Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə24/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   20   21   22   23   24   25   26   27   ...   57

1. Aşağıdakı işçilərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir:
a) illik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan təhsil müəssisələrinin 
rəhbər   işçilərinə,   tərbiyəçilərinə,   təlimatçılarına,   dərnək   və   musiqi   rəhbərlərinə, 
konsertmeysterlərə, akkompaniatorlara, xormeysterlərə və başqa musiqi işçilərinə;
b) bütün ixtisas və adlardan olan müəllimlərə (məşqçi müəllimlərdən başqa);
c)   uşaq   birliyi   rəhbərlərinə,   magistrlərinə,   praktik   psixoloqlara,   loqopedlərə, 
surdopedaqoqlara;
ç) təhsil müəssisələrinin tərbiyəçilərinə (ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və  
xüsusi internat məktəblərinin tərbiyəçilərindən başqa), eşitmə kabinetlərinin təlimatçılarına, 
dərnək rəhbərlərinə, hərbi rəhbərlərə, bədən tərbiyəsi rəhbərlərinə;
d) sosial müdafiə orqanlarının və səhiyyə təşkilatlarının bilavasitə pedaqoji fəaliyyətlə məşğul 
olan işçilərinə;
e) elmi tədqiqat müəssisələrinin, habelə ali  təhsil müəssisələrinin  elmi tədqiqat bölmələrinin 
elmlər   doktoru   elmi   dərəcəsi   olan   əməkdaşlarına,   rəhbərlərinə   və   onların   elmi   işlər   üzrə 
müavinlərinə, elmi katiblərinə;
ə) müvafiq elmi şuranın qərarı əsasında müstəqil elmi tədqiqat işləri aparan elmi işçilərə.
2. Aşağıdakı işçilərə əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir:
a) uşaq evlərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, 
musiqi rəhbərlərinə, praktik psixoloqlara;
b) metodika kabinetlərinin və mərkəzlərinin rəhbərlərinə, metodistlərinə və təlimatçılarına;
c)   ümumtəhsil   internat   məktəbləri,   xüsusi   məktəblər   və   xüsusi   internat   məktəblərinin  
tərbiyəçilərinə;
ç) məktəbdənkənar uşaq müəssisələrinin dərnək rəhbərlərinə, kütləvi işçilərinə;
d) məşqçi müəllimlərə;
e) elmi tədqiqat müəssisələrinin, habelə ali  təhsil müəssisələrinin  elmi tədqiqat bölmələrinin 
fəlsəfə   doktoru  elmi   dərəcəsi   olan   əməkdaşlarına,   rəhbərlərinə   və   onların   elmi   işlər   üzrə 
müavinlərinə, elmi katiblərinə. (
58
)
Maddə 119. Fizioloji keyfiyyətləri ilə bağlı işçilərin məzuniyyətlərinin müddətləri 
1. Yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək 
işçilərə isə 35 təqvim günündən az olmayaraq verilir.
2. Əlilliyin  qrupundan,  səbəbindən  və  müddətindən  asılı   olmayaraq   işləyən  əlillərə  və  sağlamlıq  
imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti azı 42 təqvim günü verilir. (
44
)
Maddə 120. Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərin əmək məzuniyyətinin müddəti 


Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət  (yaralanma, 
travma, kontuziya) alan işçilərə, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 
1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş,  
lakin   döyüş   əməliyyatlarında   iştirak   etməmiş   hərbi   qulluqçulara,  İstiqlal   ordeni   ilə,   habelə 
Azərbaycan   Respublikasının   suverenliyi   və   ərazi   bütövlüyünün   müdafiəsi   ilə   bağlı   digər   dövlət 
təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir. (
23

47
)
Maddə 121. Teatr-tamaşa və bunlara uyğun digər müəssisələrin işçilərinin əmək məzuniyyətləri 
Teatr-tamaşa   müəssisələrinin,   televiziya,   radio   və   kinematoqrafiya   qurumlarının   bədii   və   artist 
heyətlərinə   əmək   məzuniyyəti   42   təqvim   günü,   bilavasitə   səhnəyə   xidmət   edən   işçilərinə   isə   35 
təqvim günü müddətində verilir.
On səkkizinci fəsil. Yaradıcılıq və təhsil məzuniyyətləri
Maddə 122. Yaradıcılıq məzuniyyətləri və onların müddətləri 
1. İşəgötürənlə əmək münasibətlərində olmaqla yanaşı  aspiranturada,  doktoranturada müvafiq elmi 
dərəcə   almaq   üçün   təhsilini   davam   etdirən   işçilərə   dissertasiya   işlərini   tamamlamaq,   həmçinin 
müəlliflərə dərsliklər və ya dərs vəsaiti yazmaq üçün ödənişli yaradıcılıq məzuniyyətləri verilə bilər.
2.  Fəlsəfə   doktoru  elmi   dərəcəsi   almaq   üçün   dissertasiya   işini   tamamlamaqdan   ötrü   iki   təqvim 
ayınadək, elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü isə üç 
təqvim   ayınadək   ödənişli   yaradıcılıq   məzuniyyəti   verilir.   Bu   yaradıcılıq   məzuniyyətlərindən   işçi 
müvafiq elmi şuranın qərarına uyğun olaraq ona verilən arayış əsasında istifadə edir.
3. İşləməklə yanaşı doktoranturada təhsil alan (o cümlədən doktoranturaya daxil olmaq üçün) işçilərə 
hər tədris ilində 30 təqvim günü ödənişli məzuniyyət verilir.
4. Dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə müvafiq icra hakimiyyəti orqanının 
qərarı ilə və arayışı əsasında 3 ayadək ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər.
5. Müvafiq elmi şura və ya müvafiq icra hakimiyyəti orqanı yaradıcılıq məzuniyyətlərinin müddətini 
və   onlardan   istifadə   olunması   məsələlərini   qabaqcadan   işəgötürənlə   məsləhətləşməklə   müəyyən 
etməlidir.
6. Yaradıcılıq məzuniyyəti müddətində ödənilən əmək haqqı işçinin vəzifəsi (peşəsi) üçün müəyyən 
olunmuş aylıq əmək haqqından hesablanır. (
58
)
Maddə 123. Ödənişli təhsil məzuniyyətləri 
1. İşləməklə yanaşı təhsil alan işçilərə aşağıdakı ödənişli təhsil məzuniyyətləri verilir:
a) müvafiq tədris mövsümü sessiyalarında tədris-təlimdə iştirak etmək, laboratoriya işlərini 
yerinə yetirmək, yoxlamaları və imtahanları vermək üçün;
b) dövlət imtahanlarını vermək üçün;
c) diplom layihəsini (işini) hazırlamaq və müdafiə etmək üçün.
2. Ödənişli təhsil məzuniyyəti müddətində işçiyə bu Məcəllənin 177-ci maddəsində nəzərdə tutulmuş 
qaydada müəyyən edilən orta əmək haqqı ödənilir.


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə