Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə19/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   15   16   17   18   19   20   21   22   ...   57

razılığının alınması tələb olunmur. (
34

43
)
On ikinci fəsil. Əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və 
xitamının sənədləşdirilməsi qaydaları
Maddə 81. Əmək müqavilələri bağlanmasının sənədləşdirilməsi 
1. Kargüzarlıq işini tənzimləmək məqsədi ilə zəruri hallarda bağlanmış əmək müqaviləsi qüvvəyə 
mindikdən sonra işəgötürənin mülahizəsinə əsasən onun əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilə 
bilər.
2. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək 
münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır.
Maddə 82. Başqa işə keçirilmə və buna müvafiq digər halların sənədləşdirilməsi 
Bu Məcəllədə  nəzərdə  tutulmuş hallarda  əmək  funksiyasının,  əmək şəraitinin  və onun şərtlərinin 
dəyişdirilməsi,  habelə əvəzçilik  qaydasında əmək  müqaviləsinin  bağlanması  işəgötürənin müvafiq 
məzmunda   əmri   (sərəncamı,   qərarı)   ilə   sənədləşdirilə   bilər.   Bu   zaman   əmək   müqaviləsinin 
bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir.
Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası 
1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu 
fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, 
istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 
68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək 
müqaviləsinin   ləğv   edilməsi   işəgötürənin   əsaslandırılmış   əmri   (sərəncamı,   qərarı)   ilə 
rəsmiləşdirilməlidir.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən 
imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və 
işəgötürənin   son   haqq-hesabı   (istifadə   edilməmiş   əmək   məzuniyyətinə   görə   pul   əvəzi,   işçiyə 
ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu 
1.   Əmək   müqaviləsinin   ləğv   edilməsi   haqqında   işəgötürənin   əmrinin   (sərəncamının,   qərarının) 
məzmununda aşağıdakı məlumatlar göstərilir:

müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu 
imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; 

işçinin adı, atasının adı və soyadı; 

əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; 

əmək müqaviləsinin ləğv edilməsinin əsası; 

həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin 
müvafiq maddəsi, hissəsi və bəndi; 

əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; 

əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas 
hesab olunan rəsmi sənədlər. 
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi 


göstərilməyən   əmr   (sərəncam,   qərar)   əmək   mübahisəsini   həll   edən   məhkəmə   tərəfindən   etibarsız 
hesab edilə bilər.
3.   Əmək   müqaviləsinin   ləğv   edilməsi   barədə   işəgötürənin   əmri   (sərəncamı,   qərarı)   yalnız   bu 
maddənin birinci  hissəsində göstərilən  məlumatlar  olan sadə formada, həmçinin  normativ  hüquqi 
aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən 
ibarət formada tərtib edilə bilər.
Maddə 85. Əmək müqavilələrinin sənədləşdirilməsinin uçotu qaydaları 
1.   İşəgötürən   bağlanmış   əmək   müqavilələrinin,   onlara   edilən   dəyişikliklərin,   bu   müqavilələrlə 
əlaqədar   verilmiş   əmrlərin   (sərəncamların,   qərarların),   habelə   digər   əmrlərin   (sərəncamların, 
qərarların) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını 
aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və 
kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır.
2. İşəgötürən qeydiyyat kitabını xüsusi uçot sənədi kimi saxlamalı və aparılan qeydlər səliqə ilə həmin 
kitaba   yazılmalıdır.   Kitabdakı   qeydlərin   qaralanmasına,   pozulmasına,   səhifələrin   cırılmasına, 
dəyişdirilməsinə yol verilmir.
3.   Bu   maddədə   göstərilən   sənədlərin   uçotu   və   qeydiyyatı   istər   kompüter   proqramları   vasitəsiilə, 
istərsə də əl üsulu ilə həyata keçirilərkən işəgötürən tərəfindən uçot sənədlərinin mühafizəsi təmin 
olunmalıdır.
Maddə 86. Əmək müqavilələrinin və əmrlərin saxlanılmasının təmin edilməsi 
1.   İşəgötürən   bağlanmış   əmək   müqavilələrini,   onlarda   aparılan   dəyişiklikləri,   verilmiş   əmrləri 
(sərəncamları, qərarları) beş il müddətində saxlamağa borcludur, onların məhv edilməsi, itirilməsi, 
korlanması yolverilməzdir.
2. Müəssisə ləğv edildikdə işəgötürəndə saxlanılan əmək müqavilələri müəyyən olunmuş qaydada 
müvafiq   dövlət   arxivinə   təhvil   verilir.   Müəssisə   yenidən   təşkil   olunduqda   və   ya   mülkiyyətçisi 
dəyişdikdə isə həmin müqavilələr yeni işəgötürənə təhvil verilir.
3. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin (sərəncamın, qərarın) əsli, işəgötürən tərəfindən 
əmək   müqaviləsinin   mühafizə   edilməsi   barədə   bu   maddənin   birinci   hissəsi   ilə   müəyyən   edilmiş 
qaydada və müddətdə saxlanılması təmin edilməlidir.
Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 
1.   İşçinin   əmək   fəaliyyəti   haqqında   sənəd   əmək   kitabçası   hesab   edilir.   İşçinin   əmək   fəaliyyəti 
haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən 
çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
Ailə kəndli təsərrüfatı üzvlərinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəd bələdiyyələr 
tərəfindən verilən vəsiqə hesab edilir.
2. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, 
başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.
3. İşdən çıxan işçilərə əmək kitabçası  əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) 
verilir.


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə