Azərbaycan Respublikasının Əmək Məcəlləsi


Maddə 204. Vurulan ziyanın məbləğinin işçi tərəfindən könüllü ödənilməsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə38/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   34   35   36   37   38   39   40   41   ...   57

Maddə 204. Vurulan ziyanın məbləğinin işçi tərəfindən könüllü ödənilməsi 
1. İşəgötürənə ziyan vurmaqda təqsirkar olan işçi həmin ziyanı könüllü surətdə tam və ya qismən 
ödəyə bilər.
2. Vurulan ziyanın könüllü surətdə ödənilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş həddə həyata 
keçirilir.
3. İşəgötürən işçinin razılığı ilə vurulan ziyanı ödəmək üçün möhlət verə bilər.
4. Ziyanın məbləği əvəzinə işçi işəgötürən razılığı ilə korlanmış, itirilmiş əmlakın əvəzinə eynilə 
başqasını verə bilər, habelə şəxsən özü, yaxud öz vəsaiti ilə onu təmir edə bilər.
Maddə 205. İşəgötürənə vurulan ziyanın məbləğinin işçidən tutulması qaydası 
1. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması 
işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir.
2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə 
işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda 
işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
3. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə 
işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.
Maddə 206. Vurulan ziyanın ödənilməsi üçün hakimin prosessual tədbirləri 
1. Məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb 
edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin 
azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər.
2. Əgər tərəflərdən birinə ziyanın vurulması ilə istər işçinin, istərsə də işəgötürənin hərəkət və ya 
hərəkətsizliyi   nəticəsində   cinayət   tərkibi   yaranmışdırsa,   onda   məhkəmə   cinayət   işi   başlayaraq 
qanunvericiliklə müəyyən olunmuş qaydada istintaqın aparılmasının və ziyanın ödənilməsinin təmin 
olunması üçün müvafiq prosessual tədbirlər görür.
IX bölmə. Əməyin mühafizəsi
Otuz üçüncü fəsil. Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri
Maddə 207. Əməyin mühafizəsi normalarını və qaydalarını müəyyən edən qanunvericilik 
1. İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır.
2. Əməyin mühafizəsi normaları və qaydaları bu Məcəllə ilə, səlahiyyətləri çərçivəsində müvafiq icra 
hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktlarla, habelə Azərbaycan Respublikasının 
qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.
3.   Əməyin   mühafizəsi   üzrə   normativ   hüquqi   aktların   tələbləri,   əməyin   mühafizəsi   normaları, 
standartları,   qaydaları   əmək   münasibətlərinin   tərəfləri   və   digər   fiziki   və   hüquqi   şəxslər   üçün 
məcburidir.


Maddə 208. Əməyin mühafizəsi normaları və qaydaları tətbiq edilən iş yerləri 
Bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş əməyin mühafizəsi normaları və 
qaydaları hökmən:

işçilərin; 

istehsalat təcrübəsi keçən tələbə və şagirdlərin; 

müəssisələrdə işə cəlb edilən hərbi qulluqçuların; 

məhkəmə hökmlərinin icrası yerlərində işləyən məhkumların; 

təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət 
rejimində işlərin görülməsinə cəlb edilən şəxslərin çalışdıqları bütün iş yerlərində tətbiq 
edilməlidir. 
Maddə 209. Əməyin mühafizəsinin əsas prinsipləri 
Dövlət hakimiyyəti orqanları, mülkiyyətçilər, işəgötürənlər və işçilər tərəfindən əməyin mühafizəsinin 
təmin olunması əsasən aşağıdakı prinsiplərlə həyata keçirilir:

dövlət hakimiyyəti orqanlarının, mülkiyyətçilərin, işəgötürənlərin və işçilərin əmək şəraitinin 
və əməyin mühafizəsinin yaxşılaşdırılmasına, istehsal qəzalarının, xəsarətlərinin, zədələrinin 
və peşə xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş fəaliyyət birliyi; 

işçinin həyatının və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün 
tutulması; 

əməyin mühafizəsi sahəsində fəaliyyətin iqtisadi və sosial siyasətin digər istiqamətləri ilə, 
habelə ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətlə əlaqələndirilməsi; 

mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələr üçün əməyin 
mühafizəsi sahəsində vahid tələblərin müəyyən edilməsi; 

əməyin mühafizəsi tələblərinin bütün müəssisələrdə yerinə yetirilməsinə müstəqil və səmərəli 
nəzarətin həyata keçirilməsi; 

əməyin mühafizəsi sahəsində ümumbəşəri elmi-texniki tərəqqidən, qabaqcıl təcrübədən geniş 
istifadə edən, habelə təhlükəsizlik texnikası və texnologiyasını,əməyin səmərəli mühafizə 
vasitələrini hazırlayan və tətbiq edən işəgötürənlərin müvafiq qaydada və vasitələrlə 
həvəsləndirilməsi; 

müəssisələrdə əməyin yüksək mühafizəsi şəraitinin yaradılmasına yönəldilmiş vergi 
siyasətinin aparılması; 

əməyin mühafizəsinin maliyyələşdirilməsində dövlətin iştirakı; 

əməyin mühafizəsi normalarının müntəzəm olaraq təkmilləşdirilməsi; 

işçilərin xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə, müalicəvi-profilaktik 
yeməklə və digər vasitələrlə pulsuz təmin edilməsi; 

təhsil və əlavə təhsil müəssisələrində əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması və 
əlavə təhsili; 

istehsalatda baş vermiş hər bir bədbəxt hadisənin hökmən təhqiq edilməsi, uçota alınması, 
təhlil edilməsi və bunun əsasında istehsalat xəsarətlərinin, zədələrinin və peşə xəstəliklərinin 
vəziyyəti barədə işçilərə dürüst məlumatların verilməsi; 

istehsalatda bədbəxt hadisələrdən zərər çəkmiş və ya peşə xəstəliklərinə tutulmuş işçilərin 
mənafelərinin sosial, maddi və mənəvi müdafiəsi; 

həmkarlar ittifaqlarının, müəssisələrin və ayrı-ayrı fiziki, hüquqi şəxslərin əməyin 
mühafizəsini təmin etməyə yönəldilmiş fəaliyyətinə hərtərəfli yardım olunması; 

əməyin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq münasibətlərinin genişləndirilməsi. (
48

58
)


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə