Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə11/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   7   8   9   10   11   12   13   14   ...   57

b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsüm 
işlərin yerinə yetirilməsi zamanı;
c)   işin   həcminin   və   davamiyyətinin   qısamüddətli   olduğu   təmir-tikinti,   quraşdırma,   yeni 
texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması, işçinin müxtəlif 
işləri yerinə yetirmək bacarığını yoxlamaq zəruriyyəti olduğu, işçilərin sosial məsələlərinin 
həll edilməsi və bu qəbildən olan digər işlərin görüldüyü hallarda;
ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından 
işçinin   əmək   və   peşə   vərdişlərinin   mənimsənilməsi,   yüksək   peşəkarlıq   səviyyəsinin   əldə 
edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda;
d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, 
müəyyən   səbəbdən   müvafiq   yaşayış   məntəqəsində   müvəqqəti   yaşadığı,   pensiya   yaşına 
çatdıqda işləmək istəyi olduğu hallarda;
e) müvafiq icra hakimiyyəti orqanının 
[Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial 
Müdafiəsi Nazirliyi (Baş Məşğulluq İdarəsi və onun yerli orqanları vasitəsi ilə)]
 göndərişi ilə 
haqqı ödənilən ictimai işlər görülərkən;
ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili 
orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən;
f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə;
g)   bu   Məcəllənin   46-cı   maddəsinin   ikinci   hissəsində   nəzərdə   tutulmuş   qaydada   işçilərlə 
briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda;
ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. (
43

48

58
)
Maddə 48. Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər 
1. Əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət 
sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir.
2.   Əmək   müqaviləsinin   bağlanması   işçinin   müvafiq   yaşayış   məntəqəsində   qeydiyyatının   olub-
olmaması ilə şərtləndirilə bilməz.
3.   Məcburi   köçkün,  onlara   bərabər   tutulan   şəxs  və   ya   qaçqın   statusu   olan,   habelə   Azərbaycan 
Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan 
şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər.
4.   Əmək   müqaviləsi   bağlanılarkən   işçinin   əmək   funksiyasının   xüsusiyyətlərinə   uyğun   olan   peşə 
hazırlığının və ya təhsilinin olması zəruri sayılan hallarda işəgötürənə təhsili barədə müvafiq sənəd 
təqdim edilir.
5. İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək 
şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai 
iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər 
sağlamlığı  haqqında tibbi  arayış təqdim  etməlidirlər.  Belə əmək şəraitli  peşələrin  (vəzifələrin),  iş 
yerlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı  
[Azərbaycan Respublikasının Nazirlər Kabineti] 
tərəfindən təsdiq edilir.


Şəxslər insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşələrə və  
vəzifələrə   qəbul   edilərkən   insanın   immunçatışmazlığı   virusuna   mütləq   tibbi   müayinədən,   işlədiyi  
müddətdə isə vaxtaşırı həmin müayinədən keçməlidirlər.
6. Əmək münasibətlərinə  girən işçidən bu Məcəllədə  nəzərdə  tutulmamış,  habelə  işin (vəzifənin) 
xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır. (
5

13

57
)
Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi 
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək  
müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron  
informasiya   sisteminə   daxil   edilmiş   əmək   müqaviləsi   bildirişinin   həmin   elektron   informasiya  
sistemində   qeydiyyata   alınmasından   və   bu   barədə   işəgötürənə   elektron   qaydada   məlumat  
göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
2. Elektron  informasiya sisteminə  daxil  edilmiş əmək  müqaviləsi  bildirişinin  qeydiyyata  alınması  
barədə   1   iş   günündən   gec   olmayaraq   sistem   vasitəsilə   işəgötürənə   elektron   qaydada   məlumat  
göndərilir.
3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq  
vəzifələrə   (peşələrə)   qəbul   edilən   (götürülən)   işçilərlə   işəgötürənlər   arasında   bağlanılmış   əmək  
müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir.  
Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması,  
təsdiq edilməsi yolverilməzdir.
4.   Əmək   müqaviləsi   bildirişinin   forması   və   onun   elektron   informasiya   sisteminə   daxil   edilməsi  
qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat  
forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində  
əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (
65
)
Maddə 50. Müsabiqə yolu ilə vəzifələrin tutulması zamanı əmək münasibətlərinin tənzimlənməsi 
1. Yerinə yetiriləsi işin, əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq bəzi vəzifələri tutmaq üçün 
işəgötürən müəyyən olunmuş qaydada müsabiqə elan edə bilər.
2. Müəyyən vəzifələrin müsabiqə yolu ilə tutulması bir qayda olaraq elm, təhsil müəssisələrində elmi, 
elmi-pedaqoji   fəaliyyətlə   bağlı   vəzifələr   üzrə   elan   edilir.   İşçilərin   elan   olunmuş   müsabiqədə 
bərabərhüquqlu iştirakı təmin edilməlidir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla,  
yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir. (
40
)
3. Müsabiqə işçinin (müvafiq vəzifəni tutmaq iddiasında olan şəxsin) sənədləri, elmi işləri, kadr-uçot 
məlumatları üzrə və ya müsahibə, test üsulu ilə və yaxud bu üsulların hər ikisindən istifadə olunmaqla 
qarışıq üsulla keçirilə bilər.
4.   Müsabiqənin   keçirilməsi   şərtlərini   və   vəzifələrin   müsabiqə   yolu   ilə   tutulması   qaydasını 
tənzimləyən   normativ   hüquqi   aktı   müvafiq   icra   hakimiyyəti   orqanı  
[Azərbaycan   Respublikasının 
Nazirlər Kabineti]
 qəbul edir.
5. Müvafiq vəzifəni tutmaq üçün elan olunmuş müsabiqənin qalibi ilə işəgötürən  müəyyən edilmiş  
qaydada müddətli və ya müddətsiz əmək müqaviləsi bağlayır.
6. Müsabiqə yolu ilə vəzifəni tutmuş işçinin əmək müqaviləsinə xitam verilməsi, habelə onların digər 


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə