Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
247
təşkilatlarının bu məsələyə göstərdiyi qayğı
və diqqətdə özünü göstərirdi” [1, s. 5-6].
Z.B.Göyüşov problemlərin təhlilinə
keçməzdən əvvəl, burada sistemli yanaşma
əsasında həm xronoloji, həm də məntiqi
təhlil aparmağa cəhd edir. Kitabın birinci
bölməsində Azərbaycan tədqiqatçılarının
dialektik
materializm
probleminə
münasibətləri öyrənilir. N.Nərimanov, Ağa-
malıoğlu, R.Axundov və digər ictimai-si-
yasi xadimlərin bu sahədə mövqeləri təhlil
edilir. Göstərilir ki, marksizm təlimi və
onun davamçıları olan kommunist elita-
sı mühafizəkar mövqedə duraraq, həmin
dövrün ideoloji mübarizəsinin bütün ça-
larlarını öz yaradıcılıqlarında ifadə etmişlər.
Həmin dövr üçün aktual hesab edilən mexanistlərlə marksistlərin polemika-
sına R.Axundov münasibət bildirmişdir. Burada metafiziklik, təftişçilik kimi
keyfiyyətlər
ifşa olunur, marksizm fəlsəfəsinin mövqeləri əsaslandırılır.
Xatırladaq ki, ilk yaradılmış sosialist dövləti ilə bütün kapitalizm dünyası
arasında dərin səddin olması bir çox elm sahələrində, o cümlədən fəlsəfədə
yuxarıda qeyd edilən problemləri yaratmışdır. Sosial-siyasi prinsiplərin təsiri bir
çox elm sahələrinin ləngiməsinə, təhrif olunmuş istiqamətdə inkişafına gətirib
çıxarmışdır.
Birtərəflilik xüsusilə özünü məhz sosial elmlər sahəsində ifadə etmişdir.
“Yeganə doğru olan” elm sayılan marksizm (Marksın təlimindən bəzən çox uzaq
olan), demək olar ki, bütün tədqiq etdiyimiz dövrdə öz təsirini göstərməkdə
davam edirdi. Azərbaycanda bu sahədə daha çox “canfəşanlıq” edənlər adlarını
yuxarıda qeyd etdiklərimizlə yanaşı, S.M.Əfəndiyev, Q.Musabəyov, A.Q.Qarayev,
A.Sultanova və başqaları olmuşdur. Z.B.Göyüşovun haqlı olaraq qeyd etdi-
yi kimi, fəlsəfə sahəsində marksizm ideyalarını müdafiə edənlər sırasında
digər elm sahələrinin nümayəndələri, o cümlədən A.Y.Əfəndiyev, Ə.Y.Seyidov,
B.Həsənbəyov, A.Məmmədbəyov və başqaları da olmuşdur [1, s.14].
Əsərdə qeyd olunur ki, siyasi xadimlər və digər elm sahələrinin
nümayəndələri ilə yanaşı, həm də peşəkar səviyyədə fəlsəfi-elmi tədqiqatların
aparılması üçün xüsusi təşkilat və idarələrin yaradılması respublikada fəlsəfənin
formalaşması və təşəkkül tapması üçün vacib olan amillər idi. XX əsrin 20–30-
cu illərində Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu yaradılmışdır. Burada
digər sosial problemlərlə yanaşı, yeni yaradılmış Fəlsəfə şöbəsində fəlsəfənin
müxtəlif sahələri üzrə tədqiqatlar aparılırdı. Z.Göyüşov özü də vurğulayır ki,
burada aparılan iş sırf ideoloji mübarizə zəminində qurulurdu. Məsələn, Ca-
hangir Nağıyev fəal mövqeyi ilə işçilərdən fərqlənirdi. Onun birbaşa iştirakı ilə
həmin dövrdə BDU-da Fəlsəfə kafedrası, “İnqilab və mədəniyyət” jurnalında isə
“Fəlsəfə” bölməsi açılmışdı [1, s.15].
Avropada Birinci Dünya
müharibəsindən sonra
formalaşan yeni siyasi
münasibətlər və iqtisadi durum
dünyada yeni münasibətin
yaranmasına səbəb olmuşdur.
Məlumdur ki, XX əsrin birinci
yarısında mənəvi həyatda
baş verən bir sıra dəyişikliklər
həm də əvvəlki əsrdə baş
vermiş elmi çevrilişlərlə bağlı
olmuşdur.