Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə54/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   49   50   51   52   53   54   55   56   57

eyni cür tətbiq edilməsinə, onların tələblərinin düzgün yerinə yetirilməsinə nəzarəti öz səlahiyyətləri 
daxilində prokurorluq orqanları, habelə səlahiyyəti bu Məcəllənin 15-ci maddəsi ilə müəyyən edilmiş 
müvafiq icra hakimiyyəti orqanı  
[Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi 
Nazirliyi (Dövlət Əmək Müfəttişliyinin vasitəsi ilə)]
 həyata keçirir.
Maddə 309. Bu Məcəllənin tələblərinə əməl olunmasına ictimai nəzarət 
1. İşçilərin və işəgötürənlərin əmək, sosial və iqtisadi hüquqlarının və qanuni mənafelərinin təmin 
olunmasına ictimai nəzarət «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikası Qanununda və 
bu   Məcəllədə   nəzərdə   tutulmuş   qaydada   müvafiq   həmkarlar   ittifaqları   orqanları,   habelə 
işəgötürənlərin nümayəndəli orqanları tərəfindən həyata keçirilir.
2.   İşəgötürən   və   əmək   münasibətlərinin   digər   iştirakçıları   tərəfindən   həmkarlar   ittifaqlarının   bu 
Məcəlləyə və digər normativ hüquqi aktlara əsaslanmış ictimai nəzarətinin həyata keçirilməsinə mane 
olunması, habelə onların qanuni və əsaslı tələblərinə əməl edilməməsi yolverilməzdir.
Maddə 310. Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət 
İstər işçilər, istər işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi 
sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər 
hansı  şərtlə   və  ya  qaydada  məhdudlaşdırmağa,  habelə  bu  hüquqlardan  sui-istifadə  etməyə,   əmək 
müqaviləsi   ilə   müəyyən   edilmiş   öhdəlikləri,   vəzifə   funksiyasını   yerinə   yetirməməyə   görə 
qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Maddə 311. Əmək qanunvericiliyini pozmağa görə intizam məsuliyyəti 
İşçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə 
bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini 
pozaraq   biri   digərinin   hüquqlarına   və   qanunla   qorunan   mənafelərinə   müəyyən   ziyan   vurarsa,   bu 
Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir.
Maddə 312. Əmək qanunvericiliyini pozmağa görə inzibati məsuliyyət 
Əmək qanunvericiliyini pozan işçi, işəgötürən və digər fiziki şəxslər  Azərbaycan Respublikasının  
İnzibati Xətalar Məcəlləsində  nəzərdə tutulmuş hallarda və müəyyən edilmiş qaydada məsuliyyətə 
cəlb edilirlər. (
17
)
Maddə 313. Əmək qanunvericiliyini pozmağa görə cinayət məsuliyyəti 
İctimai təhlükəli əməlləri ilə qanunvericiliklə müəyyən edilmiş əməyin mühafizəsi qaydalarını və ya 
işçilərin, işəgötürənlərin hüquqlarını və qanuni mənafelərini və ya bu Məcəllənin tələblərini hər hansı 
formada   kobud   şəkildə   pozan   şəxslər   Azərbaycan   Respublikasının   Cinayət   Məcəlləsində   nəzərdə 
tutulmuş hallarda və müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə cəlb edilirlər.
Qırx səkkizinci fəsil. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tətbiqi ilə  
bağlı hüquqi tənzimləmə məsələləri
Maddə 314. Bu Məcəllənin tətbiqi zamanı yaranan hüquqi tənzimləmə məsələlərinin həlli 
1.   Bu   Məcəllənin   müddəalarının   rəsmi   şərhi   «Konstitusiya   Məhkəməsi   haqqında»   Azərbaycan 
Respublikasının Qanunu ilə müəyyən edilmiş xüsusi konstitusiya icraatı qaydasında həyata keçirilir.


2.  Müvafiq  icra   hakimiyyəti  orqanı  
[Azərbaycan  Respublikasının  Prezidenti]
  tərəfindən  müəyyən 
edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı  
[Azərbaycan Respublikasının Əmək və Əhalinin 
Sosial   Müdafiəsi   Nazirliyi]
  öz   səlahiyyətləri   çərçivəsində   bu   Məcəllənin   ayrı-ayrı   müddəalarının 
tətbiqini təmin etmək məqsədi ilə zəruri olan təlim atlar, əsasnamələr, qaydalar və digər normativ 
hüquqi aktlar qəbul edir.
3. Bu Məcəlləyə müvafiq icra hakimiyyəti orqanının 
[Azərbaycan Respublikasının Prezidenti]
 qərarı 
ilə   müvafiq   normativ   hüquqi   aktlar,   əmək   münasibətlərinin   tənzimlənməsini   təmin   edən   sənəd 
nümunələri əlavə edilə bilər.
Maddə 315. Bu Məcəllə qüvvəyə minənədək bağlanan əmək müqavilələrinin hüquqi qüvvəsi 
1.   Azərbaycan   Respublikasının   Əmək   Məcəlləsi   qüvvəyə   minənədək   mövcud   olan   əmək 
qanunvericiliyi əsasında işçilərlə şifahi formada bağlanmış və işəgötürənin əmrləri, sərəncamları ilə 
rəsmiləşdirilmiş əmək müqavilələri tərəflərin qarşılıqlı razılığı ilə yazılı formada tərtib edilməzsə, bu 
əmək münasibətlərinə xitam verilənədək onlarla bağlı bütün hüquqi nəticələri ilə hüquqi qüvvəsini 
saxlayır.
2.   Azərbaycan   Respublikasının   Əmək   Məcəlləsi   qüvvəyə   minənədək   mövcud   olmuş   əmək 
qanunvericiliyi   əsasında  işçilərlə   şifahi  formada  bağlanmış   və  işəgötürənin  əmrləri  (sərəncamları, 
qərarları)  ilə  rəsmiləşdirilmiş  əmək  müqavilələri  yazılı  formada bağlanmadığı  səbəbinə görə ləğv 
edilə bilməz.
Maddə 316. Bu Məcəllənin tətbiqi zamanı yaranan əmək mübahisələrinin həlli 
1. Bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı işçilər və işəgötürənlər arasında 
yaranan fərdi və kollektiv əmək mübahisələri bu Məcəllə və Azərbaycan Respublikasının Mülki-
Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada bilavasitə məhkəmələr tərəfindən həll edilir.
2. Bu Məcəllədə nəzərdə tutulan hallarda fərdi və kollektiv əmək mübahisələri, məhkəməyə müraciət 
etməkdən   çəkinmək   və   yaranmış   mübahisənin   könüllü   olaraq   aradan   qaldırılması   məqsədi   ilə 
tərəflərin özlərinin müəyyən etdikləri qaydada da həll edilə bilər. Lakin hər bir tərəfin məhkəməyə 
müraciət etmək hüququ heç bir halda məhdudlaşdırıla bilməz.
Maddə 317. Bu Məcəllənin mətninin hüquqi qüvvəsi 
1.   Bu   Məcəllə   Azərbaycan   Respublikası   Konstitusiyasının   148-ci   maddəsi   ilə   müəyyən   edilmiş 
qanunvericilik sisteminin tərkib hissəsi olub, Azərbaycan Respublikasının bütün ərazisində birbaşa 
hüquqi qüvvəyə malikdir.
2.   Bu   Məcəllənin   tətbiqi   zamanı   əmək   müqaviləsinin   tərəflərinin   hüquqlarının   və   mənafelərinin 
müdafiə   olunmasını   təmin   edən,   onların   məsuliyyətə   cəlb   olunmasını   istisna   edən   və   ya 
yüngülləşdirən müddəaların qüvvəsinin geriyə şamil edilməsinə yol verilir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsində əmək stajına görə  
əlavə məzuniyyətin müddətini məhdudlaşdıran «bir müəssisədə» müddəası Azərbaycan Respublikası  
Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə və 149-cu maddəsinin I hissəsinə uyğun olmadığından  
qüvvədən düşmüş hesab edilmişdir.


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə