektə  malik  insan 
kapitalının  formalaşmasında,  davamlı  inkişafa  zəmin  yaradan 
güclü  iqtisadiyyatın  qurulmasında  xüsusilə  ali  təhsilin  rolu 
mühüm əhəmiyyət kəsb edir.  
Müasir  dünyada  hər  bir  ölkənin  uğurlu  gələcəyi  həmin 
ölkədə təhsilin səviyyəsi ilə müəyyən olunur. Təcrübə göstərir ki, 
təbii sərvətlərin bolluğu dövlətin inkişafının əsas göstəricisi deyil, 
başlıcası,  bu  sərvətlərin  cəmiyyətin  hərəkətverici  qüvvəsi  olan 
insan  kapitalına  çevrilməsini  təmin  etməkdir.  Bu,  indiki 
mərhələdə təhsil sisteminin ən zəruri vəzifəsidir. ABŞ, Yaponiya, 
Cənubi  Koreya  və  digər  inkişaf  etmiş  ölkələr  malik  olduqları 
maddi  resurslardan  daha  çox  təhsil  sisteminin  yetişdirdiyi  insan 
kapitalından  böyük  gəlirlər  əldə  etmişlər.  Bu  ölkələrdə  inkişafa 
təsir  göstərən  amillər  içərisində  təhsilin  çəkisi  əhəmiyyətli 
dərəcədə yüksək olub təxminən 70 faiz təşkil edir. 
Hal-hazırda  dünyada  aşağıdakı  inkişaf  meylləri  müşahidə 
olunmaqdadır: 


 
122
-  cəmiyyətin  inkişaf  tempinin  sürətlənməsi,  siyasi  və  sosial 
seçim imkanlarının genişlənməsi; 
-  informasiya  cəmiyyətinə  keçid,  ünsiyyət  və  dözümlülük 
amillərinin  vacib  əhəmiyyət  kəsb  etməsi,  mədəniyyətlərarası 
əlaqələrin miqyasının genişlənməsi; 
-  yeni  nəsildə  müasir  təfəkkürün  formalaşmasını  tələb  edən 
və  yalnız  beynəlxalq  əməkdaşlıq  çərçivəsində  həll  edilə  bilən 
qlobal problemlərin sayının artması; 
- iqtisadiyyatın dinamik inkişafı, rəqabətin güclənməsi, sadə 
əmək sferasının məhdudlaşması, mütəmadi olaraq peşə ixtisasının 
artırılmasını  və  yenidən  hazırlanmasını  tələb  edən  ciddi  struktur 
dəyişikliyi; 
-  gənclərin  və  yaşlı  nəslin  təhsilinin  artırılması  nəticəsində 
formalaşan insan kapitalının rolunun yüksəlməsi;  
-  təhsilin  ölkənin  aparıcı  dövlətlər  sırasına  daxil  olmasını 
təmin edən əsas faktor olması;  
- vətəndaşların xaricdə təhsil almasının dəstəklənməsi. 
Bütün  bu  amillər  respublikada  ali  təhsil  sahəsində 
islahatların  istiqamətlərinin,  milli  maraqları  əks  etdirməklə,  qeyd 
olunan  tendensiyalara  uyğun  müəyyənləşdirilməsi  zərurətini 
yaradır. 
  
1.2. Mövcud vəziyyət 
 Azərbaycan  Respublikasında  ali  təhsilin  tədris  proqram-
larını həyata keçirən, 34-ü dövlət və 15-i qeyri-dövlət olmaqla 49 
ali təhsil müəssisəsi fəaliyyət göstərir.  
Ali  təhsil  müəssisələrinin  bakalavr  pilləsində  hazırda 
128650, magistratura pilləsində isə 7940 tələbə təhsil alır. Dövlət 
ali  təhsil  müəssisələrində  tələbələrin  təlim-tərbiyəsi  ilə  22427 
nəfər  professor-müəllim  heyəti  məşğul  olur.  Onların  1000-dən 
çoxu elmlər doktoru, 6 minə qədəri dosentdir. 
Ali məktəblərdə 121 fakültə, 688 kafedra, 100-ə qədər elmi-
tədqiqat laboratoriyası və 4 elmi-tədqiqat institutu mövcuddur.  


 
123
Ali məktəblərin kitabxanalarında 20 milyon nüsxədən ibarət 
kitab fondu vardır.  
Son  illərdə  təhsilin  maliyyələşdirilməsi  sahəsində  ciddi 
irəliləyişə nail olunmuşdur. Belə ki, yalnız dövlət büdcəsindən bu 
sahəyə  ayrılan  ümumi  xərclər  2004-cü  ildəki  308,2  milyon 
manatdan  2008-ci  ildə  1165,8  milyon  manatadək  artmışdır.  Bu 
göstəricilər  ali  təhsil  üzrə  müvafiq  olaraq  20,4  milyon  manatdan 
100,7  milyon  manata  qədər  yüksəlmişdir.  Bununla  yanaşı  digər 
mənbələrdən də ali təhsilə kifayət qədər vəsait daxil olur. 
Son  beş  ildə  təhsilə  qoyulan  investisiya  da  kifayət  qədər 
artmışdır.  Əgər  2005-ci  ildə  təhsilə  8,3  milyon  investisiya 
yönəldilmişdirsə,  bu  rəqəm  2008-ci  ildə  223,5  milyon  təşkil 
etmişdir. 
Ötən əsrin 90-cı illərinin əvvəllərindən Azərbaycanda təhsil 
sahəsində  islahatlar  haqqında  bir  çox  müzakirələr  aparılsa  da, 
islahatın konsepsiyası, həyata keçirilmə mexanizmi olmadığı üçün 
bu  istiqamətdə  işlər  sistemli,  planlı  şəkildə  aparılmamış  və 
epizodik  xarakter  daşımışdır.  Yalnız  1999-cu  ildə  Azərbaycan 
Respublikası  Prezidenti  tərəfindən  “Azərbaycan  Respublikasının 
təhsil sahəsində Đslahat Proqramı” təsdiq olunduqdan sonra bütün 
təhsil  sistemində,  o  cümlədən  ali  təhsil  pilləsində  islahatların 
məqsədyönlü və planauyğun aparılmasına başlanılmışdır. 
Həmin  Proqrama  müvafiq  olaraq  digər  pillələrdə  olduğu 
kimi ali təhsildə də struktur dəyişiklikləri aparılmış, müəssisələrin 
şəbəkəsi  optimallaşdırılmış,  mütəxəssis  hazırlığının  strukturuna 
yeni ixtisaslar əlavə olunmuşdur. 
Təhsil  müəssisələrinə  xeyli  müstəqillik  və  geniş  səlahiy-
yətlər  verilmiş,  bir  sıra  ali  məktəblər  öz  fəaliyyətlərini  özünü-
idarəetmə  prinsipi  əsasında  qurmuşdur.  Həmin  ali  məktəblərin 
dövlət  büdcəsindən  ayrıca  sətirlə  maliyyələşdirilməsi  2001-ci 
ildən etibarən həyata keçirilir. 
“Azərbaycan  Respublikasında  təhsil  sisteminin  təkmilləş-
dirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-
ci  il  13  iyun  tarixli  Fərmanına  müvafiq  surətdə  mülkiyyət 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə