Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə55/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   49   50   51   52   53   54   55   56   57

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə
Əlavələr
Azərbaycan Respublikasının
Əmək Məcəlləsinə
1-ci əlavə
Əmək müqaviləsinin (kontraktının) nümunəvi forması
*
§1. Əmək müqaviləsini (kontraktının) bağlayan tərəflər haqqında məlumatlar 
1.1. Bu Əmək müqaviləsi (kontraktı), (bundan sonra ismin müvafiq halında «Əmək müqaviləsi») 
işəgötürənin
 
səlahiyyətlərini
 
həyata
 
keçirən 
_____________________________________________ 
(idarənin, müəssisənin, təşkilatın adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN)
İşəgötürən __________________________________________________________________ 
(vəzifəsinin adı, adı, atasının adı və soyadı)
 
___________________________________________________________________________ ilə 
(işəgötürən fiziki şəxs olduqda onun adı, atasının adı, soyadı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN),  
sığortaedənin uçot nömrəsi (SUN), dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN), şəxsiyyətini təsdiq edən  
sənədin adı, onun seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyət  
vəsiqəsini verən orqanın adı)
İşçi __________________________________________________________________________ 
(adı, atasının adı və soyadı)
 
_____________________________________________________________________________ 
(vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix və onu verən  
orqanın adı)
 
______________________________________________________________________ arasında 
(təhsili, ixtisası, sənəti, peşəsi, bitirdiyi təhsil müəssisəsinin adı, ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla,  
dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN)
 
«___»____________ _____il tarixində Azərbaycan Respublikasının  Əmək Məcəlləsinə (bundan 
sonra "Əmək Məcəlləsi") müvafiq olaraq bağlanmışdır. (
65
)
1.2. İşçi __________________________________ vəzifəsinə (peşəsinə), işə qəbul (təyin) edilir. 
(
65
)
(iş yerinin adı, onun əsas iş yeri və ya əlavə iş yeri olması barədə qeyd, vəzifənin, peşənin 
adı)
1.3.  Bu  Əmək   müqaviləsi  bağlanan  gündən  yaranmış  əmək  münasibətləri,  tərəflərin   hüquqları, 


vəzifələri   və   məsuliyyəti   Əmək   Məcəlləsi   ilə   müəyyən   edilmiş   qaydalarla   və   prinsiplərlə 
tənzimlənir. 
§2. Əmək müqaviləsinin müddəti 
2.1. Bu Əmək müqaviləsi müddətsiz bağlanmışdır ____________________________ 
(hə, yox)
2.2. İşin birinci ________həftəsi (ayı) sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən 
biri digərini _______gün əvvəl xəbərdarlıq etməklə Əmək müqaviləsini birtərəfli qaydada poza 
bilər.
2.3. Bu Əmək müqaviləsi __________________________ səbəbə görə «___»________________ 
_____il   tarixindən   «___»_______________   ______il   tarixinədək   _____il   (ay)   müddətinə 
bağlanmışdır.
2.4. İşçi «___»________________ _____il tarixindən işə başlayır.
§3. İşçinin əmək funksiyası 
3.1. İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür:
a) ___________________________________________________________________________;
b) ___________________________________________________________________________;
c) ____________________________________________________________________________; 
(əmək funksiyası tam təfsilatı ilə sadalanmalıdır)
 
3.2. Bu əmək funksiyasından hər hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə, habelə onlara 
əlavə funksiyanın daxil edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilir.
3.3. İşçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək 
funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir.
3.4. İşçi əmək funksiyasının icrası zamanı işəgötürənin istehsal fəaliyyəti ilə bağlı özünün ixtiraları, 
səmərələşdirici təklifləri barədə dərhal ona məlumat verməlidir. İşəgötürən öz növbəsində həmin 
ixtiraların, işçinin müəlliflik hüququnun və mülkiyyətçinin mənafeyinin qorunması üçün konkret 
tədbirlər görməlidir.
§4. Əmək şəraitinin şərtləri 
İşəgötürən   aşağıdakı   əmək   şəraiti   yaradılmasını   və  onun  şərtlərinin   təmin   olunmasını  öhdəsinə 
götürür:
Əmək haqqı üzrə 
4.1.   İşçiyə   hər   ay   ____________________________________________məbləğdə   əmək   haqqı 
ödənilir.


4.2. Əmək haqqı:

_______________________________manat məbləğində tarif haqqından (vəzifə 
maaşından); 

tarif haqqına (vəzifə maaşına) _______faizi miqdarda əlavədən ibarətdir. 
4.3.   İşçiyə   ___________________________məbləğdə   __________________________mükafat 
verilir. 
(aylıq, rüblük, illik)
4.4. İşçi əmək funksiyasını ____________________________________ əmək şəraitli iş yerində 
(zərərli, ağır, yeraltı və s.)
 
icra   etdiyi   üçün   onun   əmək   haqqına   ___________________________məbləğdə   əlavə   müəyyən 
edilir.
4.5. İşçiyə iş vaxtından artıq vaxtda, istirahət, səsvermə, ümumxalq hüzn günü  və  iş günü hesab 
edilməyən bayram günlərində işlədikdə __________ məbləğdə və ya ________________ qayda ilə 
hesablanmış Əmək Məcəlləsində nəzərdə tutulandan artıq əlavə əmək haqqı verilir. (
39

48
)
4.6. Əmək haqqı:

həftədə bir dəfə __________________________________________________________; 
(həftənin günü)

ayda iki dəfə _____________________________________________________________; 
(ayın maaş verilən günləri)

ayda bir dəfə _____________________________________________________ ödənilir
(ayın günü)

əmək haqqı və digər ödənclər işçinin _________________________________ bankdakı 
(bankın adı)
hesabına köçürülür.
4.7.   Tərəflərin   əmək   haqqının   ödənilməsi   barədə   razılığa   gəldikləri   digər   şərtlər:   __________ 
_____________________________________________________________________________.
4.8. Əmək haqqından yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada tutulmalara yol 
verilir. Həmin tutulmalar haqqında işçi qabaqcadan məlumatlandırılır.
Əməyin mühafizəsi üzrə 
4.9. İşçinin sağlamlığının,  əməyinin  mühafizəsinin  təmin  olunması üçün sanitariya  və gigiyena 
normalarına cavab verən iş yeri və iş şəraiti yaradılır.


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə