Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə50/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   46   47   48   49   50   51   52   53   ...   57

isə həmrəylik fondları, qarşılıqlı yardım kassaları yarada bilərlər.
2.   Fondların   idarəçiliyi   və   istifadə   edilməsi   əmək   kollektivi   və   ya   həmkarlar   ittifaqları   təşkilatı 
tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir. Bu fondlar vergilərdən azaddır.
3. Tətil fondunun vəsaitləri tətilçilərə yardımlar göstərilməsinə və tətillə əlaqədar digər məqsədlərə 
sərf oluna bilər.
4.   Tətil   başa   çatdıqdan   sonra   fondların   istifadəsiz   qalmış   vəsaitləri   əmək   kollektivinin   və   ya 
həmkarlar ittifaqları orqanının müəyyən etdiyi məqsədlərə sərf olunur.
5.   Qanunsuz   tətillərin   davam   etdirilməsi   nəticəsində   işəgötürənə   dəymiş   ziyanın   ödənilməsi 
məhkəmənin qərarı ilə tətil fondunun vəsaitlərinə yönəldilə bilər.
6. Dövlət orqanlarının, vəzifəli şəxslərin və digər işəgötürənlərin hər hansı formada birbaşa və ya 
dolayısı ilə tətili maliyyələşdirmələri qadağandır.
Maddə 279. Tətilin başa çatması və dayandırılması 
1. İşəgötürən tətilçilərin tələbini qəbul etdikdə, tərəflər barışıq sazişi bağladıqda və ya işçilər tətili 
davam etdirməkdən imtina etdikdə tətil başa çatmış hesab olunur.
2. Tətil qanunsuz elan edildikdə, hərbi və ya fövqəladə vəziyyətlə əlaqədar qadağan edildikdə dərhal 
dayandırılmalıdır.
Maddə 280. Tətil hüququnun məhdudlaşdırılması və tətillərə yol verilməyən hallar 
1. Hərbi və ya fövqəladə vəziyyət şəraitində Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq 
işçilərin tətil hüququ məhdudlaşdırıla və ya qadağan oluna bilər.
2. Dövlətin  sosial-iqtisadi siyasətinin aparılmasının ümumi prinsiplərinin razılaşdırılması  ilə bağlı 
hallardan başqa, siyasi məqsədlər güdən tətillərə yol verilmir. (
24
)
Maddə 281. Tətillərin qadağan edildiyi sahələr 
1. İnsanların sağlamlığı və təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edən bəzi xidmət sahələrində 
(xəstəxana   bölməsi,   elektrik   enerjisi   təchizatı,   su   təchizatı,   telefon   rabitəsi,   hava   və   dəmiryol 
nəqliyyatını idarəetmə xidməti, yanğından mühafizə xidməti) tətillərin keçirilməsi qadağan edilir. Bu 
sahələrdə   yaranmış   kollektiv  əmək  mübahisəsini  tərəflər   barışdırıcı  üsullarla  həll  edə   bilmədikdə 
məcburi arbitraj tətbiq edilir.
2. Məcburi arbitraj müvafiq icra hakimiyyəti orqanı 
[Azərbaycan Respublikasının Əmək və Əhalinin 
Sosial Müdafiəsi Nazirliyi]
  tərəfindən yaradılır və həmin orqan tərəfindən təsdiq edilmiş əsasnamə 
əsasında fəaliyyət göstərir. Məcburi arbitrajın  tərkibi  mübahisə edən tərəflərlə razılaşdırılmaqla 5 
nəfərdən az olmayaraq tək sayda təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanı məcburi arbitrajda 
mübahisəyə tez və qərəzsiz baxılmasını təmin edir. Məcburi arbitrajın qərarları mübahisədə iştirak 
edən bütün tərəflər üçün məcburidir və dərhal icra edilməlidir.
Maddə 282. Tətillərin qanunsuz hesab edilməsi 
1. Bu Məcəllənin tələblərini pozmaqla elan edilmiş və keçirilmiş tətil qanunsuz hesab edilir.


2.   Tətilin   qanunsuz   hesab   edilməsi   haqqında   işə   tətil   komitəsinin   olduğu   rayonun   (şəhərin) 
məhkəməsi işəgötürənin ərizəsinə əsasən baxır.
3. Tətilin qanunsuz hesab edilməsi barədə məhkəmə qərarı olduqda işçilər tətilə son qoymalı və  
məhkəmə   qərarının   tətilə   başçılıq   edən   orqana   təqdim   olunduğu   günün   ertəsi   günü   işə  
başlamalıdırlar. (
52
)
Maddə 283. Tətil iştirakçılarının əmək haqqının ödənilməsi 
İşəgötürən tətildə iştirak edən işçilərin tətil dövrü üçün əmək haqqını tam və ya qismən ödəyə bilər. 
Əmək haqqının ödənilməsindən imtina mübahisə üçün əsas ola bilməz.
Maddə 284. İşəgötürənin lokaut elan etmək hüququ və bu hüququn məhdudlaşdırılması 
1. İşəgötürən aşağıdakı hallarda işçilərini, həmkarlar ittifaqları təşkilatını və müvafiq icra hakimiyyəti 
orqanını  
[Azərbaycan  Respublikasının  Əmək və Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyi]
  azı  10 gün 
qabaqcadan yazılı xəbərdar etməklə müəssisəni bağlayacağı barədə lokaut elan edə bilər:

işəgötürənin qarşısında qoyulan kollektiv tələblərin yerinə yetirilməsi onun istehsal, iqtisadi, 
maliyyə və digər imkanlarına açıq-aşkar uyğun olmadıqda; 

qanunsuz elan olunmuş tətil davam etdirildikdə; 

onunla rəqabətdə olan işəgötürən (işəgötürənlər) və ya digər şəxslər tərəfindən tətilin 
keçirilməsinə işçilərin sövq edildiyi barədə təkzibolunmaz sübutlar, faktlar olduqda. 
2.   İşəgötürən   lokaut   elan   etməzdən   əvvəl   işçilərlə,   həmkarlar   ittifaqları   təşkilatı   ilə   danışıqlar 
aparmalı, tətilin dayandırılıb işə başlanılması barədə razılığa nail olmaq üçün bütün imkanlarından 
istifadə etməlidir.
3.   Lokautun   elan   edilməsi   üçün   əsas   hesab   edilən   hallar   aradan   qaldırılmadıqda   işçilərə   edilmiş 
xəbərdarlıq müddəti bitdikdən sonra işəgötürən lokaut elan edərək müəssisəni müvəqqəti bağlaya 
bilər.
4. Bu maddə ilə müəyyən edilmiş hallardan başqa qalan hallarda, habelə dövlət mülkiyyətində olan və 
ya mülkiyyətinin yarısından çoxunda dövlətin payı olan müəssisələrin işəgötürəni tərəfindən lokautun 
elan edilməsi qadağandır.
Qeyd:  Lokaut   —   kollektiv   əmək   mübahisələri   zamanı   yerinə   yetirilməsi   işəgötürənin   istehsal, 
iqtisadi, maliyyə imkanlarına uyğun olmayan kollektiv tələblərlə, hüquqlarını və mənafeyini pozmaq 
cəhdi ilə keçirilən qanunsuz və əsassız tətillərin qarşısını almaq məqsədi ilə onun və ya mülkiyyətçi 
tərəfindən müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması barədə elandır.
Maddə 285. Lokautun qanuniliyinin araşdırılması və işəgötürənin məsuliyyətə cəlb edilməsi 
1. İşçilərin müraciəti əsasında lokautun qanunauyğun elan edilməsi və əsaslandırılması məsələsinə 
məhkəmə tərəfindən baxılır.
2. Məhkəmə işəgötürən tərəfindən elan olunmuş lokautu əsassız və qanunsuz hesab edərsə, işçilərə 
dəyən maddi və mənəvi ziyanın ödənilməsi, habelə işəgötürənin qanunvericiliklə müəyyən edilmiş 
qaydada digər müvafiq məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edir.
Maddə 286. Kollektiv əmək mübahisələrinin həlli qaydalarını pozmağa görə məsuliyyət 


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə