Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə28/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   24   25   26   27   28   29   30   31   ...   57

İyirmi üçüncü fəsil. Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət 
hüququnun tənzimlənməsi qaydası
Maddə 143. Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi 
1.   Müvafiq   iş   ilinin   (illərinin)   məzuniyyətindən   istifadə   etməmiş   işçi   ilə,  bu   Məcəllənin   70-ci 
maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla, 
qalan hallarda  əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona 
məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.
2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə, 
ona  bu  Məcəllənin   144-cü  maddəsi   ilə   müəyyən   edilmiş   qaydada   və  şərtlərlə  istifadə  edilməmiş 
məzuniyyətə görə pul əvəzi ödənilir. 
(1)
Maddə 144. İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi 
1. Əmək müqaviləsi ləğv edilənədək əmək münasibətlərində olan işçilərə bu Məcəllə ilə müəyyən 
edilmiş   məzuniyyətləri   faktik   olaraq   verməyərək   həmin   məzuniyyətlərin   pul   ilə   əvəz   edilməsi 
qadağandır.
2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan 
günədək   hər   hansı   şərt   və   ya   məhdudiyyət   qoyulmadan   istifadə   etmədiyi   bütün   iş   illərinin   əsas 
məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
3.   Əmək   münasibətlərinə   xitam   verilərkən   bu   Məcəllənin   115   və   116-cı   maddələrində   nəzərdə 
tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə 
görə pul əvəzi verilmir.
4. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili 
başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər. 
(
11

35
)
Maddə 145. Məzuniyyətlərin verilməsi zamanı kollektiv müqavilələrlə və ya əmək müqavilələri ilə 
tənzimlənən qaydalar 
İşəgötürən   həmkarlar   ittifaqları   təşkilatı   ilə   birlikdə   və   ya   öz   mülahizəsiilə   vəsaiti   hesabına 
məzuniyyətlərin   bu   Məcəllədə   nəzərdə   tutulmuş   müddətlərindən   az   olmamaq   şərti   ilə   başqa   növ 
məzuniyyətlərin,   onların   müddətlərinin   artırılmasını,   məzuniyyətə   gedərkən   işçilərə   müvafiq 
miqdarda   sosial-məişət   müavinətinin,   sanatoriya-kurort   müalicəsinin   xərclərinin   ödənilməsini   və 
məzuniyyətdən səmərəli istifadə etmək üçün məzuniyyət dövründə işçilərin ayrı-ayrı kateqoriyalarına 
və   ya   kollektivin   bütün   üzvlərinə   əlavə   maddi-məişət   güzəştlərinin   verilməsini,   habelə   digər 
tədbirlərin həyata keçirilməsini kollektiv müqavilələrdə və yaxud əmək müqaviləsində nəzərdə tuta 
bilər.
Maddə 146. Müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məzuniyyətə 
buraxılmasının tənzimlənməsi 
1. Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə 
tutulan şərtlərlə və qaydalarda işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları 
və  operativ  surətdə  qarşısı  alınmayan  digər  hallar   mövcud  olduqda,  işəgötürənin   təqsiri  olmadan 
istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud 
ödənişsiz   məzuniyyətə   buraxıla   bilərlər.   Bu   halda   ödənişsiz   məzuniyyətin   müddəti   işçinin   bu 


Məcəllədə   nəzərdə   tutulmuş   qaydada   müəyyən   edilmiş   əsas   məzuniyyətinin   iki   illik   müddətinin 
cəmindən çox olmamalıdır.
2. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup 
halında   ödənişsiz   məzuniyyətə   buraxılması   yolverilməzdir.   Bu   hal   işəgötürənin   təqsiri   üzündən 
boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə 
əmək haqqı ödənilir.
VI bölmə. Əmək normaları, əməyin ödənilməsi normaları, 
qaydaları və təminatları
İyirmi dördüncü fəsil. Əmək normaları və işəmuzd qiymətləri
Maddə 147. Əmək normaları 
1. Əmək normaları — hasilat normaları, vaxt normaları, xidmət normaları və işçilərin say normaları 
işçilər üçün texnikanın, texnologiyanın əldə edilmiş səviyyəsinə uyğun olaraq müəyyən edilir.
2. Əməyin təşkilinin və ödənilməsinin kollektiv formaları şəraitində, qəbul edilmiş əmək normaları 
bazasında hesablanan genişləndirilmiş, habelə kompleks əmək normaları da tətbiq edilə bilər.
3. İş yerlərinin attestasiyası keçirilərək səmərəliliyi daha da artırılarkən və əmək məhsuldarlığının 
artmasını təmin edən yeni texnika, texnologiya və təşkilati-texniki tədbirlər tətbiq edilərkən mövcud 
əmək normaları mütləq yeni normalarla əvəz edilməlidir.
4. Hasilat normaları elə müəyyən edilməlidir ki, tam iş vaxtı ərzində işçi əmək funksiyasını yerinə 
yetirmək imkanına malik olsun və onun əmək haqqının məbləği qanunvericiliklə müəyyən edilmiş 
minimum məbləğdən aşağı olmasın.
Maddə 148. Əmək normalarının tətbiqi, dəyişdirilməsi və onlara yenidən baxılması 
1. Əmək normalarının  tətbiqi,  dəyişdirilməsi  və onlara yenidən  baxılması  kollektiv  müqavilələrlə 
müəyyən edilir, kollektiv müqavilə bağlanmadıqda isə həmkarlar ittifaqları ilə razılaşdırma əsasında 
işəgötürənlər tərəfindən həyata keçirilir.
2. Yeni əmək normalarının qəbulu və tətbiqi barədə işçilərə ən azı iki ay qabaqcadan rəsmi məlumat 
verilməlidir.
3.   Vahid   və   eynitipli   sahələrarası   və   ya   sahə   normaları   onları   təsdiq   etmiş   orqanlar   tərəfindən 
dəyişdirilir, təkmilləşdirilir və onların müəyyən etdikləri qaydada qüvvəyə minir.
4.   Ayrı-ayrı   işçilər,   yaxud   onların   kollektiv   qurumları   (briqada)   öz   təşəbbüsləri   ilə   yeni   üsul   və 
qabaqcıl   təcrübəni,   iş   metodlarını   tətbiq   etməklə   məhsul   istehsalında,   işlərin,   xidmətlərin 
görülməsində, habelə əmək şəraitinin daxili imkanlar hesabına təkmilləşdirilməsi nəticəsində yüksək 
göstəricilər əldə etdikdə qüvvədə olan əmək normalarına yenidən baxılması qadağandır.
5.   Sahələrarası   normalar   müvafiq   icra   hakimiyyəti   orqanı  
[Azərbaycan   Respublikasının   Nazirlər 
Kabineti]
  tərəfindən   həmkarlar   ittifaqlarının  ümumölkə   (ölkə)  birliyi   ilə   məsləhətləşməklə,   sahə 
normaları isə işəgötürənlərin peşələr, sahələr üzrə birlikləri tərəfindən müvafiq həmkarlar ittifaqları 
və   müvafiq   icra   hakimiyyəti   orqanı  
[Azərbaycan   Respublikasının   nazirlikləri,   dövlət   komitələri, 
dövlət konsernləri, şirkətləri və idarələri]
 ilə razılaşdırmaqla təsdiq edilir. (
37
)


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə