Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə15/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   11   12   13   14   15   16   17   18   ...   57

haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında 
işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyə 
edə bilər.
8. Bu maddə ilə müəyyən edilmiş işçilərin attestasiyasının keçirilməsinin digər qaydaları müvafiq icra 
hakimiyyəti orqanı 
[Azərbaycan Respublikasının Nazirlər Kabineti]
 tərəfindən təsdiq edilən normativ 
hüquqi aktla tənzimlənir.
Maddə 66. Attestasiya olunmayan işçilər 
Aşağıdakı işçilərin attestasiyası keçirilmir:

vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət 
(yaralanma, travma, kontuziya) almış və əlil olmuş işçilər; 

Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə 
görə dövlət təltiflərinə və fəxri adlara layiq görülmüş işçilər; 

bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan 
işçilər; 

hamilə qadınlar; 

uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir 
ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən 
kişilər)

yaşı 18-dən az olan işçilər

bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər; 

eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu 
müəyyən edilmiş işçilər; 

kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər; 

Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər. (
40

47

50

Maddə 67. İşçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi 
1.   Attestasiya   komissiyası   tərəfindən   barəsində   tutduğu   vəzifəyə   uyğun   olmadığı   haqqında   qərar 
çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-
ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.
2.   İşəgötürən   attestasiya   komissiyasının   tövsiyəsini   nəzərə   alaraq   işçinin   razılığı   ilə   onu   başqa 
müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.
3.   İş   yerlərinin   attestasiyasının   keçirilməsi   nəticəsində   onların   kütləvi   şəkildə   ixtisar   edilməsi 
yolverilməzdir.
4. İş yerinin  attestasiyasının  keçirilməsinin  nəticələrinə  əsaslanaraq  işəgötürən  tərəfindən  işçilərin 
əmək müqavilələri ləğv edilə bilməz.
5. İşçilərin  və iş yerlərinin  attestasiyası  komissiyalarının  qərarlarını  qanunsuz, əsassız, qərəzli  və 
qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilərlər.
6. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən 
tərəfindən   əmək   müqaviləsi   ləğv   edilən   və   ya   başqa   vəzifəyə   (peşəyə)   keçirilən   işçinin   iddiası 
əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə 
baxılır.


Maddə 67-1. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin 
sertifikasiyası
1.   Azərbaycan   Respublikasında   praktik   tibb   və   ya   əczaçılıq   fəaliyyəti   ilə   məşğul   olan   işçilərin  
peşəkarlıq   səviyyəsinin   və   peşə   yararlılığının   yoxlanılması   məqsədi   ilə   həmin   işçilər   «Əhalinin  
sağlamlığının   qorunması   haqqında»   Azərbaycan   Respublikasının   Qanununda   nəzərdə   tutulmuş  
qaydada sertifikasiyaya cəlb edilirlər.
2. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən  
sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən  
kişilərin) sertifikasiyası keçirilmir.
3.   Ali   və   orta   ixtisas   tibb   təhsil   müəssisələrini,   o   cümlədən   rezidenturanı   bitirmiş   şəxslər  
qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi, ixtisasını qanunvericiliyə uyğun  
olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il  
müddətində sertifikasiyadan keçirilmirlər.
4.   Sertifikasiyadan   qanunvericiliyə   uyğun   olaraq   keçməyən   işçilərin   praktik   tibb   və   ya   əczaçılıq  
fəaliyyətinə buraxılmasına yol verilmir.
5.   Sertifikasiyadan   «Əhalinin   sağlamlığının   qorunması   haqqında»   Azərbaycan   Respublikasının  
Qanununa   uyğun   olaraq   təkrarən   keçməyən   işçinin   praktik   tibb   və   ya   əczaçılıq   fəaliyyətinə  
buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə  
müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər. (
50
)
Onuncu fəsil. Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları
Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları 
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:
a) tərəflərdən birinin təşəbbüsü;
b) əmək müqaviləsinin müddətinin qurtarması;
c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
ç)   müəssisənin   mülkiyyətçisinin   dəyişməsi   ilə   əlaqədar   (bu   Məcəllənin   63-cü   maddəsinin 
ikinci hissəsində göstərilən işçilər);
d) tərəflərin iradəsindən asılı olmayan hallar;
e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası 
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini 
ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının 


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə