Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə2/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   2   3   4   5   6   7   8   9   ...   57

sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-
profilaktika tədbirləri, normaları və standartları sistemi.
11. Əmək şəraiti — işçinin öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirmək üçün minimum 
normaları bu Məcəllədə nəzərdə tutulan, habelə əmək müqaviləsində (kollektiv müqavilədə, sazişdə) 
tərəflərin özlərinin müəyyən etdiyi əmək, sosial və iqtisadi normaların məcmusu.
12. İşçilərin nümayəndəli orqanı — əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə 
etmək   məqsədi   ilə   işçilərin   könüllü   birləşib   yaratdıqları   nizamnamə   və   müvafiq   qanunvericilik 
əsasında fəaliyyət göstərən həmkarlar ittifaqları təşkilatları (birlikləri).
13.   İşəgötürənlərin   nümayəndəli   orqanı   —   sahibkarlıq   fəaliyyətləri   ilə   əlaqədar   sosial-iqtisadi 
hüquqlarını, mülkiyyət, istehsal və əmək münasibətləri ilə bağlı mənafelərini müdafiə etmək məqsədi 
ilə   işəgötürənlərin   könüllü   birləşib   yaratdıqları   nizamnamə   və   müvafiq   qanunvericilik   əsasında 
fəaliyyət göstərən birliklər.
14.   Kollektiv   tələblər   —   kollektiv   müqavilələrin,   sazişlərin   bağlanması,   onlara   dəyişikliklərin 
edilməsi və icrası, habelə digər əmək, sosial və iqtisadi məsələlərlə bağlı işçilərin, ya da həmkarlar 
ittifaqları orqanının işəgötürən, onların birlikləri və ya müvafiq icra hakimiyyəti orqanları qarşısında 
irəli sürdüyü tələblər.
15. Kollektiv əmək mübahisəsi — kollektiv tələblərdən törəyən fikir ayrılığı.
16.   Fərdi   əmək   mübahisəsi   —   əmək   müqaviləsinin,   kollektiv   müqavilənin,   sazişin   şərtlərinin, 
tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların 
tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığı.
17. Tətil — kollektiv və fərdi əmək mübahisəsini həll etmək məqsədi ilə işçilərin (işçinin) müvəqqəti 
olaraq öz əmək funksiyasının icrasından tam və ya qismən könüllü imtina etməsi. (
37

65
)
Maddə 4. Bu Məcəllənin tətbiq edildiyi iş yerləri 
1.   Bu   Məcəllə   qanunvericiliklə   müəyyən   edilmiş   qaydada   Azərbaycan   Respublikasının   müvafiq 
hakimiyyət   orqanlarının,   fiziki   və   hüquqi   şəxslərin   təsis   etdikləri   mülkiyyət   və   təşkilati-hüquqi 
formasından   asılı   olmayaraq   respublikanın   ərazisində   yerləşən   bütün   müəssisələrdə,   idarələrdə, 
təşkilatlarda (bundan sonra ismin müvafiq halında «müəssisələr»), eləcə də müəssisə yaradılmadan 
işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət 
göstərən   Azərbaycan   Respublikasının   səfirliklərində,   konsulluqlarında,   beynəlxalq   sularda 
Azərbaycan Respublikasının  Dövlət  bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş 
yerlərində tətbiq edilir.
2.  Bu   Məcəllə   işəgötürənin   xammalından   (materialından),   istehsal   vasitələrindən   istifadə   etməklə 
əmək funksiyasını öz evində yerinə yetirən işçilərə də şamil edilir.
3.   Azərbaycan   Respublikasının   qanunlarında   müəyyən   edilmiş   dövlət   büdcəsindən   maliyyələşən  
müəssisələrdə çalışmanın yaş həddi elmi tədqiqat və ali təhsil müəssisələrinə şamil edilmir. (
60

64
)
Maddə 5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular 
1. Azərbaycan  Respublikasının xarici  dövlətlərlə,  beynəlxalq  təşkilatlarla  bağladığı  müqavilələrdə 
başqa   hal   nəzərdə   tutulmayıbsa,   bu   Məcəllə   müvafiq   xarici   dövlətlərin,   onların   fiziki   və   hüquqi 
şəxslərinin,   beynəlxalq   təşkilatların,   eləcə   də   vətəndaşlığı   olmayan   şəxslərin   Azərbaycan 


Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına 
alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.
2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının 
qulluqçularına   onların   hüquqi   statusunu   tənzimləyən   normativ   hüquqi   aktlarla   müəyyən   olunmuş 
xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, 
sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq 
normalar onlara tətbiq edilir.
Maddə 6. Bu Məcəllənin şamil edilmədiyi şəxslər 
Aşağıdakı şəxslərə bu Məcəllə şamil edilmir:
a) hərbi qulluqçulara;
b) məhkəmə hakimlərinə;
c)   Azərbaycan   Respublikasının   Milli   Məclisinin   deputatlarına   və   bələdiyyələrə   seçilmiş 
şəxslərə;
ç) xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını 
Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə 
yetirən əcnəbilərə;
d) podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə 
yetirən şəxslərə.
Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi 
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu 
Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə 
təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək  
münasibətləri elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata  
alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.
2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq  
vəzifələrə  (peşələrə) qəbul edilən  (götürülən) işçilərlə  işəgötürənlər arasında əmək münasibətləri  
əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır.
3. Kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən 
daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti 
nəzərdə   tutula   bilər.   Əmək   müqavilələrinə   işçilərin   hüquqlarını   qüvvədə   olan   qanunvericiliyə, 
kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə 
şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir.
4.   Bilavasitə   əmək   müqaviləsi   bağlanarkən,   habelə   əmək   münasibətləri   prosesində   işəgötürənlə 
işçinin qarşılıqlı razılığı ilə yeni peşəöyrətmə, ixtisasa yiyələnmə müqaviləsi bağlanıla bilər.
5. İşçiyə yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin 
öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan müvafiq müqavilə ilə və yaxud əmək müqaviləsi ilə 


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə