Azərbaycan Respublikasının Əmək Məcəlləsi


Maddə 265. Kollektiv əmək mübahisəsi həllinin barışdırıcı üsulları



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə48/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   44   45   46   47   48   49   50   51   ...   57

Maddə 265. Kollektiv əmək mübahisəsi həllinin barışdırıcı üsulları 
1. Kollektiv əmək mübahisəsinin həll edilməsi üçün aşağıdakı barışdırıcı üsullardan istifadə oluna 
bilər:

razılaşdırıcı komissiyadan; 

vasitəçidən; 

əmək arbitrajından. 
2. Tərəflər bu üsullardan birindən və ya hamısından, yaxud mübahisənin daha tez həllinə səbəb ola 
biləcək digər üsuldan istifadə edilməsi barədə öz aralarında razılığa gələ bilərlər. Əldə edilmiş razılıq 
protokolla rəsmiləşdirilir.
3. İşçilər  kollektiv  əmək mübahisəsinin  həlli gedişində  öz tələblərini  müdafiə  etmək  məqsədi ilə 
istehsal   prosesinə   mane   olmadan   işdən   kənar   vaxtlarda   iclaslar,   yığıncaqlar   keçirmək   hüququna 
malikdirlər.
4.   Tərəflərin   nümayəndələri,   razılaşdırıcı   komissiya,   vasitəçi,   əmək   arbitrajı   kollektiv   əmək 
mübahisəsinin tez və ədalətlə həlli üçün bütün imkanlardan istifadə etməyə borcludurlar.
5. Zəruri hallarda kollektiv əmək mübahisəsinin həllinin barışdırıcı üsullarından istifadə olunması 
üçün bu Məcəllə ilə müəyyən edilmiş müvafiq müddətlər tərəflərin razılığı ilə uzadıla bilər.
Maddə 266. Razılaşdırıcı komissiyada kollektiv əmək mübahisəsinə baxılması 
1.   Razılaşdırıcı   komissiya   kollektiv   əmək   mübahisəsinin   başladığı   vaxtdan   etibarən   3   iş   günü 
müddətində yaradılır və işəgötürənin müvafiq əmri (sərəncamı, qərarı) və işçilərin nümayəndələrinin 
qərarı ilə rəsmiləşdirilir.
2. Razılaşdırıcı komissiya bərabər hüquqlu əsasda tərəflərin sayca bərabər nümayəndələrindən təşkil 
edilir. Kollektiv əmək mübahisəsinə razılaşdırıcı komissiya tərəfindən onun yaradıldığı gündən 5 iş 
günü müddətində baxılmalıdır.
3. Razılaşdırıcı komissiyada tərəflər qarşılıqlı razılığa gəldikdə bu barədə protokol tərtib edilir. Əldə 
edilmiş razılıq tərəflər üçün məcburidir və protokolda nəzərdə tutulmuş müddətdə icra olunmalıdır. 
Razılıq əldə edilmədikdə fikir ayrılığı haqqında protokol tərtib edilir.
Maddə 267. Kollektiv əmək mübahisəsinə vasitəçinin iştirakı ilə baxılması 
1. Vasitəçi tərəflərin qarşılıqlı razılığı ilə mübahisənin nəticələrində marağı olmayan yüksək ixtisaslı 
və nüfuzlu şəxslərdən müəyyən edilir.
2. Vasitəçi işəgötürəndən kollektiv əmək mübahisələrinə aid olan lazımi sənədləri və məlumatları 
tələb etmək hüququna malikdir.
3. Vasitəçi təyin edildikdən sonra 5 iş günü müddətində müəssisənin iqtisadi vəziyyətini, kollektiv 
danışıqlar üçün yaradılmış komissiyanın protokollarını, tərəflərin təkliflərini, habelə zəruri olan digər 
sənədləri   təhlil   edib   tərəflərin   mövqelərinin   barışdırılması   variantlarını   hazırlayır.   Hazırlanmış 
variantlar dərhal tərəflərə təqdim edilir. Tərəflər 5 iş günü müddətində vasitəçinin iştirakı ilə təklif 
olunan variantları müzakirə etməlidirlər. Təklif olunmuş variantlardan hər hansı biri bəyənildikdə 
mübahisə həmin variant əsasında həll olunmuş hesab edilir və bu barədə protokol tərtib edilir.


4. Təklif olunmuş variantlardan heç biri qəbul edilmədikdə fikir ayrılığı haqqında protokol tərtib 
edilir.
Maddə 268. Kollektiv əmək mübahisəsinə əmək arbitrajında baxılması 
1. Əmək arbitrajı kollektiv əmək mübahisəsinin həlli üçün yaradılan müvəqqəti orqandır. O, kollektiv 
əmək mübahisəsinin əmək arbitrajının icraatına verilməsi barədə razılığın əldə edildiyi vaxtdan 5 iş 
günündən gec olmayaraq tərəflərin birgə qərarı ilə yaradılır.
2.   Əmək   arbitrajının   tərkibi   (3   nəfərdən   az   olmayaraq),   reqlamenti,   mübahisəyə   baxılma   yeri, 
müddətləri,   arbitraja   texniki   yardımın   təşkili   tərəflərin   qarşılıqlı   razılığı   ilə   müəyyən   olunur. 
Arbitrajın sədri arbitrlər tərəfindən öz sıralarından seçilir. Əmək arbitrajının tərkibinə mübahisənin 
nəticəsində maraqlı olmayan şəxslər, icra hakimiyyəti, bələdiyyə orqanlarının nümayəndələri, hüquq, 
əmək və sosial məsələlər üzrə mütəxəssislər və digər şəxslər daxil edilə bilərlər.
3. Tərəflər əmək arbitrajının qərarlarının məcburiliyi barədə qabaqcadan razılığa gələ bilərlər.
4. Əmək arbitrajında kollektiv əmək mübahisələrinə baxılma müddəti 7 iş günündən çox olmamalıdır. 
Əmək arbitrajı mübahisəyə aid olan lazımi sənədləri və məlumatları almaq hüququna malikdir.
5. Əmək arbitrajının qərarı səs çoxluğu ilə qəbul edilir və protokolla rəsmiləşdirilir. Tərəflər arbitrajın 
qərarı ilə razılaşmadıqda bu barədə protokol tərtib edilir.
6.   Tərəflər   əmək   arbitrajının   qərarlarının   məcburiliyi   barədə   qabaqcadan   razılığa   gəlmişlərsə, 
arbitrajın qərarı ilə mübahisə qəti həll olunmuş hesab edilir və mübahisənin davam etdirilməsinə yol 
verilmir.
Maddə 269. Kollektiv əmək mübahisələrinin həllində iştirak edən şəxslərin təminatları 
1. Kollektiv əmək mübahisələrinin həllində iştirak edən şəxslər (razılaşdırıcı komissiyanın üzvləri, 
vasitəçilər,   arbitrlər,   əmək   kollektivinin   nümayəndələri   və   s.)   bu   Məcəllənin   27-ci   maddəsində 
nəzərdə tutulmuş təminatlardan istifadə edirlər.
2. İşəgötürən barışdırıcı komissiyanın, vasitəçinin, əmək arbitrajının normal fəaliyyəti üçün zəruri iş 
şəraiti yaratmalıdır.
Qırx üçüncü fəsil. Kollektiv əmək mübahisələrinin həlli məqsədi ilə tətil 
hüququnun həyata keçirilməsi
Maddə 270. Tətil keçirilməsinin hüquqi əsasları 
1. İşçilərin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ vardır.
2. Kollektiv əmək mübahisəsi yarandığı vaxtdan işçilərin və ya həmkarlar ittifaqları təşkilatının tətil 
etmək hüququ əmələ gəlir.
3. Əgər tərəflər mübahisənin həllinin dinc üsullarından istifadə edəcəkləri barədə razılığa gəlmişlərsə, 
onda bu üsullarla kollektiv əmək mübahisəsinin həllinə nail olunmadıqda tətilə yol verilir. İşəgötürən 
mübahisənin barışdırıcı  üsullarla  həllini  əsassız olaraq uzatdıqda,  habelə  barışdırıcı  üsullarla  əldə 
edilmiş razılaşmaları yerinə yetirmədikdə əmək kollektivinin, həmkarlar ittifaqları orqanının birbaşa 
tətil keçirmək hüququ yaranır.


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə