Azərbaycan Respublikasının Əmək Məcəlləsi


Maddə 124. Təhsil məzuniyyətlərinin müddətləri



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə25/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   21   22   23   24   25   26   27   28   ...   57

Maddə 124. Təhsil məzuniyyətlərinin müddətləri 
1. Ali məktəblərin axşam şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama 
və  imtahan   verdikləri   dövrdə hər  tədris  ilində   birinci   və ikinci  kurslarda  20  təqvim  günü,  qalan 
kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir.
2.   Orta   ixtisas   məktəblərinin   axşam   şöbələrində   oxuyan   işçilərə   laboratoriya   işlərini   yerinə 
yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 10 
təqvim günü, qalan kurslarda 20 təqvim günü müddətində məzuniyyət verilir.
3. Ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, 
yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, 
qalan kurslarda 40 təqvim günü, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə 
isə   birinci   və   ikinci   kurslarda   20   təqvim   günü,   digər   kurslarda   30   təqvim   günü   müddətində 
məzuniyyət verilir.
4. Ali və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə dövlət imtahanları 
dövründə 30 təqvim günü müddətində məzuniyyət verilir.
5. Diplom işinin hazırlandığı və müdafiə edildiyi dövrdə ali təhsil müəssisələrinin qiyabi şöbələrində 
təhsil alan işçilərə 4 təqvim ayınadək, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan 
işçilərə isə 2 təqvim ayınadək məzuniyyət verilir.
6. Peşə məktəblərində,  peşə litseylərində  istehsalatdan  ayrılmadan  təhsil alan işçilərə  imtahanlara 
hazırlaşmaq və imtahanları vermək üçün tədris ilində 30 təqvim günü müddətində məzuniyyət verilir.
7.  Ümumtəhsil   müəssisələrinin  qiyabi   qruplarında   təhsil   alan   işçilərə   buraxılış   siniflərində 
imtahanlarını vermək üçün 20 təqvim günü müddətində məzuniyyət verilir.
8. Bu maddədə nəzərdə tutulmuş məzuniyyətlərdən təhsil proqramları ilə müəyyən edilən dövrlərdə, 
təhsil müəssisəsinin verdiyi arayış əsasında istifadə oluna bilər. (
58
)
On doqquzuncu fəsil. Sosial məzuniyyətlər
Maddə 125. Hamiləliyə və doğuşa görə məzuniyyətlər 
1. Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan 
əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. 
Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü 
müddətində verilir.
2. Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı 
müddətlərdə verilir:
a) normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 
təqvim günü);
b) doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 
86 təqvim günü);
c) iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və 
doğuşdan sonra 110 təqvim günü).


Maddə 126. Uşaqları övladlığa götürmüş qadınların məzuniyyət hüquqları 
İki   aylığadək   yaşında   uşağı   övladlığa   götürən,   yaxud   övladlığa   götürmədən   böyüdən   qadınlar 
doğuşdan sonra müəyyən edilmiş 56 günlük sosial məzuniyyətdən, həmçinin bu Məcəllənin 117-ci 
maddəsi   ilə   müəyyən   edilmiş   əlavə   və   127-ci   maddəsində   nəzərdə   tutulmuş   qismən   ödənişli 
məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
Maddə 127. Qismən ödənişli sosial məzuniyyət hüququ və ondan istifadə qaydaları 
1. Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam 
olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən 
qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər.
2. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, 
yaxud hissə-hissə istifadə edə bilər.
İyirminci fəsil. Ödənişsiz məzuniyyətlər
Maddə 128. Ödənişsiz məzuniyyətdən istifadə hüququ 
Qohumluq   borcunun   yerinə   yetirilməsi   ilə   bağlı   ailə,   məişət   və   başqa   sosial   məsələləri   təxirə 
salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji 
keyfiyyətlərinə   görə   işdən   ayrılmaq   zərurəti   olduqda   işçinin   ödənişsiz   məzuniyyətlərdən   istifadə 
etmək hüququ vardır.
Maddə 129. Ödənişsiz məzuniyyətlərin növləri 
1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi  və ya  tərəflərin 
qarşılıqlı razılığı ilə verilir.
2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan 
hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti  altı aydan çox  
olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. (
48
)
Maddə 130. İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləri 
İşçilərin  xahişi  və işəgötürənin razılığı  ilə  bir iş ilində  aşağıdakı hallarda və müddətdə ödənişsiz 
məzuniyyətlər verilir:
a)   həkim   məsləhət   komissiyasının   rəyi   əsasında   xroniki   xəstəliyə   tutulmuş   uşağı   olan 
valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə — uşaq dörd 
yaşına çatanadək;
b) arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə — 14 təqvim gününədək;
c) 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara — 14 
təqvim gününədək;
ç) əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə, sağlamlıq imkanları məhdud olan  
18 yaşınadək işçilərə — təqvim ayınadək;
d) müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə — 14 təqvim gününədək;


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə