Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə32/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   28   29   30   31   32   33   34   35   ...   57

2. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də 
müəyyən edilə bilər.
3. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü  və ya  iş günü hesab 
edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.
4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
5.   Əmək   haqqının   verilməsi   işəgötürənin   təqsiri   üzündən   gecikdirildikdə   və   bu   hal   fərdi   əmək 
mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində 
ödənc   verilməlidir.   Bu   hal   əmək   mübahisəsi   yaratdıqda   həmin   mübahisə   bu   Məcəllənin   «Əmək 
mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.
6. İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş 
vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət 
üçün orta əmək haqqı ödənilməlidir.
Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən 
edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat 
uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən 
və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi 
başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq 
maliyyə   vəsaitləri   ilə   bağlı   əməliyyatların   düzgün   aparılmaması,   bankın   müflisləşməsi,   həmçinin 
görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi 
nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə 
görə imkanı olmadığı hallara şamil edilmir. (
39

48
)
Maddə 173. İşçilərin haqq-hesab sənədləri 
1. İşəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün 
mühasibat   hesablamaları   əks   etdirilən   işçilərin   haqq-hesab   sənədlərini   (kitabçalarını,   vərəqələrini, 
çeklərini) tərtib edir.
2. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar 
göstərilir:

hesablanmış əmək haqqının ümumi məbləği; 

əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri; 

əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği

faktik ödənilən məbləğ; 

tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği. 
3.   Haqq-hesab   sənədləri   (kitabçaları,   vərəqələri,   çekləri)   onları   tərtib   edən   mühasib   tərəfindən 
imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir. İşçinin arzusu ilə haqq-hesab sənədi 
(kitabçası, vərəqəsi, çeki) mühasibatda saxlanıla bilər.
4. Bu maddə ilə müəyyən edilmiş əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların 
aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsiilə də aparıla bilər. 
Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla 
tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilə bilər. (
48
)
Maddə 174. Əmək haqqının verilmə yeri, forması və ödənilmə vahidi 


1. Əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir.
2. Əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə 
bilər.
3. İşçinin razılığı ilə əmək haqqının 20 faizə qədəri mütənasib dəyərli natura formasında müəssisədə 
istehsal edilən istehlak malları ilə, spirtli içkilər,  tütün məmulatları,  narkotik  vasitələr və psixotrop 
maddələr  və mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyəsi məhdudlaşdırılmış) digər  
əşyalar istisna olunmaqla, məişətdə işlədilən digər gündəlik tələbat malları ilə əvəz edilib verilə bilər.
4. Əmək haqqı Azərbaycan Respublikasının pul vahidi — manatla ödənilir. (
38

48
)
Maddə 175. Əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası 
1. Əmək haqqından müvafiq məbləğlər, bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə, yalnız 
işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.
2. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur:
a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari 
ödəmələr;
b) qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ;
c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən 
onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği;
ç) müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda 
məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu;
d)   xidməti   ezamiyyətə   göndərilən   işçiyə   avans   olaraq   verilmiş   ezamiyyə   xərclərinin 
ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği;
e) mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində 
artıq verilmiş məbləğlər;
ə)   təsərrüfat   ehtiyaclarından   ötrü   malların,   əmtəələrin   alınması   üçün   verilmiş,   lakin 
xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği;
f) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ;
g) həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan  
və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına  
köçürülən həmkarlar ittifaqına üzvlük haqları.
3. İşəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı 
gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir 
ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən 
sonra işçidən həmin məbləğlər tutula bilməz.
4.   İşdənçıxma   müavinəti   və   qanunvericiliyə   müvafiq   olaraq   vergi   tutulmayan   digər   ödənclərdən 
məbləğlərin tutulmasına yol verilmir.


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə