Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə27/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   23   24   25   26   27   28   29   30   ...   57

1. Əmək məzuniyyəti işçinin arzusu  və işəgötürənin razılığı  ilə hissələrə bölünərək verilə bilər, bu 
şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmasın. 
Əmək   məzuniyyətinin   bir   hissəsindən   istifadə   edildiyi   hallarda   onun   qalan   hissəsi   həmin 
məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunadək, yaxud işçinin arzusu ilə növbəti 
iş ilinin əmək məzuniyyətinə birləşdirilib verilir.
2. Müstəsna hallarda  — istehsalatda  baş vermiş qəzanın  nəticələrinin  aradan qaldırılması,  habelə 
təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda əmək məzuniyyətində olan işçi ancaq onun razılığı 
ilə məzuniyyətdən geri çağırıla bilər. Əmək məzuniyyətindən geriçağırma əmrlə (sərəncamla, qərarla) 
rəsmiləşdirilməlidir.
3. Əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə ya işə başladığı gündən etibarən  
əməkhaqqı hesablanır və  işlədiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri 
(əvəzgün) verilir, ya da işə başladığı gündən etibarən işçiyə əmək haqqı hesablanır, istifadə edilməmiş 
məzuniyyət  günlərinə düşən məzuniyyət  pulunun məbləği  ondan tutulur  və məzuniyyətin  istifadə 
edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək bu Məcəllənin 140-cı maddəsində 
nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir.
4. İşçinin təşəbbüsü ilə əmək məzuniyyətindən geriçağırılma yalnız işəgötürənin mülahizəsi ilə həyata 
keçirilə bilər. (
48
)
Maddə 138. Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması 
1. Bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) 
ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı, vəzifəsi (peşəsi), 
verilən   məzuniyyətin   növü,   müddəti,   müvafiq   iş   ili,   məzuniyyətin   başlandığı,   qurtardığı   və 
məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir.
2. Məzuniyyətin  verilməsi  barədə əmr  (sərəncam,  qərar)  məzuniyyətin  başlanmasına  azı  beş gün 
qalmış verilir və işçi onunla tanış edilir.
3.   İşəgötürən   məzuniyyətlərin   verilməsinin   uçotunu   dürüst   və   vaxtında   aparmağa   borcludur. 
Məzuniyyətlərin verilməsinin uçotu işçilərin iş illəri, məzuniyyətlərin növləri, müddətləri, verildiyi 
vaxt   və   müvafiq   əmrin   (sərəncamın,   qərarın)   nömrəsi,   tarixi   göstərilməklə   aparılmalıdır. 
Məzuniyyətlərin   verilməsi   işəgötürənin   imkanlarına   müvafiq   olaraq   kompüter   proqramları   və   ya 
sadələşdirilmiş kargüzarlıq yolu ilə aparılır.
4. Əmək məzuniyyətlərinin verilməsinin düzgünlüyünün təmin olunması məqsədi ilə məzuniyyətlərin 
uçotu işçilərin iş illəri üzrə aparılmalıdır.
İyirmi ikinci fəsil. Məzuniyyət vaxtı üçün əmək haqqının ödənilməsi qaydaları
Maddə 139. Məzuniyyət haqqı ödənilərkən nəzərə alınan əmək haqqı növləri 
1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə 
olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu, Məcəllənin 154-cü maddəsinin 
birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə 
alınır.
2.   Məzuniyyət   vaxtı   üçün   orta   əmək   haqqının   hesablanması   zamanı   nəzərə   alınan   və   alınmayan 
ödənişlərin   geniş   siyahısı,   habelə   məzuniyyət   vaxtı   üçün   orta   əmək   haqqının   əmsallaşdırılması 
qaydası müvafiq icra hakimiyyəti orqanı 
[Azərbaycan Respublikasının Nazirlər Kabineti]
 tərəfindən 


müəyyən edilir.
Maddə 140. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi 
1.   Məzuniyyət   vaxtı   üçün   ödənilən   orta   əmək   haqqı   onun   hansı   iş   ili   üçün   verilməsindən   asılı 
olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən 
edilir.
2. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi 
tam təqvim aylarına əsasən hesablanır.
3. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim 
ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır 
və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük 
əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının 
məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.
4. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması 
qaydası əmək müqaviləsinin ləğvi ilə əlaqədar işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi 
ödənilərkən də tətbiq edilir.
5. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış 
ödənilir.
6. Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün 
orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə 
məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablana bilər.
7. Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada 
əmsallaşdırılıb ödənilməlidir. (
35
)
Maddə 141. Məzuniyyətdə olan işçiyə əlavə sosial-məişət müavinətlərinin ödənilməsi 
1.   Əmək   müqaviləsində   və   ya   kollektiv   müqavilədə,   həmçinin   kollektiv   müqavilə   olmayan 
müəssisədə,   habelə   büdcədən   maliyyələşdirilən   idarələrin,   təşkilatların   saxlanması   xərclərinin 
smetasında işçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması müəyyən məbləğdə 
sosial-məişət   müavinətinin   ödənilməsi,   müəssisənin   vəsaiti   hesabına   istirahət-sağlamlıq 
müəssisələrinə   göndərilməsi,   eləcə   də   işçinin   ailə-məişət   şəraitinin   yaxşılaşdırılması   üçün   digər 
tədbirlərin   görülməsinə   maddi   yardımın   verilməsi   nəzərdə   tutulmuşdursa,   məzuniyyət   pulunun 
ödənilməsi ilə yanaşı müəyyən edilmiş müavinətlər, yardımlar da ödənilir.
2. Müvafiq icra hakimiyyəti orqanı 
[Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi 
Nazirliyi]
, həmçinin işəgötürən və ya işəgötürənlərin nümayəndəli orqanı işçilərə məzuniyyət vaxtı 
üçün   bu   maddənin   birinci   hissəsində   nəzərdə   tutulmuş   ödənclərin,   yardımların   verilməsini 
tənzimləyən qaydalar hazırlayıb qəbul edir.
Maddə 142. Məzuniyyət vaxtı orta əmək haqqını ödəmək üçün vəsaitin mənbələri 
1. Məzuniyyət vaxtının əmək haqqı əməyin ödənilməsi üçün nəzərdə tutulan vəsait hesabına ödənilir.
2.   İşəgötürən   bu   Məcəllənin   141-ci   maddəsində   göstərilən   qaydada   müəyyən   edilmiş   ödənclərin 
verilməsi üçün vəsaiti və onun mənbəyini müəyyən etməlidir.


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə