Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə17/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   13   14   15   16   17   18   19   20   ...   57

göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir 
həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi 
əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
2.   İşçinin   müəyyən   üzrlü   səbəbdən   (xəstələnməsi,   ezamiyyətdə,   məzuniyyətdə   olması,   habelə   bu 
Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş 
yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə 
işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim 
həftəsi keçməmiş xitam verilə bilər.
Maddə 74. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin 
əsasları 
1.  Tərəflərin   iradəsindən   və  ya  istəyindən  asılı  olmayaraq   əmək  müqaviləsinə  aşağıdakı  hallarda 
xitam verilir:
a) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda;
b) əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə 
məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda.
c) qanunvericiliklə  daha uzun müddət müəyyən  edilməyibsə,  əmək qabiliyyətinin  fasiləsiz 
olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə 
bilmədikdə;
ç) İşçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və  
ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan  
məhrum   etmə   və   ya   ömürlük   azadlıqdan   məhrum   etmə   cəzasına   məhkum   edildiyi   barədə  
məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə;
d) məhkəmənin  qanuni qüvvəyə minmiş  qərarı ilə işçinin fəaliyyət  qabiliyyətsizliyi  təsdiq 
edildikdə;
e) işçi vəfat etdikdə;
ə)   əvvəllər   həmin   müəssisədə   çalışan   işçi   müddətli   həqiqi   hərbi   xidmətdən   ehtiyata  
buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə.
2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia 
ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa 
edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin  qanuni 
qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa 
vəzifəyə   (işə)   bərpa   olunmalıdır.   Bu   zaman   işə   bərpa   edilən   işçinin   yerinə   götürülmüş   işçi   ilə 
bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş 
müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.
Qeyd:  Əmək   qabiliyyətinin   tam   itirilməsi   müvafiq   icra   hakimiyyəti   orqanının  
[Azərbaycan 
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Tibbi sosial ekspert Komissiyaları 
vasitəsi   ilə)]
  rəyi   ilə   müəyyən   edilir.   Əmək   qabiliyyətinin   tam   itirilməsi   dedikdə,   müvafiq   icra 
hakimiyyəti orqanının  
[Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 
(Tibbi Sosial Ekspert Komissiyaları vasitəsi ilə)]
 qərarı ilə işçiyə müvafiq dərəcədən əlillik qrupu və 
ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu  müəyyən edilməklə ən azı bir il müddətinə 


əmək   qabiliyyətsiz   hesab   edilməsi   başa   düşülməlidir.   Əmək   qabiliyyətinin   6   aydan   az   müddətə 
müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz.  Əmək qabiliyyətini 
müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla, onlara ilk 14 gün üçün müvafiq icra  
hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan  
günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini 
bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının 
[Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Tibbi Sosial Ekspert 
Komissiyaları vasitəsi ilə)]
 rəyi nəzərə alınır. (
10

22

42

44

52
)
Maddə 75. Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi 
1.   Tərəflər   əmək   müqaviləsi   bağlayarkən   ona   xitam   verilməsinin   bu   Məcəllədə   nəzərdə   tutulan 
hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər.
2. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə 
hallar nəzərdə tutula bilər:
a) tərəflərin qarşılıqlı razılığı;
b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün 
təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyinə görə;
c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə 
tutulmanın yüksək ehtimalı olduğu halda;
ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən 
sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada 
məcburi öhdəlik götürdükdə;
d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallarda.
3. Tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə 
bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək 
müqaviləsinə hökmən daxil etməlidirlər.
4. Əmək müqaviləsində ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 
2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı 
prinsiplərinə zidd olmamalıdır.
5.   Əmək   müqaviləsinə   xitam   verilməsinə   dair   tərəflər   onların   şərəf   və   ləyaqətini   alçaldan,   bu 
Məcəllədə nəzərdə tutulan hüquqlarını məhdudlaşdırmağa yönəldilən şərtlər müəyyən edə bilməzlər.
Maddə 76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər 
1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində 
nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə 
tutulmayan   əsasla,   habelə   bu   Məcəllə   ilə   müəyyən   edilmiş   əmək   müqaviləsinin   ləğv   edilməsi 
qaydalarına əməl olunmadan xitam verilə bilməz.
On birinci fəsil. Əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə