Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə22/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   18   19   20   21   22   23   24   25   ...   57

dürüst uçotunu aparmağa borcludur.
2. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir.
V bölmə. İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları
On beşinci fəsil. İstirahət vaxtı
Maddə 103. İstirahət və nahar üçün fasilə 
1. İş günü (növbəsi) ərzində işçilərə istirahət və nahar etmək üçün fasilə verilməlidir.
2. Fasilənin verilməsi vaxtı və davamiyyəti müəssisədaxili intizam qaydaları, növbə cədvəlləri və ya 
əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.
3. Əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtını və davamiyyətini müəyyən 
etmək mümkün olmadıqda, işəgötürən işçiyə nahar etməyə şərait yaratmalıdır.
4. İşçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. 
Növbəli   iş   vaxtı   rejimində   işçilərin   istirahət   vaxtının   müddəti   müvafiq   növbə   cədvəlləri   ilə 
tənzimlənir.
5. İstirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir. İstirahət və nahar fasilələrindən işçi 
öz mülahizəsi ilə istədiyi kimi istifadə edə bilər.
Maddə 104. İstirahət günləri 
1. Hər bir işçiyə  həftələrarası  fasiləsiz  istirahət  günlərindən  istifadə  etməyə  şərait  yaradılmalıdır. 
Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində iki gün, altıgünlük iş həftəsində isə bir 
gün olmalıdır. Həftəlik fasiləsiz istirahət müddəti 42 saatdan az olmamalıdır.
2.   İş   vaxtının   cəmlənmiş   uçotu   zamanı   istirahət   günləri,   həmkarlar   ittifaqları   təşkilatı   ilə 
razılaşdırılmış   növbə   cədvəlinə   uyğun   olaraq   verilir.   Həmkarlar   ittifaqları   təşkilatı   olmayan   iş 
yerlərində isə bu qayda əmək müqaviləsi ilə tənzimlənir.
3.   Hər   dəfə   qan   və   ya   qan   komponentlərini   pulsuz   (əvəzsiz)   verən   donorlara   orta   əmək   haqqı  
saxlanılmaqla   əlavə   istirahət   günü   verilir.   Həmin   istirahət   günü   donorun   arzusu   ilə   onun   illik  
məzuniyyətinə əlavə edilə və ya il ərzində istənilən vaxtda istifadə edilə bilər. (
30

43
)
Maddə 105. Bayram günləri 
1. Azərbaycan Respublikasının bayramları aşağıdakılardır:

Yeni il bayramı (yanvarın 1 və 2-si); 

Qadınlar günü (martın 8-i); 

Faşizm üzərində qələbə günü (mayın 9-u); 

Respublika günü (mayın 28-i); 

Azərbaycan xalqının milli qurtuluş günü (iyunun 15-i); 

Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı); 

Dövlət müstəqilliyi günü (oktyabrın 18-i); 

Azərbaycan Respublikasının Dövlət bayrağı günü (noyabrın 9-u); 



Konstitusiya günü (noyabrın 12-si); 

Milli Dirçəliş günü (noyabrın 17-si); 

Dünya azərbaycanlılarının həmrəyliyi günü (dekabrın 31-i); 

Novruz bayramı—beş gün; 

Qurban bayramı—iki gün; 

Ramazan bayramı—iki gün. 
2. Yeni  il  bayramı,  Qadınlar  günü,  Faşizm  üzərində   qələbə  günü,  Respublika  günü,  Azərbaycan  
xalqının   milli   qurtuluş   günü,   Azərbaycan   Respublikasının   Silahlı   Qüvvələri   günü,   Azərbaycan  
Respublikasının Dövlət bayrağı günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, Novruz bayramı,  
Qurban bayramı və Ramazan bayramı günləri iş günü hesab edilmir.
3. İş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız bu Məcəllədə  
nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər.
4. Novruz bayramı, Qurban bayramı və Ramazan bayramının keçiriləcəyi günlər növbəti il üçün  
dekabr ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilib əhaliyə elan  
olunur.
5. Həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin  
istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.
6.   Qurban   və   Ramazan   bayramları   iş   günü   hesab   olunmayan   başqa   bayram   günü   ilə   üst-üstə  
düşdükdə, növbəti iş günü istirahət günü hesab edilir.
7. Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət  
günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu  
iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər. (
28

33

51
)
Maddə 105-1. Səsvermə günü
Azərbaycan   Respublikası   Milli   Məclisi   deputatlarının,   Azərbaycan   Respublikası   Prezidentinin,  
Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə  
günü seçki (referendum) keçirilən  ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə  
uyğun olaraq müəyyən edilir. (
48
)
Maddə 106. Ümumxalq hüzn günü 
Hər il yanvarın 20-si — Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin 
xatirəsini yad etmə günü — ümumxalq hüzn günüdür. Bu gün iş günü hesab edilmir.
Maddə 107. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günü 
işçilərin işə cəlb olunmasının yolverilməzliyi 
Bu Məcəllənin 101-ci maddəsinin «a» və «b» bəndlərində nəzərdə tutulmuş müstəsna hallar, habelə 
fasiləsiz   istehsalatlar,   ticarət,   ictimai   iaşə,   rabitə,   nəqliyyat   və   digər   xidmət   müəssisələri   istisna 
olunmaqla,   istirahət,  səsvermə,   iş   günü   hesab   edilməyən  bayram   günlərində   və   ümumxalq   hüzn 
günündə işçilərin işə cəlb olunması yolverilməzdir. (
39

48
)
Maddə 108. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı  
günlərdə iş gününün müddəti 


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə