Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə12/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   8   9   10   11   12   13   14   15   ...   57

əmək münasibətləri heç bir istisnaya yol verilmədən yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla 
və qaydada tənzim edilir.
7. Keçirilmiş müsabiqənin nəticələri ilə razılaşmayan iddiaçı müsabiqə komissiyasının qərarı qəbul 
edildiyi   gündən   bir   ay   müddətində   məhkəməyə   müraciət   edə   bilər.   Məhkəmə   müsabiqənin 
qanunvericiliyin   tələblərini   pozmaqla   və   ya   qeyri-obyektiv   keçirildiyini   müəyyən   etdikdə   onun 
nəticələrini ləğv edir. Bu halda qətnamədə göstərilən hallar aradan qaldırılmaq şərti ilə müsabiqə 
yenidən keçirilir. (
48
)
Maddə 51. Sınaq müddəti 
1. Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını 
yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq 
olmamaq şərti ilə müəyyən edilir.
2. Sınaq müddəti işçinin faktik olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin 
əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı 
dövrlər sınaq müddətinə daxil edilmir.
3. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.
Maddə 52. Sınaq müddəti müəyyən edilməyən hallar 
Əmək müqaviləsi bağlanılarkən sınaq müddəti:

yaşı 18-dən az olan şəxslərlə

müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla; 

hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına 
böyüdən kişilərə; 

təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə; 

ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə; 

iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə; 

tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda müəyyən edilmir. (
48
)
Maddə 53. İşə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi qaydası 
1. Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək 
müqaviləsini poza bilər.
2. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi 
sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə 
yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər.
3. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı 
özünü   doğrultmadığına   görə   işəgötürən   tərəfindən   əmək   müqaviləsinə   xitam   verilməsi   şərti 
göstərilməlidir.
4. Sınaq müddətində  özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış 
əmri (sərəncamı) ilə xitam verilə bilər.
Səkkizinci fəsil. Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini 
tənzimləyən hüquq normaları


Maddə 54. Əmək şəraitinin təmin edilməsi 
1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini 
təmin etməlidir:

peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi; 

əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi

əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi; 

sanitariya və gigiyena normalarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması; 

əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi; 

əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş 
vaxtında yerinə yetirilməsi; 

bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunması; 

işçilərin qanunvericiliklə müəyyən olunmuş məcburi dövlət sosial sığorta edilməsi; 

işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, 
texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması; 

insanın immunçatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün 
münasib iş şəraitinin (xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi  
müayinələr üçün icazələrin verilməsi və s.) yaradılması; 

əmək müqavilələrində, kollektiv müqavilələrdə nəzərdə tutulan şərtlər. 
2.   Bu   Məcəllə   ilə   müəyyən   olunmuş   hallar   istisna   edilməklə,   əmək   şəraitinin   şərtləri   birtərəfli 
qaydada dəyişdirilə bilməz. (
48

57
)
Maddə 55. Əmək şəraitinin əlavə şərtləri 
Əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu 
Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək 
əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta 
məbləği,   sosial   təminat   və  yardımlar,   habelə  heç  bir  norma  ilə   məhdudlaşdırılmayan   digər  əlavə 
şərtlər müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, 
habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir.
Maddə 56. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi 
1. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və 
vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir.
2. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən 
başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar 
etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə 
keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci 
hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.
3. Bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən müəyyən edilən 
əmək şəraitinin əlavə şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola 
bilməz.
4. Azı 50 nəfər işçi çalışan müəssisədə işçilərin ümumi sayının on faizindən çoxunun əmək şəraitinin 
şərtlərinin   pisləşməsinə   səbəb   olan   dəyişikliklər   aparılarkən   bunun   hansı   məqsədlə   edilməsi 
əsaslandırılmaqla işəgötürən müvafiq icra hakimiyyəti orqanına 
[Azərbaycan Respublikasının Əmək 
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Baş Məşğulluq İdarəsi və onun yerli orqanları vasitəsi ilə)] 


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə