Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə23/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   19   20   21   22   23   24   25   26   ...   57

1. Bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş  
yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram  
günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı  
olmayaraq bir saat qısaldılır.
2. Altıgünlük iş həftəsi ilə işləyən müəssisələrdə bilavasitə səhərisi gün istirahət günü olan iş gününün 
müddəti 6 saatdan çox ola bilməz. (
39

48
)
Maddə 109. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə 
cəlb olunmuş işçilərin əməyinin ödənilməsi 
Bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab  
edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə  
nəzərdə tutulan qaydada ödənilir. (
39

48
)
On altıncı fəsil. Məzuniyyət hüququ və onun təmin edilməsi
Maddə 110. İşçilərin məzuniyyət hüququ 
1.   İşçilər   vəzifəsindən   (peşəsindən),   əmək   şəraitindən   və   əmək   müqaviləsinin   müddətindən   asılı 
olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
2. Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən 
istifadə etmək hüququ vardır.
3.   İşçilərin   bu   Məcəllə   ilə   müəyyən   edilmiş   məzuniyyət   hüququ   və   ondan   istifadə   qaydaları 
məhdudlaşdırıla bilməz.
Maddə 111. Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları 
1. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə 
tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin 
pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək 
stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.
2.   Əmək   müqaviləsində,   habelə   kollektiv   müqavilələrdə   məzuniyyətdə   olan   işçilər   üçün   əlavə 
təminatların verilməsi nəzərdə tutula bilər.
Maddə 112. Məzuniyyətin növləri 
1. İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir:
a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti;
b) sosial məzuniyyət;
c)   təhsilini   davam   etdirmək   və   elmi   yaradıcılıqla   məşğul   olmaq   üçün   verilən   təhsil   və 
yaradıcılıq məzuniyyəti;
ç) ödənişsiz məzuniyyət.
2. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətlərin digər növləri nəzərdə tutula 


bilər. (
40

48
)
Maddə 113. Əmək məzuniyyəti və onun verildiyi iş ili 
1.   Əmək   məzuniyyəti   —   işçinin   normal   istirahəti,   əmək   qabiliyyətinin   bərpası,   sağlamlığının 
mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi, müddəti bu 
Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim 
günü ilə hesablanır.
2. Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik 
əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara 
verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər.
3. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və 
növbəti   ilin   həmin   günü   başa   çatır.   Əgər   işçinin   iş   ili   onun   əmək   məzuniyyətinə   çıxmaq   üçün 
müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra 
verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş 
ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən 
birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər.
On yeddinci fəsil. Əmək məzuniyyətlərinin müddətləri
Maddə 114. Əsas məzuniyyət və onun müddətləri 
1. Əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti 
bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş məzuniyyətdir.
2. İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.
3. Aşağıdakı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir:
a) kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə;
b)   məsul   vəzifələrdə   (vəzifənin   məsulluğu   işin   xüsusiyyətləri   nəzərə   alınmaqla   işəgötürən 
tərəfindən müəyyən edilir)  qulluq keçən  dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə 
və mütəxəssislərinə;
c)  xüsusi   təhsil  müəssisələri   istisna   olmaqla,  təhsil   müəssisəsində  pedaqoji   iş   aparmayan 
rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin 
rəhbərlərinə;
ç)  təhsil  müəssisələrinin   metodistlərinə,   baş   ustalarına,   istehsalat   təlimi   ustalarına, 
təlimatçılarına, kitabxanaçılarına,  laborantlarına,  emalatxana rəhbərlərinə,  dayələrə, dəyişək 
xidmətçilərinə, bədii rəhbərlərinə;
d) elmi dərəcəsi olmayan elmi işçilərə;
e) həkimlərə, orta tibb işçilərinə və əczaçılara.
4. Natamam iş vaxtı (natamam iş günü və ya natamam iş həftəsi) şəraitində işləyən işçilərə əmək 
məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində, yerinə 
yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir.


5. Mövsümi işlərdə çalışan işçilərə əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda hər iş  
ayına görə iki təqvim günündən az olmayan müddətə verilir.
6. Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin  
təqvim günlərinə daxil edilmir və ödənilmir. (
34

48

49

58
)
Maddə 115. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin 
müddətləri 
1.  Yeraltı   işlərdə   çalışan,   əmək   şəraiti   zərərli   və   ağır,   habelə   əmək   funksiyası   yüksək   həssaslıq, 
həyəcan,   zehni   və   fiziki   gərginliklə   bağlı   olan   işçilərə   əməyin   şəraitinə   və   əmək   funksiyasının 
xüsusiyyətlərinə   görə   əlavə   məzuniyyətlər   verilir.   Əmək   şəraitinə   və   əmək   funksiyasının 
xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.
2. Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən zərərli və 
ağır istehsalatların, peşə və vəzifələrin siyahısı əlavə məzuniyyətlərin müddəti göstərilməklə müvafiq 
icra hakimiyyəti orqanı 
[Azərbaycan Respublikasının Nazirlər Kabineti]
 tərəfindən təsdiq edilir.(
14
)
Maddə 116. Əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası 
1. Əmək stajından asılı olaraq işçilərə:

beş ildən on ilədək əmək stajı olduqda — 2 təqvim günü

on ildən on beş ilədək əmək stajı olduqda — 4 təqvim günü; 

on beş ildən çox əmək stajı olduqda — 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. 
2.   Əmək   stajına   görə   əlavə   məzuniyyətin   müddəti   işçinin  
bir   müəssisədə
  işəgötürənlə   əmək 
müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu əmək stajına işçinin 
əmək müqaviləsi üzrə faktik işlədiyi müddətdən başqa yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, 
habelə   bu   Məcəllənin   179-cu   maddəsində   nəzərdə   tutulan   hallarda   iş   yeri   və   orta   əmək   haqqı 
saxlanıldığı dövrlər daxil edilir.
3. Əmək stajına görə (o cümlədən əmək şəraitinə görə) əlavə məzuniyyətlər bu Məcəllənin 118, 119, 
120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir. (
2

14
)
Maddə 117. Uşaqlı qadınların əlavə məzuniyyətləri 
1. Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 
2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan 
qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
2.   Uşaqlarını   təkbaşına   böyüdən   ataların,   həmçinin   uşaqları   övladlığa   götürmüş   şəxslərin   bu 
maddənin birinci hissəsində nəzərdə tutulan əlavə məzuniyyət hüququ vardır.
3.   Bu   maddə   ilə   müəyyən   edilmiş   əlavə   məzuniyyət   hüququ   müvafiq   təqvim   ilinin   sonunadək 
uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır.
4.   Bu   maddə   ilə   müəyyən   edilmiş   əlavə   məzuniyyətlər   bu   Məcəllənin   118,   119,   120   və   121-ci 
maddələrində göstərilən işçilərə verilmir. (
44
)
Maddə 118. Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri 


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə