Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə47/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   43   44   45   46   47   48   49   50   ...   57

2. Müstəsna hallarda ailə müəssisələrində 14 yaşından 15 yaşınadək olan yeniyetmələrin işə cəlb 
edilməsinə yol verilə bilər. Lakin onlar ağır, həyatı üçün təhlükəli, zərərli işlərə, habelə gecə işlərinə 
cəlb edilə bilməzlər. Bu yaş həddində olan yeniyetmələr yalnız xırda xarakterli işlərin görülməsinə, 
əmək vərdişlərinin yaradılmasına xidmət edən, peşə, sənət öyrədilməsi üçün zəruri olan işlərə cəlb 
edilə bilərlər.
2.  Ailə  kəndli  təsərrüfatlarında  və  ailə  müəssisələrində   əmək   münasibətləri,   bir  qayda   olaraq,  bu 
Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanılmaqla tənzimlənir. Bu 
təsərrüfatlarda və müəssisələrdə əmək müqaviləsi şifahi formada da bağlanıla bilər. Bu halda əmək 
münasibəti tərəflərdən birinin tələbi ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinin rəsmiləşdirilməsi 
ailə kəndli təsərrüfatı başçısının  və ya ailə müəssisəsinin rəhbərinin (işəgötürənin) əmri, sərəncamı 
verilməklə və ya müvafiq qaydada tərtib edilmiş ailə kitabında (jurnalında) qeydiyyata salınmaqla 
həyata keçirilə bilər. (
32

53
)
XI bölmə. Əmək mübahisələri
Qırxıncı fəsil. Kollektiv əmək mübahisələri
Maddə 259. Kollektiv əmək mübahisələrinin həlli qaydalarının təsir dairəsi 
1.  Kollektiv  əmək   mübahisələrinin   həllinin   bu  Məcəllə   ilə   müəyyən   edilmiş   üsulları   və  qaydası, 
habelə kollektiv əmək mübahisələrinin həlli üsulu kimi tətillərin həyata keçirilməsinin hüquqi əsasları 
bütün işəgötürənlər və onların birlikləri, müvafiq icra hakimiyyəti orqanları, əmək kollektivləri və 
həmkarlar ittifaqları təşkilatları üçün məcburidir.
2. Dövlət qulluqçularının kollektiv əmək mübahisələrinin həlli qaydaları bu Məcəllə ilə müəyyən 
edilmiş normalara uyğun olaraq dövlət qulluğu haqqında müvafiq normativ hüquqi aktla tənzimlənir.
Maddə 260. Kollektiv əmək mübahisələrinin predmeti 
1.   Bu   Məcəllə   ilə   aşağıdakı   məsələlərin   tənzimlənməsi   zamanı   yaranan   kollektiv   əmək 
mübahisələrinin həlli nizama salınır:
a) kollektiv müqavilələrin və sazişlərin bağlanması üçün danışıqların aparılması;
b) kollektiv müqavilələrin və sazişlərin bağlanması;
c) qüvvədə olan kollektiv müqavilələrə və ya sazişlərə dəyişikliklərin, əlavələrin edilməsi;
ç) kollektiv müqavilələrin və sazişlərin icrasının təmin edilməsi;
d)   kollektiv   üzvlərinin   mənafelərinin   təmin   olunması   üçün   digər   əmək   və   sosial,   iqtisadi 
məsələlərin həll edilməsi.
2. Bu Məcəllə ilə müəyyən edilmiş kollektiv əmək mübahisələrinin həlli qaydaları işçilərinin sayından 
asılı olmayaraq bütün müəssisələrin işəgötürənləri, müvafiq icra, məhkəmə hakimiyyəti orqanları, 
əmək kollektivləri və həmkarlar ittifaqları üçün məcburidir.
Maddə 261. Kollektiv əmək mübahisəsinin tərəfləri 
1.   Kollektiv   əmək   mübahisəsinin   tərəfləri   işəgötürənlər,   işçilər   (əmək   kollektivi   və   ya   onun   bir 
hissəsi) və ya həmkarlar ittifaqlarıdır.


2.   Həmkarlar   ittifaqları   bu   Məcəllə   ilə   və   digər   normativ   hüquqi   aktlarla   müəyyən   edilmiş 
səlahiyyətləri daxilində kollektiv əmək mübahisələrinin qanuni və ədalətli həllinə nail olmaq məqsədi 
ilə   tətillər,   habelə   qanunvericilikdə   nəzərdə   tutulmuş   qaydada   sərbəst   toplaşaraq   digər   kütləvi 
tədbirlər keçirmək hüququna malikdirlər.
3.   Kollektiv   sazişlərlə   bağlı   mübahisələrdə   həmkarlar   ittifaqlarının,   işəgötürənlərin   birlikləri   və 
müvafiq   icra   hakimiyyəti   orqanları  
[baş   kollektiv   sazişlə   bağlı   mübahisələr   üzrə   -   Azərbaycan 
Respublikasının   Nazirlər   Kabineti;   sahə   (tarif)   kollektiv   sazişləri   ilə   bağlı   mübahisələr   üzrə 
Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri, dövlət konsernləri, şirkətləri və idarələri; 
ərazi (rayon) kollektiv sazişləri ilə bağlı mübahisələr üzrə - yerli icra hakimiyyəti orqanları]
  tərəf 
qismində iştirak edirlər.
Qırx birinci fəsil. Kollektiv tələblərin irəli sürülməsi və onlara baxılması
Maddə 262. Kollektiv tələblərin irəli sürülməsi 
1.   Kollektiv   müqavilələrin   və   sazişlərin   bağlanması   və   onlara   dəyişikliklər   edilməsi   ilə   əlaqədar 
kollektiv tələblər bu Məcəllənin II bölməsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq irəli sürülür.
2. Kollektiv müqavilə və sazişlərin icra edilməməsi və ya tam həcmdə icra edilməməsi, habelə digər 
əmək və sosial məsələlərlə əlaqədar kollektiv tələblər işçilərin və ya həmkarlar ittifaqları təşkilatının 
(birliyinin) ümumi yığıncağında (konfransında) irəli sürülür. Qərar işçilərin səs çoxluğu ilə, həmkarlar 
ittifaqları təşkilatında  (birliyində)  isə onun nizamnaməsində  digər qərarlar üçün nəzərdə tutulmuş 
qaydada qəbul olunur.
3. İşçilər kollektiv tələbləri irəli sürməklə bərabər işəgötürənlə danışıqlarda onların adından iştirak 
etmək üçün öz səlahiyyətli nümayəndələrini ayıra bilər və ya danışıqların aparılmasını həmkarlar 
ittifaqları təşkilatına həvalə edə bilərlər.
4.   İşəgötürənin   iqtisadi   imkanlarına   uyğun   olmayan   tələblərə   yol   verilmir.   Tələblər   iqtisadi 
imkanlarına uyğun olmadıqda işəgötürən bunu auditor rəyinə əsasən sübut etməlidir.
Maddə 263. Kollektiv tələblərə baxılması 
1. İşəgötürən kollektiv tələblərin ona təqdim edildiyi vaxtdan 5 iş günü müddətində öz qərarını yazılı 
formada işçilərə və ya həmkarlar ittifaqları təşkilatına bildirməlidir. İşəgötürən kollektiv tələblərdən 
tam və ya qismən imtina etdikdə və ya tələblərə cavab verilməsini gecikdirdikdə, kollektiv əmək 
mübahisəsi başlanmış hesab olunur.
2. İşəgötürən kollektiv əmək mübahisəsinin başlanması haqqında 3 iş günü müddətində müvafiq icra 
hakimiyyəti orqanına  
[Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi] 
məlumat verməlidir.
3. Kollektiv sazişlərlə əlaqədar tələblərə 1 ay müddətində baxılır.
Maddə 264. Kollektiv əmək mübahisəsinin həlli üsulları 
Kollektiv   əmək   mübahisələri   bu   Məcəllədə   nəzərdə   tutulmuş   qaydada   barışdırıcı   üsullardan   və 
tətillərdən istifadə etməklə həll olunur.
Qırx ikinci fəsil. Kollektiv əmək mübahisələri həllinin barışdırıcı üsulları


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə