Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə9/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   5   6   7   8   9   10   11   12   ...   57

2. Tərəflər kollektiv müqavilənin yerinə yetirilməsi haqqında müqavilədə nəzərdə tutulmuş müddətdə, 
lakin ildə bir dəfədən az olmayaraq əmək kollektivinə hesabat verməlidirlər.
Altıncı fəsil. Kollektiv saziş
Maddə 35. Kollektiv sazişin növləri 
Münasibətlərin tənzimlənməsi sahəsindən asılı olaraq aşağıdakı kollektiv sazişlər bağlanıla bilər:
a) Baş kollektiv saziş — respublikada sosial-iqtisadi siyasətin aparılmasının razılaşdırılmış 
ümumi prinsiplərini müəyyən edir;
b) Sahə (tarif) kollektiv sazişi — müvafiq sahənin sosial-iqtisadi inkişafı istiqamətlərini, peşə 
qrupları, sahənin işçiləri üçün əmək şəraiti və əmək haqqı, sosial təminatları müəyyən edir;
c)   Ərazi   (rayon)   kollektiv   sazişi   —   ərazi   xüsusiyyətləri   ilə   bağlı   müəyyən   sosial-iqtisadi 
problemlərin həlli şərtlərini müəyyən edir.
Maddə 36. Kollektiv sazişin tərəfləri 
1. Kollektiv saziş aşağıdakı tərəflər arasında bağlanıla bilər:
a)   Baş   kollektiv   saziş   —   müvafiq   icra   hakimiyyəti   orqanı  
[Azərbaycan   Respublikasının 
Nazirlər Kabineti]
 və həmkarlar ittifaqlarının ümumölkə (ölkə) birliyi arasında;
b)   Sahə   (tarif)   kollektiv   sazişi   —   müvafiq   icra   hakimiyyəti   orqanı  
[Azərbaycan 
Respublikasının   nazirlikləri,   dövlət   komitələri,   dövlət   konsernləri,   şirkətləri   və   idarələri]

həmkarlar ittifaqlarının peşələr, sahələr üzrə birlikləri arasında;
c) Ərazi (rayon) kollektiv sazişi — müvafiq icra hakimiyyəti orqanları 
[yerli icra hakimiyyəti 
orqanları]
, həmkarlar ittifaqlarının ərazi birlikləri arasında.
2. Baş, Sahə və Ərazi kollektiv sazişləri üçtərəfli — müvafiq icra hakimiyyəti orqanı, həmkarlar 
ittifaqları birlikləri və işəgötürənlərin nümayəndəli orqanları (birlikləri) arasında bağlanıla bilər. (
37
)
Maddə 37. Kollektiv sazişin hazırlanması və bağlanması qaydaları 
1. Kollektiv  sazişlərin  hazırlanması  və bağlanması  məqsədi ilə danışıqlar aparmaq üçün müvafiq 
tərəflərin bərabər saylı nümayəndələrindən ibarət komissiya yaradılır.
2.  Kollektiv  sazişlərin  hazırlanması  və  bağlanması,   danışıqların  başlama  və   qurtarma   müddəti,  o 
cümlədən həmin sazişlərə dəyişikliklər edilməsi tərəflərin qarşılıqlı razılığı əsasında həyata keçirilir.
3.   Əvvəlki   kollektiv   sazişin   müddətinin   qurtarmasına   üç   ay   qalmış   tərəflərdən   hər   birinin   yeni 
kollektiv   sazişin   bağlanması   məqsədi   ilə   danışıqlara   başlanması   üçün   digər   tərəfi   yazılı   surətdə 
xəbərdar etmək hüququ vardır. Xəbərdarlığı alan tərəf on gündən gec olmayaraq kollektiv sazişin 
bağlanması haqqında danışıqlara başlamalıdır.
4. Danışıqların qeyri-qənaətbəxş getdiyi və başlanma müddəti pozulduğu hallarda müvafiq həmkarlar 
ittifaqları birliyinin qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək hüququ vardır.
5.   Yeni   danışıqlar   qüvvədə   olan   kollektiv   sazişin   müddəti   başa   çatanadək   qurtarmayıbsa,   həmin 


sazişin qüvvəsi tərəflərin razılığı ilə üç ayadək uzadıla bilər.
6.   Bağlanmış   kollektiv   saziş   və   ya   ona   edilmiş   əlavələr   və   dəyişikliklər   yeddi   gün   müddətində 
müvafiq icra hakimiyyəti orqanına 
[Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi 
Nazirliyi]
 məlumat üçün göndərilməlidir.
Maddə 38. Kollektiv sazişin məzmunu 
1. Kollektiv sazişin məzmunu tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.
2. Tərəflər kollektiv sazişə aşağıdakı öhdəlikləri daxil edə bilər:
a)   müvafiq   sahələrin   və   müəssisələrin   iqtisadi   və   təsərrüfat   fəaliyyətinin   yaxşılaşdırılması 
tədbirlərinin müəyyən edilməsi və həyata keçirilməsi;
b) orta əmək haqqının artım səviyyəsinin inflyasiyaya uyğun təmin edilməsi;
c) əmək normalarının və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi;
ç) kompensasiya və əmək haqqına əlavələrin (dövlət tərəfindən müəyyən olunmuş miqdardan 
az olmamaq şərtilə) məbləğinin müəyyən edilməsi;
d) əməyin mühafizəsi üzrə zəruri tədbirlərin həyata keçirilməsi;
e) daha əlverişli əmək şəraitinin müəyyən edilməsi;
ə) məşğulluğa kömək göstərilməsi;
f) təsərrüfatçılığın mütərəqqi forma və üsullarının inkişaf etdirilməsi;
g)   müəssisələrdə   qabaqcıl   texnika   və   texnologiyanın,   elmi-texniki   tərəqqinin   digər 
nailiyyətlərinin tətbiqi;
ğ) tələbata uyğun və rəqabət qabiliyyətli məhsulların istehsalı;
h) ekoloji təhlükəsizliyin təmin edilməsi;
x) müəssisənin bağlanması və işçilərin kütləvi surətdə işdən azad edilməsi hallarından imtina 
edilməsi, işdən çıxarılma hallarının qarşısını ala biləcək tədbirlərin görülməsi;
ı) işçilərin və onların ailə üzvlərinin sosial müdafiəsi üzrə xüsusi tədbirlərin görülməsi;
i)   əlillərin  və   18   yaşınadək   sağlamlıq   imkanları   məhdud   olan   işçilərin,   gənclərin 
(yeniyetmələrin) əməyindən istifadə etməklə əlavə iş yerləri yaradan müəssisələrə güzəştlərin 
müəyyən olunması;
j) əmək intizamının təmin edilməsi. (
44
)
Maddə 39. Kollektiv sazişin qüvvəsi 
1. Kollektiv saziş bir ildən üç ilədək müddətə bağlanıla bilər.


2. Kollektiv saziş imzalandığı və ya sazişdə göstərilən gündən qüvvəyə minir.
Maddə 40. Kollektiv sazişə əlavələr və dəyişikliklər edilməsi qaydası 
1. Kollektiv sazişə əlavələr və dəyişikliklər edilməsi tərəflərin qarşılıqlı razılığı əsasında kollektiv 
sazişdə   müəyyən   edilmiş   qaydada   aparılır.   Əgər   belə   qayda   müəyyən   olunmayıbsa,   əlavələr   və 
dəyişikliklər kollektiv sazişin bağlanması üçün bu Məcəllədə nəzərdə tutulmuş qaydada edilir.
2. Ayrı-ayrı peşə qruplarını əhatə edən müəssisələrin işəgötürənlərinin və ya onların birliklərinin və 
müvafiq həmkarlar ittifaqları birliyinin sahə (tarif) sazişinə qoşulması barədə müraciətləri əsasında 
həmin sazişin tərəfləri ona müvafiq dəyişikliklər edə bilərlər.
Maddə 41. Kollektiv sazişin yerinə yetirilməsinə nəzarət 
1.   Kollektiv   sazişin   yerinə   yetirilməsinə   nəzarəti   tərəflər   və   müvafiq   icra   hakimiyyəti   orqanı 
[Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi]
 həyata keçirir.
2. Nəzarəti həyata keçirən səlahiyyətli şəxslərə bütün zəruri məlumatlar təqdim edilməlidir.
III bölmə. Əmək müqaviləsi
Yeddinci fəsil. Əmək müqaviləsinin bağlanması əsasları və qaydası
Maddə 42. Əmək müqaviləsinin tərəfləri 
1. Əmək müqavilələri sərbəst bağlanır.  Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən  
heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
3. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə 
müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi 
bağlanıla bilməz.
4. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. (
48
)
Maddə 43. Əmək müqaviləsinin məzmunu 
1. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin 
razılığı ilə müəyyən edilir.
2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir:
a) işçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya  
və nömrəsi, pin kodu, verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı;
b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN),  
sığortaedənin   uçot   nömrəsi   (SUN),   hüquqi   ünvanı,   fiziki   şəxs   olduqda   onun   adı,   soyadı,  
atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi  
(SUN), dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN), ünvanı, şəxsiyyətini təsdiq edən  
sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi  
tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı;


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə