Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə30/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   26   27   28   29   30   31   32   33   ...   57

1.   Əmək   haqqı   əmək   müqaviləsi   ilə   müəyyən   edilmiş   məbləğdən,   habelə   bağlanmış   kollektiv 
müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq 
ödənilir.
2. Yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) 
adlarının   və   tarif   (ödəniş)   dərəcələrinin   müəyyən   edilməsi   qüvvədə   olan   tarif-ixtisas   sorğu 
kitabçalarına uyğun olaraq həyata keçirilir.
3. Əmək normalarını daha yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirən işçilərin ixtisas dərəcəsi 
birinci növbədə və ya işəgötürənin mülahizəsi ilə növbədənkənar artırılır.
4. Azı 3 ay daha yüksək dərəcə üzrə işləmiş və ya ixtisas imtahanlarını vermiş işçinin ona yüksək 
ixtisas dərəcəsi verilməsini işəgötürəndən tələb etmək hüququ vardır. İşçilərin bu tələbi işəgötürən 
tərəfindən təmin olunmalıdır.
5. İstehsal, texnologiya intizamının pozulmasına və məhsulun keyfiyyətinin pisləşməsinə səbəb olan 
ciddi pozuntulara yol verən işçinin ixtisası bir dərəcə aşağı salına bilər. İşçinin aşağı salınan dərəcəsi 
ümumi qaydada, lakin aşağı salındıqdan ən azı 3 ay sonra artırıla bilər.
6. Əməyinin ödənilmə dərəcəsi aşağı salınmış işçinin əvvəlki dərəcəsi ən azı 3 aydan sonra müsbət 
nəticələr əldə edildiyi halda bərpa edilə bilər.
7.   İşəgötürən   həmkarlar   ittifaqları   təşkilatının   iştirakı   ilə   işçilərin   müəyyən   olunmuş   qaydada 
attestasiyasını keçirməklə attestasiyanın nəticələrinə əsasən işçilərin əməyinin ödənilmə dərəcələrini 
müəyyən edilmiş hüdudlarda artırmaq və ya aşağı salmaq hüququna malikdir.
Maddə 157. Əməyin ödənilməsi sistemi və növləri 
1. İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin 
ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər.
2.   Əmək   müqaviləsi   üzrə   öhdəliklərin   yerinə   yetirilməsində,   istehsalın   səmərəliliyinin   və   işin 
keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o 
cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq 
edilə bilər.
3. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, ona əlavələr və mükafatlar daxildir.
4. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə 
müəyyən edilən əmək haqqının əsas hissəsidir.
5. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə 
işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.
6. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması 
məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul 
vəsaitidir. (
48
)
Maddə 158. Əməyin ödənilməsi sistemlərinin tətbiqi qaydaları 
1. Əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələrin, mükafatların, 
digər   həvəsləndirici   ödənclərin   miqdarı   kollektiv   müqavilələrlə,   əmək   müqavilələri   ilə   müəyyən 


edilir,   kollektiv   müqavilənin   bağlanmadığı   hallarda   isə   əmək   müqaviləsi   ilə   və   ya   işəgötürənlə 
həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir.
2. Büdcədən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsi sistemi, növləri və 
məbləği müvafiq icra hakimiyyəti orqanı 
[Azərbaycan Respublikasının Nazirlər Kabineti]
 tərəfindən 
müəyyən edilir.
3. İşçinin əmək haqqının miqdarı onun əmək funksiyasının icrasının nəticələri, şəxsi işgüzarlıq və 
peşəkarlıq səviyyəsi ilə müəyyən edilir və hər hansı hədlə məhdudlaşdırıla bilməz.
Maddə 159. Xüsusi şəraitdə tətbiq edilən əmək haqqı 
1. Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş 
yerlərində  işçilərin   əmək   haqqının  yüksək  məbləğdə   ödənilməsini   təmin   edən  artımlar  (əmsallar) 
müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq 
icra hakimiyyəti orqanı 
[Azərbaycan Respublikasının Nazirlər Kabineti]
 tərəfindən təsdiq edilir.
2. Bu Məcəllənin 91-ci, 92-ci və 93-cü maddələri ilə müəyyən edilmiş qısaldılmış iş vaxtı şəraitində  
çalışan işçilərin əməkhaqları normal iş vaxtı üçün müəyyən edilən tam məbləğlərdə ödənilir. (
48
)
Maddə 160. Müxtəlif işlər üzrə əmək funksiyası yerinə yetirilərkən əməyin ödənilməsi 
1. Vaxtamuzd işçi eyni zamanda müxtəlif işlər, vəzifələr, peşələr və ya ixtisas dərəcələri üzrə əmək 
vəzifələrini yerinə yetirdikdə, habelə müəyyən edilmiş normalardan artıq dəzgaha, maşına, aparata 
xidmət etdikdə, onun əməyi daha yüksək haqq verilən ixtisas (peşə) dərəcələri, tarif (vəzifə) maaşları 
üzrə ödənilir və əmək haqqına əlavə müəyyən edilir.
2. İşəmuzd işçilərin əməyi görülən işin işəmuzd qiymətləri üzrə ödənilir. Təsərrüfat subyektinin hər 
hansı   sahəsində   işçilərə   verilmiş   ixtisas   (peşə)   dərəcələrindən   aşağı   tarif   müəyyən   edilmiş   işlər 
istehsalat xarakterinə görə işəmuzd işçilərə tapşırılarsa, həmin işləri yerinə yetirən işçilərə dərəcələr 
arasındakı fərq ödənilir. Əgər işçi hasilat normasını yerinə yetirərsə, lakin onun ixtisas dərəcəsi ilə 
yerinə yetirilən işin dərəcəsi arasında ən azı 2 dərəcə fərq olarsa, ona həmin dərəcələr arasındakı fərq 
ödənilir.
3. Dərəcələrarası fərqin məbləği, müxtəlif peşələr (vəzifələr) üzrə işlər yerinə yetirilərkən, habelə 
əlavə dəzgah və qurğulara xidmətə görə yüksək əmək haqqı məbləğinin müəyyən edilməsi və onun 
ödənilməsi   şərtləri   kollektiv   müqavilələrlə,   əmək   müqavilələri   ilə   müəyyən   edilir.   Kollektiv 
müqavilənin   bağlanmadığı   hallarda   isə   bu,   işəgötürənlə   həmkarlar   ittifaqları   təşkilatı   tərəfindən 
müəyyən edilir.
Maddə 161. Peşələr (vəzifələr) əvəz edildikdə əməyin ödənilməsi 
1. Əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyası ilə yanaşı müəyyən edilmiş iş vaxtı ərzində 
işçi tərəfindən  digər müvafiq  peşələr  (vəzifələr)  üzrə əmək  funksiyasının  tam  və ya qismən  icra 
olunduğu hallarda onun əmək haqqına əlavə müəyyən edilib ödənilməlidir.
2. Peşələr (vəzifələr) üzrə əmək funksiyasının icra edilməsinə görə əmək haqqına əlavənin miqdarı 
kollektiv müqavilə və ya tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində nəzərdə tutulan qaydada 
müəyyən edilir. (
48
)
Maddə 162. Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi 


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə