Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə46/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   42   43   44   45   46   47   48   49   ...   57

b) qadınların başqa işləri görməklə yanaşı, eyni zamanda ümumi çəkisi 10 kiloqramdan çox 
olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması, habelə ümumi çəkisi 5 kiloqramdan 
çox olmayan əşyanın bir metr yarımdan artıq olmayan hündürlüyə qaldırılması;
c) bütün iş günü (iş növbəsi) ərzində müntəzəm olaraq ümumi çəkisi 10 kiloqramdan çox 
olmayan əşyanın əl ilə qaldırılıb başqa yerə daşınması;
ç) 15 kiloqramdan artıq gücün sərf edilməsi tələb olunan yüklənmiş təkərli araba və ya hərəkət 
edən digər vasitələrlə əşyaların daşınması.
3.   16   yaşadək   qızlar   yalnız   onların   razılığı   ilə   bu   maddənin   ikinci   hissəsinin   «a»,   «b»   və   «c» 
bəndlərində nəzərdə tutulan normaların müvafiq olaraq 1/3 hissəsi həddində ağırlığı olan əşyaların 
qaldırılması və daşınması işlərinə cəlb oluna bilərlər.
4. Yaşı 16-dan az olan qızların bütün iş günü ərzində müntəzəm olaraq yük qaldırma və daşınma 
işlərinə cəlb edilməsi qadağandır.
5. Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan 
istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı 
[Azərbaycan Respublikasının Nazirlər Kabineti]
 tərəfindən təsdiq edilir.
Maddə 252. Yaşı 18-dən az olan işçilərin tibbi müayinəsi 
Yaşı 18-dən az olan şəxslər işə yalnız tibbi müayinə keçirildikdən sonra qəbul edilirlər və onlar 18 
yaşına çatanadək hər il işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinədən keçirilməlidirlər.
Maddə 253. Yaşı 18-dən az olan işçilərin əməyinin ödənilməsində güzəştlər 
1. 18 yaşına çatmamış işçilərin bu Məcəllənin 91-ci maddəsi ilə müəyyən edilmiş qısaldılmış iş vaxtı 
şəraitində əmək haqları müvafiq vəzifələr, peşələr üzrə işləyən yaşlı işçilər üçün müəyyən edilmiş tam 
məbləğdə ödənilir.
2. Yaşı 18-dən az olan və işəmuzd işlərdə çalışan işçilərin əməyi yaşlı işçilər üçün müəyyən edilmiş 
işəmuzd qiymətlər üzrə ödənilir, bu Məcəllənin 91-ci maddəsi ilə müəyyən edilmiş qısaldılmış iş 
vaxtı ilə yaşlı işçilərin gündəlik iş vaxtı arasındakı müddət fərqi üçün onlara tarif dərəcəsi üzrə əlavə 
haqq verilir.
Maddə 254. Yaşı 18-dən az olan işçilərin gecə işlərinə, iş vaxtından artıq işlərə və istirahət günlərində 
işə cəlb olunmasının, habelə ezamiyyətə göndərilməsinin qadağan olunması 
1. Yaşı 18-dən az olan işçiləri gecə vaxtı işlərə, iş vaxtından artıq işlərə, istirahət,  iş günü hesab 
edilməyən   bayram   və  digər   günlərdə   işə   cəlb   edilməsi,   habelə   onların   ezamiyyətə   göndərilməsi 
qadağandır.
2. Axşam saat 20-dən səhər saat 7-dək olan müddət, yaşı 18-dən az olan işçilər üçün gecə vaxtı hesab 
edilir. (
39
)
Maddə 255. Əmək müqaviləsinin ləğv edilməsində yaşı 18-dən az olan işçilərin təminatı 
Peşəkarlıq   səviyyəsinin,   ixtisasının   (peşəsinin)   kifayət   dərəcədə   olmadığı   üçün   tutduğu   vəzifəyə 
uyğun gəlmədiyinə görə bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə əsasən yaşı 18-dən az olan 
işçinin əmək müqaviləsi ləğv edilə bilməz.


Otuz doqquzuncu fəsil. Kənd təsərrüfatı müəssisələrində işçilərin və ailə 
kəndli təsərrüfatı üzvlərinin əmək münasibətlərinin tənzimlənməsi 
xüsusiyyətləri
 (
32
)
Maddə 256. Kənd təsərrüfatı işçilərinin əmək münasibətlərinin tənzimlənməsi 
1.   Kənd   təsərrüfatı   və   başqa   aqrar-sənaye   sahələrində   işəgötürənlərlə   işçilər   arasında   əmək 
münasibətlərinin   yaranması   və   tənzimlənməsi   yalnız   müvafiq   növ   müəssisənin   təsis   sənədi   — 
nizamnaməsi, əsasnaməsi və bu Məcəllə, habelə digər normativ hüquqi aktlarla müəyyən edilmiş 
qaydada həyata keçirilir. Bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin bağlanması qaydaları 
bütövlükdə həmin müəssisələrə də şamil edilir.
2. Kənd təsərrüfatı  və başqa  aqrar-sənaye sahələrində  qanunvericiliklə  nəzərdə  tutulmuş  qaydada 
yaradılan kəndli (fermer) təsərrüfatının, fərdi (ailə) müəssisələrinin, səhmdar cəmiyyətlərinin və digər 
təşkilati-hüquqi   formalı   müəssisələrin   nizamnamələrində,   əsasnamələrində   işçilərin   bu   Məcəllədə 
nəzərdə   tutulmuş   əmək   hüquqları   məhdudlaşdırıla   bilməz.   Həmin   sənədlərdə   yalnız   əmək 
münasibətlərinin   daha   mütərəqqi   forma   və   üsullarla   tənzimlənməsinin   şərtləri,   qaydaları   nəzərdə 
tutula bilər. (
32
)
3.   Bütün   növ   kənd   təsərrüfatı   təyinatlı   müəssisələrdə   qadınların,   yaşı   18-dən   az   olan   işçilərin 
əməyindən yalnız bu Məcəllənin müvafiq maddələri ilə müəyyən edilmiş normalar dairəsində istifadə 
edilə bilər.
Maddə 257. Kənd təsərrüfatı müəssisələrində iş vaxtının və əməyin ödənilməsinin tənzimlənməsi 
xüsusiyyətləri 
1.   Kənd   təsərrüfatı   və   aqrar   sənaye   müəssisələrində   istehsal   və   digər   iqtisadi   münasibətlərin 
xüsusiyyətləri   nəzərə   alınaraq   iş   vaxtı   bu   Məcəllədə   nəzərdə   tutulmuş   normalar   və   qaydalar 
çərçivəsində onların nizamnamələri (əsasnamələri) ilə müəyyən edilir. Bu müəssisələrdə iş vaxtının 
cəmlənmiş və ya mövsümi işlərin yerinə yetirilməsi üçün ayrı-ayrı dövrlərə bölünmüş uçotu aparıla 
bilər.
2. Kənd təsərrüfatı təyinatlı məhsul istehsal edən və ya xidmətlər göstərən qurumların üzvlərinin 
əmək haqqı məsələləri ilə bağlı münasibətlər, bir qayda olaraq, həmin müəssisənin mülkiyyətindəki 
pay iştirakı ilə müəyyən edilir. Bu müəssisələrdə əmək müqaviləsi ilə işləyən işçilərə əmək haqqı bu 
Məcəllədə nəzərdə tutulmuş normalardan az olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir.
3. Əgər kənd təsərrüfatı  müəssisələrində  işçilərin  əmək  haqqının ödənilməsi  formaları,  qaydaları, 
əmək və əməyin qiymətləndirilməsi normaları onların nizamnamələrində, əsasnamələrində nəzərdə 
tutulmamışdırsa,   onda   müəssisənin   əmək   haqqı   normalarının   müəyyən   edilməsi   və   ödənilməsi 
qaydaları tətbiq edilir. Bu qaydalar müəssisənin ümumi yığıncağı tərəfindən səs çoxluğu ilə qəbul 
edilir.   Belə   qaydalar   da   qəbul   edilməyibsə,   əmək   haqqı   normaları   müvafiq   icra   hakimiyyəti 
[Azərbaycan   Respublikasının   Nazirlər   Kabineti]
  və   ya   bələdiyyə   orqanları   tərəfindən   müəyyən 
edilmiş normativlər barədə müvafiq tövsiyələr əsasında müəyyən edilir.
Maddə 258. Ailə kəndli təsərrüfatlarında və ailə müəssisələrində əmək münasibətləri 
1.  Ailə kəndli  təsərrüfatlarında və ailə müəssisələrində əmək münasibətləri bu Məcəllənin müəyyən 
etdiyi əmək münasibətlərinin tənzimlənməsi qaydaları və normaları tətbiq edilməklə və ya onların 
mülahizələri   ilə   müəyyən   edilən   qaydada   tənzimlənir.   Lakin   bu   təsərrüfatların   üzvlərinin   əmək 
münasibətləri mövcud qanunvericiliyə zidd qaydada müəyyən edilməməlidir.


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə