Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə20/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   16   17   18   19   20   21   22   23   ...   57

4. İşçilərin   əmək  kitabçasının   forması  və onun  tərtibi   qaydaları   müvafiq  icra   hakimiyyəti  orqanı 
[Azərbaycan Respublikasının Nazirlər Kabineti]
 tərəfindən təsdiq edilir.
5. İşəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək 
haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, 
çeki) tərtib edilir.
6.   Xarici   ölkədə   işləmiş   Azərbaycan   Respublikası   vətəndaşının   əmək   kitabçasında   onun   xarici  
ölkədəki əmək fəaliyyəti ilə bağlı qeydlər xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi  
dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənəd əsasında müvafiq icra hakimiyyəti orqanı  
tərəfindən aparılır və təsdiq edilir. 
7.   Əvəzçilik   üzrə   əmək   fəaliyyəti   haqqında   əmək   kitabçasında   qeydlər   əvəzçilik   üzrə   əmək  
müqaviləsinin surəti əsasında işçinin arzusu ilə əsas iş yerində aparılır. (
32

45

48
)
Maddə 88. İşçiyə arayışların, xasiyyətnamənin verilməsi və onların başqa yerlərə göndərilməsi şərtləri 
1. İşəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə 
arayış,   arxiv   məlumatları,   şəxsi   sənədlərinin   təsdiq   edilmiş   surətlərini,   habelə   onun   peşəkarlıq, 
işgüzarlıq   səviyyəsini   və   digər   şəxsi   xüsusiyyətlərini   xarakterizə   edən   xasiyyətnamə   verməyə 
borcludur.
2. İşəgötürən işçinin şəxsiyyəti və ya onun əmək fəaliyyəti barədə məlumatları başqa işəgötürənə və 
ya müvafiq orqanlara, habelə digər yerlərə yalnız onların yazılı sorğusu və işçinin razılığı ilə göndərə 
bilər.  İşçi  haqqında  tərtib  edilmiş   xasiyyətnamənin,  zəmanətin,   işçinin  şəxsi  sənədlərinin,   onların 
surətlərinin və digər sənədlərin məzmunu ilə onu tanış etmədən işəgötürən tərəfindən başqa yerə 
göndərilməsi  yolverilməzdir.  Müsbət məzmunlu  xasiyyətnamə  ilə, zəmanətlə  işçi tanış edilmədən 
onların başqa yerə göndərilməsinə yol verilir. Bu halda işəgötürən həmin sənədlərin hara göndərildiyi 
barədə işçiyə məlumat verməlidir.
IV bölmə. İş vaxtı
On üçüncü fəsil. İş vaxtının növləri və tənzimlənməsi qaydaları
Maddə 89. Tam iş vaxtı və onun müddəti 
1. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində 
işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.
2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.
3.   Gündəlik   normal   iş   vaxtına   uyğun   olan   həftəlik   normal   iş   vaxtının   müddəti   40   saatdan   artıq 
müəyyən edilə bilməz.
Maddə 90. Həftəlik tam iş vaxtının müəyyən edilməsi 
1. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.
2. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra 
hakimiyyəti orqanı 
[Azərbaycan Respublikasının Nazirlər Kabineti]
 həftəlik tam iş vaxtının müddəti 
çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər.


3. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, 
həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat 
olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.
Maddə 91. Qısaldılmış iş vaxtı 
1.   İşçilərin   ayrı-ayrı   kateqoriyalarına,   onların   yaşı,   səhhəti,   əmək   şəraiti,   əmək   funksiyasının 
xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, 
habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər.
2. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 
yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan 
qadınlar üçün 36 saatdan artıq olmamalıdır.
Maddə 92. Əmək şəraiti zərərli olan işlərdə çalışan işçilər üçün iş vaxtının qısaldılmış müddəti 
1. Əmək şəraiti fiziki, kimyəvi,  bioloji  və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır 
istehsalat   amilləri   mövcud   olan   əmək   şəraitli   istehsalatlarda,   peşə   və   vəzifələrdə   çalışan   işçilərə 
həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin istehsalatların, peşə və 
vəzifələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı 
[Azərbaycan Respublikasının Nazirlər Kabineti] 
tərəfindən təsdiq edilir.
2.   Əmək   şəraiti   zərərli   olan   işlərin   siyahısı   və   bu   işləri   yerinə   yetirən   işçilər   üçün   iş   vaxtının 
qısaldılmış   müddəti   kollektiv   müqavilələrlə,   həmin   müqavilələr   bağlanmadığı   hallarda   isə 
işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasındakı məsləhətləşmələrdən sonra, bu maddənin birinci 
hissəsində göstərilən siyahı nəzərə alınmaqla müəyyən edilir.
Maddə 93. Xüsusi xarakterli işlərdə çalışan işçilərin qısaldılmış iş vaxtı 
Yüksək   həssaslıq,   həyəcan,   zehni,   fiziki   və   əsəb   gərginliyi,   habelə   insanın   səhhətinə   mənfi   təsir 
göstərən   digər   amillər   olan   əmək   şəraitli   iş   yerlərində   (həkimlərə,   müəllimlərə,   elektrotexniki 
qurğularda,   cihazlarda   və   qanunvericilikdə   nəzərdə   tutulan   digər   iş   yerlərində   işləyənlərə)   həftə 
ərzində 36 saatdan çox olmamaq şərtiilə qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin iş yerləri üzrə 
peşələrin, vəzifələrin siyahısı iş vaxtının konkret müddəti göstərilməklə müvafiq icra hakimiyyəti 
orqanı 
[Azərbaycan Respublikasının Nazirlər Kabineti]
 tərəfindən təsdiq edilir.
Maddə 94. Natamam iş vaxtı 
1. Əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı 
razılığı ilə natamam iş vaxtı — natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər.
2. Natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın — ayın, ilin davamiyyəti tərəflərin 
razılığı ilə müəyyən edilir.
3.   İşçinin   səhhəti   və   fizioloji   vəziyyəti   (hamiləlik,   əlillik,   18   yaşınadək   sağlamlıq   imkanlarının  
məhdudluğu), habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə 
görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini  tələb edərsə, habelə 14 yaşına 
çatmamış, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara ərizələriilə işəgötürən natamam iş 
vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir.
4. Natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, 
ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə