Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə33/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   29   30   31   32   33   34   35   36   ...   57

5. Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş 
əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi 
nəticəsində verilən məbləğlər işçidən tutula bilməz.
6. İşçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əmək haqqının müvafiq hissəsi kommunal 
xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq 
kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının 
tələbi ilə işçinin borcları əmək haqqından tutula bilməz. (
12

63
)
Maddə 176. Əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması 
1. Hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan 
əmək   haqqının   iyirmi   faizindən   və   müvafiq   qanunvericilikdə   nəzərdə   tutulmuş   hallarda   isə   əlli 
faizindən artıq ola bilməz.
2. Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək 
haqqının əlli faizi saxlanmalıdır.
3. Bu maddənin birinci və ikinci hissələri ilə müəyyən edilmiş məhdudiyyətlər islah işləri çəkərkən
habelə  alimentlərin  tutulması,  sağlamlığa  vurulmuş ziyanın  ödənilməsi,   ailəni  dolandıranın   itkisi  
nəticəsində   zərər   çəkmiş   şəxslərə   vurulmuş   ziyanın   ödənilməsi   və   cinayət   nəticəsində   vurulmuş  
ziyanın ödənilməsi zamanı işçiyə verilən əmək haqqından məbləğlərin tutulmasına şamil edilmir. (
12
)
İyirmi yeddinci fəsil. Orta əmək haqqı və onun saxlanılması üzrə təminatlar
Maddə 177. Orta əmək haqqı və onun hesablanması qaydası 
1. Orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun 
tərkibinə   daxil   olan   ödənclərin   bu   Məcəllədə   və   digər   normativ   hüquqi   aktlarda   nəzərdə   tutulan 
qaydada müəyyən olunan məbləğdir.
2. Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta 
əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı 
iş   günlərinin   sayına   bölünməklə   bir   günlük   əmək   haqqı   tapılır   və   alınan   məbləğ   əmək   haqqı 
saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.
3. 2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada hesablanır: işçinin faktik 
işlədiyi   günlər   ərzində   qazandığı   əmək   haqqını   həmin   günlərə   bölməklə   bir   günlük   əmək   haqqı 
müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulur.
4. Orta əmək haqqı müəyyən edilərkən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin 
ödənilməsi üzrə bütün növ ödənclər hesaba alınır.
5. Orta əmək haqqının hesablanması qaydası bu Məcəllənin 60, 77, 123, 170, 172, 179, 181, 198, 224, 
230, 232, 236, 243, 244, 245 və 293-cü maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilir.
6. Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müvafiq icra hakimiyyəti 
orqanı 
[Azərbaycan Respublikasının Nazirlər Kabineti]
 tərəfindən müəyyən edilir.
Maddə 178. Əməyin ödənilməsinin təminatları 
1. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən 


edilmiş  əmək   haqqını   bu  Məcəllənin  172-ci  maddəsi   ilə   müəyyən   edilmiş   müddətlərdə   ödəməyə 
borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə 
nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.
2. Müəssisənin ləğv edildiyi hallarda birinci növbədə işçilərin əmək haqqı, sosial müdafiə xarakterli 
bütün ödəmələri, o cümlədən istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, bu Məcəllənin 77 və 239-
cu maddələri ilə müəyyən edilmiş ödəmələri, habelə müəssisənin fəaliyyəti dayandırıldığı günə işçiyə 
verilməli   olan   digər   ödənclər   işəgötürən   tərəfindən   ödənilməlidir.   Müəssisənin   müflisləşməsi 
nəticəsində iflasa uğradığı hallarda isə işçilərə həmin ödənclər qanunvericilikdə nəzərdə tutulmuş 
qaydada ödənilməlidir.
3. Əgər bu maddənin ikinci hissəsində göstərilmiş hallarda ödəncləri ödəməyə işəgötürənin maddi-
maliyyə imkanı yoxdursa, onda işçilərə həmin ödənclər müəssisənin əmlakı satılmaqla və ya müvafiq 
normativ hüquqi aktlarla müəyyən edilən qaydada dövlət tərəfindən yaradılmış təminat sistemi ilə 
ödənilməlidir.
Maddə 179. İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar 
1. İşçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə 
yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı 
ödənilməlidir.
2. Aşağıdakı hallarda işçinin iş yeri və orta əmək haqqı saxlanılır:
a) şahid, zərərçəkmiş şəxs, ekspert, mütəxəssis, tərcüməçi, hal şahidi sifəti ilə təhqiqat, ibtidai 
istintaq və məhkəmə orqanlarına çağırıldıqda;
b) ictimai ittihamçı və müdafiəçi, ictimai təşkilatların və əmək kollektivlərinin, habelə qanuni 
və ya etibarnamə əsasında işçilərin nümayəndəsi qismində məhkəmə iclaslarında iştirak etmək 
üçün cəlb edildikdə;
c)   andlılar,   münsiflər   və   kollektiv   mübahisələrin   həlli   üçün   yaradılan   əmək   arbitrajının 
tərkibinə daxil edildikdə;
ç) seçkilərin hazırlanması və keçirilməsi dövründə, habelə seçici siyahılarının hazırlanması  
dövründə dairə və məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvü olduqda;
d)   müvafiq   dövlət   hakimiyyəti   orqanlarının   ictimai   təşkilatların   keçirdiyi   forumlarda, 
müşavirələrdə, iclaslarda və digər tədbirlərdə iştirak etmək üçün işəgötürən tərəfindən və ya 
onun razılığı ilə cəlb olunduqda;
e)   kollektiv   danışıqların   aparılmasına,   kollektiv   müqavilələrin,   sazişlərin   hazırlanması   və 
bağlanmasında iştirak etməyə, kollektiv əmək mübahisələrinin həlli üçün barışdırıcı, vasitəçi, 
arbitr və digər nümayəndə qismində cəlb edildikdə;
ə) fərdi əmək mübahisələrinin həlli zamanı məhkəmə araşdırmalarının aparılmasında iştirak 
etdikdə;
f) mülkiyyətçinin maraqlarının və qanuni mənafelərinin müdafiəsi üçün məhkəmələrdə iqtisadi 
mübahisələrin həllində iştirak etmək üçün cəlb edildikdə;
g) hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlarda 


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə