Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə31/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   27   28   29   30   31   32   33   34   ...   57

1. Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan 
işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.
2. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə 
əmək  haqqına  əlavə  müəyyən  edilib  verilir.   Bu əlavə   işçinin  və  işgötürənin   qarşılıqlı   razılığı   ilə 
müəyyən edilir.
Maddə 163. Əvəzçilik üzrə əmək haqqının ödənilməsi 
1. Əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi mövcud əmək şəraiti nəzərə alınmaqla faktik 
yerinə yetirilən işə görə ödənilir.
2.  Əvəzçilik  üzrə   işləyənlərin  tarif  (vəzifə)  maaşı,  mükafatlandırılması,   əmək  haqqına  əlavələrin, 
artımların verilməsi əsas işçilər üçün müəyyən olunmuş qaydalara uyğun olaraq həyata keçirilir.
Maddə 164. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü 
görülən işə görə əməkhaqqının ödənilməsi 
1. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə  
görə əməkhaqqı aşağıdakı kimi ödənilir:

əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı 
olmamaqla; 

əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; 

aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə 
gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq 
vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı 
olmamaqla. 
2. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş  
işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. (
39

48
)
Maddə 165. İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi 
1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi 
ödənilir:

əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən 
aşağı olmamaqla; 

əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli 
(ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq 
məbləğində. 
2. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə 
daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.
3. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.
Maddə 166. Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə haqqın ödənilməsi 
1.   Gecə   vaxtı   yerinə   yetirilən   iş,   habelə   çoxnövbəli   iş   rejiminə   görə   əmək   haqqı   müvafiq   icra 
hakimiyyəti   orqanı  
[Azərbaycan   Respublikasının   Nazirlər   Kabineti]
  tərəfindən   müəyyən   edilmiş 


həddən aşağı olmamaqla, işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir.
2. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin 
konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir.
Maddə 167. Hasilat normaları yerinə yetirilmədikdə əməyin ödənilməsi qaydası 
İşçinin təqsiri olmadan hasilat normaları yerinə yetirilmədikdə, faktik olaraq yerinə yetirilmiş iş üçün 
haqq verilir. Bu halda aylıq əmək haqqı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının 
üçdə iki hissəsindən az olmamalıdır.
Maddə 168. Hazırlanan məhsul zay olduqda əməyin ödənilməsi qaydası 
1. İşçinin təqsiri olmadan zay məhsul hazırlandıqda onun hazırlanması üçün əmək haqqı azaldılmış 
qiymətlərlə ödənilir. Bu halda işçinin aylıq əmək haqqı onun üçün müəyyən edilmiş dərəcənin tarif 
(vəzifə) maaşının üçdə iki hissəsindən az olmamalıdır.
2. Hazırlanan materialdakı görünməyən çatışmazlıq üzündən buraxılan zay məmulat, habelə işçinin 
təqsiri   olmadan   buraxılmış   və   texniki   nəzarət   orqanı   tərəfindən   qəbul   edildikdən   sonra   aşkara 
çıxarılmış zay məhsul üçün həmin işçiyə yararlı məmulata bərabər miqdarda haqq verilir.
3. İşçinin təqsiri üzündən tam zay olmuş məhsula görə haqq verilmir. İşçinin təqsiri üzündən qismən 
zay olmuş məhsulun haqqı onun yararlılıq dərəcəsindən asılı olaraq azaldılmış qiymətlərlə ödənilir.
Maddə 169. Boşdayanma vaxtı əməyin ödənilməsi 
1.   Boşdayanmanın   başlanması   haqqında   işçi   işəgötürənə   və   ya   iş   yeri   üzrə   rəhbərinə   (briqadirə, 
ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi 
üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
2. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir.
Maddə 170. Yeni istehsal (məhsul buraxılışı) zamanı əmək haqqının ödənilməsi şərti 
Yeni   istehsalın   (məhsul   buraxılışının)   başlandığı   gündən   onun   tam   mənimsənildiyi   dövr   ərzində 
işçilərin əmək haqqının miqdarı əvvəlkindən az olarsa, onların əvvəlki orta əmək haqqı saxlanılır. Bu 
halda əmək haqqının saxlanıldığı dövrün konkret müddəti və onun tətbiq edildiyi işçilərin dairəsi 
işəgötürən tərəfindən müəyyən edilir.
Maddə 171. Natamam iş vaxtında əməyin ödənilməsi 
Bu Məcəllədə nəzərdə tutulmuş qaydada natamam iş günü və ya natamam iş həftəsi ilə işləyən işçilərə 
əmək haqqı işə sərf edilmiş vaxta mütənasib və ya görülən işin faktik hasilatına görə ödənilir.
İyirmi altıncı fəsil. Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək 
haqqından tutulmalar
Maddə 172. Əmək haqqının verilməsi müddətləri 
1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi 
məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik 
dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə